Zelenski Putinə qoyduğu qadağanı ləğv edir? .....                     Putin-Tramp görüşü hələlik təxirə salınıb .....                     "O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" .....                     Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? .....                     Belçikadan Azərbaycana dəstək bəyanatı .....                     "Bu, qorxuya əsaslanan tərifdir" .....                     “Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” .....                     Daha bir yeniyetmə anasını qətlə yetirdi .....                     Zay məhsulu satırlar... sonra da... .....                     Bu, Azərbaycan üçün ona görə vacibdir ki... .....                     Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... .....                     Zəngəzur dəhlizi strateji təklif kimi görünür .....                     Regionda mühüm gedişat: 5 ölkə qərar verdi .....                     'Ana Vətən' TƏMİZLƏNİR... .....                     Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı .....                     Azərbaycan tamhüquqlu iştirakçı oldu .....                     Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... .....                     “Onlara görə subay qalmışam” .....                     1362-ci gün: Rusiyanın itkiləri yeniləndi .....                     Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... .....                     İşçilərin bunları bilməsi MÜTLƏQDİR... .....                     "Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." .....                     Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş .....                     İslam Mahaçev UFC çempionu oldu .....                     Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? .....                     Ramiz Mehdiyev işində son gəlişmə .....                     NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? .....                     Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək .....                     “İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                     Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq .....                     LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... .....                     Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... .....                     Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ .....                     “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb .....                     Naftalanın yeni başçısı KİM OLACAQ?.. .....                     8 saatlıq iş rejimində... .....                     2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... .....                     "Hələ də inana bilmirəm..." .....                     AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... .....                     ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                 

İMİŞLİ MƏHKƏMƏSİNDƏN ÖZBAŞINALIQ
Tarix: 7-08-2013, 12:54 | Çap et
İMİŞLİ MƏHKƏMƏSİNDƏN ÖZBAŞINALIQ
В«Bəzən savadsız, səriştəsiz adam haqqında deyirlər, filankəs iki eşşəyin arpasını bölə bilmir. İllərdir ki, Azərbaycanın dövlət orqanları bir müəssisənin istifadəsində olan torpaq sahəsinin ölçüsünü müəyyən edə bilmir. Bundan istifadə edən məhkəmələr isə mübahisəyə çevrilən torpaq sahəsini maraqlı şəxsə bağışlayıbВ».

İmişli şəhərində yaşayan Ramiz Hümbətov 2006-cı ildən bəri sadə bir mübahisədən dolayı məhkəmə qapılarında qaldığını və sonda mülkiyyət hüquqlarının pozulduğunu iddia edir:

SƏNAYE EHTİYATI OLAN ƏRAZİ UĞRUNDA ÇƏKİŞMƏ

В«2004-cü ildə İmişli Rayon İcra Hakimiyyəti dövlət fonduna aid torpaqdan rəhbəri olduğum В«ŞəxruxВ» kiçik müəssisəsinə qum və çınqıl məhsullarının istehsalı üçün 3 hektar sahə ayırıb. Ondan bir müddət istifadə etmişəm. Cəmi 2 il keçəndən sonra В«Bəhrəmtəpə Tikinti MateriallarıВ» Açıq Səhmdar Cəmiyyətinin sədri məhkəmədə iddia qaldırdı ki, İmişli RİH onun torpaq sahəsini başqa şəxsə verib. O, həmin sərəncamın ləğv edilməsini, mənim ərazidən çıxarılmağımı istədiВ».

Həmsöhbətim bildirir ki, müqavilə əsasında ona icarəyə verilən yeri ötən əsrin 70-ci illərində Geologiya İnstitutu sənaye ehtiyatı aşkar edilmiş ərazilərə aid edirdi. Onun sözlərinə görə, həmin ərazidə digər özəl təşkilatlar da qeyri-filiz materiallarının istehsalı ilə məşğuldurlar. Lakin iddia yalnız onun müəssisəsinə qarşı qaldırılıb.

CƏMİYYƏT VƏ ONUN TORPAQ SAHƏSİ

Azərmelorasiya Sutikinti Baş İdarəsinin 1976-cı ildə tikdiyi Bəhrəmtəpə qum-çınqıl karxanası sonralar В«AzərsutikintiВ» Dövlət Konserninin tabeliyinə keçib. 2001-ci ildə isə onun bazasında В«Bəhrəmtəpə Tikinti MateriallarıВ» ASC yaradılıb. Çek auksionlarında satışa çıxarılarkən cəmiyyətin torpaq sahəsinin 112 160 kv.m., başqa sözlə 11,2 hektar olduğu qeyd edilib. Müəssisə yalnız torpaq sahəsi üzərində olan əmlakı özəlləşdirib.

KOMİTƏ SƏDRİ BİR, ŞÖBƏ MÜDİRİ İSƏ BAŞQA SÖZ DEYİB

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun imzaladığı 15.01.2010-cu il tarixli məktubda qeyd olunur: В«Bəhrəmtəpə Tikinti MateriallarıВ» ASC ilə В«ŞəxruxВ» kiçik müəssisəsinə ayrılan 11,5 ha və 3 ha torpaq sahələri bir-birindən aralı olmaqla, əvvəllər sənaye ehtiyatı müəyyən edilmiş 117 ha dövlət fondu torpağı daxilindədirВ».

Lakin sözügedən komitənin İmişli rayon şöbəsinin sədri Vüqar Məmmədov məhkəməyə təqdim etdiyi 17.11.2009-cu il tarixli məktubunda bildirib ki, birinciyə 117 ha torpaq sahəsi verilib, ikincinin 3 ha sahəsi elə onun daxilindədir.

Maraqlıdır ki, məhkəmələr Komitə sədrinin yox, şöbə müdirinin arayışına etibar edib.

ZƏHMƏTKEŞ DEPUTATLARIN В«İKİBAŞLIВ» QƏRARI

Mübahisənin kökü 1976-cı ilə gedib çıxır. O zaman İmişli rayon Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsi torpaq sahəsinin ayrılması barədə qərar qəbul edib. Vətəndaşın İmişli Dövlət Arxivindən əldə etdiyi sənədin surətinə biz də baxırıq:

1. Azərbaycan Baş Geologiya İnstitutu tərəfindən dövlət fond torpağının 117 hektarında müəyyənləşdirilmiş qum-çınqıl ehtiyatından Azərmelorasiya Sutikinti Baş İdarəsinin istifadə etməsi məqsədə uyğun hesab edilir.

2. Qum-çınqıl karxanası, dəmir-beton zavodu və digər mədəni-məişət binalarının yerləşməsi üçün həmin dövlət fond torpağından 11,5 hektar ayrılması məqsədə uyğun hesab edilsin.

3. Qərarın təsdiqi Azərbaycan SSR Nazirlər Sovetindən xahiş edilir.

Ramiz Hümbətova buradan məlum deyil ki, Nazirlər Soveti bu qərarı təsdiq edib, yoxsa yox. O bildirir ki, bunu dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və başqa orqanlara çoxsaylı sorğular göndərib, lakin cavab ala bilməyib.

В«YA SAVADSIZLIQDAN OLUB, YA DA RÜŞVƏT QARŞILIĞINDAВ»

Onun ehtimalına görə, sonrakı illər karxananın, zavodun və digər obyektlərin tikintisindən belə başa düşmək olar ki, qərar təsdiqlənib:

В«Qərarda 117 hektar dövlət fond torpağında sənaye ehtiyatının müəyyən edilməsi və ondan Azərmelorasiya Sutikinti Baş İdarəsinin istifadəsinin məqsədəuyğun olduğu qeyd edilsə də, sözügedən quruma bu sahənin hamısı yox, onun 11,5 hektarı ayrılıb. Amma Ali Məhkəmənin İqtisadi Mübahisələrə Dair İşlər üzrə Məhkəmə Kollegiyasının 17 mart 2010-cu il tarixli qərarında sübut görün necə saxtalaşdırılıb: В«İşdə olan İmişli rayon ZDS İK-ın qərarından görünür ki, Azərmelorasiya Sutikinti Baş İdarəsinə dövlət fond torpaqlarından 117 ha torpaq sahəsi ayrılmışdırВ». Bu, ya hakimlərin savadsızlığından irəli gəlib, ya da rüşvət qarşılığında olubВ».

В«ƏSL QIRĞIN HƏLƏ QABAQDADIRВ»

Ramiz Hümbətov bildirir ki, barəsində çıxarılan qərar onun hüququnu pozmaqla yanaşı, bundan sonrakı mülki mübahisələrə də zəmin yaradır:

В«Sənaye ehtiyatı müəyyən edilən 117 hektar sahədən digər müəssisələrə də yer ayrılıb, orada həmin şəxslər tərəfindən dəyəri milyonlarla manat olan binalar tikilib, qurğular quraşdırılıb. İndi bütöv sahə üzərində bir şəxsin mülkiyyət hüququ tanındığından, bu müəssisələrin əmlakı В«havadaВ» qalıb. Nəzərə alsaq ki, həmin ərazidəki torpağın altı təbii sərvətlə zəngindir, deməli, əsil qırğın hələ qabaqdadır...В».

İCRA HAKİMİYYƏTİ DEYİR Kİ, TORPAQ ÜZƏRİNDƏ SƏRƏNCAM VERMƏK HÜQUQU BİZDƏDİR

Sərəncamı ləğv edilən İmişli Rayon İcra Hakimiyyəti məhkəmənin qərarından şikayətçi olmayıb. RİH-in hüquqşünası Rahim Zahidov bildirir ki, Azərmelorasiya Sutikinti Baş İdarəsinin istifadəsinə verilən və hüquqi varisliklə В«Bəhrəmtəpə Tikinti MateriallarıВ» ASC-yə keçən torpaq sahəsi dövlət fondunda qalır:

В«Bu torpaq ZDS tərəfindən verildiyindən, sonrakı vaxtlar özəlləşdirilmədiyindən onun üzərində ASC-nin yalnız istifadə hüququ tanınırВ».

Lakin şöbə müdiri torpaqdan istifadə ilə bağlı RİH-lə ASC arasında hüquqi sənədin olub-olmamağı, istifadəçinin icarə haqqı ödəyib-ödəməməsi barədə sualları cavablandırmadı.

BİR ŞƏXSƏ AİD EDİLƏN YERDƏN BAŞQA ŞƏXSLƏRƏ DƏ PAY ÇATIB

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin müdiri Vüqar Məmmədov məhkəmənin ASC-yə aid etdiyi 117 hektar torpaq sahəsinin müəyyən hissəsinin digər hüquqi və fiziki şəxslərin istifadəsinə verilməsini təsdiqləyir:

В«Həmin sənədlər indi əlimin altında olmadığından dəqiq deyə bilmərəm neçə nəfərə, nə qədər yer ayrılıb. Görünür bu, ASC-nin razılığı ilə olub. Əgər belə bir razılıq olmayıbsa, eyni iddia digər şəxslərə qarşı da qaldırıla bilər. Hər halda, bu, torpaq istifadəçisinin öz işidirВ».

VERGİ HESABATINDA 106 HEKTAR GİZLƏDİLİB

Vergilər Nazirliyinin 8 saylı ərazi idarəsindən isə bildirilir ki, vergi orqanına vaxtaşırı təqdim etdiyi məlumatlarda ASC, istifadəsində cəmi 112 160 kv.m. torpaq sahəsi olduğunu göstərir. Bu isə ASC-nin tək gerçək sahəsi ilə yox, vergi məsələləri ilə də bağlı əlavə suallar doğurur.

В«Bəhrəmtəpə Tikinti MateriallarıВ» ASC-nin direktoru Nakim Şərifov isə sualımızı sonadək səsləndirməyə imkan verməyərək, bu barədə danışmaqdan imtina etdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski Putinə qoyduğu qadağanı ləğv edir?
Bu gün, 13:27
Putin-Tramp görüşü hələlik təxirə salınıb - Uşakov
Bu gün, 13:23
"O, konkret fəaliyyətinə, xalqımıza xoş münasibətinə görə Azərbaycanda sevilir və hörmətlə qarşılanır" - Prezident İlham Əliyev
Bu gün, 13:20
Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək? - ARAŞDIRMA
Bu gün, 12:56
Belçikadan Azərbaycana dəstək bəyanatı - MƏTN
Bu gün, 12:49
"Bu, qorxuya əsaslanan tərifdir" - ONA GÖRƏ DƏ...
Bu gün, 12:28
“Sərbəstliyi tərbiyəsizliklə səhv salır, sən gələcək nəsilə necə örnək ola bilərsən, axı?” - Xalq artisti
Bu gün, 12:22
Daha bir yeniyetmə anasını qətlə yetirdi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Zay məhsulu satırlar... sonra da... - NARAZILIQ VAR...
Bu gün, 11:52
Bu, Azərbaycan üçün ona görə vacibdir ki... - AKTUAL
Bu gün, 11:40
Ülvi iki dəfəyə 5000 manatı ondan alsa da... - TƏFƏRRÜAT
Bu gün, 11:34
Zəngəzur dəhlizi strateji təklif kimi görünür - Japarov
Bu gün, 11:29
Regionda mühüm gedişat: 5 ölkə qərar verdi – Zəngəzur planı işə düşür
Bu gün, 11:25
'Ana Vətən' TƏMİZLƏNİR... - Görünəni odur ki...
Bu gün, 11:21
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub...
Bu gün, 11:18
Azərbaycan tamhüquqlu iştirakçı oldu - AÇIQLANDI
Bu gün, 11:09
Naxçıvanda müəllimə qarşı saxta ittihamlı məhkəmə... - Hələliksə...
Bu gün, 10:57
“Onlara görə subay qalmışam” – Gənc müğənni əsəbiləşdi
Bu gün, 10:49
1362-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:46
Ramiz Mehdiyevin Ucardakı camışçılıq təsərrüfatı NECƏ OLDU... - İLGİNC
Bu gün, 10:40
İşçilərin bunları bilməsi MÜTLƏQDİR... - DİQQƏT
Bu gün, 10:19
"Belə deputatları "buraxmaq" yox, tutmaq lazımdır!.." - Xeyrəddin Qoca
Bu gün, 10:09
Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Bu gün, 10:01
İslam Mahaçev UFC çempionu oldu
Bu gün, 09:59
Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Bu gün, 09:57
Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Bu gün, 09:55
NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Bu gün, 09:53
Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Bu gün, 09:51
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru