Daha bir orta məktəbdə MÜƏLLİM GÜNÜ TƏDARÜKÜ... .....                     İşdən çıxan sədrlərin vəzifələrini kim icra edir? .....                     Əmrullayevə daha bir çağırış: İSTEFA VERİN! .....                     Rusiya 102-ci hərbi bazanın getməməsi üçün dəridən-qabıqdan çıxır .....                     Paşinyan Zəngəzur dəhlizinə yeni ad tapdı .....                     Beş il əvvəl oğlu şəhid oldu, indi isə anasını itirdi .....                     Ermənistan hakimiyyəti “Zəngəzur dəhlizi” ifadəsindən niyə narahatdır? .....                     Azərbaycanda şirkətin rəhbərliyi dəyişir .....                     Bakı-Moskva münasibətlərində gəlinən nöqtə .....                     Nəsirzadə də təcili Türkiyəyə getdi .....                     Şatdaun ABŞ-nin dünya arenaındakı mövqeyini zəiflədir .....                     Üçüncü Dünya Müharibəsinə açıq hazırlıq gedir... .....                     "Başqa səbəblər ola bilər" .....                     "Lahmacun mənim çox sevdiyim yeməkdir" .....                     Paşinyan yenidən “rusca” DANIŞIR .....                     Məhkəmə də Dəmir Yollarındakı özbaşınalığı durdura bilmir .....                     G7 Ukraynanı dəstəkləmək üçün Rusiyanın bütün dondurulmuş aktivlərindən istifadə edəcək .....                     Anar Rzayevin tərəzisi də dindən-imandan uzaqdır... .....                     Şəhid atası bağça müdirəsini ifşa etdi .....                     Tovuzda etdikləri reaksiyasız qaldı deyə... .....                     Burda xarab malları belə xırıd edirlər... .....                     Məhkəmədən "Pilot Residence" MTK-ya TƏLƏB: Qanunsuz tikililər sökülsün! .....                     Şatdaun səbəbindən ABŞ ÜDM-si hər həftə 15 milyard dollar azala bilər .....                     ÇL-də günün nəticələri məlum olub .....                     Xəstəliklə mübarizə aparan gəncimizə müalicəsi üçün .....                     Tacikistandan sonra ikinci yerdəyik... .....                     İşdən çıxarılan aktyordan açıqlama .....                     Zaqatalada yenidən SEL HƏYƏCANI: 100-ə yaxın ev TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ .....                     Ermənistan seçim qarşısında: .....                     Rusiyanın təxribatları bəzən Avropanın da maraqlarına cavab verir .....                     Özu İran, adı Ordubad: "Gördüyünüz yerdə çəkin, paylaşın" .....                     Hərbi komissarın məhkəməsində şahid: Pulu şirinlik kimi vermişəm .....                     Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işdən ÇIXARILDI .....                     İddia: "Xəstəxana israrla bizə bu zülmü yaşadır" .....                     Azərbaycanda ÖLÜM CƏZASI bərpa olunur? .....                     Dövlət qurumu 33 milyonluq dərmanları .....                     Azərbaycanda hansı neft şirkəti nə qədər neft hasil edib? .....                     Gürcüstan Azərbaycanla Ermənistan arasında dialoqun təşviqini davam etdirəcək .....                     “Elgizin, Zaurun verilişinə ekspert kimi gedirəm, məni müalicə etdirirlər” .....                     "Qarabağ" "Kopenhagen"ə böyük hesabla uduzdu .....                 

Paşinyan sülh sazişini POZUR - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: Dünən, 17:10 | Çap et

“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması kontekstində ölkəmizdə Konstitusiya dəyişikliyinə ehtiyac yoxdur”.

Ermənistan Baş naziri Nikol Paşinyan AŞPA-da çıxışı zamanı belə deyib. Baş nazir iddia edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur:

“2024-cü ilin sentyabrında Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni araşdırarkən qeyd edib ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Ermənistan sülh sazişini imzalayanda onun Ermənistan Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün onu Konstitusiya Məhkəməsinə göndərməlidir”.

Qeyd edək ki, Nikol Paşinyanın bu açıqlaması hüquqi nihilizm (qanunun inkar edilməsi) təsiri bağışlayır. Çünki konstitusiyasının preambual hissəsində Ermənistan Müstəqillik Bəyanaməsinə istinad edilir. Həmin bəyannamədə keçmiş Dağlıq Muxtar Respublikasının Ermənistana birləşdirilməsinə dair Ermənistan Ali Sovetinin 1989-cu il tarixli qanunsuz qərarına istinad edilir. Bu isə Azərbaycana qarşı ərazi iddialarının Ermənistan Konstitusiyasında təsbit edilməsi deməkdir.

Yəni başqa dövlətə qarşı ərazi iddiasının bir ölkənin konstiutusiyasına və qanunvericiliyinə daxil edilməsi hüquqi işğal sayılır. Halbuki Ermənistan Konstitusiyasının preambula hissəsi avqustun 8-də Vaşinqtonda paraflanmış “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”ə ziddir.

Həmin sənədin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan və Ermənistan bundan sonra bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.

2-ci bənddə imzalanmış razılaşmaya əsasən tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər. Həmçinin, Azərbaycan və Ermənistan digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, onun planlaşdırılmasına, hazırlanmasına və dəstəklənməsinə yol verməyəcəklərini bəyan edirlər.

Yəni Nikol Paşinyan açıqlaması paraflanmış sülh sazişinin pozulması deməkdir. Bu isə həm sözügedən bəyannamənin, həm də gələcək sülh müqaviləsinin dayanıqlılı və etibarlılı olmasını şübhə altına alır. Bütün bunların baş verməməsi üçün preambula hissəsini yeni konstitusiyanın mətnindən çıxartmalıdır.

Nikol Paşinyan isə görünür, hələ də preambula hissəsini yeni konstitusiya layihəsində saxlamaqla Azərbaycanı sülh sazişinin imzalanmasının mümkünlüyünə inandırmağa çalışır.

Lakin preambulanın ali qanunda saxlanılarsa, Ermənistan Konstitusiya Məhkəməsinin həmin sazişi ratifikasiyasına müsbət rəy vermək səlahiyyəti yoxdur. Belə ki, Ermənistan Konstitusiyasının 168-ci maddəsinin 3-cü bəndində görə, beynəlxalq müqavilə ratifikasiya edilməzdən əvvəl orada təsbit olunmuş öhdəliklərin Konstitusiya Məhkəməsi onun ali qanuna uyğunluğunu müəyyən edir.

Konstitusiyada isə Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Ona görə də Ermənistan hakimiyyəti Qarabağa olan iddiasından de-yure imtina etməsə, Konstitusiya Məhkəməsi sülh müqaviləsinin əleyhinə rəy verəcək. Eyni zamanda, “Hüquqi Normativ Aktlar Haqqında” Ermənistan Respublikası Qanununun 9.2-ci maddəsinə görə, hüquqi akt özünə bərabər və ya daha yüksək qüvvəyə malik hüquqi normativ akta zidd ola bilməz.

Yəni beynəlxalq müqavilələr Ermənistan Konstitusiyasına və onun tərkib hissəsi olan preambulaya zidd olmamlıdır. Bu maddəni Konstitusiya Məhkəməsinə sülh müqaviləsinə müsbət rəy verməmək üçün əsas yaradır. Ermənistan Konstitusiyasının 116.3-cü maddəsinə görə, parlament Konstitusiyaya zidd olan beynəlxalq müqavilələri ratifikasiya edə bilməz.

Göründüyü kimi, Paşinyanın fikirləri daha çox siyasi manipulyasiyadır. Real sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiları çıxarılmalıdır. Əks halda, sülh sazişinin qarşısında ciddi hüquqi maneələr qalmaqdadır. Nikol Paşinyanın sözügedən bəyanatı çox güman ki, daha çox Ermənistanda daxili ictimai auditoriyaya hesablanıb. Çünki 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək seçkilər öncəsi radikal müxalifət hakimiyyətə qarşı “Paşinyan Azərbaycanın tələbi ilə konstusiyanı dəyişdi”, ““Artsax”dan imtina etdi” kimi siyasi şüarlardan istifadə edə bilər.

Paşinyan da bu cür çağırışların mühafizəkar erməni cəmiyyətində geniş yayılacağının fərqindədir. Ona görə də Baş nazir bu cür açıqlamalar verməklə potensial təhlükələri neytrallaşdırmağa çalışır.

Müşfiq Abdulla
“Cebheinfo.az”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir orta məktəbdə MÜƏLLİM GÜNÜ TƏDARÜKÜ... - Naziri EMİN OLANIN...
Bu gün, 09:20
İşdən çıxan sədrlərin vəzifələrini kim icra edir? - BƏLLİ OLDU
Bu gün, 09:10
Əmrullayevə daha bir çağırış: İSTEFA VERİN! - "Nə vermisiz, ala bilmirsiz bu camaatdan?"
Bu gün, 09:03
Rusiya 102-ci hərbi bazanın getməməsi üçün dəridən-qabıqdan çıxır - məqsəd odur ki...
Bu gün, 08:55
Paşinyan Zəngəzur dəhlizinə yeni ad tapdı - KİV
Bu gün, 08:53
Beş il əvvəl oğlu şəhid oldu, indi isə anasını itirdi - Tanınmış hakimə AĞIR İTKİ
Bu gün, 08:48
Ermənistan hakimiyyəti “Zəngəzur dəhlizi” ifadəsindən niyə narahatdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Azərbaycanda şirkətin rəhbərliyi dəyişir - BUNDAN SONRA...
Bu gün, 08:42
Bakı-Moskva münasibətlərində gəlinən nöqtə - 3 ay sonra...
Bu gün, 08:34
Nəsirzadə də təcili Türkiyəyə getdi - Yeni müharibə?
Bu gün, 07:38
Şatdaun ABŞ-nin dünya arenaındakı mövqeyini zəiflədir - Rubio
Bu gün, 06:23
Üçüncü Dünya Müharibəsinə açıq hazırlıq gedir... - NƏ BAŞ VERİR?
Bu gün, 06:20
"Başqa səbəblər ola bilər" - AKTUAL
Bu gün, 06:17
"Lahmacun mənim çox sevdiyim yeməkdir"
Bu gün, 06:14
Paşinyan yenidən “rusca” DANIŞIR - Görünəni odur ki...
Bu gün, 06:11
Məhkəmə də Dəmir Yollarındakı özbaşınalığı durdura bilmir - BU NƏ İNADDIR?
Bu gün, 06:08
G7 Ukraynanı dəstəkləmək üçün Rusiyanın bütün dondurulmuş aktivlərindən istifadə edəcək
Bu gün, 05:59
Anar Rzayevin tərəzisi də dindən-imandan uzaqdır... - NARAZILIQ VAR...
Bu gün, 05:45
Şəhid atası bağça müdirəsini ifşa etdi - uşaqların ərzağını oğurlayır...
Bu gün, 05:38
Tovuzda etdikləri reaksiyasız qaldı deyə... - İTTİHAM VAR...
Bu gün, 05:33
Burda xarab malları belə xırıd edirlər... - GİLEY
Bu gün, 05:27
Məhkəmədən "Pilot Residence" MTK-ya TƏLƏB: Qanunsuz tikililər sökülsün! - TƏFƏRRÜAT
Bu gün, 05:19
Şatdaun səbəbindən ABŞ ÜDM-si hər həftə 15 milyard dollar azala bilər - "Politico"
Bu gün, 04:55
ÇL-də günün nəticələri məlum olub - CƏDVƏL
Bu gün, 04:40
Xəstəliklə mübarizə aparan gəncimizə müalicəsi üçün DƏSTƏK OLAQ
Dünən, 20:30
Tacikistandan sonra ikinci yerdəyik... - Azərbaycanda ürək-damar xəstəliklərindən ölümlər niyə artır?
Dünən, 18:19
İşdən çıxarılan aktyordan açıqlama - "Mən əsgərəm..."
Dünən, 18:15
Zaqatalada yenidən SEL HƏYƏCANI: 100-ə yaxın ev TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ – FOTO
Dünən, 18:12
Ermənistan seçim qarşısında: - “Paşinyanın seçkidə qalib gəlməsi reallığı kökündən dəyişməyəcək”
Dünən, 18:10
Rusiyanın təxribatları bəzən Avropanın da maraqlarına cavab verir - Oqtay Qasımov
Dünən, 18:07
Özu İran, adı Ordubad: "Gördüyünüz yerdə çəkin, paylaşın"
Dünən, 17:50
Hərbi komissarın məhkəməsində şahid: Pulu şirinlik kimi vermişəm - TƏFƏRRÜAT
Dünən, 17:47
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru işdən ÇIXARILDI - Onun yerinə isə...
Dünən, 17:46
İddia: "Xəstəxana israrla bizə bu zülmü yaşadır" - "Məlhəm" Hospital nə cavab verdi?
Dünən, 17:40
Azərbaycanda ÖLÜM CƏZASI bərpa olunur? - AKTUAL
Dünən, 17:38
Dövlət qurumu 33 milyonluq dərmanları - BU ŞİRKƏTLƏRDƏN ALDI
Dünən, 17:35
Azərbaycanda hansı neft şirkəti nə qədər neft hasil edib? - SİYAHI
Dünən, 17:31
Gürcüstan Azərbaycanla Ermənistan arasında dialoqun təşviqini davam etdirəcək
Dünən, 17:26
“Elgizin, Zaurun verilişinə ekspert kimi gedirəm, məni müalicə etdirirlər” - Aktyor Rəhmanla MÜSAHİBƏ
Dünən, 17:13
"Qarabağ" "Kopenhagen"ə böyük hesabla uduzdu - "Benfika"ya da ağır hesabla uduzmuşdu...
Dünən, 17:11
Paşinyan sülh sazişini POZUR - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 17:10
“Pərvin Xəlilova əməllərini pərdələyir” - Uşaq həkim səhvindən problemli doğulub?
Dünən, 17:08
"Xəstə valideynlərinə baxan gənc radioloqlar bu məbləği necə ödəsinlər?" - ETİRAZ VAR...
Dünən, 17:05
Sərgidə qalmaq qərarı verən Nigar Köçərli - “Amma özümü alçaldılmış hiss edirəm”
Dünən, 17:00
Abramyan Qərbin Paşinyana kömək göstərdiyini iddia edir
Dünən, 16:55
Putin Modi ilə görüşmək üçün Hindistana səfər edəcək - “NDTV”
Dünən, 16:52
Deputatın həyat yoldaşına yeni vəzifə verildi
Dünən, 15:59
Rusiyada azərbaycanlı iş adamına qarşı iddia - Tuapse dəniz limanı müsadirə olunur
Dünən, 15:50
Həştərxanda azərbaycanlıdan müsadirə edilən pul... – Qərar
Dünən, 15:22
Trendyol “INmerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır
Dünən, 14:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru