“İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” .....                     Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib .....                     Gözdən əlil şəxsin şikayəti təmin olunmadı .....                     “A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu .....                     Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib .....                     Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur” .....                     AÇIQ DÜŞMƏNÇİLİK: Şahin Şıxlinski təkadamlıq kameraya salındı .....                     Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? .....                     4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ .....                     Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: .....                     Bakı və Ankara koordinasiyanı gücləndirir .....                     “Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb .....                     Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir .....                     Yoldan bank kartı tapdı: .....                     “Milyonların həyatına son qoyan adam...” .....                     Deputatın oğlu yeni şirkət yaratdı .....                     Məhur aparıcıdan şok ETİRAF .....                     Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib .....                     Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib .....                     Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır .....                     Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin .....                     “Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” .....                     Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək .....                     “Xalq Həyat”da təyinat olub .....                     İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir .....                     İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar .....                     “Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, .....                     “Balakhanı Operating Company”yə SİMVOLİK CƏZA... .....                     Məktəblərdə fransız dili ləğv olunur? .....                     Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb .....                     Ermənistanda QALMAQAL: Qalstanyan 3 milyon TƏLƏB EDİR .....                     Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender .....                     Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb .....                     Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin .....                     Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında .....                     20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb .....                     11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi .....                     Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur .....                     Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var .....                 

İlham Qasımovla Sahib İbrahimov türk iş adamına necə kələk gəldilər? – QALMAQAL
Tarix: 6-12-2016, 10:03 | Çap et
İlham Qasımovla Sahib İbrahimov türk iş adamına necə kələk gəldilər?
Onu işlədiyi sferada çox "yaxşı” tanıyırlar. Özünün dediyinə görə, olduqca vicdanlı və dürüst fəaliyyət göstərib… Hətta o qədər vicdanı "təmiz” olub ki, rəhbərlik etdiyi "Real MTK”da belə insanların necə aldadılmasına rahatca göz yummağı da bacarıb. Nəticədə, tilovuna saldığı insanlar bir də onda ayılıblar ki, külli miqdarda pullarını, əmlaklarını fırıldaqçının birinə peşkəş veriblər. Yüzminlərlə pul verib, obyekt və mənzil almış insanlar adi bir dələduzun qurbanı olublar.

Yəni biz bu qədərmi saf millətik? Yəni insanları aldatmaq bu qədərmi asandır? Hadisələrin gedişatına nəzər salsaq görərik ki, İlham Qasımov uydurduğu yalanlarına nəinki özünü, hətta başqalarını da inandırmağı bacarıb. Dediyinə görə, onun kifayət qədər yüksək vəzifəli tanış məmurları olub və o, böyük işlər görmək üçün məhz böyük məbləğlərdə "şirinlik” də verib. Demək, aldadılan insanlar məhz bu yolla tələyə salınıb. Bunu, dələduzluqda ittiham olunan İlham Qasımov öz məhkəməsində etiraf edib. Hətta demək olar ki, hər dinləmədə hansısa bir dövlət orqanının və ya yüksək dövlət məmurunun adını çəkərək, onlara külli miqdarda rüşvət verməsiylə bağlı iddialar irəli sürüb. Bunda İ.Qasımovun məqsədi nə idi?! Özünü təmizə çıxarmaqmı, yoxsa kimlərdənsə dəstək alaraq, cənab Prezidentin təyin etdiyi dövlət məmurlarına qarşı ləkələr yaxmaq?! Bu məsələdə cavabsız suallar o qədərdir ki…

Fakt isə odur ki, məhkəmənin qərarına əsasən, dələduzluqda ittiham olunan İlham Qasımov 15 il müddətinə azadlıqdan məhrum olundu. Amma… Məsələnin başqa bir tərəfi də var… Qulaq şahidlərinin dediyinə görə, "Real MTK” nın əməkdaşları israrla bildirirlər ki, "şefləri” tezliklə azadlığa çıxacaq. Qeyd edək ki, hökm verilmədən öncə Qasımovun adamları Ağır Cinayətlər Üzrə Məhkəmənin hakimi Zeynal Ağayevə 350 000 dollar verildiyini və qərarın onların xeyrinə olacağını yazırdılar. Ancaq istədikləri olmadı və 350 000 söhbətinin blef olduğu üzə çıxdı. İndi görəsən, kim bunlara söz verib?

İ.Qasımovun vəkilləri həm də hər yerdə çox gülünc bir iddia səsləndirirlər: İlham müəllim, günahsızdır, ona böhtan atıblar. Onu həbsdə 2 nəfərin – Gülağa Tənha (məşhur şair) və Müqəddəs Sultanovun (Baş prokurorluğun vəzifəli şəxsi) sifarişi ilə cəza kəsiblər. Hətta deyilənə görə, İlham Qasımova yaxın olan bəziləri gizlincə onu da pıçıldamağa başlayıblar ki… Gülağanın da, Müqəddəsin də pulu qaytarılıb və buna görə də İlham müəllim tezliklə yenə işinin başına dönəcək. Görəsən yaxınları "işinin başı” dedikdə, nəyi nəzərdə tutur? İ.Qasımovun narkotik ticarətiylə məşğul olması iddiasınımı? Dövlət məmurlarına şər atmasınımı? (Məsələn, Hacıbala Abutalıbov və müavinlərinə 4 milyon rüşvət verdiyini deməsi… ) Yoxsa sadə, sıravi Azərbaycan vətəndaşlarını illərdir rəzil vəziyyətinə qoymasınımı?

İlham Qasımovun "Sahil D”-yə direktor təyin etdiyi və "Real MTK” da mühasibi olan Ədilağa adlı birisi hətta o qədər cızığından çıxmışdı ki, İlhamın işini aparan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Rəşad Mansurovun vəzifə səlahiyyətindən sui-istifadə etməsini həyasızcasına məhkəmədə səsləndirirdi. O, çəkinmədən deyirdi ki, Rəşad Müqəddəs Sultanovun tapşırığı ilə İlham müəllimin şirkətlərində çalışan bütün işçiləri dindirərək, onlara hədə-qorxu gəlib və İlhamla bağlı verdikləri izahatı məcburi şəkildə onun əleyhinə dəyişdirirmiş.

Sözsüz ki, olduqca absurd və yalan dolu bu fikirlər reallıqdan tam uzaqdı və həqiqət deyilənlərin yox, faktların diktəsində idi. Faktlar isə daha qorxulu məqamlardan danışırdı: İlham Qasımov təkcə yerli iş adamlarına qənim kəsilməmişdi… Onun fırıldaqçı nəfsinin arenası genişlənirdi. Hədəf qardaş ölkənin biznes sektorunda kifayət qədər nüfuzu olan və Azərbaycan bazarına sərmayə qoymaq istəyən vicdanlı insanlar idi. Məsələn, Türkiyənin tikinti sektorunda kifayət qədər məşhur olan "Mərcansoy” brendi kimi…

Brendin sahibi "Mərcansoy”Şirkətlər qrupunun sahibi Mövlanə Əli Mərcan 2007-ci ildə Azərbaycana gələrək, burada tikinti sektoruna investisiya yatırtmaq istəyib. Bədbəxtlikdən elə ilk gündən ortaq tanışlar türk iş adamını dələduz "işbaz” İlham Qasımov və onun ortağı Sahib İbrahimovla tanış edib. Vəssalam. Mərcanın Bakı macəraları başlayıb. Yüksək faiz adı ilə ortaqlıq təklifi alan iş adamı tezliklə Bakıda ucaldılacaq ən yaraşıqlı binalarda onun da yatırımı və zəhməti olacağı ümidi ilə pullarını fırıldaqçılara çemodanla verib. Bəli, yalnış oxumadınız, Qasımovla İbrahimov pulu nəğd yolla alıblar. Bu fakt özü-özlüyündə Qasımovla İbrahimovun Eldar Mahmudovun ”krışa”sı altında hərəkət etdiyini göstərir. Çünki milyonlarla nəğd dolları heç kim sabiq MTN şefindən xəbərsiz ölkəyə gətirə bilməzdi. Dubay, Çin, Rusiya və Türkiyədə daxil olmaqla, nəğd köçürmələrin hamısına Mahmudov-Çovdarov ikilisi nəzarət edirdi.

Türkiyəli iş adamının sözlərinə görə, beləcə onun illərlə aldanışı başlayıb. Dəfələrlə sərmayə qoyduğu tikintidə işlərin necə getdiyini bilmək üçün əraziyə gələn Mövlanə bəy içəri buraxılmayıb. Müxtəlif bəhanələr,əsassız söhbətlər şübhələrə yol açıb. Nəticədə, aldadıldığını hiss edən iş adamı məsələdən hər iki dövlətin yüksək vəzifəli məmurlarını agah etmək istəyib. Məsələ ilə bağlı Daxili İşlər Naziri Ramil Usubov şəxsən göstəriş verib və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsi işə başlayıb. İlham Qasımovun bir mənzili bir neçə adama, özü də müxtəlif qiymətlərlə satdığı aşkarlanıb. Hətta araşdırma zamanı o da məlum olur ki, tikintisinə 10 milyon dollara yaxın pul qoyan Mövlanə bəyə vəd olunan mənzillər də əlindən çıxıb. Çünki fırıldağın və hərisliyin pik həddində olan İ.Qasımov artıq o evlərə də müştəri tapıbmışвЂ¦ Beləcə, milyonları əlindən çıxan iş adamı Mərcan ömrü boyu heç kimin vurmadığı zərbəni qardaş bildiyi ölkənin vicdansız işbazından alır. Onu da qeyd edək ki, Azərbaycanda yaşadığı bu qədər müsibətlər Mərcan ailəsinin ölkəmizə olan sevgisini azaltmayıb. Sadəcə, pozulan hüququnun bərpasını və mənimsənilən milyonlarını geri istəyir. Qasımov-İbrahimov cütlüyünün fırıldaqlarının cəzasının günahsız Azərbaycan vətəndaşlarının evsiz qalaraq ödənilməsini istəmir, tam əksinə, Azərbaycan hökumətindən dələduzların mənimsədiyi pullarını geri qaytarması üçün yardım istəyir.

Sözsüz ki, bu qədər əlahəzrət faktın qarşısında dırnaqarası işbaz öz cəzasına çatmalıydı… Çatdı da – 15 il…

Amma bu 15 il haqqı tapdanan insanların, pulu göyə sovrulan iş adamlarının, ümidi puç olan evsizlərin yarasına məlhəm ola biləcəkmi? Onların çəkdikləri maddi və mənəvi ziyanın dəyərini kim ödəyəcək? Ya da heç ödəniləcəkmi? Suallar yenə də cavabsız qalır… Amma əminik ki, cavabsız qalan bu sualların bir gün mütləq nöqtə vaxtı olacaq. Çünkü bu həyatda heç nə cavabsız və cəzasız qalmır… Necə ki, İlham Qasımovun arxalandığı Eldar Mahmudov və Akif Çovdarovun imperiyaları başlarına yıxıldı. O da cəzasını layiqincə çəkəcək…

Yenicag.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İranın Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək” – Tehran rəsmisinin gülməli açıqlaması
Bu gün, 19:03
Pezeşkian Əli Laricanini Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edib
Bu gün, 19:00
Gözdən əlil şəxsin şikayəti təmin olunmadı - MƏHKƏMƏ
Bu gün, 18:05
“A-Qroup Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 18:03
İştirakçı azlığı 150 nəfəri təlimsiz qoydu - LƏĞV OLUNMUŞ TENDER, DETALLAR
Bu gün, 18:01
Ərdoğan Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verib - QƏRAR
Bu gün, 17:55
Ekspertdən nazirə sərt sözlər: “Medal gətirən liseyin direktoru yoxdur” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:50
AÇIQ DÜŞMƏNÇİLİK: Şahin Şıxlinski təkadamlıq kameraya salındı – Rusiyada Azərbaycan diasporasına qarşı təzyiqlər artır
Bu gün, 17:44
Rusiyanın Cənubi Qafqazda yanlışları: proseslər hara aparır? - AKTUAL
Bu gün, 17:42
4 yaşlı körpəyə tamah salan 64 yaşlı ŞƏRƏFSİZƏ hansı CƏZA VEİLƏCƏK?
Bu gün, 17:38
Aqil Abbas “Qarabağ”ın oyununa proqnoz verdi: - “Qurban kəsəcəyəm”
Bu gün, 17:30
Bakı və Ankara koordinasiyanı gücləndirir - İNCƏLƏMƏ
Bu gün, 17:26
“Turkcell” Ukraynadakı biznesini 539 milyon dollara fransız milyarderə satıb
Bu gün, 17:05
Tehranın Azərbaycana qarşı davam edən hikkəsi: Növbədə Vilayəti və İran XİN-dir - ARAŞDIRMA
Bu gün, 16:57
Yoldan bank kartı tapdı: - "28 Mall"da xərclədiyi üçün cəzalandırıldı
Bu gün, 16:14
“Milyonların həyatına son qoyan adam...” – Qızı Putini tənqid edib
Bu gün, 16:12
Deputatın oğlu yeni şirkət yaratdı
Bu gün, 16:10
Məhur aparıcıdan şok ETİRAF - “Qadın cərrahın yanına getmərəm”
Bu gün, 16:09
Türkiyə Ordusunun Baş qərargah rəisi dəyişib
Bu gün, 16:06
Prezident “Polis haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 16:05
Şahdağ Turizm Mərkəzi “SOCAR Petroleum”dan 150 minlik dizel yanacağı alır
Bu gün, 15:57
Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 15:53
“Əkrəm Əylisli məndən inciyib, əgər barışmaq istəyirsə…” - Anar
Bu gün, 15:43
Ağ Evdə gözlənilən görüşlə bağlı yeni xəbər: Zəngəzurla bağlı da qərar veriləcək - TƏFƏRRÜAT
Bu gün, 15:40
“Xalq Həyat”da təyinat olub
Bu gün, 15:37
İran səfirliyi Azərbaycanın iranlı məhkumlara yaratdığı münasib şəraiti müsbət dəyərləndirir
Bu gün, 15:30
İcbari Tibbi Sığorta və TƏBİB-lə bağlı dəhşətli faktlar - Yazdıqlarımız rəsmən təsdiqləndi
Bu gün, 15:28
“Sülh müqaviləsi 2 liderin ağrılı səylərinin nəticəsidir, Trampın bu işdə heç bir rolu yoxdur”
Bu gün, 15:21
“Balakhanı Operating Company”yə SİMVOLİK CƏZA... - Cəmi-cümlətanı...
Bu gün, 15:14
Məktəblərdə fransız dili ləğv olunur? - Müəllimlərin narazılığına CAVAB
Bu gün, 15:06
Rusiyanın dronlarında Hindistana məxsus komponentlər aşkarlanıb - Zelenskinin Ofisi
Bu gün, 14:59
Ermənistanda QALMAQAL: Qalstanyan 3 milyon TƏLƏB EDİR - "datalex.am"
Bu gün, 14:57
Zaur Mikayılovdan rekord: 8 aya 21 milyonluq 41 tender - BU NƏDİ BELƏ?
Bu gün, 14:50
Paşinyan konstitusiya ilə bağlı gizli qrup yaradıb
Bu gün, 13:08
Aynur Abdullayeva VTB (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin direktoru təyin edilib
Bu gün, 13:02
Dövlət qurumu ekspert xidməti aldı, qaliblər sırasında - BORCLU ŞİRKƏT DƏ VAR
Bu gün, 13:01
20-yə yaxın aptekdə nöqsanlar aşkarlanıb - RƏSMİ
Bu gün, 12:59
11 yaşlı qıza qarşı əxlaqsızlıq edən ilahiyyatçı barədə qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 12:56
Bu gündən yanacaqdoldurma stansiyalarında “Aİ-95” yanacağının satışı tam bərpa olunur - SOCAR
Bu gün, 12:51
Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:47
"Heç bir işlə təmin edilmədim" - Nazirlik də ALDATDI?
Bu gün, 12:46
Rusiya vətəndaşı Azərbaycanda şirkət yaratdı
Bu gün, 12:40
Bakı və İrəvanın Vaşinqton görüşü reallaşarsa... - ŞƏRH
Bu gün, 12:38
"Kişi müəllimlərin sayı artsa, tərbiyə də güclənər" –Sabiq təhsil nazirindən deputata CAVAB
Bu gün, 12:34
Akif Əlizadənin rəhbərlik etdiyi institut mikroskopa 1 milyon manata yaxın pul vermək istəyir
Bu gün, 12:31
Azərbaycanla Ermənistan arasında memorandum İMZALANACAQ
Bu gün, 12:22
Tanınmış bəstəkar TƏƏSSÜFLƏNDİ: - "Münasibətlər süni intellekt kimi olub!”
Bu gün, 12:21
Həmkarlar İttifaqından kütləvi narazılıq: Tələdən xilas yolu… - AKTUAL
Bu gün, 12:19
Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib? - AÇIQLAMA
Bu gün, 12:15
Bank rəhbərliyindən holdinqə transfer oldu - BUNDAN SONRA...
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru