Dövlət qurumu 269 minlik təmizlik xidmətini .....                     Adil Vəliyev onları İŞDƏN AZAD ETDİ .....                     Ukraynanın iştirakı olmadan “atəşkəs oyunu” .....                     Tramp və Putin avqustun 11-də Romada görüşə bilərlər .....                     Rusiya və Çin liderlərinin telefon danışığı olub .....                     AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib .....                     Dövlət qurumu 269 minlik təmizlik xidmətini .....                     Bəs Ankara BUNA NƏ DEYİR? .....                     "Xatun başa düşdü ki, mənə qarşı düz etməyib" .....                     Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir .....                     "Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” .....                     Əliyev və Paşinyan ABŞ-da nələr edir? .....                     Naxçıvana yol dəhliz statusunda olacaq .....                     Müəllimdən sensassion müsahibə: .....                     Vaşinqtonda sülh üçün tarixi görüş: .....                     Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: .....                     Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək .....                     Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu .....                     Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... .....                     İran Bakıya görə taktikanı dəyişdi: .....                     “ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib .....                     Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı .....                     Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi .....                     Baş prokurordan YENİ TƏYİNAT .....                     Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi .....                     "Mən hər zaman iş başında olmaq istəyirəm" .....                     Tibb Universiteti “Arash Medical”a 377 min verəcək .....                     II Qaregin ABŞ-yə gedib .....                     Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib .....                     Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? .....                     "Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." .....                     Rusiyadan Gürcüstana mesaj: .....                     Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı .....                     Rusiya 17 il əvvəlki hücumu təkrarladı .....                     Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib .....                     Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” .....                     Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil .....                     İkinci dəfə deputat seçilməyimə mane oldular .....                     “Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb .....                     Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı .....                 

Müəllimdən sensassion müsahibə: - “Kurslara, özəl müəssisələrə sual ötürürlər”
Tarix: Bu gün, 12:56 | Çap et

2025-ci il müəllimlərin işə qəbulu (MİQ) imtahanının test mərhələsi 3-10 iyul tarixlərində keçirildi.

İmtahanlar 19 şəhərdə, 44 imtahan mərkəzində təşkil olundu və 65 572 namizəd iştirak etdi.

Qeyd edək ki, test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilib. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanıb.

Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi ilə qiymətləndirilib. Test imtahanında ixtisas üzrə minimum 34 bal, tədris metodikası və təlim strategiyaları üzrə minimum 6 bal olmaqla ümumilikdə 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılırlar.

Ancaq imtahan başa çatdıqdan sonra sosial şəbəkələrdə bəzi müəllimlər imtahan zamanı bəzi sualların səhv tərtib olunması ilə bağlı fikirlər səsləndiriblər. İmtahanda bir neçə sual səhv olduğunu iddia edənlərdən biri də tarix müəllimi Samir Bəşirlidir.

"DİA-AZ" onun “Cümhuriyət”-əmüsahibəsini təqdim edir:

“Onlardan biri mənə etiraf etmişdi ki, bu sualların ikisi səhvdir”

- Siz tarix fənni ilə bağlı MİQ imtahanında bəzi sualların yanlış tərtib olunduğunu deyirsiz və hətta bugünlərdə bununla bağlı MÜTDA rəhbəri Eşqi Bağırovlagörüşmüsüz. Bu görüşdə hansı nəticə əldə olundu?

- Mən tarix müəllimi olmaqla yanaşı, MİQ imtahanına hazırlıqla məşğul oluram. Bu gün mənim yüzlərlə müdavimim məktəblərdə tədrislə məşğul olur. 2018-ci ildən mən bu işin içindəyəm. Suallarla tanış olmaq üçün özüm hər il MİQ imtahanında iştirak edirəm.

Mən imtahanın gedişi zamanı bildirdim ki, suallar səhv tərtib olunub. Sualların iki cavabı var, yaxud cavabı yoxdur. Bunu yalnız mən demirəm, yüzlərlə tarix müəllimi deyir. Bu yaxınlarda 55 tarix müəllimi cənab Prezidentə müraciət ünvanlamışıq.

Mən MÜTDA-nın direktoru Eşqi Bağırovla görüşdüm və o bildirdi ki, ekspertlərin fikrinə etimad etməyə məcburdur, çünki özü tarix müəllimi deyil: “Biz MİQ imtahanını keçirməyə məsul qurum olsaq da sualları Təhsil İnstitutuna sifariş veririk. İnstitut sualları təsdiqləyib verir, bizdə imtahana salırıq. Yəni o sualların səhv olmasına görə məsuliyyət daşımırıq”. Mən ona sual verdim ki, bu suallar 100 faiz səhvdir və sizə yazılı ərizə ilə də müraciət etdim. O, həmin ərizəni oxuduğunu bildirdi.

Mən dedim ki, bəs nə üçün həmin ekspertlərlə mənim görüşümü təşkil etmədiniz, bəlkə mən doğru deyirəm? Direktor da bu görüşün təşkil olunacağını bildirdi. Ancaq mən Eşqi Bağırovla görüşə qədər də MÜTDA-da görüşüm olmuşdu və orada da “səhv sualların düşməsini istəmədiklərini, görüşün təşkil olunacağınıbildirmişdilər. Ancaq bunu etmədilər.

Belə bir görüş təşkil etsələr, daha yaxşı olar, orada fikrimizi deyərik. Göstərərik ki, suallar səhvdir. Bununla bağlı artıq 20 nəfərdən rəy almışıq ki, onların sırasında professor, dosentlər də var. Yəni tarix üzrə alimlər də elmi rəyləri veriblər ki, mən onları məhkəməyə təqdim edəcəyəm.

Bir nüsxəsini də Prezident Aparatına göndərmişəm. Təhsil İnstitutunda sualları hazırlayanlar da tarix müəllimləridir. Hətta onlardan biri mənə etiraf etmişdi ki, bu sualların ikisi səhvdir. Ən azından o iki sualı düzəldə bilərdilər.

“Tarix müəllimlərinin bir qruplaşması var”

-Əgər sualların səhv olduğunu etiraf edirlərsə, bu, imtahanda iştirak edən müəllimin gələcəyi üçün problem yaratmaq deyilmi?

- Məsələ ondadır ki, sualları elə tərtib etməkdə maraqlar var. Tarix müəllimlərinin bir qruplaşması var. Ona görə o sualları elə hazırlayırlar. Mən onların yerinə olsaydım, bir və yaxud iki sualın səhv olduğunu etiraf edərdim ki, ziyanın yarısından da qayıtmaq xeyirdir. Heç olmasa, haqsızlıq az da olsa, düzələrdi. Bizdə ona görə məhkəməyə müraciət etmişik.

“Təhsil İnstitutunun ekspertləri kurslara, özəl müəssisələrə sual ötürürlər”

-Əgər müəllim MİQ imtahanından kəsilirsə, qeyd etdiyiniz müəllim “qrupu” bundan nə əldə edir?

-Mənim bunu iddia etməyə kifayət qədər əsasım var. Dəfələrlə olub ki, Təhsil İnstitutunun ekspertləri hansısa kurslara, özəl müəssisələrə sual ötürürlər. Bu, riyaziyyat fənnində sübut olunub. Bunu özləri etiraf ediblər. Eşqi Bağırov mənimlə görüşdə də dedi. Bildirdi ki, həmin ekspertlərlə bağlı prokurorluğa müraciət edib.

Tarix dəqiq elm deyil. Dərslikdə dəqiq məlumat olmayan mövzularla bağlı həmin vəsaitlərdə müəllimlər öz şəxsi fikirlərini irəli sürürlər. Məsələn, XorasanınXudabəndə dövründə işğal olunması ilə bağlı bəzi dərsliklərdə, repetitorlar tərəfindən çıxarılan vəsaitlərdə bu fikirlər yer alır.

İmtahana sual salanlar da o vəsaiti hazırlayanlarla, kurslarla əlaqəli adamlardır. Belə ki, o sualları hazırlayırlar, kurslara ötürürlər və məqsəd odur ki, o kurslarda hazırlaşanlar yaxşı yazsınlar. Sabah da MİQ imtahanlarında desinlər ki, hamı zəif yazdı, bir bizimkilər doğru yazdılar. Yəni reklam hesabına özlərinə adam toplasınlar.

Mən bunu ehtimal edirəm və kifayət qədər əsas var. Biz də istəmişik ki, bu məsələ araşdırılsın. Əgər həqiqətən səhv yoxdursa, mənimlə üzləşməkdən niyə qorxurlar? Qarşılıqlı olaraq faktlarımızı ortaya qoyaq. Artıq bunu etmirlərsə, demək, onların marağı var, bilirlər ki, mənimlə görüşəndə sübut edə bilməzlər, məsələni ört-basdır edirlər.

“Həmin ekspertlərin bilik səviyyəsi aşağıdır”

-Yəni sualları hazırlayan ekspertlər kurslarla işbirliyinə gedirlər?

-Bu, indiyədək sübut olunmuş faktdır. Başqa fənlərdəsübut edilib, tarix fənni ilə bağlı olmayıb. Mən tarixlə bağlı birbaşa iddia etmirəm. Ancaq bunu etməyə kifayət qədər əsas var. Çünki oradakı sualların cavabları bəzi ayrı-ayrı şəxslər tərəfindən çıxarılan tarix vəsaitlərində eynilə qeyd olunub. Halbuki səhvdir. O ekspertlər sualı səhv olması üçün imtahana salmayıblar. Onlar onu doğru bilib salıblar. Mən iddia edirəm ki, həmin ekspertlərin özlərinin bilik səviyyəsi aşağıdır. Minlərlə insanın taleyini həll edən şəxs orada olmamalıdır.

-Məhkəmə prosesi baş tutsa belə, artıq işlə bağlı həmin yerlərə imtahandan keçmiş şəxslər müəyyənləşir.

“Kompensasiya da tələb edə bilərik”

-Məhkəmənin qərarı bu sahədə növbəti problem yaratmayacaqmı?

- Bizim istədiyimiz həmin o 4 sualın düzəldilməsi deyil. Çox gözəl bilirik ki, məhkəmə aylarla uzana bilər. Onsuzda artıq bu nəticəni dəyişə bilmərik. Məhkəmə operativ olsaydı, bu iş daha tez həll oluna bilərdi. Məsələn, məhkəmədə müvəqqəti təminat tədbirlərinin həyata keçirilməsi ilə bağlı iddia irəli sürmüşük. Onu təmin etsəydilər, bu vakansiya seçimi dayandırıla bilərdi. Bu da nazirliyə təzyiq olardı.

Ancaq biz illüziya qurmuruq və bilirik ki, builki vakansiya seçimində bu olmayacaq. Ancaq bunun növbəti illərdə təsiri ola bilər. Ən azından, Təhsil İnstitutu sualların səhv olduğunu etiraf edəcək. Ehtiyac olarsa, bizə vurduqları maddi və mənəvi ziyana görə kompensasiya da tələb edə bilərik. Bizim əsas məqsədimiz odur ki, həmin şəxslər Təhsil İnstitutundan uzaqlaşdırılsın.

Eləcə də sual salanda min dəfə fikirləşsinlər ki, belə dolaşıq sualla bağlı özümüz də dolaşa bilərik. İstəyirik ki, etdikləri əməlin hüquqi məsuliyyətini daşısınlar. Gələcəkdə tarix fənnindən sertifikasiya imtahanı olacaq. Kimya, Azərbaycan dili və ədəbiyyat imtahanının başına gətirilən oyunlar tarix müəllimlərinin başına gətirilməsin. Onların özlərinin elan etdiyi prinsiplər var.

2011-cu ildə “Kuriklum” jurnalında dərc olunan məqalələri var. Orada bunlar prinsip elan edirlər və “Test hazırlanmasının bəzi prinsipləri” adlı məqalələri var. O məqaləyə uyğun test hazırlasınlar. Məqsədimiz odur ki, onlar çətin sual salaraq müəllimləri dolaşdırmağı düşünməsinlər. Mən tarix sualını bir professora verdim, o, suala səhv cavab verdi. Halbuki Səfəvilər tarixini özü araşdırıb, tədqiqat sahəsidir.

Həmin alimə əsaslanıb dərslik yazıblar. Mənə verdikləri cavabda da həmin alimə istinad edirlər. Amma onların fikrincə, səhv cavab verdi. Alimin seçdiyi cavabı səhv götürmüşdülər. Biz istəyirik ki, ümumiyyətlə, bu imtahanlar Təhsil İnstitundan alınsın.

Dövlət İmtahan Mərkəzində də məsələ o qədər şəffaf deyil. Onsuzda eyni ekspertlər həm Təhsil İnstitutunda, həm DİM-də var. Ancaq biz bu imtahanların DİM tərəfindən keçirilməsinin tərəfdarıyıq. Az da olsa, bu məsələ ilə bağlı orada şəffaflıq var. Bir-birilərinin üstünə atmırlar.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 15:42
Adil Vəliyev onları İŞDƏN AZAD ETDİ - SİYAHI
Bu gün, 15:39
Ukraynanın iştirakı olmadan “atəşkəs oyunu” – Bu, sülh deyil, ultimatumdur
Bu gün, 15:35
Tramp və Putin avqustun 11-də Romada görüşə bilərlər - "Fox News"
Bu gün, 15:33
Rusiya və Çin liderlərinin telefon danışığı olub
Bu gün, 15:31
AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib
Bu gün, 15:27
Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 14:08
Bəs Ankara BUNA NƏ DEYİR? - AKTUAL
Bu gün, 14:04
"Xatun başa düşdü ki, mənə qarşı düz etməyib"
Bu gün, 13:50
Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir – Trampın qərarı həlledici oldu
Bu gün, 13:40
"Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” - TƏDARÜKLÜ OLMALIYIQ...
Bu gün, 13:05
Əliyev və Paşinyan ABŞ-da nələr edir? – Qazaryan elə FOTO yaydı ki…
Bu gün, 13:01
Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan
Bu gün, 13:00
Müəllimdən sensassion müsahibə: - “Kurslara, özəl müəssisələrə sual ötürürlər”
Bu gün, 12:56
Vaşinqtonda sülh üçün tarixi görüş: - Cənubi Qafqazda yeni dönəmin başlanğıcı
Bu gün, 12:52
Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: - Azərbaycan üçün nə dəyişir?!
Bu gün, 12:48
Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - belə deyirlər...
Bu gün, 12:39
Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu – “Vəzifə dalınca qaçırlar…”
Bu gün, 12:36
Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İran Bakıya görə taktikanı dəyişdi: - Pezeşkianı narahat edən təhlükə
Bu gün, 12:11
“ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 12:03
Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 12:00
Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi - ŞƏRH
Bu gün, 11:58
Baş prokurordan YENİ TƏYİNAT - FOTO
Bu gün, 11:56
Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi - "Problem ermənilərin rasional yaddaşlarında deyil"
Bu gün, 11:46
"Mən hər zaman iş başında olmaq istəyirəm"
Bu gün, 11:33
Tibb Universiteti “Arash Medical”a 377 min verəcək
Bu gün, 11:31
II Qaregin ABŞ-yə gedib
Bu gün, 11:26
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib - DOSYE
Bu gün, 11:22
Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? - AKTUAL
Bu gün, 11:20
"Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." - ETİRAZ
Bu gün, 11:16
Rusiyadan Gürcüstana mesaj: - Hazırıq
Bu gün, 11:09
Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov
Bu gün, 11:08
Rusiya 17 il əvvəlki hücumu təkrarladı – Bakıya Vaşinqton görüşü öncəsi mesaj
Bu gün, 11:07
Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 11:04
Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” - İLGİNC İDDİALAR
Bu gün, 11:02
Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil - Surenyants
Bu gün, 10:56
İkinci dəfə deputat seçilməyimə mane oldular - Lalə Abbasova
Bu gün, 10:55
“Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb
Bu gün, 10:51
Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı - TƏFƏRRÜAT
Bu gün, 10:48
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI
Bu gün, 10:47
“Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” - ETİRAZ
Bu gün, 10:45
Dünyanın gözü Vaşinqtonda: - Liderlər bu saatlarda görüşəcək
Bu gün, 10:43
Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:38
Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib
Bu gün, 10:37
Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir - AXI NİYƏ?
Bu gün, 10:32
Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Bu gün, 10:25
İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:21
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Bu gün, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru