Köçəryan Putinin Ermənistan üzrə kuratoruna Paşinyanı devirmək planını təqdim edib? .....                     Tanışı ilə birgə eks-sevgilisinə qarşı cinayət törədən şəxsin cəzası azaldıldı .....                     Daha bir orta məktəbdə MÜƏLLİM GÜNÜ TƏDARÜKÜ... .....                     İşdən çıxan sədrlərin vəzifələrini kim icra edir? .....                     Əmrullayevə daha bir çağırış: İSTEFA VERİN! .....                     Rusiya 102-ci hərbi bazanın getməməsi üçün dəridən-qabıqdan çıxır .....                     Paşinyan Zəngəzur dəhlizinə yeni ad tapdı .....                     Beş il əvvəl oğlu şəhid oldu, indi isə anasını itirdi .....                     Ermənistan hakimiyyəti “Zəngəzur dəhlizi” ifadəsindən niyə narahatdır? .....                     Azərbaycanda şirkətin rəhbərliyi dəyişir .....                     Bakı-Moskva münasibətlərində gəlinən nöqtə .....                     Nəsirzadə də təcili Türkiyəyə getdi .....                     Şatdaun ABŞ-nin dünya arenaındakı mövqeyini zəiflədir .....                     Üçüncü Dünya Müharibəsinə açıq hazırlıq gedir... .....                     "Başqa səbəblər ola bilər" .....                     "Lahmacun mənim çox sevdiyim yeməkdir" .....                     Paşinyan yenidən “rusca” DANIŞIR .....                     Məhkəmə də Dəmir Yollarındakı özbaşınalığı durdura bilmir .....                     G7 Ukraynanı dəstəkləmək üçün Rusiyanın bütün dondurulmuş aktivlərindən istifadə edəcək .....                     Anar Rzayevin tərəzisi də dindən-imandan uzaqdır... .....                     Şəhid atası bağça müdirəsini ifşa etdi .....                     Tovuzda etdikləri reaksiyasız qaldı deyə... .....                     Burda xarab malları belə xırıd edirlər... .....                     Məhkəmədən "Pilot Residence" MTK-ya TƏLƏB: Qanunsuz tikililər sökülsün! .....                     Şatdaun səbəbindən ABŞ ÜDM-si hər həftə 15 milyard dollar azala bilər .....                     ÇL-də günün nəticələri məlum olub .....                     Xəstəliklə mübarizə aparan gəncimizə müalicəsi üçün .....                     Tacikistandan sonra ikinci yerdəyik... .....                     İşdən çıxarılan aktyordan açıqlama .....                     Zaqatalada yenidən SEL HƏYƏCANI: 100-ə yaxın ev TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ .....                     Ermənistan seçim qarşısında: .....                     Rusiyanın təxribatları bəzən Avropanın da maraqlarına cavab verir .....                     Özu İran, adı Ordubad: "Gördüyünüz yerdə çəkin, paylaşın" .....                     Hərbi komissarın məhkəməsində şahid: Pulu şirinlik kimi vermişəm .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işdən ÇIXARILDI .....                     İddia: "Xəstəxana israrla bizə bu zülmü yaşadır" .....                     Azərbaycanda ÖLÜM CƏZASI bərpa olunur? .....                     Dövlət qurumu 33 milyonluq dərmanları .....                     Azərbaycanda hansı neft şirkəti nə qədər neft hasil edib? .....                     Gürcüstan Azərbaycanla Ermənistan arasında dialoqun təşviqini davam etdirəcək .....                 

“Elgizin, Zaurun verilişinə ekspert kimi gedirəm, məni müalicə etdirirlər” - Aktyor Rəhmanla MÜSAHİBƏ
Tarix: Dünən, 17:13 | Çap et

Lent.az-ın müsahibi "Kukla Teatrı"nın aktyoru, Əməkdar artist Rəhman Rəhmanovdur

- Rəhman müəllim, işlər necə gedir? Teatr fəaliyyəti nə yerdədir?

- Teatr fəaliyyəti hazırda yüksək səviyyədədir. Planımızda bir-birindən gözəl tamaşalar var. Bir çox teatr tamaşaçı qıtlığı çəkir, amma bizdə belə şey yoxdur. Zalımız daim tamaşaçıyla dolu olur. Təkcə uşaqlar yox, onları gətirən valideynlər də həvəslə tamaşalarımıza baxırlar. Tamaşa həddən çoxdur. Həm Azərbaycan, həm rus bölməsi üzrə tamaşalarımız olur. Birazdan "Nənəmin aş qazanı" adlı tamaşanın məşqi olacaq.

- Əvvəl efirlərə ekspert qismində çox çıxırdız. Uzun müddətdir ki, verilişlərdə görmürəm sizi. Nə ilə bağlıdır?

- Sözün açığı, yaşlanmışam. Daha gedib otura bilmirəm. Hövsələm çatmır. Bundan əlavə, teatrın da işi çoxdur. Ayın 1-dən yeni tamaşa başlayır. Neçə ildir arzusunda olduğum bir tamaşa - "Bizim Aybalit" səhnəyə qoyulacaq, ona hazırlaşıram. Amma sosial verilişlərə yenə çağırırlar.

- Rəhman müəllim, bu cür verilişlərdə ailə-məişət mövzuları qabardılır. Daha doğrusu, yeznə-qayın dedi-qodusu səviyyəsində olur bu söhbətlər. Heç bunları tənqid etmisiz?

- Mən sülh adamıyam. Məsləhətimi də elə verirəm ki, sülh yolu ilə olsun. Keçən dəfə "Səni axtarıram" verilişində bir az əsəbiləşdim, dedim, elə etməyin ki, auditoriyanı tərk edim. Xoşqədəm xanım dedi, sən əziz qonağımızsan. Məni müdafiə etdi. Sonra Elgiz Əkbərin, Zaurun verilişinə ekspert kimi gedirəm. Onların hər üçü mənə yaxşı olub. Təpədən dırnağa xəstəyəm. Onlar xəstəliyimə kömək edirlər, sağaldırlar. İstər maddi, istər mənəvi cəhətdən.

- Buna görə tənqid eləmirsiz onları?

- Dostluq edirik. Onlar qayğıma qalırsa, mən də onlarla dostluq etməyi bacarmalıyam. İkincisi, şou adamı deyiləm. Artıq-əskik danışmaram.

- Söhbət sizin artıq-əskik danışmağınızdan getmir. O verilişlərdə danışılan aşağı səviyyəli mövzuları, ailə-məişət söhbətlərini ictimailəşdirib bundan xal qoparmaq nə dərəcədə doğrudur?

- Sizinlə hardasa razıyam. Lakin bu verilişlər dünyanın bir çox yerində - Türkiyədə, Rusiyada da var, ailə-məişət söhbətləri gedir. Efirə də onlara görə baxırlar. Bir dedi-qoduya, bir də belə şoulara. Amma əvvəl "Uzaq sahillərdə", "Bəxtiyar" filminə baxırdılar. Nəhəng aktyorlarımızın da çoxu indi efirə çıxmır. Mən öz abırımı qoruyan adamam. Sağalan yara deyil bunlar...

- Sosial proqramlar olmalıdır. Amma adını "sosial proqram" qoyub hər yoldan keçəni efirə çıxarmaq... Evinin ən məhrəm söhbətini qonşusuna danışan "N" qədər adam var, amma bunları efirə çıxarıb xal yığmaq etik deyil axı.

- Cavan vaxtlarımda Əliağa Ağayev, Yusif Vəliyevlə, Nəsibə Zeynalova ilə bir yerdə səhnəyə çıxırdıq. Amma indi gəlib ekspert kimi otururam. Sadəcə sağlamlığıma görə. Çünki o verilişin aparıcıları mənə yaxşı baxırlar. Necə ki ekspert kimi vaxtımı itirirəm orada, onlar da mənə kömək edirlər.

- Rəhman müəllim, uzun müddət toylara getmisiz. Hazırda da toya gedən aktyorlar var. Maddi çətinlikdən yaranır bu ehtiyac?

- Bəli, 40 il toylara getmişəm. O dövrdə başqa yerdə qazanc yox idi. Teatrın maaşı, televiziyada qonorar az idi. Bununla ailə saxlamaq olmurdu. O vaxt "Kukla Teatrı"da 60 manat maaşla işə başlamışam. Nəylə dolandırasan ailəni? Ona görə də, toylara tamada kimi gedirdim. Özü də tamada kimi çox yaxşı olmuşam. Sonradan elə bir dövr gəldi ki, teatrda yüksək maaş aldım, ondan sonra getmədim toylara.

- Kommersiya sirri deyilsə, bilmək olar hazırda teatrdan nə qədər maaş alırsız?

- Teatrdan 870 manat maaş alıram. 200 manat fəxri ada görə, 500 manat prezident təqaüdü və qocalıq pensiyası alıram. Gəlirim ümumi 2000 manata gəlib çıxır.

- Siz bu gəlirə çatmaq üçün 70 ilə yaxın vermisiz. Amma bu dəqiqə gənclər var ki, sizin aldığınız təqaüdlərin heç birini almırlar, fəxri adları yoxdur və maaşları da sizdən azdır. Məhz teatr maaşı ilə 4 nəfərlik bir ailəni dolandırmaq olar?

- Bizdə yoldaşımla mənəm. Yoldaşım da təqaüd alır. Təkcə teatr maaşı alsam, təqaüdlərlə birlikdə ikimizə çatar.

- Yaxşı, bəs uşaqlı bir ailə?

- Yox, çatmaz.

- Sizdə elə aktyor var ki, başqa işlə məşğul olmasın və təkcə teatr maaşı onu qane etsin?

- Vallah, onu deyə bilmərəm. Kiminsə əvəzinə danışmaq olmaz.

- Sözü ona gətirirəm ki, sadəcə teatr, sənətlə məşğul olan biri necə ailə-uşaq sahibi olacaq? Belə çıxır ki, bu sənətə gələn biri normal dolanmaq üçün fəxri ad, təqaüd yaşını gözləməlidir?

- Digər teatrlarda bizdən yüksək maaş alırlar. Biz də gənc olmuşuq. 60 manata başlamışam işə.

- Küçə sənətinə münasibətiniz necədir?

- Pis baxmıram. O insanlar da sənətlərin elə göstərir, pulunu qazanır. Onlara ancaq "sağ ol" demək olar, çünki gedib oğurluq etmirlər.

- Nə qədər müasirsiz?

- Müasirlik lazımdır. Amma müasirlik o demək deyil ki, qısa şortik geyinsinlər, qadınlar küçədə siqaret çəksin. Hər şey ədəb-ərkanla olmalıdır.

- Nəvələrinizlə vaxt keçirirsiz?

- Əlbəttə. 5 nəvəm var. Ən böyüyünün 18, balacasının 6 yaşı var.

- Nəvələrinizdən sizin yolunuzu getmək istəyən var?

- Yox. Biri atasının yolun gedir, müğənni olmaq istəyir.

- İstəyirsiz hansısa aktyor olsun?

- Sərf eləmir...

- Nə mənada?

- Qazanc yoxdur bu sənətdə. Bu yaşa gəlib çatmışam, hələ indi qiymət verirlər.

- Əslində, bayaq bunu eşitmək istəyirdim sizdən..

- Başlanğıcda çox çətin olur. Teatrlarda maaş azdır. Amma yenə də deyirəm, aktyorun istedadından asılıdır. İstedad varsa, teatrla yanaşı kino ilə, digər şeylərlə pul qazanacaq. Adam tanıyıram ki, İncəsənət Universitetini bitirib, hazırda ayaqqabı satır. Görüb ki, bu sahədə qazanc azdır, keçib ticarətə.

- Hazırda çəkilən seriallara baxırsız?

- Vaxtım olmur. Bədii filmlərə baxıram. Çəkilən komediyalara baxıram, maraqlıdır.

- Məsələn, hansılar?

- "Komedixana" yaxşıdır, bəyənirəm.

- Onların yumorunu bəyənirsiz?

- Bəli. Hətta məni də dəvət etmişdilər, hələlik getmirəm. Fərda Xudaverdiyevin, Elməddin Cəfərovun, Müşfiq Abbasovun filmlərinə baxıram. Amma əksərən rusların bədii filmlərini izləyirəm.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryan Putinin Ermənistan üzrə kuratoruna Paşinyanı devirmək planını təqdim edib? - “Hraparak”
Bu gün, 09:34
Tanışı ilə birgə eks-sevgilisinə qarşı cinayət törədən şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:32
Daha bir orta məktəbdə MÜƏLLİM GÜNÜ TƏDARÜKÜ... - Naziri EMİN OLANIN...
Bu gün, 09:20
İşdən çıxan sədrlərin vəzifələrini kim icra edir? - BƏLLİ OLDU
Bu gün, 09:10
Əmrullayevə daha bir çağırış: İSTEFA VERİN! - "Nə vermisiz, ala bilmirsiz bu camaatdan?"
Bu gün, 09:03
Rusiya 102-ci hərbi bazanın getməməsi üçün dəridən-qabıqdan çıxır - məqsəd odur ki...
Bu gün, 08:55
Paşinyan Zəngəzur dəhlizinə yeni ad tapdı - KİV
Bu gün, 08:53
Beş il əvvəl oğlu şəhid oldu, indi isə anasını itirdi - Tanınmış hakimə AĞIR İTKİ
Bu gün, 08:48
Ermənistan hakimiyyəti “Zəngəzur dəhlizi” ifadəsindən niyə narahatdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Azərbaycanda şirkətin rəhbərliyi dəyişir - BUNDAN SONRA...
Bu gün, 08:42
Bakı-Moskva münasibətlərində gəlinən nöqtə - 3 ay sonra...
Bu gün, 08:34
Nəsirzadə də təcili Türkiyəyə getdi - Yeni müharibə?
Bu gün, 07:38
Şatdaun ABŞ-nin dünya arenaındakı mövqeyini zəiflədir - Rubio
Bu gün, 06:23
Üçüncü Dünya Müharibəsinə açıq hazırlıq gedir... - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
"Başqa səbəblər ola bilər" - AKTUAL
Bu gün, 06:17
"Lahmacun mənim çox sevdiyim yeməkdir"
Bu gün, 06:14
Paşinyan yenidən “rusca” DANIŞIR - Görünəni odur ki...
Bu gün, 06:11
Məhkəmə də Dəmir Yollarındakı özbaşınalığı durdura bilmir - BU NƏ İNADDIR?
Bu gün, 06:08
G7 Ukraynanı dəstəkləmək üçün Rusiyanın bütün dondurulmuş aktivlərindən istifadə edəcək
Bu gün, 05:59
Anar Rzayevin tərəzisi də dindən-imandan uzaqdır... - NARAZILIQ VAR...
Bu gün, 05:45
Şəhid atası bağça müdirəsini ifşa etdi - uşaqların ərzağını oğurlayır...
Bu gün, 05:38
Tovuzda etdikləri reaksiyasız qaldı deyə... - İTTİHAM VAR...
Bu gün, 05:33
Burda xarab malları belə xırıd edirlər... - GİLEY
Bu gün, 05:27
Məhkəmədən "Pilot Residence" MTK-ya TƏLƏB: Qanunsuz tikililər sökülsün! - TƏFƏRRÜAT
Bu gün, 05:19
Şatdaun səbəbindən ABŞ ÜDM-si hər həftə 15 milyard dollar azala bilər - "Politico"
Bu gün, 04:55
ÇL-də günün nəticələri məlum olub - CƏDVƏL
Bu gün, 04:40
Xəstəliklə mübarizə aparan gəncimizə müalicəsi üçün DƏSTƏK OLAQ
Dünən, 20:30
Tacikistandan sonra ikinci yerdəyik... - Azərbaycanda ürək-damar xəstəliklərindən ölümlər niyə artır?
Dünən, 18:19
İşdən çıxarılan aktyordan açıqlama - "Mən əsgərəm..."
Dünən, 18:15
Zaqatalada yenidən SEL HƏYƏCANI: 100-ə yaxın ev TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ – FOTO
Dünən, 18:12
Ermənistan seçim qarşısında: - “Paşinyanın seçkidə qalib gəlməsi reallığı kökündən dəyişməyəcək”
Dünən, 18:10
Rusiyanın təxribatları bəzən Avropanın da maraqlarına cavab verir - Oqtay Qasımov
Dünən, 18:07
Özu İran, adı Ordubad: "Gördüyünüz yerdə çəkin, paylaşın"
Dünən, 17:50
Hərbi komissarın məhkəməsində şahid: Pulu şirinlik kimi vermişəm - TƏFƏRRÜAT
Dünən, 17:47
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işdən ÇIXARILDI - Onun yerinə isə...
Dünən, 17:46
İddia: "Xəstəxana israrla bizə bu zülmü yaşadır" - "Məlhəm" Hospital nə cavab verdi?
Dünən, 17:40
Azərbaycanda ÖLÜM CƏZASI bərpa olunur? - AKTUAL
Dünən, 17:38
Dövlət qurumu 33 milyonluq dərmanları - BU ŞİRKƏTLƏRDƏN ALDI
Dünən, 17:35
Azərbaycanda hansı neft şirkəti nə qədər neft hasil edib? - SİYAHI
Dünən, 17:31
Gürcüstan Azərbaycanla Ermənistan arasında dialoqun təşviqini davam etdirəcək
Dünən, 17:26
“Elgizin, Zaurun verilişinə ekspert kimi gedirəm, məni müalicə etdirirlər” - Aktyor Rəhmanla MÜSAHİBƏ
Dünən, 17:13
"Qarabağ" "Kopenhagen"ə böyük hesabla uduzdu - "Benfika"ya da ağır hesabla uduzmuşdu...
Dünən, 17:11
Paşinyan sülh sazişini POZUR - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 17:10
“Pərvin Xəlilova əməllərini pərdələyir” - Uşaq həkim səhvindən problemli doğulub?
Dünən, 17:08
"Xəstə valideynlərinə baxan gənc radioloqlar bu məbləği necə ödəsinlər?" - ETİRAZ VAR...
Dünən, 17:05
Sərgidə qalmaq qərarı verən Nigar Köçərli - “Amma özümü alçaldılmış hiss edirəm”
Dünən, 17:00
Abramyan Qərbin Paşinyana kömək göstərdiyini iddia edir
Dünən, 16:55
Putin Modi ilə görüşmək üçün Hindistana səfər edəcək - “NDTV”
Dünən, 16:52
Deputatın həyat yoldaşına yeni vəzifə verildi
Dünən, 15:59
Rusiyada azərbaycanlı iş adamına qarşı iddia - Tuapse dəniz limanı müsadirə olunur
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru