Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... - AQTA bir göz atsın oralara...
Tarix: 28-09-2024, 11:53 |
Çap et
"Ramse" MMC-nin istehsal etdiyi 50 qəpiklik qovrulmuş yerfıstığını alarkən ehtiyatlı olun. Bu barədə diaaz.space-ya şikayətçi düşən oxucularımızdan biri bildirir ki, davamlı olaraq aldığı (ucuz olduğu üçün) bu məhsulu son dəfə istifadə edərkən ölümdən qayıdıb.
Oxucumuz yazır:
"Nə gizlədim... "Çiko"nun qovrulmuş yerfıstığısı digərlərinə nisbətdə ucuz olur. Doğrudan da ucuz ətin çorbası olmazmış... 50 qəpiklik bu məhsul əksər hallarda keyfiyyətsi olur. Ya kif iyi verir, ya da nəmişlik...
Bu dəfə isə içindən daş çıxdı. Əslində əvvəl satış nöqtələrini günahkar bilirdim. Yəni düşünürdüm ki, məhsulu normal saxlamırlar, ona görə də xarab ola bilər. Amma indi gördüm ki, yox, məsələ elə "Ramse" MMC-nin özündə imiş...
Çünki bu dəfə məhsulun içindən daş parçası çıxdı... Bilmədən, baxmadan "klyoku" ağzına kimsə boşaltsa, həmin daş parçası onu boğa da bilər... Yəqin ki, hörmətli AQTA-çılar buna tədbir görər..."