“Aztimont” ASC “qara siyahı”ya salındı .....                     “Qarabağ” keçmiş SSRİ ölkələrinin ən güclü klubudur .....                     "İctimai TV"nin tenderləri niyə baş tutmadı? .....                     Babəkin bu kəndində ÜFUNƏTDƏN YAŞAMAQ OLMUR... .....                     AZERCEL-in daha bir oğurluğu: Ərazi bütünlüyümüzü təhdid etməsi bir yana... .....                     Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 75 əməkdaş barədə .....                     «Neftçi» klubu 2 ildir zərərlə işləyir .....                     Fransızlar milyarder Əhmədova necə kələk gəliblər... .....                     Bakının mərkəzində gecə klubundakı partlayışla bağlı 99 minlik tələb .....                     GDU MÖCÜZƏSİ: 100 nəfər qəbul olur, 120 nəfər bitirir... .....                     Biləsuvarda AÇIQ-AŞKAR YEYİNTİ... .....                     "6 aydır ki, su pulu borcu üst-üstə yığılır..." .....                     Köçəryan Putinin Ermənistan üzrə kuratoruna Paşinyanı devirmək planını təqdim edib? .....                     Tanışı ilə birgə eks-sevgilisinə qarşı cinayət törədən şəxsin cəzası azaldıldı .....                     Daha bir orta məktəbdə MÜƏLLİM GÜNÜ TƏDARÜKÜ... .....                     İşdən çıxan sədrlərin vəzifələrini kim icra edir? .....                     Əmrullayevə daha bir çağırış: İSTEFA VERİN! .....                     Rusiya 102-ci hərbi bazanın getməməsi üçün dəridən-qabıqdan çıxır .....                     Paşinyan Zəngəzur dəhlizinə yeni ad tapdı .....                     Beş il əvvəl oğlu şəhid oldu, indi isə anasını itirdi .....                     Ermənistan hakimiyyəti “Zəngəzur dəhlizi” ifadəsindən niyə narahatdır? .....                     Azərbaycanda şirkətin rəhbərliyi dəyişir .....                     Bakı-Moskva münasibətlərində gəlinən nöqtə .....                     Nəsirzadə də təcili Türkiyəyə getdi .....                     Şatdaun ABŞ-nin dünya arenaındakı mövqeyini zəiflədir .....                     Üçüncü Dünya Müharibəsinə açıq hazırlıq gedir... .....                     "Başqa səbəblər ola bilər" .....                     "Lahmacun mənim çox sevdiyim yeməkdir" .....                     Paşinyan yenidən “rusca” DANIŞIR .....                     Məhkəmə də Dəmir Yollarındakı özbaşınalığı durdura bilmir .....                     G7 Ukraynanı dəstəkləmək üçün Rusiyanın bütün dondurulmuş aktivlərindən istifadə edəcək .....                     Anar Rzayevin tərəzisi də dindən-imandan uzaqdır... .....                     Şəhid atası bağça müdirəsini ifşa etdi .....                     Tovuzda etdikləri reaksiyasız qaldı deyə... .....                     Burda xarab malları belə xırıd edirlər... .....                     Məhkəmədən "Pilot Residence" MTK-ya TƏLƏB: Qanunsuz tikililər sökülsün! .....                     Şatdaun səbəbindən ABŞ ÜDM-si hər həftə 15 milyard dollar azala bilər .....                     ÇL-də günün nəticələri məlum olub .....                     Xəstəliklə mübarizə aparan gəncimizə müalicəsi üçün .....                     Tacikistandan sonra ikinci yerdəyik... .....                 

Bakı-Moskva münasibətlərində gəlinən nöqtə - 3 ay sonra...
Tarix: Bu gün, 08:34 | Çap et

Üç ay sonra Azərbaycan təyyarəsinin Rusiya səmasında vurulmasının 1 ili tamam olacaq. Bakı-Moskva münasibətlərini korlayan və gərginliyə səbəb olan hadisənin istintaqı dekabrda yekunlaşmalıdır.

Rusiya istintaqın yekunlaşmasını gözləməyə çağırır. Azərbaycan isə “qara qutu”nun açıldığını bildirir, sübutların ortada olduğunu göstərir. Prezident İlham Əliyev xarici televiziyaya müsahibəsində bu məsələyə toxunaraq bildirmişdi ki, vurulan təyyarəmizlə bağlı tələblərimiz qalır, Rusiya üzərinə düşəni yerinə yetirməsə, beynəlxalq məhkəməyə müraciət olunacaq.

Rusiya tərəfi törədilən cinayətə görə üzrxahlıq etmək yerinə, daha da irəli gedərək soydaşlarımızı həbs və deportasiya edir, kiberhücumlardan tutmuş media resurslarında ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Bu, azmış kimi, Ukraynadakı yanacaq obyektlərimizə, qaz kəmərinə raket zərbələri endirib.

Son bir ay isə nisbi sakitliklə keçib və gərginliyin tempi artmayıb. Gəncədə MDB oyunları təşkil olunub, Rusiyanın sərhəd gəmisi Bakıya gəlib, idman nazirinin müavini Xankəndidə keçirilən oyuna tamaşa edib.

Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, hazırda ötən ilin dekabr ayında AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı cinayət işinin istintaqı Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən aparılır.

İndi vəziyyət necə görünür, gəldiyimiz nöqtə hansıdır?

Azərbaycanla Rusiya arasında münasibətlər nə dərəcədə uzun müddətə korlanıb? Onların bərpası necə və nə vaxt mümkün ola bilər? Bakıdan asılı olan nə isə qalıbmı?

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”da qeyd etdi ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərdə son dövrlərdə yaşanan gərginlik ikitərəfli əlaqələrlə yanaşı, təəssüf ki, regionda təhlükəsizlik və sabitlik mühitinə də mənfi təsir göstərir: “Bakı üçün Moskva ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək daima xüsusi əhəmiyyət kəsb edib. Lakin Rusiyanın hər kəsə məlum olan addımları ikitərəfli münasibətlərə ciddi zərbə vurdu. Azərbaycan tərəfinin mövqeyi birmənalıdır və dəyişməz olaraq qalır: törədilən cinayətin obyektiv istintaqı, məsul şəxslərin cəzalandırılması və kompensasiyanın ödənilməsi zərurətdir. Bu, beynəlxalq hüququn da tələbidir. Əgər Rusiya bu istiqamətdə öhdəliklərini yerinə yetirməsə, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək hüququnu özündə saxlayır. Bununla yanaşı, Azərbaycan hər zaman dialoqa və diplomatik həll yollarına üstünlük verib. Son zamanlar müşahidə olunan nisbi sakitlik, beynəlxalq tədbirlər çərçivəsində baş verən təmaslar göstərir ki, qarşılıqlı anlaşma üçün hələ də imkanlar var. Lakin bu münasibətlərin bərpası birmənalı olaraq Kreml rəhbərliyinin konstruktiv addımlarından asılıdır. Rusiya rəsmiləri artıq başa düşməlidir ki, Azərbaycanla ənənəvi imperiya narrativləri fonunda davranmaq mümkün deyil. Azərbaycan xalqı və dövləti qürurludur. Biz heç vaxt ədalətsizliyə, milli maraqlarımıza qarşı yönəlmiş təzyiqlərə boyun əyməyəcəyik. Eyni zamanda münasibətlərin gələcəkdə normallaşması üçün əsas şərt Rusiyanın ədalətli və səmimi mövqeyi olmalıdır. Əgər bu yanaşma nümayiş etdirilərsə, biz konstruktiv dialoq üçün qapıları açıq saxlamağa hazırıq”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycanın hər zaman şimal qonşusu ilə sıx əməkdaşlıqda maraqlı olmasından söz açdı: “Bakının yürütdüyü siyasətdə indiyədək heç bir sapıntı olmayıb. Azərbaycan kimsəyə də imkan verməyib ki, onun mənafelərinə və nüfuzuna xələl gətirən addımlar atsın, yaxud hörmətsizlik göstərsin. Belə cəhdlərin qarşısı qətiyyətlə alınıb və lazımi cavablar verilib. Bakı Rusiya ilə sıx əməkdaşlıqda maraqlıdır. 2022-ci ilin fevralında Moskvada imzalanmış "Strateji müttəfiqlik haqqında bəyannamə"yə sadiqdir və üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirir. Ancaq Kreml ənənəsinə “sadiq qalaraq” atdığı imzanın arxasında durmadı və gərginlik yolunu seçdi. Ötən il AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması Rusiyanın əsl simasını bir daha dünyaya nümayiş etdirdi. Bu cinayətə rəğmən Azərbaycan yenə təmkinini pozmadı və üzrxahlıq edilməsini, təyyarəni vuranların cəzalandırılmasını, dəymiş zərərin ödənilməsini tələb etdi. Kreml isə Azərbaycanın haqlı tələblərini nəinki yerinə yetirmədi, hətta Bakıya qeyri-məqbul təzyiqlərini artırmaqla hadisəni ört-basdır etmək yolunu seçdi. Rusiya hələ də üzərinə düşənləri etməkdən yayınır. Ötən ayla müqayisədə iki ölkə arasında gərginlik dramatik olmasa da, münasibətlərin ilıqlaşdığını söyləmək çətindir. Biz bunu Rusiyanın media orqanlarında bizə qarşı aparılan təbliğat kampaniyasında, o ölkədə yaşayan soydaşlarımıza qarşı yeridilən təzyiq-təqib siyasətində, müxtəlif təxribat və təhrikçilikdə aydın şəkildə görürük. Düşünürəm ki, Azərbaycanın Rusiya ilə yüksək səviyyədə olan münasibətlərini yenidən həmin səviyyəyə çatdırmaq hələlik o qədər də mümkün görünmür. Bakıda əhali arasında aparılan rəy sorğusunda da respondentlərin çox böyük hissəsi Rusiyanı dost ölkə kimi qəbul etmir. Deməli, Kremlin yanlış siyasəti xalqlar arasında da dost və etimad mühitini zədələyib. Bütün bunları isə nizama salmaq üçün Rusiya səhvlərini düzəltməli, Bakıya qarşı demarşlara , təzyiqlərə son qoymalı, dostcasına davranmalıdır; imperiya xislətindən əl çəkməli, keçmiş ittifaq respublikalarını, xüsusən də Azərbaycanı bərabərhüquqlu tərəfdaş ölkə kimi görməlidir. Münasibətlərin sonrakı inkişafı isə Kremlin mövqeyindən və yürütdüyü siyasətdən, atacağı praktik addımlardan bilavasitə asılı olacaq".

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Aztimont” ASC “qara siyahı”ya salındı - Şirkət 1 il tenderlərə qatıla bilməyəcək
Bu gün, 10:50
“Qarabağ” keçmiş SSRİ ölkələrinin ən güclü klubudur – UEFA açıqladı
Bu gün, 10:47
"İctimai TV"nin tenderləri niyə baş tutmadı? - Satınalmalar yarımçıq qaldı
Bu gün, 10:44
Babəkin bu kəndində ÜFUNƏTDƏN YAŞAMAQ OLMUR... - NARAZILIQ VAR...
Bu gün, 10:38
AZERCEL-in daha bir oğurluğu: Ərazi bütünlüyümüzü təhdid etməsi bir yana... - "Balakəni nə zamandan Gürcüstan ərazisi hesab edirsiniz?"
Bu gün, 10:34
Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 75 əməkdaş barədə Baş Prokurorluğa müraciət edib
Bu gün, 10:27
«Neftçi» klubu 2 ildir zərərlə işləyir – MƏBLƏĞLƏR
Bu gün, 10:11
Fransızlar milyarder Əhmədova necə kələk gəliblər... - İLGİNC...
Bu gün, 10:05
Bakının mərkəzində gecə klubundakı partlayışla bağlı 99 minlik tələb - TƏFƏRRÜAT
Bu gün, 09:58
GDU MÖCÜZƏSİ: 100 nəfər qəbul olur, 120 nəfər bitirir... - BURALARA NƏZARƏT EDƏN VARMI?
Bu gün, 09:49
Biləsuvarda AÇIQ-AŞKAR YEYİNTİ... - BU DA FAKT!
Bu gün, 09:47
"6 aydır ki, su pulu borcu üst-üstə yığılır..." - NARAZILIQ VAR...
Bu gün, 09:43
Köçəryan Putinin Ermənistan üzrə kuratoruna Paşinyanı devirmək planını təqdim edib? - “Hraparak”
Bu gün, 09:34
Tanışı ilə birgə eks-sevgilisinə qarşı cinayət törədən şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:32
Daha bir orta məktəbdə MÜƏLLİM GÜNÜ TƏDARÜKÜ... - Naziri EMİN OLANIN...
Bu gün, 09:20
İşdən çıxan sədrlərin vəzifələrini kim icra edir? - BƏLLİ OLDU
Bu gün, 09:10
Əmrullayevə daha bir çağırış: İSTEFA VERİN! - "Nə vermisiz, ala bilmirsiz bu camaatdan?"
Bu gün, 09:03
Rusiya 102-ci hərbi bazanın getməməsi üçün dəridən-qabıqdan çıxır - məqsəd odur ki...
Bu gün, 08:55
Paşinyan Zəngəzur dəhlizinə yeni ad tapdı - KİV
Bu gün, 08:53
Beş il əvvəl oğlu şəhid oldu, indi isə anasını itirdi - Tanınmış hakimə AĞIR İTKİ
Bu gün, 08:48
Ermənistan hakimiyyəti “Zəngəzur dəhlizi” ifadəsindən niyə narahatdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Azərbaycanda şirkətin rəhbərliyi dəyişir - BUNDAN SONRA...
Bu gün, 08:42
Bakı-Moskva münasibətlərində gəlinən nöqtə - 3 ay sonra...
Bu gün, 08:34
Nəsirzadə də təcili Türkiyəyə getdi - Yeni müharibə?
Bu gün, 07:38
Şatdaun ABŞ-nin dünya arenaındakı mövqeyini zəiflədir - Rubio
Bu gün, 06:23
Üçüncü Dünya Müharibəsinə açıq hazırlıq gedir... - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
"Başqa səbəblər ola bilər" - AKTUAL
Bu gün, 06:17
"Lahmacun mənim çox sevdiyim yeməkdir"
Bu gün, 06:14
Paşinyan yenidən “rusca” DANIŞIR - Görünəni odur ki...
Bu gün, 06:11
Məhkəmə də Dəmir Yollarındakı özbaşınalığı durdura bilmir - BU NƏ İNADDIR?
Bu gün, 06:08
G7 Ukraynanı dəstəkləmək üçün Rusiyanın bütün dondurulmuş aktivlərindən istifadə edəcək
Bu gün, 05:59
Anar Rzayevin tərəzisi də dindən-imandan uzaqdır... - NARAZILIQ VAR...
Bu gün, 05:45
Şəhid atası bağça müdirəsini ifşa etdi - uşaqların ərzağını oğurlayır...
Bu gün, 05:38
Tovuzda etdikləri reaksiyasız qaldı deyə... - İTTİHAM VAR...
Bu gün, 05:33
Burda xarab malları belə xırıd edirlər... - GİLEY
Bu gün, 05:27
Məhkəmədən "Pilot Residence" MTK-ya TƏLƏB: Qanunsuz tikililər sökülsün! - TƏFƏRRÜAT
Bu gün, 05:19
Şatdaun səbəbindən ABŞ ÜDM-si hər həftə 15 milyard dollar azala bilər - "Politico"
Bu gün, 04:55
ÇL-də günün nəticələri məlum olub - CƏDVƏL
Bu gün, 04:40
Xəstəliklə mübarizə aparan gəncimizə müalicəsi üçün DƏSTƏK OLAQ
Dünən, 20:30
Tacikistandan sonra ikinci yerdəyik... - Azərbaycanda ürək-damar xəstəliklərindən ölümlər niyə artır?
Dünən, 18:19
İşdən çıxarılan aktyordan açıqlama - "Mən əsgərəm..."
Dünən, 18:15
Zaqatalada yenidən SEL HƏYƏCANI: 100-ə yaxın ev TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ – FOTO
Dünən, 18:12
Ermənistan seçim qarşısında: - “Paşinyanın seçkidə qalib gəlməsi reallığı kökündən dəyişməyəcək”
Dünən, 18:10
Rusiyanın təxribatları bəzən Avropanın da maraqlarına cavab verir - Oqtay Qasımov
Dünən, 18:07
Özu İran, adı Ordubad: "Gördüyünüz yerdə çəkin, paylaşın"
Dünən, 17:50
Hərbi komissarın məhkəməsində şahid: Pulu şirinlik kimi vermişəm - TƏFƏRRÜAT
Dünən, 17:47
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işdən ÇIXARILDI - Onun yerinə isə...
Dünən, 17:46
İddia: "Xəstəxana israrla bizə bu zülmü yaşadır" - "Məlhəm" Hospital nə cavab verdi?
Dünən, 17:40
Azərbaycanda ÖLÜM CƏZASI bərpa olunur? - AKTUAL
Dünən, 17:38
Dövlət qurumu 33 milyonluq dərmanları - BU ŞİRKƏTLƏRDƏN ALDI
Dünən, 17:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru