Banklarda nağd pul çatışmazlığı yaranıb? .....                     "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi .....                     Nazir bu xəstəxanaya direktor təyin etdi .....                     240 Nömrəli məktəbdə nələr baş verir? .....                     Deputatın partiyası da qurultaya gedir .....                     6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: .....                     "Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi" .....                     Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib .....                     16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? .....                     "Bu, tamam başqa bir hissdir" .....                     “Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub .....                     "Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib .....                     İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir .....                     Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? .....                     Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... .....                     Xırda biznesmenlər üçün böyük fürsət .....                     Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib .....                     Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib .....                     Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? .....                     Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib .....                     Putin Ermənistanda “peşka”larını qurban verir .....                     Azərbaycanda kredit faizləri artıb .....                     Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb .....                     “Pozğun qadınların atası da, qardaşı da əri də susur“ .....                     İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” .....                     QANUNDANKƏNAR YASAMAL... .....                     “Baku Electronics” rəqabət qanunvericiliyini pozub .....                     Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik .....                     Ərdoğan Xankəndiyə gəlir .....                     Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: .....                     Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir .....                     LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? .....                     BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? .....                     “Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” .....                     Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu .....                     Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb .....                     Mülayim cənub küləyi əsəcək .....                     Arkoz Holdinq... ÇOBANLARA QARŞI! .....                     BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən .....                     Tramp savaşa DUR dedi... DURDU! .....                 

Gömrükdə qızıl və brilliant qaçaqmalçılığına kimlər şərait yaradır? - ARAŞDIRMA
Tarix: 30-11-2016, 10:39 | Çap et
Gömrükdə qızıl və brilliant qaçaqmalçılığına kimlər şərait yaradır?
Bu günlərdə Azərbaycan gömrükçüləri tərəfindən “görülməyən” külli miqdarda brilliantın Gürcüstan gömrüyündə saxlanılması barədə məlumat yayıldı. Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin yaydığı məlumata görə, noyabrın 23-də şübhəli şəxs qismində saxlanılanlar Azərbaycan-Gürcüstan sərhədini “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən keçiblər.

Onlar özləriylə 557 ədəd brilliantı sərhəddən keçirməyə nail olublar. Brilliant şübhəlilərin pul kisəsindəki xüsusi saxlanc yerində və paltarlarında gizlədilib. Lakin gürcü gömrükçüləri onları saxlayıb. Faktla bağlı cinayət işi qaldırılıb. Saxlanılanların kimliyi və hansı ölkə vətəndaşı olduqları göstərilmir.

Xatırladaq ki, 2 il əvvəl Azərbaycandan keçirilən, maye halda 3 ton heroin Gürcüstan gömrükçüləri tərəfindən saxlanılmışdı. Yükün əfqan mənşəli olduğu, İran üzərindən Azərbaycana, oradan isə Avropaya daşınmaq üçün Gürcüstana keçirildiyi məlum olmuşdu (metbuat.net).

Qeyd edək ki, bundan əvvəl Qafqaznews.az və 365info.az saytlarında qızıl qaçaqmalçılığına dair silsilə yazılar dərc olunmuşdu. Bu yazıda DTX əməkdaşları tərəfindən saxlanılan və barəsində 4 ay sanksiya qərarı verən Anur Məcidovun atası Qabil Məcidov və “Moskva” Univermağında qızıl ticarətiylə məşğul olan bəzi şəxslər barədə bir sıra iddialar araşdırılmışdı. Habelə, noyabrın 21-də dərc olunmuş ““Moskva” Univermağındakı zərgərlər uşaq oğurluğuyla da məşğuldur?” başlıqlı yazıda bildirilirdi ki, Qafqaz Xəbər Agentliyinə müraciət edən Faiq Xəlil oğlu Bəkirov adıkeçən Qabil Məcidovun onu təhdid etməsindən və boynuna 140 min dollar “borc” qoymasından şikayətlənmişdi.

Xatırladaq ki, ölkə mətbuatında qızıl qaçaqmalçılığı ilə bağlı, Anur Məcidovla birgə bir neçə gömrük əməkdaşının da saxlanılması barədə məlumatlar yayılmışdı. Biz bu və digər məqamlara aydınlıq gətirmək, habelə qiymətli metal və daş-qaş qaçaqmalçılığının qarşısını almaq üçün Dövlət Gömrük Komitəsinin hansı tədbirlər gördüyünü öyrənmək istədik. Görəsən, son brilliant qalmaqalına görə hansısa gömrük əməkdaşları məsuliyyətə cəlb olunubmu və ən azından daxili təhqiqat aparılıbmı?

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri, gömrük polkovniki Natiq Axundov məsələ barədə eşitcək “Hazırda araşdırma aparılır” dedi və dəstəyi asdı. Əməkdaşımız isə heç sual vermək macalı tapmadı. Güman ki, bu qısa “cavab” məhz mətbuatı uzaqlaşdırmaq üçün düşünülmüş “variant”lardandır. Və onu da xatırladaq ki, Natiq Axundovun jurnalist sual verməmiş dəstək atması birinci dəfə deyil. Bundan əvvəl də, DGK-nın rəsmisi bizim jurnalistlərə qarşı dəfələrlə hörmətsizlik etmiş, mətbuatla əməkdaşlıq etikasını gözləməmişdi. Biz Natiq Axundovu da qınamırıq. Ola bilər ki, DGK rəhbərliyi – Aydın Əliyev və Səfər Mehdiyev ona məhz bu cür təlimat veriblər, o da məhz jurnalistlərin üzünə dəstək atmağa görə maaş alması ilə barışıb.

Təəssüflər olsun ki, bu istiqamətdə Baş Prokurorluğun hansı tədbirlər gördüyünü mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdan da öyrənə bilmədik, çünki zənglərimiz cavabsız qaldı. Sabiq millət vəkili, “Ümid” Partiyasının sədri İqbal Ağazadə Qafqaznews.az-a bildirdi ki, bu cinayət hadisəsidir və dərhal prokurorluq qurumları, eləcə də aidiyyatı olan digər dövlət qurumları məsələyə qarışmalıdır. “Bu, artıq ikinci qalmaqaldır. Azərbaycanın hüquq mühafizə orqanları dərhal prosesə müdaxilə etməli və mətbuata da ətraflı məlumat verilməlidir. Müəyyən olunmalı idi ki, o qədər brilliant Azərbaycan gömrüyündən necə keçib, kimlər şərait yaradıb, kimlər göz yumub. Ümumiyyətlə, bu cinayətə görə, məsuliyyət birbaşa Dövlət Gömrük Komitəsinin rəhbərliyinin üzərinə düşür. Komitənin rəhbərliyində oturan şəxslər bu və digər suallara aydınlıq gətirməlidirlər”, – deyə sabiq millət vəkili vurğulayıb.

“Şəffaflıq Azərbaycan” Təşkilatının rəhbəri Rəna Səfərəliyevanın fikrincə, cinayətlə bağlı araşdırma gedirsə, bu barədə ictimaiyyəti 100 faiz məlumatlandırmaq məcburi deyil. “Lakin ümid edək ki, DGK-nın öz istintaq orqanları bu məsələni araşdıracaq, prokurorluq orqanlarına yönəldəcək. Kimlər vəzifə səlahiyyətlərindən sui-istifadə edibsə, şübhəsiz cəzalandırılmalıdırlar. Gürcüstanın gömrük orqanları daha yaxşı işləyir… Ola bilər ki, heç bizim gömrükçülər o brilliantları görməyiblər. Hətta bu hipotez doğru çıxsa belə, yenə də DGK bu məsələyə görə məsuliyyət daşıyır və təcili tədbirlər görməlidir.

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin, Vergilər Nazirliyinin rüblük hesabatlarını görmüşəm, amma nədənsə, Dövlət Gömrük Komitəsinin rüblük hesabatlarına rast gəlməmişəm”, – deyə R.Səfərəliyeva qeyd edib.

Xatırlatma: Noyabrın 21-də hazırda Rusiya Federasiyasında yaşayan Faiq Xəlil oğlu Bəkirov adlı şəxs Qafqaz Xəbər Agentliyi ilə əlaqə saxlayaraq, Qabil Məcidovla bağlı açıqlama vermək istədiyini bildirdi. F.Bəkirovun sözlərinə görə, 2000-2014-cü illərdə “Moskva” Univermağında qızıl satışı ilə məşğul olub və Q.Məcidovun qızıl və daş-qaşları vətəndaşlara satıb. Q.Məcidov və onun şəbəkəsi barədə365info.az-ın yaydığı məlumatları təsdiqləyən F.Bəkirov vurğuladı ki, Qabil Məcidov həqiqətən də adıkeçən Fərid və Rauf Orucov qardaşları, habelə Ramin Paşayevlə birlikdə ölkədən qızıl qaçaqmalçılığını həyata keçirir. “Onların “Riyad” Təhlükəsizlik Xidmətinin yanında sexi olduğu barədə məlumatlıyam.

Bu sex barədə çox zərgər bilir, orda qızılı əridib külçə halına salır, müxtəlif vasitələrlə ölkədən çıxarırlar. Hacı Qabilin oğlunun adı isə Anur Məcidovdur, Amur yox. Mətbuatda bu ad yalnış olaraq gedib. Lakin qruplaşmanın başında məhz Qabil Məcidovun özü durur. Həqiqətən də, Hacı Qabilin QMİ-də sədr müavini olan Fuad Nurullahla çox sıx əlaqələri var. Hacı Fuad tez-tez onun yanına gəlib-gedir, məsləhətləşirdilər. Hər hansı bir məsələdə kömək lazım olduqda da, Qabil Məcidov ilk olaraq Hacı Fuadla əlaqə saxlayırdı. Bundan başqa, Hacı Qabilin yanında Patnisamir adlı bir Hindistan vətəndaşı da var… Patnisamir Dubayda yaşayır və tez-tez Azərbaycana gəlib-gedir, Hacı Qabil üçün saxta daş-qaş gətirir, o isə brilliant adı ilə bu daş-qaşları əhaliyə satır” , – deyə F.Bəkirov bildirdi.

O, Qabil Məcidovun saxta əyarla əhaliyə qızıl satması barədə məlumatların da həqiqətə uyğun olduğunu, bu əyar fırıldağından özünün də zərər çəkdiyini vurğuladı: “Hacı Qabil mənim kimi, bir çox insanı bu cür işə salıb. Əyarı yalandan 750 göstərilən, keyfiyyətsiz qızıllar verirdi, mən də bunu bilmədən müxtəlif insanlara satırdım. Şikayətlər gəldikdə, bunu Qabil Məcidova bildirdim, o isə and-aman elədi ki, “qıldığım namaz haqqı, belə şey ola bilməz”.

Amma bir dəfə onun da tanıdığı adamlara qızıl satdım, pulunu ala bilmədikdə, Qabil Məcidov mənə təzyiqlər göstərməyə və təhdid etməyə başladı. Dəfələrlə başqalarının yanında deyirdi ki, “özünü as, pulu silim”. Mən Xırdalanda, 28-ci məhəllədə yerləşən mənzilimi banka girov qoydum, aparıb 31 min manat pulu verdim Qabilə. Lakin o, məni zorla notariusa apararaq, 140 min ABŞ dolları borclu olmağım barədə sənəd aldı. Dəfələrlə evimə gəlib təhqir və təhdid də etmişdi. 2014-cü ilin noyabrında mən Özbəkistana, pulun dalınca getdim. Lakin o adamlar qızılın saxta olduğunu əsas gətirərək, pulu verməkdən imtina etdilər. Ondan sonra mən Rusiyaya gəldim və həm evimi girovdan qurtarmaq, həm də Qabil Məcidova pul göndərmək üçün burda işləməyə başladım”.

F.Bəkirovun sözlərinə görə, Qabil Məcidov ondan əl çəkmir və dəfələrlə təhdid dolu mesajlar və səs yazıları göndərir: “Gah oğlumu oğurlatdıracağı, gah da ailəmlə ilə bağlı ürək bulandıran təhdidlər səsləndirib. Özünə “hacı” deyən bir adamın belə əxlaqsız ifadələri ağzına almasını anlaya bilmirəm. Ailəm təhlükədədir və onların təhlükəsizliyinin təmin olunması üçün, aidiyyatı orqanların da təcili tədbir görməsinə ehtiyac var. Qabil Məcidov mənim kimi çox insanı evindən, işindən məhrum edib… Şahin adlı bir adamının yeznəsinin də evini bu şəkildə əlindən almışdı”.

Biz məsələ ilə bağlı Qabil Məcidovun da fikrini öyrənməyə çalışdıq, lakin sözügedən şəxs bizim zənglərimizə cavab vermədi. Təəssüf ki, Patnisamir adlı şəxslə də əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Yazı çapa gedərkən, biz məlumat əldə etdik ki, Qabil Məcidov hazırda “Moskva” Univermağı yaxınlığında yerləşən “Ocaq” Kafesində Sabit Mazakovla bir yerdə oturub. Qabil Məcidov zənglərimizə cavab vermədikdə, Sabit Mazakova zəng edərək, dəstəyi Qabil Məcidova ötürməyi xahiş etdik.

Qeyd edək ki, S.Mazakovun qardaşı Cavid Mazakovun da Qabil Məcidovun yaxın ətrafında olması varədə məlumat əldə etmişik. “Sizə kim verib mənim nömrəmi? Mən Hacı Qabili tanımıram… Tanıyıram ey, belə uzaqdan tanıyıram. Heç bir işim yoxdur. Siz hardasınız, gəlin danışaq”, – deyə S.Mazakov bildirdi.

“Mən hazırda sizin yanınıza gələ bilmərəm. Amma sizdən sadəcə münasibət soruşa bilərəm. Faiq Bəkirovun Qabil Məcidov tərəfindən təhdid olunması barədə məlumatınız var? Həmçinin, sizin və qardaşınızın adı da Qabil Məcidovla ortaq işlərdə hallanır”, – deyə soruşduq. “Yox, məlumatım yoxdur. Siz Faiqə, Qabilə zəng edin, mənə niyə zəng edirsiniz? Açıq-aşkar məni şantaj edirsiniz”, – deyə S.Mazakov bizi günahlandırdı.

“Sabit müəllim, şantaj o deməkdir ki, sizdən kimsə filan vaxta, filan yerə pul çatdırmağı istəsin. Mən əgər sizə belə şantaj etmişəmsə, zəhmət olmasa, 102-yə məlumat verin”, – deyə Qafqaznews.az əməkdaşı izah etdi. “Yox, mən başqa yerlərə məlumat verəcəyəm”, – deyə Sabit Mazakov dəstəyi asdı. Az sonra telefonumuza başqa bir nömrədən zəng gəldi.

“Hacı Qabildir. İndi gəlib çıxdım bura, eşitdim ki, məni axtarmısınız… Faiq Bəkirovu xeyir-dua ilə, xoşluqla yola salmışam. Onun mənə borcu var, lazım olsa, sənədi müvafiq yerlərə təqdim edəcəyəm. Sizlə harda görüşək?”, – deyə Q.Məcidov bildirdi. “Hacı, mən sizinlə görüşməyəcəm. Amma Faiq Bəkirov bizə səs yazıları atıb. Orda “uşaqlarını oğurlatdıracam”, “evinizə gedəcəm” kimi sözlər işlədilir”, – deyə qeyd etdik. “Səs yazıları var, lap yaxşı. Mənim Türkiyədə zavodum, Bakıda da təyyarəm var. Bunları da yazın”, – deyə Qabil Məcidov dəstəyi asdı.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Banklarda nağd pul çatışmazlığı yaranıb?
Bu gün, 18:04
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edildi - ƏMR
Bu gün, 18:01
Nazir bu xəstəxanaya direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 18:00
240 Nömrəli məktəbdə nələr baş verir? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58
Deputatın partiyası da qurultaya gedir
Bu gün, 17:55
6 manatlıq şirkətlə 429 min AZN-lik müqavilə: - Lənkəranda su borusu təmirinə görə...
Bu gün, 17:48
"Rəşidə xanım bir dəfə bizə müraciət etmişdi, o da oğlu Rəşid ilə bağlı idi"
Bu gün, 17:47
Ter-Petrosyan II Qareginlə Ermənistandakı siyasi vəziyyəti müzakirə edib - KİV
Bu gün, 17:41
16 yaşlı qızı qaçıran axundla bağlı müəmma: Niyə həbs edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:37
"Bu, tamam başqa bir hissdir"
Bu gün, 17:35
“Azərbaycan Dəmir Yolları”nda yeni təyinat olub - CAVAB
Bu gün, 17:32
"Azəriqaz"ın baş direktoruna yeni müavin təyin edilib
Bu gün, 17:30
İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir – Paşinyan devrilir?
Bu gün, 16:33
Bundan sonra: Bakı-Tehran əlaqələri necə olacaq? - AKTUAL
Bu gün, 16:31
Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası... - Türkiyə mediası
Bu gün, 16:28
Xırda biznesmenlər üçün böyük fürsət - GƏLİŞMƏ
Bu gün, 16:24
Tanınmış təhsil eksperti xəstəxanaya yerləşdirilib
Bu gün, 16:21
Rəsmi Tehran nüvə təsisatlarının ciddi şəkildə zədələndiyini etiraf edib
Bu gün, 16:17
Ermənistanda milliləşdirmə dalğası: Paşinyan Zəngəzur dəhlizinə hazırlıq görür? - KİV
Bu gün, 15:58
Baqrat Qalstanyanın hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı səs yazıları dərc edilib - KİV
Bu gün, 15:56
Putin Ermənistanda “peşka”larını qurban verir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:26
Azərbaycanda kredit faizləri artıb - DETALLAR
Bu gün, 15:24
Ermənistanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 14 nəfər saxlanılıb
Bu gün, 15:19
“Pozğun qadınların atası da, qardaşı da əri də susur“
Bu gün, 15:17
İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları “vurdu” - AKTUAL
Bu gün, 15:02
QANUNDANKƏNAR YASAMAL... - Başçısı Elşad olanın...
Bu gün, 14:57
“Baku Electronics” rəqabət qanunvericiliyini pozub - RƏSMİ İTTİHAM
Bu gün, 14:52
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik - MƏQALƏ
Bu gün, 14:49
Ərdoğan Xankəndiyə gəlir - diplomatik mənbə
Bu gün, 13:04
Zəngəzur dəhlizinə qarşı “Sülh kəsişməsi” iddiası: - Paşinyanın Türkiyəyə apardığı "layihə" açıqlandı
Bu gün, 13:01
Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir
Bu gün, 12:58
LEQAL QUMAR: Azərlotoreya yarıtmışdı ki, kazinolar da yarıtsın? - GÖZÜMÜZ QORXUB...
Bu gün, 12:53
BUNUN NƏYİ İXTİSAR OLDU Kİ? - NARAZILIQ VAR...
Bu gün, 12:42
“Yaxın Şərqdə münaqişənin tam bitəcəyini, sülhün bərqərar olacağını iddia etmək doğru deyil” - deputat
Bu gün, 12:34
Qadın sərnişinlərə "padxod" edən daha bir taksi sürücüsü tutuldu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 12:30
Ermənistan MTX keşiş Baqrat Qalstanyanı saxlayıb
Bu gün, 12:27
Mülayim cənub küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
Arkoz Holdinq... ÇOBANLARA QARŞI! - İşləsələr də, pullarını ala bilmirlər...
Bu gün, 12:23
BƏƏ-dən 190 min manatlıq qızıl gətirməkdə təqsirləndirilən DGK-nın sabiq vəzifəli şəxsləri azadlığa buraxılıb
Bu gün, 12:21
Tramp savaşa DUR dedi... DURDU! - Sülhə OL desə... OLACAQMI?
Bu gün, 12:19
Mürsəl İbrahimova “general-mayor” ali hərbi rütbəsi verildi - SƏRƏNCAM
Bu gün, 11:19
Prezident onlara “general-mayor” rütbəsi verdi - ADLAR
Bu gün, 11:17
Prezident sərəncam imzaladı - ONLARI TƏLTİF ETDİ
Bu gün, 11:15
Məhkəmə sabiq bələdiyyə sədrinə 9 il həbs cəzası verdi - TƏFƏRRÜAT
Bu gün, 11:10
Bakıda icra başçısı birinci müavinini işdən çıxardı - ƏMR
Bu gün, 11:08
Azərbaycanlı müğənninin rus sevgilisi - FOTO
Bu gün, 11:01
SEPAH və ETTELAAT yeni qurum yaradır
Bu gün, 10:59
Ermənistanda hakimiyyəti ələ keçirmək planı pozulub - Paşinyan
Bu gün, 10:57
Atası da həbs edilmiş şirkət rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 10:07
Qazilər dərmansız qalıb: Sakitləşdirici dərmanlar 2 aydır verilmir - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru