İlqar Baxşəliyev adlı şəxs "WorldTelecom" elektron mağazalar şəbəkəsindən kreditlə aldığı elektron saatla bağlı narazılığını sosial şəbəkədə bölüşüb.
32hun.az xəbər verir ki, Onun sözlərinə görə, saatı alandan cəmi 15 gün sonra cihazda xətlər yaranmağa başlayıb.
“Deməli, heç 15 gün keçmədi ki, saatda xətlər əmələ gəldi. Halbuki saat nə əlimdən düşüb, nə də başqa bir şey olub, əksinə çox yaxşı baxmışam. İşimin gərginliyi səbəbindən yalnız 5-6 gün sonra mağazaya yaxınlaşa bildim. Mənə verilən cavab isə sadəcə ‘get işinlə məşğul ol’ ifadəsinin rəsmi forması oldu. Dedilər ki, servis yalnız “Aff Mall”da var, üstəlik ödənişli olacaq və ola bilsin ki, heç düzəldə bilməyəcəklər”, – deyə vətəndaş bildirib.
O qeyd edib ki, indiyədək yalnız bir dəfə bu şirkətdən kreditlə məhsul alıb və ödənişi də vaxtından əvvəl tam bağlayıb. Buna baxmayaraq, şirkətin yanaşmasından ciddi şəkildə narazıdır:
“97 manat çalışan bir kişi üçün böyük pul deyil, amma göstərilən münasibət və qaydalar göstərir ki, bu mağaza deffekt mallarını öz qaydaları ilə müştəriyə sırıyır. Bu gün bir müştəri itirdiniz, amma daha pisi odur ki, böyük reputasiya itkisinə yol verdiniz.”