""Arvad başqa kişi ilə qaçdı" xəbərləri müzakirə olunur"
Tarix: 26-01-2021, 15:56 | Çap et
 “Bütün günü televiziya kanallarında, sosial şəbəkələrdə ər arvadını boşadı, arvad başqa kişi ilə qaçdı xəbərləri müzakirə olunur”.
Bu sözləri Yenisabah.az-a Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa efirlərin, sosial şəbəkələrin vəziyyətindən, sənət adamlarının xalqa olan münasibətindən gileylənib:
“Bəzi şou-biznes nümayəndələrimiz durub xalqa məsləhət verirlər, yaxud canlı yayım açıb xalqa ağızlarına gələni deyirlər. Ayıbdır! Siz sənətçisinizsə, özünüzü sənətçi kimi aparmalısınız, xalqa örnək olmalısınız. Ağızlarını açanda da deyirlər ki, şərhlərdə bizi təhqir edirlər. Mənim də şəkillərimin altında artıq-əskik yazanlar olur. Heç bir insan ideal deyil, bəzən olur ki, boş-bikar biri çıxır fotoya təhqir yazır. Mən o adamı hamının içində söymürəm. Normal qaydada yazıb niyə belə etdiyini soruşuram ya da bloka atıram. Xalqı söymək düzgün deyil, bu sənət adamları ilə adi vətəndaşlar arasında uçurum yaradır. Mən xalqı yox, sənət adamını günahkar bilirəm. Bu gün hər yoldan keçən də özünə müğənni deyir, müğənni olmaq üçün konservatoriyanı bitirməlisən. Təhsilsiz adamı mən müğənni adlandırmıram, onlar sadəcə həvəskardırlar”. Sənətçi komediyamızın hazırki durumundan da danışıb:
“Müğənnilər kimi aktyorlar arasında da belələri var. Biz illərlə oxumuşuq, çalışmışıq, qastrollara, səfərlərə getmişik, teatrlarda can qoymuşuq. Amma bu gün yoldan keçən birinin aktyor, aktrisa olduğunu görəndə sənətə olan bütün həvəsim ölür. Aktyor çıxıb iki cümləni ard-arda qoşub danışa bilmir. Bu gün komediyanı şaqqanaqxana ediblər. Belə komediya olmur, komediya cəmiyyətdə olan eybəcərlikləri gülüş yolu ilə çatdırır, o düşündürməlidir”.
N.Allahverdiyeva bəzi şou-biznes nümayəndələrinin efirdə ailə quracağı şəxslərin maddi vəziyyəti barədə danışmasını da sərt şəkildə qınayıb:
“Mən cəmiyyətimizi belə görmək istəmirəm. Efirlərdə min oyundan çıxırlar. Cəmiyyətə pis örnək olurlar. Mən istəmirəm ki, qızlar çıxıb desin ki, “Mən varlı kişi istəyirəm”. Bu nə sözdür axı? Siz sənət adamı cəmiyyətə nəyi təbliğ edirsiniz? Belə sözlər demək olmaz. Mənim həyat yoldaşım hazırda işləmir. Deməli mən onu atmalıyam?! Mən də istəyirəm bahalı geyimlər geyinəm, amma vəziyyət belədir. İnsan üçün ən dəyərli şey ailədir. Sən sənət adamı isə çıxıb cavan qızlara deyirsən ki, “pullu kişi istəyirəm” və ya “ailə quracağım adam məni saxlaya bilməz”. Sən bunu fikirləşirsənsə, içində saxla, çıxıb cavan gəlinlərə, qızlara bu fikri yeritmə. Bəs bizlər necə dözürdük? Bizim əynimizə geyinməyə iki dəst paltar olurdu, amma kitab oxuyurduq. Ailə qururduqsa maddi çətinliklərə sinə gərirdik. Bu nə biabırçılıqdır?! Sənət adamı çıxıb efirdə belə sözlər deməz!”
Qeyd edək ki, bir müddət əvvəl aktrisa Pərvin Abıyevanın "Heç bir qız kasıb oğlana ərə getmək istəməz" və müğənni Ayan Babakişiyevanın “Ailə quracağım adam məni təmin edə bilməyəcək” fikirləri cəmiyyətdə birmənalı qarşılanmamışdı.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan Fransaya hərbi attaşe təyin edib
Bu gün, 18:00 |
|
|
|
• Əmək məcəlləsinin pozulması halları... - Ekspert danışır...
Bu gün, 17:47 |
|
|
|
• FHN partlayış olan binanı 6 ay sonra təmir etməyə başlayıb – 239 min ayrıldı
Bu gün, 17:43 |
|
|
|
• Azərbaycan pasportu aldı, amma yarışa buraxılmadı – rusiyalı idmançıya gözlənilməz qadağa
Bu gün, 17:38 |
|
|
|
• Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər - BUNDAN SONRA...
Bu gün, 17:34 |
|
|
|
• ƏƏSMN-nin "vəzifəli şəxsi"nin 18 min manatlıq dələduzluq hekayəsi - TƏFƏRRÜAT
Bu gün, 17:30 |
|
|
|
• Özünə peyğəmbər deyərək 4 il gizlənə bildi - Qətlə görə tutuldu
Bu gün, 17:13 |
|
|
|
• Paşinyan yeni katolikos axtarır
Bu gün, 17:10 |
|
|
|
• “Rep oxuyursa, deməli, buna ehtiyac var!” – Alim Qasımov ətrafında qalmaqal
Bu gün, 17:02 |
|
|
|
• Lotu Qulinin ən yaxın dostu olan "qanuni oğru"nun abidəsi qoyuldu - FOTO
Bu gün, 17:00 |
|
|
|
• “Dedim, tüpürüm sənin menecerinə də, müğənniliyinə də” – Sabir Rüstəmxanlıya qiymət oxuyan müğənni kim olub?
Bu gün, 16:49 |
|
|
|
• Zəngəzurda keçid dili ingiliscə olacaq? - AKTUAL
Bu gün, 16:43 |
|
|
|
• Adil Kərimli Antikorrupsiya İdarəsinin məsuliyyətə cəlb etdiyi şəxsləri niyə qoruyur? - İLGİNC İDDİALAR
Bu gün, 16:34 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yeni plan – Kartlar yenidən paylanır
Bu gün, 16:28 |
|
|
|
• Şamaxının tarixi abidələri, ziyarətgahları ölkəmizə gələn turistlərə çox yaxşı təqdim edilir - İcra başçısı
Bu gün, 16:26 |
|
|
|
• Qızılın qiyməti KƏLLƏ-ÇARXDA: - Bahalaşma nə vaxta qədər DAVAM EDƏCƏK?
Bu gün, 16:25 |
|
|
|
• “Rossotrudniçestvo” rəhbərinin qorxusu: - “Təsirimizi itirmək fəlakətli olacaq"
Bu gün, 16:22 |
|
|
|
• Paşinyan gizli danışıqlara BAŞLADI
Bu gün, 16:20 |
|
|
|
• Parisin "sülh göyərçini" təqdimatı: - Makron erməni tərəfkeşliyindən əl çəkmir
Bu gün, 16:18 |
|
|
|
• Deputatlara verilən bu pullar narazılıq yaratdı – MƏBLƏĞ
Bu gün, 16:14 |
|
|
|
• Sahədə 20 qəpiyədir, Bakıda ən ucuz yerdə 1 manat 60 qəpiyə - SƏBƏB NƏDİR?
Bu gün, 16:12 |
|
|
|
• Britaniya Ermənistana yeni səfir təyin edib - KİV
Bu gün, 16:09 |
|
|
|
• AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib - DETALLAR
Bu gün, 16:05 |
|
|
|
• “Bu işlər niyə Saray körpüsünün inşası ilə eyni dövrdə aparılmayıb?” - ETİRAZ VAR...
Bu gün, 15:55 |
|
|
|
• Xanım səhmdar “Rabitəbank”da daha bir mühüm pay alıb
Bu gün, 15:53 |
|
|
|
• Zəngəzurla bağlı ŞOK ABŞ planı - Bölgənin taleyi dəyişir?
Bu gün, 15:49 |
|
|
|
• Cənab Salahovun BƏRKGEDƏN EŞŞƏKLƏRİ... - BU NƏDİ BELƏ?
Bu gün, 15:39 |
|
|
|
• DİN vətəndaşların məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• İran XİN başçısı ŞƏT çərçivəsində kollektiv təhlükəsizlik orqanının yaradılmasını təklif edib
Bu gün, 15:31 |
|
|
|
• Erməni əsgərləri NATO təlimində: hansı statusla? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:02 |
|
|
|
• Ukraynada ümumi səfərbərliyin müddəti uzadılıb - KİV
Bu gün, 15:00 |
|
|
|
• Ucarda bu məmurlar... ÖZBAŞINA QALIB! - VİDEOMÜRACİƏT
Bu gün, 14:56 |
|
|
|
• İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO
Bu gün, 14:52 |
|
|
|
• Evlərdən 100 min manatdan çox OĞURLUQ - 22 yaşlı qız TUTULDU
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan üçün saat işləmir - ŞƏRH
Bu gün, 13:00 |
|
|
|
• Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır - NƏ ETMƏLİ?
Bu gün, 12:58 |
|
|
|
• Rusiya ordusuna qoşulan azərbaycanlılar - 2 dəfə düşünməlidir!
Bu gün, 12:57 |
|
|
|
• "Xalq artisti" adını sənə sponsorun da verdirə bilir"
Bu gün, 12:53 |
|
|
|
• Pərvin Quliyev prokuror təyin olundu - ƏMR
Bu gün, 12:47 |
|
|
|
• Bahalaşma xəbərdarlığı: ABŞ-ın tarif siyasəti Azərbaycanda hansı məhsulların qiymətinə təsir edəcək?
Bu gün, 12:44 |
|
|
|
• Naxçıvan Dövlət Universiteti üz tanıma cihazı ala bilmədi
Bu gün, 12:42 |
|
|
|
• Vilayəti HANSI HAQQLA HESABAT TƏLƏB EDİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
• Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə
Bu gün, 12:32 |
|
|
|
• Rusiyadan sonra İran başladı: Azərbaycanlılar deportasiya olunur - NƏ BAŞ VERİR?
Bu gün, 12:29 |
|
|
|
• Paşinyan Vardanyanla bağlı xahişi RƏDD EDİB
Bu gün, 12:26 |
|
|
|
• Yazıçılar yasda verilən ehsana etiraz edir - AÇIQLAMA
Bu gün, 12:12 |
|
|
|
• “Naxçıvanda nə qədər anormal qanunlar var, bunun qələmindən çıxıb” - ETİRAZ VAR...
Bu gün, 12:04 |
|
|
|
• Makronun Bakı ilə bağlı sözləri erməniləri təşvişə saldı: - Paşinyana Qarabağ tapşırığı
Bu gün, 11:58 |
|
|
|
• “Bakı ayaqqabı fabriki” 3,5 milyon manata satılıb
Bu gün, 11:56 |
|
|
|
• Bağçalar yenilənir, 9,6 milyon manatlıq tender yekunlaşdı - QALİB ŞİRKƏT
Bu gün, 11:53 |
|
|
|
|