“Ölkəmiz borcun ÜDM-ə nisbətinə görə ən yaxşı vəziyyətdə olan ilk 10 ölkə arasındadır” - deputat
Tarix: 24-11-2020, 08:32 | Çap et
Koronavirus pandemiyası dünyada son illər ərzində sürətlə böyüyən borc problemini daha da kəskinləşdirəcək. Bu barədə Vaşinqton Beynəlxalq Maliyyə İnstitutunun hazırladığı hesabatda məlumat verilir.
Hesabata görə, qlobal borcun miqdarı 2020-ci ilin yekununda 277 trilyon ABŞ dollarına qədər yüksələrək rekord səviyyəyə çata bilər: “Yeni növ koronavirus infeksiyası nəticəsində meydana gələn iqtisadi tənəzzül keçən ilin sonundan bəri dünya ölkələrinin borcunu 15 trilyon ABŞ dolları miqdarında artırıb. Nəticədə qlobal borc miqdarı 2020-ci ilin III rübünün yekununda 272 trilyon ABŞ dollarına qədər yüksələrək rekord səviyyəyə çatıb. Pandemiya ilə mübarizəyə ayrılan vəsaitləri nəzərə alsaq, cari ilin sonuna qlobal borcun 277 trilyon ABŞ dollarına (ÜDM-in 365 faizi) çatacağını gözləyirik”.
Mütəxəssislər hesab edir ki, dünyada maliyyə sektoru xaricindəki borc səviyyəsi 2019-cu illə müqayisədə bu il 210 trilyon ABŞ dollarına çatacaq. Qeyd edək ki, 2019-cu ildə bu rəqəm 194 trilyon ABŞ dolları olub.
Hesabat müəlliflərinin fikrincə, qlobal borcun belə sürətli artımının əsas səbəbkarı ucuz kreditləşməyə qərar verən mərkəzi banklardır.
Maraqlıdır ki, Beynəlxalq Valyuta Fondunun iqtisadçıları qlobal borcun həcmini daha az hesablayırlar. Bu yaxınlarda fondun icraçı direktoru Kristalina Georgiyeva bildirib ki, dünyada dövlət və özəl sektorun borcunun ümumi məbləği 188 trilyon dollar təşkil edir. Onun sözlərinə görə, borcun üçdə ikisi özəl sektorun borclarıdır. Daha bir mühüm hissəsi aşağı gəlirli ölkələrin aldıqları kreditlərdir.
Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, bu il qlobal iqtisadiyyat 4,4 faiz kiçilməyə məruz qalacaq. 2021-ci ildə isə bu proses artımla əvəz olunacaq, qlobal iqtisadiyyat 5.2 faiz böyüyəcək.
Qlobal borcun mühüm hissəsi inkişaf etmiş ölkələrə məxsusdur - 177 trilyon dollar. Bu ölkələr arasında da liderlik ABŞ-dadır. ABŞ-dan sonra borcun həcminə görə ikinci yerdə onun əsas rəqibi Çin gəlir - burada borcun həcmi ölkə ÜDM-in 300 faizini keçib. Bu iki ölkə isə birlikdə qlobal borcdakı artımın 60 fazinə “sahibdir”.
Ən çox borclanmaya Çinin əsasən dövlət şirkətlərindən ibarət olan korporativ sektoru gedib - ölkə ÜDM-nin 155 faizi - 21 trilyon dollar. Bu, ölkə üzrə borclanma həcminin üçdə ikisinə yaxın bir məblədir. Müqayisə üçün ABŞ-da korporativ sektorun borcu ölkə ÜDM-nin 74 faizinə bərabərdir.
Çinin korporativ bazarındakı bu yüksək borclanmadan ölkənin korporativ istiqrazlar sahəsi əziyyət çəkməyə başlayıb. 2018-ci ildə Çində bu istiqrazlar 1,72 trilyon dollar təşkil etməklə yalnız 5,81 tirlyon dollarlıq ABŞ bazarına uduzurdu. Hazırda inkişaf etməkdəolan bazarların yeni korporativ borc kağızlarının 42 faizinə Çin şirkətləri nəzarət edir ki, bu da gələcəkdə defolt riskini artırır. İnkişaf etmiş bazarlarda borc ilin əvvəlindən 26 bənd artmaqla ÜDM-in 250 faizinə çatıb. Bu həftə Zambiya defolt elan edən 6-cı inkişaf etməkdə olan ölkə oldu. Belə defoltların sayının getdikcə artacağı gözlənilir.
G20 ölkələri dünyanın 46 kasıb ölkəsinin kreditlərə görə ödəməli olduğu 5 milyard dollarlıq borcun ödənişini təxirə salmaq qərarına gəliblər. Onlar həmçinin kasıb dövlətlərin yenidən BVF tərəfindən təqdim olunan kreditləri cəlb edə bilməsinə şərait yaratmaq istəyirlər.
İqtisadçı-ekspert Elman Sadiqovun sözlərinə görə, pandemiya dünya üçün onsuz da ən əsas problemlərdən biri olan borc böhranını daha da dərinləşdirdi: “2020-ci ilin üçüncü rübünün sonuna dünyada bütün sektorlar üzrə borc həcmi 272 trilyon dollara çatdı. Bura dövlət, korporativ və digər bütün növ borclar, o cümlədən maliyyə bazarlarında yaranan borclar aiddir. Bütün borcların 60 faizindən çoxunu dövlət borcları təşkil edir. Qiymətləndirmələrə görə, bu ilin sonuna bu borcun daha da artaraq 277 trilyona çatması gözlənilir. Bu, qlobal ümumi daxili məhsula nisbətdə 365 faiz deməkdir. Cari ilin üçüncü rübündə inkişaf etmiş ölkələrdə borcun həcmi ÜDM-in 432 faizini təşkil edib ki, bu da 2019-ci ilə nisbətən 50 faiz bəndi artım deməkdir. İnkişaf etməkdə olan ölkələrdə isə borc ÜDM-in 248 faizinə çatıb. Bunlardan ən çox borclanan inkişaf etməkdə olan ölkələr Livan, Çin, Malayziya və Türkiyə olub.
Borcların tərkibinə gəlincə, qeyd etdiyimiz kimi, 60 faizi dövlətlərə məxsusdur. 100 trilyon dollarlıq borc müxtəlif dövlətlər və şirkətlər tərəfindən buraxılmış istiqrazlardadır. 2020-ci ilin ən xarakterik prosesi bu oldu ki, borclar daha çox əl dəyişdi. Yəni daha çox korporativ və digər təhlükəli sektorlarda, o cümlədən ABŞ-da ipoteka ilə bağlı olan qiymətli kağızlar dövlət tərəfindən alındı. Bu, daha çox böhranı əngəlləmək üçün atılan addım idi".
Maraqlıdır ki, bu il qlobal borcun artım dinamikası ötən ilkindən bir qədər aşağıdır: “Digər məsələ budur ki, bu ilin 3 rübündə qlobal borcdakı xalis artım 15 trilyon dollar təşkil edib. Bu, çox yüksək rəqəmdir. Təkcə ikinci rübdə qlobal borca 12,5 trilyon dollar əlavə olunub. Müqayisə üçün qeyd edim ki, ötən il hər rübdə qlobal borc 5,5 trilyon dollar, ilin sonunda 22 trilyon dollar artıb. Yəni müqayisə etdikdə, görürük ki, 2020-ci ildə borcun artım sürəti 2019-cu ildən daha aşağı olacaq. Lakin bu il təhlükəni artıran məqam dövlətlərin borc yükünün çoxalmasıdır. Dövlətlər əlavə pullar çap edərək bazardakı borcları satın alıblar. Ötən ildən mən bildirmişdim ki, istiqraz bazarındakı borclanmanın artması ciddi problemlər yarada bilər. Bu il istiqraz borcunun mühüm hissəsinə malik ABŞ-da Federal Ehtiyatlar Sistemi istiqraz borclarının xeyli hissəsini əlavə çap etdiyi pullarla satın almaqla bazarda gərginliyi bir qədər azaltmış oldu”.
Ekspert bildirir ki, ümumiyyətlə, qlobal borc problemi çox geniş, həm də çox spesifik mövzudur: “Borca nominal rəqəm baxımından yanaşmaq deyil, onun ÜDM-ə nisbətinə baxmaq lazımdır. Hər bir ölkə üzrə bu amilə diqqət yetirmək lazımdır. Nominal həcmə görə ən böyük borc ABŞ-dadır. Burada ümummilli borcun həcmi hazırda 27,3 trilyon dollardır. Bu, dövlət və özünüidarəetmə qurumlarının borcudur. Amma ABŞ-da ümumi borc bazarı 85,6 trilyon dollarlıq həcmə malikdir. Bu, inkişaf etmiş ölkələrin ümumi borclarının yarısına bərabərdir. Hazırda qlobal istiqraz bazarında olan borcun 33 faizi ABŞ-ın, 14 faizi isə ondan sonra gələn Yaponiyanın payına düşür.
Borclanmanın səbəbləri, məqsədi müxtəlifdir. Bu prosesi qiymətləndirərkən alınan borcların hansı effekti verdiyinə, hansı nəticələrə gətirdiyinə diqqət yetirmək lazımdır. Hansısa bir inkişaf proqramı üçün götürülən borcla digər borcu qapamaq üçün götürülən borcun böyük fərqi var. Dünyada ən yüksək borcu olan ölkələrdən biri Yaponiyadır - ÜDM-in 235 faizinə çatır. İkinci yerdə 182 faizlə Yunanıstan, üçüncü yerdə Sudan, Venesuela, İtaliya kimi ölkələr gəlir. ABŞ-da bu göstərici 120 faizə yaxındır. Amma digər bir qisim ölkələrdə borcun ÜDM-ə nisbəti çox kiçik rəqəmlərlə ifadə olunur. Məsələn, Əfqanıstanda ümumi borcun ÜDM-ə nisbəti 6,8 faiz, Bruneydə 2,5 faiz təşkil edir. Yəni borcun azlığı-çoxluğu ölkələrin inkişaf səviyyəsinin göstəricisi ola bilməz.
İlin sonunadək inkişaf etməkdə olan ölkələr 3,7 trilyon dollar borc qaytarmalıdılar - vaxtı bitir. Bu borcun ödəniləcəyi real görünmür, onun kapitallaşacağı və həcminin 4 trilyon dollara çatacağı gözlənilir".
Azərbaycana gəlincə, E.Sadiqovun sözlərinə görə, bizdə borcun həcmi ÜDM-in 20 faizinin altındadır: “Bu, Azərbaycan kimi ölkə üçün yaxşı rəqəm sayılır. Bu şəraitdə qlobal borc bazarında yaranacaq hər hansı bir böhran Azərbaycana birbaşa təsir etməyəcək. Lakin dünya maliyyə sistemində yaranacaq böhranın ölkəmizə dolayısı ilə təsirləri ola bilər. Bu təsirin müəyyən sahələrdə az, digərlərində çox olması mümkündür”.
İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov qeyd edir ki, G20 ölkələrinin son toplantısında müzakirə olunan əsas mövzulardan biri pandemiyadan sonra qlobal iqtisadiyyatın canlandırılması olub: “Pandemiyanın təsirləri kifayət qədər böyük oldu, qlobal iqtisadiyyat ondan ciddi zərbələr aldı. Postpandemiya dövründə bu zərərlərin aradan qaldırılması uzun zaman tələb edəcək. Bu dönəmdə qarşıda duracaq əsas vəzifələrdən biri də qlobal borc öhdəliklərinin azaldılması olacaq. Azərbaycanın vəziyyəti bu sahədə kifayət qədər pozitivdir. Ölkədə xarici borcların idarə edilməsi üzrə strategiya hazırlanıb, həyata keçirilir. Hazırda borcun ÜDM-ə nisbətinə görə Azərbaycan ən yaxşı vəziyyətdə olan ilk on ölkə sırasındadır. Yəni pandemiya dövründə də ölkəmizdə xarici borcdan asılılıq yaranmadı. Dünya neft bazarındakı volatillik qısa müddətdə stabilləşmə ilə əvəz olundu və Azərbaycan bu il hətta beynəlxalq valyuta ehtiyatlarını artırmağa belə nail oldu. Bu vəziyyət imkan verəcək ki, Azərbaycan postpandemiya dövründə iqtisadiyyatın üzləşdiyi mənfi təsirlərdən daha sürətlə çıxmağa və iqtisadi artıma nail ola bilsin”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
|