DİA.AZ: - Müğənni Gülay Zeynallı verilişlərin birində qonaq olub.
DİA.AZ-ın məlumatına görə, proqramın aparıcısı Nazilə Səfərli ifaçıya “Heç vaxt plastik əməliyyat etdirməmisiniz. Amma hansı bədən üzvünüzü dəyişdirmək istəyərsiniz?” sualını ünvanlayıb.
Zeynallı Səfərliyə belə cavab verib: “Heç vaxt əməliyyat etdirmərəm. Çünki hər zaman qismətimlə razılaşan insanam. Allah məni belə yaradıb və mən bununla razıyam”.