Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rusiyalı reper Timatini (əsl adı Timur Yunusov) axtarışa verib.
Lent.azxəbər verir ki, Timatinin axtarışda olması ilə bağlı məlumat bazaya iyulun 1-də daxil edilib. Reper həm də "Mirotvorets" saytının məlumat bazasına daxil edilib.
Qeyd edək ki, bundan əvvəl SBU Timatiyə qarşı qiyabi ittiham irəli sürmüşdü.
O, “Dövlət maraqlarına zərər vurmaq məqsədi ilə Ukraynanın müvəqqəti işğal olunmuş ərazisinə daxil olma və oradan çıxış qaydalarını dəfələrlə pozma” maddəsi ilə ittiham olunur.