Moldovada fövqəladə vəziyyət elan olundu - Rusiya bu ölkəni qışın soyuğunda qazla imtahana çəkməyə hazırlaşır
Tarix: 25-10-2021, 08:25 | Çap et
 Moldovada Qərbyönümlü Mayya Sandunun hakimiyyətə gəlməsinə bu günə qədər səbrlə yanaşan Rusiya deyəsən gözlədiyi qisas anının yaxınlaşdığını düşünür. Ovqat.com-un məlumatına görə, Moskva Sandu hökumətini bu qış mövsümündə qazla imtahana çəkməyə qərar verib. Bildirilir ki, Moldova hökuməti ilə “Qazprom” arasında oktyabrın 21 və 22-də Moskvada keçirilən iki günlük danışıqlar uğursuz alınıb və saziş imzalamaq mümkün olmayıb. Nəticədə Kişinyov ölkədə qazla bağlı fövqəladə vəziyyət elan edib. “Qazprom” isə böhranın bütün günahını Moldovada görür. “Hazırda Moldovaya Rusiya qazının tədarükü ilə bağlı çox çətin vəziyyət var. Bunun günahı tamamilə Moldova hakimiyyətinin üzərinə düşür. Söhbət Moldovanın aldığı qazın haqqını ödəməməsi böhranından gedir”, - “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov media açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda borcun ümumi həcmi 433 milyon dollardır və ödənişlərin gecikməsini nəzərə alsaq borc məbləği 709 milyon dollara qədər yüksələ bilər. “Eyni zamanda, Moldova təmsilçiləri nədənsə yığılmış borc məbləğini tanımaq istəmirlər. Moldova nümayəndələri qazın qiymətini bəyənmirlər, baxmayaraq ki, burada qiymətlər aydın və şəffafdır”, - deyə Kupriyanov vurğulayıb. Qeyd olunur ki, “Qazprom” Moldovaya 700 milyon dollardan çox borcunu üç il ərzində ödəmək şərtilə əlavə 25% endirimlə bazar qiyməti təklif edib, lakin Moldova tərəfi qazın bazar qiymətindən iki dəfə aşağı olmasında israrlıdır. Rusiyanın "Kommersant" nəşrinə məlumat verən mənbə bunun səbəbini vəsait çatışmazlığı ilə əlaqələndirib. “Qazprom” nümayəndəsi Moldovanın qazla imtahana çəkilməsində hər hansı siyasi motiv axtarılmasını istisna edir. Onun fikrincə, böhranın yeganə səbəbi iqtisadidir: “Burada siyasət yoxdur, “Qazprom” səhmdar cəmiyyətdir və zərərlə işləyə bilməz, RF büdcəsinə vergi ödəmələrini itirə bilməz. Səbrin sərhədləri var. Moldova özü də öz əlləri ilə böhran yaradır”, - deyə “Qazprom” nümayəndəsi Kişinyovun borcdan yayınmaq üçün “Moldovaqaz”ı ləğv etməyi planlaşdırdığını bildirib və bundan təəccübləndiyini gizlətməyib. O, həmçinin qeyd edib ki, "Qazprom" Kişinyova bir neçə güzəştli təkliflər verib, amma Moldova rəsmiləri bu təkliflərlə də razılaşmaq istəmirlər: “Yığılmış borclara baxmayaraq, Moldova tərəfi qaz tədarükü üzrə müqavilənin bu ilin oktyabr və noyabr ayları üçün uzadılmasını xahiş edir. "Qazprom" burada da kompomis təklif irəli sürüb. Moldova tərəfi oktyabr ayı üçün müqavilə imzalayıb bu ilin sentyabr və oktyabr ayları üçün tədarükləri tam ödəsə, “Qazprom” noyabr ayına qədər müqaviləni uzatmağa hazırdır". Kupriyanov onu da vurğulayıb ki, ödənişlərin edilməməsi və yeni müqavilə üzrə danışıqların nəticəsiz qalması halında “Qazprom” dekabrın 1-dən Moldovaya qaz nəqlini tamamilə dayandıracaq. “Qazprom”un bu qərarından sonra Kişinyov alternativ qaz qaynaqları axtarmağa başlayıb. Bildirilir ki, bu axtarışların ilk məqsədi cari kəsiri ödəməkdir. Moldovanın “Energocom” şirkəti qaz alışı hərracının başlandığını elan edib. “Moldovada qaz sektorunda fövqəladə vəziyyət elan edilib. 100% dövlətə məxsus olan “Energocom” şirkəti Ukrayna və Rumıniya ilə Moldova sərhədinə qaz tədarük etmək üçün qaz almağa hazırlaşır. Buna görə də şirkət yaxın günlərdə və həftələrdə tədarükçülər üçün müxtəlif tenderlər təşkil edəcək”, - Moldova şirkətinin açıqlamasında deyilir. Açıqlamada bildirilir ki, “Energocom”un kifayət qədər maliyyəsi var və şirkət öncədən də ilkin ödənişlər edə biləcək. “Energocom”un yeganə səhmdarı olan Dövlət Əmlak Agentliyi seçilmiş təchizatçılar üçün ödənişə zəmanət vermək üçün xüsusi məktub hazırlayacaq. Şirkətin tenderə dəvət etdiyi tədarükçülər arasında “Qazprom”-un adı isə yoxdur. İddia olunur ki, iki gün davam edən hərracda hələlik heç bir şirkət Moldovaya qaz vermək istəməyib. Görünən budur ki, Moldova Avropaya inteqrasiya siyasətinin bədəlini qışda donmaqla ödəyəcək. Avropa isə Rusiyanın “Şimal axını-2” layihəsinin necə həyata keçirməyin hesabını aparır. Ovqat.com


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan Fransaya hərbi attaşe təyin edib
Bu gün, 18:00 |
|
|
|
• Əmək məcəlləsinin pozulması halları... - Ekspert danışır...
Bu gün, 17:47 |
|
|
|
• FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb – 239 min ayrıldı
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Bu gün, 17:38 |
|
|
|
• Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər - BUNDAN SONRA...
Bu gün, 17:34 |
|
|
|
• ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi - TƏFƏRRÜAT
Bu gün, 17:30 |
|
|
|
• Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
Bu gün, 17:13 |
|
|
|
• Paşinyan yeni katolikos axtarır
Bu gün, 17:10 |
|
|
|
• “Rep oxuyursa, deməli, buna ehtiyac var!” – Alim Qasımov ətrafında qalmaqal
Bu gün, 17:02 |
|
|
|
• Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu - FOTO
Bu gün, 17:00 |
|
|
|
• “Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” – Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni kim olub?
Bu gün, 16:49 |
|
|
|
• Zəngəzurda keçid dili ingiliscə olacaq? - AKTUAL
Bu gün, 16:43 |
|
|
|
• Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? - İLGİNC İDDİALAR
Bu gün, 16:34 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni plan – Kartlar yenidən paylanır
Bu gün, 16:28 |
|
|
|
• Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir - İcra başçısı
Bu gün, 16:26 |
|
|
|
• Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: - Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?
Bu gün, 16:25 |
|
|
|
• “Rossotrudniçestvo” rəhbərinin qorxusu: - “Təsirimizi itirmək fəlakətli olacaq"
Bu gün, 16:22 |
|
|
|
• Paşinyan gizli danışıqlara BAŞLADI
Bu gün, 16:20 |
|
|
|
• Parisin "sülh göyərçini" təqdimatı: - Makron erməni tərəfkeşliyindən əl çəkmir
Bu gün, 16:18 |
|
|
|
• Deputatlara verilən bu pullar narazılıq yaratdı – MƏBLƏĞ
Bu gün, 16:14 |
|
|
|
• Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə - SƏBƏB NƏDİR?
Bu gün, 16:12 |
|
|
|
• Britaniya Ermənistana yeni səfir təyin edib - KİV
Bu gün, 16:09 |
|
|
|
• AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib - DETALLAR
Bu gün, 16:05 |
|
|
|
• “Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” - ETİRAZ VAR...
Bu gün, 15:55 |
|
|
|
• Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb
Bu gün, 15:53 |
|
|
|
• Zəngəzurla bağlı ŞOK ABŞ planı - Bölgənin taleyi dəyişir?
Bu gün, 15:49 |
|
|
|
• Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 15:39 |
|
|
|
• DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib
Bu gün, 15:31 |
|
|
|
• Erməni əsgərləri NATO təlimində: hansı statusla? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:02 |
|
|
|
• Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb - KİV
Bu gün, 15:00 |
|
|
|
• Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! - VİDEOMÜRACİƏT
Bu gün, 14:56 |
|
|
|
• İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 14:52 |
|
|
|
• Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58 |
|
|
|
• Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57 |
|
|
|
• "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53 |
|
|
|
• Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47 |
|
|
|
• Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44 |
|
|
|
• Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42 |
|
|
|
• Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32 |
|
|
|
• Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29 |
|
|
|
• Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26 |
|
|
|
• Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• “Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04 |
|
|
|
• Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58 |
|
|
|
• “Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56 |
|
|
|
• Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53 |
|
|
|
|