Naxçıvanda NƏ İŞLƏR ÇEVRİLİR: Yeni təyin olunan nazir qaçıb? - İLGİNC İDDİALAR
Tarix: 7-05-2025, 08:05 | Çap et
 ""Canişin" əfəndinin (Naxçıvan Muxtar Respublikasında Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfli nəzərdə tutulur -red.) komandası deyəsən Ginnesin "Rekordlar" kitabına düşməyə qərar verib..." "DİA-AZ" xəbər verir ki, bu ilginc açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.
O daha sonra bildirib: "İddialara görə, Naxçıvan MR-ın yeni təyin olunan İqtisadiyyat naziri Kazım Hüseynəliyevin "darğalılığı" cəmi bir neçə saat sürüb. Bildirilir ki, adam təyinatdan sonra Naxçıvandan Bakıya qaçıb və "Mən onun naziri olmaq istəmirəm" deyib səsini başına atıb.
İddiaların nə qədər doğru olduğunu deyə bilmərəm. Amma fakt budur ki, Naxçıvanın bütün rəsmi media orqanları bu sabah təyinatla bağlı yazdıqları xəbərləri siliblər.
Bununla belə qəm yeməyə dəyməz. Kazım Hüseynəliyev müəllim bundan sonra rahatlıqla and içib "Mən də nazir olmuşam",- deyə bilər..."

"DİA-AZ" xəbər verir ki, bunun ardından H.Oğuz Naxçıvandakı anlaşılmaz durumla bağlı yeni bilgilər də təqdim edib. O qeyd edir:
"Sən demə, Muxtar Respublikanın təzə İqtisadiyyat nazirinin “canişin” komandasından qaçması kiçik torpaqda başlayan asta qaçış marafonunun ilk nümunəsi deyilmiş. Bundan əvvəl Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Muxtar oğlu Kəngərli də başını götürüb Naxçıvandan üzüsulu qaçıb. Səbəb: qanunsuz işlərə cəlb olunmaq və “canişin” əfəndinin qeyri-qanuni tələblərini yerinə yetirmək istəməməsi. Qeyd edək ki, Cavid Kəngərli 23 iyul 2024-cü il tarixində bu vəzifəyə təyin olunmuşdu. Onun nazirliyi sonuncu bir neçə saatlıq İqtisadiyyat nazirindən xeyli uzun çəkib. 20 fevral 2025-ci ildə öz ərizəsi ilə işdən çıxan Cavid əfəndi keçmiş kreslosunda cəmi 6 ay 27 gün otura bilib...
***
Naxçıvanın təzə İqtisadiyyat naziri Kazım Hüseynəliyevin "asta qaçış marafonu"na qoşulmasının şok səbəbi bəlli oldu. Əldə etdiyimiz məlumata görə, təyinatda bir balaca "səhvlik" olub. Kazım Hüseynəliyev əslində nazir əvəzi təyin olunmalı imiş. Amma Naxçıvanın Baş naziri Ceyhun Cəlilov onun sinif yoldaşı olduğundan uşaqlıq dostuna bir az güzəşt etmək istəyib və Kazım müəllimi birbaşa nazir vəzifəsinə təyin edib. Bu da paytaxtda sərt reaksiya ilə qarşılanıb. İddialara görə, Baş nazir yaxın günlərdə bu böyük "səhv"ini düzəldilərək onu həqiqi vəzifəsinə təyin edəcək. Yəni sabiq bir neçə saatlıq nazir yeni naziri əvəzi vəzifəsini icra etməyə başlayacaq. Hər halda, gözləyək...
***
Naxçıvanda "asta qaçan namərddir" marafonunun növbəti iştirakçısının Muxtar Respublikanın Fövqəladə hallar naziri Şahin Mirzəyevin olacağı gözlənilir. Əldə etdiyimiz məlumatlara görə, onun qaçış marafonuna qoşulması könüllülük əsasına söykənmir. Digər marafon iştirakçılarından fərqli olaraq, Şahin Mirzəyevi Azərbaycan FHN naziri Kəmaləddin Heydərov qaçırır. Yəni qaçmağa məcbur edir. İddialara görə, FHN naziri K. Heydərov öz kiçik həmkarını "canişin"in qanunsuz tapşırıqlarını yerinə yetirdiyinə görə sərəncama götürülüb. Heydərovun bu qərarı verməsi onun Naxçıvana son səfərindən sonraya təsadüf edir. İddialara inansaq, Şahin Mirzəyevin yaxın günlərdə vəzifəsi ilə vidalşacağı gözlənilir. Maraqlıdır ki, Kəmaləddin Heydərov Naxçıvana son səfəri zamanı Nax. MR FHN-in bir neçə vəzifəli şəxsini işdən qovub. Səbəbini isə bununla izah edib ki, Naxçıvan FHN son illərdə insanları incidən, qanunsuz yoxlamalar aparan və korrupsiyaya ilə məşğul olan bir quruma çevrilib. Qeyd olunur ki, Şahin Mirzəyev hazırda öz xidməti otağında belə otura bilmir, müavinin kabinetində komputer oyunları oynamaqla gününü sayır..."


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Quru sərhədlər açılacaqmı? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • “Günə 800 manat qazanırdıq” – Qumar quranlardan etiraf
Dünən, 17:53 |
|
|
|
| • Paşinyan dediyini etdi - Qarabağ danışıqlarının məxfi sənədlərini niyə açdı?
Dünən, 17:50 |
|
|
|
| • Gecə klubundan çıxıb “Carsharing” in avtomobilini qaçırdı – Qəza törətdi
Dünən, 17:49 |
|
|
|
| • “Haqlı olaraq bizdə belə bir şübhə yaranır ki, Gürcüstan hansısa üçüncü qüvvə ilə əlbir işləyir...”
Dünən, 17:45 |
|
|
|
| • Yeni il qabağı otellərdə FANTASTİK QİYMƏTLƏR - "Rəqabət kifayət qədər geniş deyil"
Dünən, 17:42 |
|
|
|
| • Ramiz Mehdiyevə yaxın olan... aid olan şirkətlər... - İşin içində Heydərov da var...
Dünən, 17:38 |
|
|
|
| • Rusiyaya görə Avropa Türkiyəni Ermənistanla “birləşdirmək” istəyir
Dünən, 17:25 |
|
|
|
| • Heyvan bazarları bayramda açılacaq? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Azərbaycanda bu qurum ləğv edilə bilər – Sınaqdan keçirilir
Dünən, 17:18 |
|
|
|
| • Qarabağla əlaqədar 13 sənəd yayıldı: Əliyev güzəştə getmir, Sərkisyan Putinin yanına qaçır - “Armenpress”
Dünən, 17:15 |
|
|
|
| • Koxalski "Qarabağ"dan gedir?
Dünən, 17:05 |
|
|
|
| • Zəngəzur dəhlizindən həm də Avropa İttifaqı faydalana bilər -ŞƏRH
Dünən, 17:03 |
|
|
|
| • Aİ-nin sabiq ali nümayəndəsi saxlanılıb
Dünən, 16:58 |
|
|
|
| • Gələn il xaricdən daha çox borc ala bilərik – Limit 6 milyarda qaldırılır
Dünən, 16:52 |
|
|
|
| • Tiktoker "Roşka"nın tələbi yenə rədd edildi
Dünən, 16:47 |
|
|
|
| • Nazirlikdə yeni peşə qurumu – Dövlət Agentliyi ləğv edilir?
Dünən, 16:43 |
|
|
|
| • Mikayılovun 'həqiqətləri' və HƏQİQƏTLƏR... - Yəqin nəzərə alarlar...
Dünən, 16:38 |
|
|
|
| • “Çevriliş işi”ndə sıra generallara çatdı - NƏ BAŞ VERİR?
Dünən, 16:23 |
|
|
|
| • Təbrizdə “Koroğlu” tamaşasına görə qalmaqal yarandı - TƏFƏRRÜAT
Dünən, 16:13 |
|
|
|
| • AXCP sədrinin həbsi o demək deyil ki, partiya ləğv olunacaq... - BUNUN ÜÇÜN...
Dünən, 16:11 |
|
|
|
| • Bunlar son 32 ildə hakimiyyət-xalq münasibətlərini gərginləşdirməyə çalışıblar - Professor
Dünən, 16:01 |
|
|
|
| • İrəvan Azərbaycanla sülhün daha da institutlaşdırılması üçün səylərini davam etdirəcək - Mirzoyan
Dünən, 15:59 |
|
|
|
| • Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi”?! - Emin Əmrullayevin adı hallanır
Dünən, 15:57 |
|
|
|
| • “Azərsutəchizattikinti” 9 milyon manata Cəbrayılın su xətləri və kollektorlarını tikəcək - TENDER NƏTİCƏSİ
Dünən, 15:54 |
|
|
|
| • “Ramiz Mehdiyev işi”: 50 nəfərlik siyahı bir-bir açılacaq - İLGİNC
Dünən, 15:51 |
|
|
|
| • Əri dini təriqətə qoşulan qadının DİŞLƏRİNİ QIRDI - TƏFƏRRÜAT
Dünən, 15:46 |
|
|
|
| • Kürəkənini öldürən kişinin qızı DANIŞDI - "Onu evə qoymurdum"
Dünən, 15:43 |
|
|
|
| • Qaqik Tsarukyan barəsində cinayət işi başlanıb
Dünən, 15:40 |
|
|
|
| • “Qaçqınkom” 136 minə bu şirkətdən 9 min cibli jaket alır - TƏFƏRRÜAT
Dünən, 15:39 |
|
|
|
| • Ermənistan hökuməti Qarabağ danışıqlarına dair sənədləri dərc edib
Dünən, 15:32 |
|
|
|
| • Paşinyanın deputatlığa namizədlər siyahısındakı Knyaz Həsənov kimdir?
Dünən, 15:26 |
|
|
|
| • İrəvanda 2026-cı ilin yazında Ermənistan-Aİ birinci sammiti keçiriləcək
Dünən, 15:23 |
|
|
|
| • “PAŞA Sığorta”nın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 14:26 |
|
|
|
| • ABŞ sülh sazişindən sonra Rusiyanın aktivlərini geri qaytaracaq – “Politico”
Dünən, 14:23 |
|
|
|
| • Nazirlikdən "Koneks Construction"a 4,3 milyon manatlıq sifariş - TENDER NƏTİCƏSİ
Dünən, 14:20 |
|
|
|
| • Ramiz Mehdiyevin daha bir gizli müraciətinin üstü açıldı - AÇIQLAMA
Dünən, 14:17 |
|
|
|
| • Məhkəmə “Tolik”lə bağlı qərar verdi
Dünən, 14:13 |
|
|
|
| • “Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir
Dünən, 14:09 |
|
|
|
| • Saakaşvili Gürcüstan hakimiyyətini ittiham etdi - Azərbaycana görə
Dünən, 13:09 |
|
|
|
| • Ararat Mirzoyan Brüsseldə Kaya Kallasla görüşüb
Dünən, 13:04 |
|
|
|
| • Şamaxının deputatı rayondakı durumla bağlı HARAY ÇƏKDİ - "10 kənddə vəziyyət kritikdir"
Dünən, 13:00 |
|
|
|
| • Alınmış sahə başqa şəxsin adına rəsmiləşdirilib - BU NƏDİ BELƏ?
Dünən, 12:58 |
|
|
|
| • Pənah Hüseyn sədr postuna öz namizədini açıqladı - "Namizədlər olacaq, amma..."
Dünən, 12:56 |
|
|
|
| • Yeni Klip, Yeni Hiss: “Sirrim” - VİDEO
Dünən, 12:53 |
|
|
|
| • Əli Kərimli apelyasiyaya hazırlaşır - AÇIQLAMA
Dünən, 12:50 |
|
|
|
| • “Kimdənsə rəsmi nikahsız iki uşaq qazanmış qadına hədiyyələr gəlir, efirlərin yiyəsi yoxdur”
Dünən, 12:48 |
|
|
|
| • BRAVO yenə `GÜL VURUR`... - AY MAŞALLAH...
Dünən, 12:39 |
|
|
|
| • Havanın yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Dünən, 12:31 |
|
|
|
| • Aİ Ermənistana 500 milyon avro ayıracaq
Dünən, 12:23 |
|
|
|
|