İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır? .....                     Kamil Hacıyevin dövründə protokol yazıldı, İmran Qurbanovun vaxtında 12 min cərimə edildi .....                     Zaqatalanın müasir məhəlləsində BAXIMSIZLIQ .....                     “Sülh sazişinin ABŞ-da paraflanması Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu zəiflədəcək” .....                     Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq .....                     Zəngəzurla bağlı gözlənilməz qərar: .....                     Qaradağın yollarının təmiri təxirə düşdü .....                     “Azadlıqdan məhrumetmə əvəzinə, ev dustaqlığı və cərimə daha effektivdir" .....                     “KFC”nin işçisi yıxılaraq xəsarət almışdı .....                     Şəxsin öz telefon nömrəsi barədə anten məlumatları niyə verilmir? .....                     ABŞ Dövlət katibi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən danışıb .....                     Rusiya və İranı “bypass” edən LAYİHƏ: .....                     Elman Nəsirov Vaşinqton görüşündən danışdı: .....                     907-ci düzəliş birmənalı qaydada .....                     Tramp axtardığı sülhü Qafqazda tapdı: .....                     İşğal dövründə azərbaycanlılar Ermənistana necə gedib? .....                     Tramp İrəvanla Bakını barışdırıb Nobel almaq istəyir .....                     “ABB-nin bankomatları kart udmaqla məşğuldur, ehtiyatlı olun” .....                     Ermənistanın buna razılaşacağı doğru deyil .....                     Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı .....                     “Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinə yeni üzv təyin edilib .....                     Dövlət qurumu 269 minlik təmizlik xidmətini .....                     Adil Vəliyev onları İŞDƏN AZAD ETDİ .....                     Ukraynanın iştirakı olmadan “atəşkəs oyunu” .....                     Tramp və Putin avqustun 11-də Romada görüşə bilərlər .....                     Rusiya və Çin liderlərinin telefon danışığı olub .....                     AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib .....                     Dövlət qurumu 269 minlik təmizlik xidmətini .....                     Bəs Ankara BUNA NƏ DEYİR? .....                     "Xatun başa düşdü ki, mənə qarşı düz etməyib" .....                     Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir .....                     "Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” .....                     Əliyev və Paşinyan ABŞ-da nələr edir? .....                     Naxçıvana yol dəhliz statusunda olacaq .....                     Müəllimdən sensassion müsahibə: .....                     Vaşinqtonda sülh üçün tarixi görüş: .....                     Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: .....                     Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək .....                     Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu .....                     Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... .....                 

Ukraynanın iştirakı olmadan “atəşkəs oyunu” – Bu, sülh deyil, ultimatumdur
Tarix: Bu gün, 15:35 | Çap et

2022-ci ilin fevralında Rusiya tərəfindən Ukraynaya qarşı başlayan genişmiqyaslı işğal davam edir. Bu müharibə təkcə cəbhədə yox, həm də diplomatik masalarda, iqtisadi platformalarda və informasiya məkanında aparılan çoxvektorlu qarşıdurmaya çevrilib.

Gecə-gündüz davam edən raket zərbələri, dron hücumları, dərin iqtisadi sanksiyalar və enerji infrastrukturlarına yönəlmiş zərbələr fonunda indi beynəlxalq ictimaiyyətin diqqəti Donald Tramp və Vladimir Putin arasında gözlənilən görüşə yönəlib.

Tramp özünü müharibəni bir günə bitirə biləcək siyasətçi kimi təqdim edir. Putin isə ABŞ-ın sanksiyaları fonunda danışıqlar masasında bir qədər yumşalmış obrazda göstərir. Eyni zamanda Kreml atəşkəs üçün sərt tələblər irəli sürür. Bu tələblər işğal olunmuş ərazilərin Rusiya torpağı kimi tanınması, Ukraynanın silahsızlaşdırılması və əhalinin siyasi seçimə məcbur edilməsidir.

Belə bir vəziyyətdə Ukrayna rəhbərliyi ABŞ və Rusiya arasında ikitərəfli danışıqlardan narahatdır və açıq şəkildə bildirir ki, onların iştirakı olmadan aparılacaq hər hansı atəşkəs təşəbbüsü təhlükəli güzəştlərə yol aça bilər.

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, ABŞ prezidentinin diplomatik oyunu, yəni Ukraynasız sülh mümkün deyil:

“Trampın hazırkı təşəbbüsü siyasi ritorikadan ibarətdir. Amma diplomatiyada sadəlövhlük yoxdur. Xüsusilə də Rusiya-Ukrayna kimi fundamental ziddiyyətlərin olduğu bir münaqişədə bunu gözləmək doğru deyil.

Tramp-Putin görüşü əslində Qərbin bir hissəsində Rusiya ilə müəyyən razılaşmalar əldə etmək istəyinin təzahürüdür. Ancaq bu razılaşmaların Ukraynanın maraqları hesabına baş tutması, böyük ehtimalla, ciddi fəsadlara səbəb olacaq. Rusiya müharibəni dayandırmaq istəmir, sadəcə onu donmuş münaqişəyə çevirmək istəyir. Tramp isə Rusiya ilə ortaq dil tapa biləcəyinə inanır. Lakin bu prosesdə Ukraynanın siyasi iradəsini, ərazi bütövlüyünü nəzərə almadan ediləcək istənilən razılaşma təkcə beynəlxalq hüququ deyil, həm də Qərbin uzunmüddətli strateji mövqeyini sarsıdar”.

K.Məmmədli qeyd edib ki, Ukraynanın iştirakı olmadan danışıqlar masası bir növ siyasi şoudur və Rusiyanın legitimlik qazanmaq üçün istifadə etdiyi taktiki gedişdir:

“Moskva əslində Qərb ictimaiyyətində sülhə hazır Rusiya imici formalaşdırmaq istəyir. Məqsəd həm diplomatik təzyiqi azaltmaq, həm də sanksiyaları yumşaltmaqdır. Amma bu, Ukraynanın maraqlarına qarşı olan təkliflər əsasında mümkünsüzdür”.

Kamran Məmmədlinin fikrincə, Zelenskinin danışıqlarda iştirak tələbi tam haqlıdır. Əks təqdirdə Ukrayna siyasi oyundan kənarlaşdırılmış olacaq:

“Sülh prosesində tərəflərin iştirakı olmadan real nəticə əldə olunmur. Əgər bu prosesdə Ukrayna yoxdursa, bu, artıq barış deyil, diktə olunmuş təslim aktı olacaq. Bunu isə nə ukraynalı xalq, nə də beynəlxalq ictimaiyyət qəbul edəcək. Rusiya indiki mərhələdə atəşkəs görüntüsü yaratmaqla daxildə iqtisadi təzyiqləri azaltmağa, xaricdə isə yeni cəbhə açılmasının qarşısını almağa çalışır. Lakin atəşkəs Moskvanın strateji məqsədlərini dəyişmir.

Əsas məsələ budur ki, Rusiya Ukraynanın öz torpaqlarından imtina etməsini istəyir. Bu, danışıqlar üçün yox, təslim üçün irəli sürülmüş şərtlərdir. Hazırkı şərtlərdə real sülhün əldə ediləcəyi mümkünsüz görünür”.

Ekspert hesab edir ki, Trampın siyasi manevrləri Vaşinqtonun Ukrayna siyasətində ciddi dəyişiklik siqnalı verə bilər və bu, Rusiya üçün əlavə imkanlar yaradır:

“Tramp prezident olaraq Rusiya ilə fərqli siyasi ton tutmağa çalışır. Onun Zelenskiyə qarşı sərt ritorikası və Rusiya ilə ortaq dil tapmaq niyyəti, əslində, Ukraynanın maraqlarına zidd bir gedişdir. Tramp, görünür ki, Rusiyanı strateji rəqib yox, razılaşmaq mümkün olan tərəf kimi görür. Bu isə ABŞ-ın son illərdə formalaşan Ukrayna dəstək xəttindən kənara çıxmaq anlamına gələ bilər.

Rusiya indiki mərhələdə bu danışıqları siyasi alətə çevirərək öz mövqelərini leqitimləşdirməyə çalışır. Ukraynanın iştirakı olmadan keçiriləcək istənilən görüş və ya danışıqlar real sülh prosesi deyil, Kremlə siyasi-dividend qazandıracaq tamaşadır. Ukrayna danışıqlarda iştirak etmirsə, bu, sülh deyil. Bu gedişat həm regional sabitliyə, həm də beynəlxalq hüququn gələcək statusuna ciddi təsir göstərə bilər”.

Kamran Məmmədlinin fikrincə, indiki mərhələdə Tramp-Putin danışıqları siyasi reallıqdan çox uzaqdır:

“Rusiya tərəfindən irəli sürülən tələblər, o cümlədən Krım və digər işğal olunmuş ərazilərin Rusiyaya məxsus kimi tanınması sülh deyil, ultimatumdur. Tramp bu şərtləri qəbul etməyə meyilli görünürsə, bu, təkcə Ukraynanın deyil, Qərbin geosiyasi dayaqlarının sarsılması anlamına gələcək. Ona görə də Kiyevin masada olmaması həm mənəvi, həm də hüquqi baxımdan qəbuledilməzdir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır? - 10 əsas SƏBƏB
Bu gün, 17:44
Kamil Hacıyevin dövründə protokol yazıldı, İmran Qurbanovun vaxtında 12 min cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:42
Zaqatalanın müasir məhəlləsində BAXIMSIZLIQ - Qaladüzünün sakinləri nədən gileylidir?
Bu gün, 17:38
“Sülh sazişinin ABŞ-da paraflanması Rusiyanın Cənubi Qafqazdakı nüfuzunu zəiflədəcək” - BUNDAN SONRA...
Bu gün, 17:32
Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq - Ağ Ev BƏYAN ETDİ
Bu gün, 17:24
Zəngəzurla bağlı gözlənilməz qərar: - Pezeşkian təcili İrəvana gedir
Bu gün, 17:21
Qaradağın yollarının təmiri təxirə düşdü - ELAN EDİLƏN TENDER LƏĞVƏ GETDİ
Bu gün, 17:14
“Azadlıqdan məhrumetmə əvəzinə, ev dustaqlığı və cərimə daha effektivdir" -NOVELLA CƏFƏROĞLU
Bu gün, 17:10
“KFC”nin işçisi yıxılaraq xəsarət almışdı - Direktorun cəriməsi ləğv edildi
Bu gün, 16:59
Şəxsin öz telefon nömrəsi barədə anten məlumatları niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:56
ABŞ Dövlət katibi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən danışıb
Bu gün, 16:54
Rusiya və İranı “bypass” edən LAYİHƏ: - İrəvanı masaya oturdan səbəblər NƏ OLDU?
Bu gün, 16:15
Elman Nəsirov Vaşinqton görüşündən danışdı: - “İlham Əliyevin sözünün dəyəri...”
Bu gün, 16:10
907-ci düzəliş birmənalı qaydada LƏĞV EDİLMƏLİDİR
Bu gün, 16:06
Tramp axtardığı sülhü Qafqazda tapdı: Azərbaycan - Ermənistan razılaşması nə deməkdir?
Bu gün, 16:04
İşğal dövründə azərbaycanlılar Ermənistana necə gedib? – “İki xalqı yalnız bu barışdıra bilər”
Bu gün, 16:01
Tramp İrəvanla Bakını barışdırıb Nobel almaq istəyir - “CBS News”
Bu gün, 15:59
“ABB-nin bankomatları kart udmaqla məşğuldur, ehtiyatlı olun” - NARAZILIQ VAR...
Bu gün, 15:54
Ermənistanın buna razılaşacağı doğru deyil - Baqdasaryan
Bu gün, 15:51
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı - foto
Bu gün, 15:48
“Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinə yeni üzv təyin edilib - BUNDAN SONRA...
Bu gün, 15:44
Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 15:42
Adil Vəliyev onları İŞDƏN AZAD ETDİ - SİYAHI
Bu gün, 15:39
Ukraynanın iştirakı olmadan “atəşkəs oyunu” – Bu, sülh deyil, ultimatumdur
Bu gün, 15:35
Tramp və Putin avqustun 11-də Romada görüşə bilərlər - "Fox News"
Bu gün, 15:33
Rusiya və Çin liderlərinin telefon danışığı olub
Bu gün, 15:31
AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib
Bu gün, 15:27
Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 14:08
Bəs Ankara BUNA NƏ DEYİR? - AKTUAL
Bu gün, 14:04
"Xatun başa düşdü ki, mənə qarşı düz etməyib"
Bu gün, 13:50
Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir – Trampın qərarı həlledici oldu
Bu gün, 13:40
"Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” - TƏDARÜKLÜ OLMALIYIQ...
Bu gün, 13:05
Əliyev və Paşinyan ABŞ-da nələr edir? – Qazaryan elə FOTO yaydı ki…
Bu gün, 13:01
Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan
Bu gün, 13:00
Müəllimdən sensassion müsahibə: - “Kurslara, özəl müəssisələrə sual ötürürlər”
Bu gün, 12:56
Vaşinqtonda sülh üçün tarixi görüş: - Cənubi Qafqazda yeni dönəmin başlanğıcı
Bu gün, 12:52
Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: - Azərbaycan üçün nə dəyişir?!
Bu gün, 12:48
Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - belə deyirlər...
Bu gün, 12:39
Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu – “Vəzifə dalınca qaçırlar…”
Bu gün, 12:36
Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İran Bakıya görə taktikanı dəyişdi: - Pezeşkianı narahat edən təhlükə
Bu gün, 12:11
“ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 12:03
Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 12:00
Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi - ŞƏRH
Bu gün, 11:58
Baş prokurordan YENİ TƏYİNAT - FOTO
Bu gün, 11:56
Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi - "Problem ermənilərin rasional yaddaşlarında deyil"
Bu gün, 11:46
"Mən hər zaman iş başında olmaq istəyirəm"
Bu gün, 11:33
Tibb Universiteti “Arash Medical”a 377 min verəcək
Bu gün, 11:31
II Qaregin ABŞ-yə gedib
Bu gün, 11:26
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib - DOSYE
Bu gün, 11:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru