Federal hökumətin qismən fəaliyyəti dayandırılması (şatdaun) ABŞ-nin beynəlxalq mövqeyini zəiflədir və ölkənin təhlükəsizliyinə təhdid yaradır.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində yazıb.
“Konqresdəki demokratlar hökumətin fəaliyyətini dayandırmaq qərarı qəbul edib. Partiya maraqları ilə yönəlmiş bu addımlar Amerikanın dünya arenaındakı mövqeyini zəiflədir və milli təhlükəsizliyə təhdid yaradır”, - o qeyd edib.
ABŞ federal hökuməti oktyabrın 1-i maliyyələşdirmənin olmaması səbəbindən qismən dayandırılıb.