Naxçıvan MR-in mobil operatoru olan “Naxtel” MMC-yə yeni direktor təyin edilib.
Banker.az xəbər verir ki, İsayev İsa Bünyad oğlu Naxtel” MMC-yə direktor təyin edilib.
Ona qədər bu vəzifədə Namazov Rəşad idi. Naxtel” MMC-nin əvvəlki direktoru Namazov Rəşad Fuad oğlu digər layihələrdə fəaliyyətini davam etdirmək məqsədilə vəzifəsindən ayrılıb.
Xatırladaq ki, “Naxtel” 2015-ci ildə yaradılıb və onun nizamnamə kapitalı 1 010 manatdır.