"Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” .....                     Əliyev və Paşinyan ABŞ-da nələr edir? .....                     Naxçıvana yol dəhliz statusunda olacaq .....                     Müəllimdən sensassion müsahibə: .....                     Vaşinqtonda sülh üçün tarixi görüş: .....                     Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: .....                     Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək .....                     Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu .....                     Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... .....                     İran Bakıya görə taktikanı dəyişdi: .....                     “ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib .....                     Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı .....                     Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi .....                     Baş prokurordan YENİ TƏYİNAT .....                     Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi .....                     "Mən hər zaman iş başında olmaq istəyirəm" .....                     Tibb Universiteti “Arash Medical”a 377 min verəcək .....                     II Qaregin ABŞ-yə gedib .....                     Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib .....                     Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? .....                     "Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." .....                     Rusiyadan Gürcüstana mesaj: .....                     Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı .....                     Rusiya 17 il əvvəlki hücumu təkrarladı .....                     Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib .....                     Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” .....                     Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil .....                     İkinci dəfə deputat seçilməyimə mane oldular .....                     “Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb .....                     Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı .....                     Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi .....                     “Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” .....                     Dünyanın gözü Vaşinqtonda: .....                     Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib .....                     Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib .....                     Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı .....                     Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir .....                     Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi .....                     İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... .....                     "Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" .....                 

İkinci dəfə deputat seçilməyimə mane oldular - Lalə Abbasova
Tarix: Bu gün, 10:55 | Çap et

Milli Məclisin III çağırış deputatı Lala Abbasova “Teleqraf” İnformasiya Agentliyinə müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

Kiçik işlərlə məşğul olmaq istəmirəm

- Lalə xanım, uzun illər jurnalist, baş redaktor, qeyri-hökumət təşkilatının rəhbəri və universitetdə müəllim kimi çalışmısınız. III çağırış deputat olmusunuz. İctimai-siyasi sferada aktivlik göstərmisiniz. Bəs hazırda nə işlə məşğulsunuz?

- Təqaüddəyəm, istirahət edirəm. Bağda ev tikdirirəm. İnsanlar soruşur ki, buranı kim dizayn edib, deyirəm özüm. Həmçinin tövsiyələrimi və aforizmlərimi qələmə alıram.

- Bu qədər aktiv ictimai-siyasi fəaliyyətdən sonra hazırkı situasiya darıxdırıcı deyil?

- Yox, səyahət edirəm, nəvələrimlə vaxt keçirirəm. Düzdür, mənə bəzi vəzifələr təklif olunub, amma qəbul etməmişəm. Potensialımı bilirəm, düşünürəm ki, daha böyük işlərlə məşğul olmaq iqtidarındayam. Xırda işlərə vaxt sərf etmək istəmirəm.

- Böyük işlər dedikdə konkret nəyi nəzərdə tutursunuz?

- Qlobal işlər görmək istəyirəm. “Azərbaycan qadınları. XX əsr” adlı üç ensiklopedik toplunun müəllifiyəm. QHT ilə bir neçə layihəm olub. Geni dəyişdirilmiş məhsullarla (GMO) bağlı və digər təkliflərlə çıxış etmişəm. Fikirləşirəm ki, gördüyüm işlərin cəmiyyətə faydası olmalıdır və olub. Qlobal düşünən insanam. Əgər görəcəyim işin cəmiyyətə faydası olmayacaqsa, buna vaxt sərf etməzdim.

- Bir çox uşağın böyüdükcə çalışmaq istədiyi peşə olur. Bəs siz uşaq vaxtı hansı peşənin sahibi olmağı arzu edirdiniz?

- Anam Münəvvər xanım Azərbaycanın ilk hüquqşünaslarından olub. İstəyərdim ki, bu sahəyə yiyələnim. Amma alınmadı, jurnalist oldum. SSRİ dağıldıqdan sonra sarı media gücləndi, bəzən peşəmdən bir anlığına utanırdım, amma sonra fikirləşdim, yaxşı ki, jurnalistikanı seçmişəm və peşman deyiləm.

- “Qadın dünyası” ("Mir jenşinı") qəzetinin baş redaktoru birdən-birə necə oldu deputat olmaq qərarına gəldi?

- Düşündüm ki, deputat ola bilmərəm. Çünki ora çox böyük zirvədir və bilirdim ki, yüküm ağır olacaq. Həmin vaxt ictimai-siyasi sferada fəal idim, uşaq evlərinə tez-tez yardım edirdim və xeyriyyə fondum var idi. Bir gün həmkarlarım təklif etdilər ki, deputatlığa namizədliyimi irəli sürüm. Fikirləşirdim ki, daha çox aktiv sahələrdə işləməyə üstünlük verirəm.

Özümə sual edirdim ki, deputat olsam, vəzifəmin öhdəsindən gələ biləcəyəm? Nəhayət, sənədlərimi təqdim etdim və Xaçmaz rayonundan deputat seçildim. O gündən qanunvericilik sahəsində cəmiyyətdə hansı pronlem var idisə, bununla bağlı təkliflər verirdim. Çalışırdım ki, xalqıma xeyir verim.

- Deputat olduğunuz 5 il müddəti necə xarakterizə edərsiniz?

- Mənim üçün həmin vaxt olduqca tez keçdi. Planlarım çox idi. Amma ikinci dəfə seçilə bilmədim. Mane oldular.

- Kimlər mane oldu?

- İnsanlar üçün çox çalışırdım, onların problemlərini qabardırdım. Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbəri (icra başçısı Şəmsəddin Xanbabayev - red.) isə bundan narahat idi. Mənə deyirdilər ki, insanlar üçün canını niyə fəda edirsən, elə bilirsən sənə "sağ ol" deyəcəklər? Mən insanlara dəstək olmaq istəyirdim. Hazırda millət vəkili deyiləm, amma yenə də müraciətlər olduqda çalışıram, onlara kömək edim.

- Müraciətlər daha çox hansı yöndə olur?

- Daha çox sosial məsələlərlə bağlı müraciət edirlər. İnsanları lazımi orqanlara yönəldirəm, problemlərin həll edilməsinə kömək edirəm.

- Hazırda hansı deputatlarla əlaqəniz qalır?

- Bəziləri ilə arada telefonla əlaqə saxlayıram. Vaxt baxımından görüşmək olmur.


- Müsahibələrinizin birində demişdiniz ki, ikinci dəfə deputat olsaydım, yerinə yetirəcəyim planlarım var idi. Bunlar nə idi?

- Açığı, indi xatırlamıram. Amma bu yaxınlarda xanım deputatların birinə cəmiyyətdə olan problem haqda məlumat verdim və xahiş etdim ki, bu məsələni parlamentdə qaldırsın.

- Səsləndirdi?

- Təzəlikcə danışmışam, ümidvaram ki, payız sessiyasında səsləndirər.

- Ümumiyyətlə, parlamentin fəaliyyətini izləyirsiniz?

- Əlbəttə.

- Necə qiymətləndirirsiniz?

- Yaxşıdır, bir çox məsələlər müzakirə olunur, təkliflər səsləndirilir. Mən deputat olduğum vaxt təkliflərimi yazılı formada komitələrə təqdim edirdim. Rus dilində təhsil aldığım üçün Azərbaycan dilində düşüncələrimi səhv çatdırmaqdan çəkinirdim. Bəzən fikirlərimi təhrif edirdilər, qalmaqal yaranırdı.

- Yeri gəlmişkən, zaman-zaman rus dilində təhsillə bağlı müxtəlif polemikalar aparılır. Bir çoxları deyir ki, rus bölmələri bağlanmalıdır, bir qrup insan isə buna qarşı çıxır. Sizin mövqeyiniz necədir?

- Baxın, rus bizim dostumuzdursa, onların dilini bilməliyik, düşmənimizdirsə, daha yaxşı öyrənməliyik. Bu gün ingilis, erməni, gürcü, fars dillərini bilməliyik. Fevralda Yaponiyada idim, orada xeyli azərbaycanlı yapon dilində danışırdı. Buna çox sevindim.

- Qalmaqal dediniz, Türkiyə ilə bağlı fikirləriniz də təhrif olunmuşdu, yoxsa?

- Biz həmin vaxt Türkiyəyə getmişdik. Türkiyə - Ermənistan sərhədinin açılması məsələsi gündəmdə idi. Mən də hər zaman fikrimi açıq səsləndirirəm. Müsahibə oldu, türk jurnalistlər sual verdilər ki, sərhəd açılsa, reaksiyanız necə olar? Dedim ki, biz də sizə qaz vermərik. Hətta xahiş etdim ki, bunu yayımlasınlar. Burada təhlükəli nüansın olmadığını düşünürdüm.

Mənə Əməkdar jurnalist adının verilməsinə Əli Həsənov mane oldu

- Qadınların cəmiyyətdəki müdafiəçilərindən biri hesab ola bilərsiniz. Hazırda Azərbaycan xanımının ictimai-siyasi proseslərdəki rolunu necə qiymətləndirirsiniz?

- Ümumi pis deyil. Amma əgər kişi və qadın fərq etmir, vəzifəyə təyin olub özünü doğrultmursa, işdən kənarlaşdırılmalıdır.

- Bəs cəmiyyətdə daha çox hansı problem Sizi narahat edir?

- Təhsil. Mən deputat olanda Milli Məclisin Elm və təhsil komitəsinin üzvü idim. O zaman deyirdim ki, qanunvericilikdə dəyişiklik etməliyik ki, övladına təhsil almağa mane olan şəxslər birinci dəfə cərimə edilməli, ikinci və üçüncü dəfə isə məsuliyyətə cəlb olunmalıdır. Bəzi valideynlər deyir ki, qızımı tez ərə verim. Amma bu, belə olmalı deyil. Ana-atalar bu məsələlərdə məsuliyyətli olmalı, övladı qarşısında məsuliyyətini dərk etməlidir. Övlad valideynə Allah tərəfindən verilən əmanətdir.

- Bu yaxınlarda Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olundu. Jurnalist kimi ölkə mediasının vəziyyətini necə qiymətləndirirsiniz?

- İstərdim ki, daha yaxşı olsun.

- Pis olan nədir?

- Laqeydlik. Bəzi jurnalistlərimiz və bəzi məmurlarımız işinə məsuliyyətlə yanaşmır. Həm də lazımi şəxslərə, yaxşılara az dəyər verilir. Düşünürəm ki, 5-10 il çalışan jurnalistə medal vermək düzgün deyil. Çünki onların görəcəyi işlər qabaqdadır. Özlərini təsdiq etməlidirlər. O insana medal verilməlidir ki, jurnalist sözünün haqqını verib. Stimul lazımdır.

Düşünürəm ki, müəyyən sahələrdə çalışan insanlara dəyərli mükafat verilməlidir. Mənə Əməkdar jurnalist adını verməyə Əli Həsənov mane oldu. Amma bu məni sındırmadı. Öz yolumla gedib, işlərimi gördüm.

“Azərbaycan qadınları. XX əsr” adlı üç ensiklopedik toplunu yazanda məni "Space" TV-yə çağırmışdılar, verilişdə dedilər ki, bu ensikopedik toplunu siz yaratmamalısınız, bunu Azərbaycan Milli Ensiklopediyası etməlidir. Dedim, gedib etsinlər. Amma məndən yaxşı iş görə bilmədilər.

- Qəzet oxuyursunuz?

- Yox, ancaq onlayn medianı izləyirəm. Haqqın.az, Teleqraf.az, Modern.az, Minval.az, 1news.az kimi saytlara gündəlik baxıram.

- Sosial şəbəkələrdən necə, istifadə edirsiniz?

- Xeyr. Mənim üçün maraqlı deyil. Orada o qədər çirkab var ki, buna vaxt itirmək istəmirəm.

- Sizin kino ilə də bağlı layihəniz olub. Yerli filmləri izləyirsiniz?

- “Tağıyev: Neft” bədii filmini çox bəyəndim.

- Bəs seriallardan?

- Yerli seriallara baxmıram. Açığı, 5 ildir ki, televiziyaları izləmirdim, təzə-təzə bəzi kanallara baxıram. Bu yaxınlarda rus kanallarında türk serialı nümayiş olunurdu, ona baxıram. Orada ciddi propaqanda var, bəzi qadınların hiyləgirliyindən bəhs olunur. Bu, olduqca ciddi təbliğat alətidir, cəmiyyətdə qadınların düşücə və şüuruna neqativ təsirlər göstərir.

- Bizim seriallar necə?

- Bizdə daha çox ailə-məişət məsələlərinə müraciət edirlər. Efirlərdən bəzi qadağalar götürülüb. Bunlar problemlərə səbəb olur.

Baxın, bir dəfə məni Xoşqədəm Hidayətqızının verlişinə dəvət etdilər. Orada o qədər dəhşət gördüm ki, ikinci dəfə getmədim. Xoşqədən dəfələrlə zəng etdi, amma "yox" dedim. Mənəviyyat, əxlaq və mental dəyərlərin təbliğ olunduğu proqramlar olmalıdır. Bəzən deyirik ki, biz avropalaşmalıyıq. Amma 2001-ci ildə yazdığım məqalədə vurğulamışdım ki, bəlkə Avropa bizim dəyərlərdən öyrənsin. Hər şeyə qadağa qoyulmasını istəmirəm. Amma balansı qorumaq lazımdır.

TV proqramlarında insanların şüurunu müsbət yöndə dəyişəcək ekran işləri hazırlanmalıdır. Belə olan halda problemlərin qarşısını ala bilərik. Cəmiyyətdə müsbət dəyərlərimizi daha çox təbliğ etməliyik. Düşünürəm ki, daha keyfiyyətli kontent üçün dövlət özəl TV-lərə pul ayırmalıdır.

- Parlamentdə ailə kanalının yaradılması təklif olunurdu…

- Məncə olsa, daha yaxşı olar. Məmnuniyyətlə, dəstəkləyərəm.

- QHT rəhbəri kimi fəaliyyət göstərmisiniz, indi isə təşkilatınız fəaliyyətsiz qalıb. Buna səbəb nədir?

- Ayrılan qrantlar layihələri həyata keçirməyə kifayət etmirdi, öz büdcəmdən layihələrə vəsait xərcləyirdim.

- Siz həm də bəstəkarsınız...

- Həvəskar şəkildə bununla məşğul olmuşam. 12 bəstəm var və bunlar Xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Əməkdar artist Almaz Ələsgərli, Elmira Ələkbərzadə, Heydər Anatollu kimi şəxslər səsəndirib.

- Gənc ifaçılardan kimləri dinləyirsiniz?

- Röyaya çox qulaq asıram. Onda əhval-ruhiyyəm yaxşılaşır. Bundan başqa, Azər Zeynalovu çox bəyənirəm. Rəhmətlik Aygün Bəyləri də çox dinləyirdim. Ona Allah tərəfindən istedad verilmişdi, heyif ki, lazımi qiymət verilmədi.

Dünyanın birinci xanımlarından təşəkkür məktubu aldım

- “Azərbaycan qadınları. XX əsr” adlı üç ensiklopedik toplusunu dünyanın əksər birinci xanımlarına göndərmisiniz. Geridönüşlər olubmu?

- İlk kitabı Azərbaycandakı səfiliklər vasitəsilə 30-dan çox, növbəti kitabları isə Xarici İşlər Nazirliyi xətti ilə 70-dən çox ölkənin birinci xanımına göndərdim. İstəyirdim ki, Azərbaycan qadını ilə bağlı həqiqətləri hamı bilsin.

Həmin vaxt ABŞ, Rusiya, Türkiyə, Albaniya və bəzi ərəb ölkələrinin birinci xanımlarından təşəkkür məktubu aldım.

- Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ağ Evdə ABŞ-li həmkarı Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Mühüm irəliləyiş əldə olunacağı proqnozlaşdırılır. Sizin bu görüşdən gözləntiləriniz nədir?

- Düşünürəm ki, sülhün əldə olunmasının vaxtı çatıb. Paşinyan buna mane olmağa çalışa bilər. Bu yaxınlarda Paşinyanın Rusiyaya səfəri zamanı ona bu istiqamətdə təzyiqlərin ola biləcəyi ehtimallar arasındadır. Lakin o da sülhün tezlikdə əldə olunmasının tərəfdarıdır.

Rusiya Ermənistandan hər zaman Azərbaycana təzyiq vasitəsi kimi istifadə edib. Amma düşünürəm ki, buradan da üzü ağ çıxacağıq. Ermənilər də başa düşməlidir ki, sülh onların xeyrinədir. Onlar da müharibədən yorulublar.

- Zəngəzur dəhlizinin ABŞ şirkətinə icazəyə verilməsi məsələsi gündəmdədir. Lakin dəhlizin ümumiyyətlə açılmasına İran və Rusiya kimi ölkələr mane olmağa çalışır. Rusiya üstüörtülü, İran isə açıq şəkildə bunu bəyan edir. Birləşmiş Ştatların vasitəçiliyi ilə dəhliz tezliklə açıla bilər?

- İran və Rusiya müəyyən vaxt buna mane ola bilər. Ancaq əminəm ki, bu, tezliklə həllini tapacaq və dəhliz açılacaq.

Hazırda bütün dünya ölkələri strateji mövqe və əhəmiyyətimizə görə bölgə uğrunda mübarizə aparır. İlk gündən deyirəm, Rusiya, İran, ABŞ və başqa ölkələr məsələyə müdaxilə etməsə, sülh qısa zamanda əldə oluna bilər. İkitərəfli görüşlər olmalıdır. Amma fikirləşirəm ki, ABŞ-nin səyləri nəticəsində də nəsə əldə etmək olar.

- Rusiyanın sülhə mane olma cəhdləri də sezilməkdədir. Yerli mətbuatın yazdığına görə, rəsmi Moskva Paşinyanı devirmək üçün planlar hazırlayır. Hətta Gümrüdə yerləşən 102-ci hərbi bazada da aktivlik müşahidə olunur.

- Rusiyanin siyasəti hazırda zəifdir. Onlar düzgün şəkildə yaşaya, uğur qazana bilmirlər. Paşinyan da 102-ci hərbi bazanın bağlanmasının tərəfdarıdır, lakin görünür, hələlik buna gücü çatmır.

- Rusiya ilə ölkəmiz arasında münasibətlər soyuqluq müşahidə olunur...

- Səbəbkarı Rusiya hökumətidir. Bu gün Azərbaycan Prezidentinin uzaqgörənliyi rusları cılız addımlar atmağa məcbur edir. Ölkəmiz Rusiyaya tabe olmur və Moskva da bunu qəbul etmək istəmir. Rusiya artıq çökür və zəifləyir. Təyyarəmizin vurulması bunu bir daha sübut etdi.

- Mətbuatda "rusun adamı" ifadəsindən daha çox istifadə olunur. Onlar kimlərdir?

- Bəziləri vəzifədən getdi. Ad çəkməyim doğru olmaz.

Elmar Məmmədyarov yaxşı adamdır, ancaq zəif diplomat idi

- Sabiq nazirlər Əbülfəz Qarayev, Elmar Məmmədyarov və başqalarının adı çəkilir və onlar da vəzifədən azad olunub.

- Elmar Məmmədyarov yaxşı adamdır, ancaq zəif siyasətçi idi. O bacarmadı. Amma Ceyhun Bayramovun təyinatı olduqca uğurludur. Üzərində işləyir. Düzdür, xırda səhvləri ola bilər, amma qəbulolunandır.

- Ceyhun Bayramovu nazir kimi bəyəndiyinizi dediniz. Bəs hansı sahələrdə boşluq var?

- Sosial sahədə boşluqlarımız var və bu məsələlər həllini tapmalıdır.

- Müsahibənin əvvəlində parlamentin fəaliyyətini izlədiyinizi bildirdiniz. Məlum olduğu kimi Naxçıvan konstitusiyasına ciddi dəyişikliklər edildi. Həm deputatlar arasında, həm də ictimai-siyasi sferada muxtariyyət statusunun ləğvi ilə bağlı fikirlər səsləndirildi. Necə düşünürsünüz, bu addım atılmalıdır?

- Bəli, birmənalı şəkildə Naxçıvanın muxtariyyəti məsələsi ləğv olunmalıdır. Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Niyə görə bizim torpaqlarımız belə bir statusu olmalıdır?

- Hansısa partiyanın üzvüsünüz?

- Xeyr.

- İşğaldan azad olunmuş şəhərələrə səfər etmisiniz?

- Xeyr, hələ fürsət olmayıb.

- Sonda oxucularımıza nə demək istərdiniz?

- Hər zaman ədalətli və doğru yolu seçsinlər. Həmçinin istərdim ki, xalqımız bu gözəl günlərə və yaşadığı mühitə şükür etsin. İnsanlar bilməlidirlər ki, Allah hamını ürəyində olan niyyət və əməllərə görə mükafatlandırır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” - TƏDARÜKLÜ OLMALIYIQ...
Bu gün, 13:05
Əliyev və Paşinyan ABŞ-da nələr edir? – Qazaryan elə FOTO yaydı ki…
Bu gün, 13:01
Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan
Bu gün, 13:00
Müəllimdən sensassion müsahibə: - “Kurslara, özəl müəssisələrə sual ötürürlər”
Bu gün, 12:56
Vaşinqtonda sülh üçün tarixi görüş: - Cənubi Qafqazda yeni dönəmin başlanğıcı
Bu gün, 12:52
Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: - Azərbaycan üçün nə dəyişir?!
Bu gün, 12:48
Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - belə deyirlər...
Bu gün, 12:39
Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu – “Vəzifə dalınca qaçırlar…”
Bu gün, 12:36
Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İran Bakıya görə taktikanı dəyişdi: - Pezeşkianı narahat edən təhlükə
Bu gün, 12:11
“ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 12:03
Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 12:00
Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi - ŞƏRH
Bu gün, 11:58
Baş prokurordan YENİ TƏYİNAT - FOTO
Bu gün, 11:56
Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi - "Problem ermənilərin rasional yaddaşlarında deyil"
Bu gün, 11:46
"Mən hər zaman iş başında olmaq istəyirəm"
Bu gün, 11:33
Tibb Universiteti “Arash Medical”a 377 min verəcək
Bu gün, 11:31
II Qaregin ABŞ-yə gedib
Bu gün, 11:26
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib - DOSYE
Bu gün, 11:22
Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? - AKTUAL
Bu gün, 11:20
"Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." - ETİRAZ
Bu gün, 11:16
Rusiyadan Gürcüstana mesaj: - Hazırıq
Bu gün, 11:09
Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov
Bu gün, 11:08
Rusiya 17 il əvvəlki hücumu təkrarladı – Bakıya Vaşinqton görüşü öncəsi mesaj
Bu gün, 11:07
Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 11:04
Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” - İLGİNC İDDİALAR
Bu gün, 11:02
Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil - Surenyants
Bu gün, 10:56
İkinci dəfə deputat seçilməyimə mane oldular - Lalə Abbasova
Bu gün, 10:55
“Karkas” şirkətinin mənfəəti 3 dəfəyə yaxın azalıb
Bu gün, 10:51
Bu ərazidə daşqın sularından mühafizə üçün 2 milyonluq müqavilə bağlandı - TƏFƏRRÜAT
Bu gün, 10:48
Nazirliyin 230 minlik tenderinin ləğv edilmə səbəbi - AÇIQLANDI
Bu gün, 10:47
“Nazirliyin təşkil etdiyi yarmarkaya alverçilər yığılır” - ETİRAZ
Bu gün, 10:45
Dünyanın gözü Vaşinqtonda: - Liderlər bu saatlarda görüşəcək
Bu gün, 10:43
Nazirlik 12 illik təhsilə keçidlə bağlı yayılan məlumatlara aydınlıq gətirib - AÇIQLAMA
Bu gün, 10:38
Sürücünü beysbol dəyənəkləri ilə döyən şəxslərin məhkəməsi keçirilib
Bu gün, 10:37
Londonda Mahmudovlarla bağlı yeni pul qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir - AXI NİYƏ?
Bu gün, 10:32
Yəhudi dindarların Bakıya toplaşmaq səbəbi - MƏQSƏD NƏDİR?
Bu gün, 10:25
İcra başçısı qanunsuz qəssabxanalara `KRIŞALIQ` EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:21
"Bağımda istirahətdəyəm, mənə toxunanları Allaha tapşırıram" - Cahangir Əsgərovdan SƏRT AÇIQLAMA
Bu gün, 10:13
Qazaxda taxıl biçini başa çatıb
Bu gün, 10:00
Daşdan-qayadan səs çıxır: sürpriz deputat Qaya Məmmədovdan yox... - SANKİ QAYA PARÇASIDIR...
Bu gün, 09:59
Bir milyondan çox mülki iddia üzrə bəraət almış sahibkarla bağlı QƏRAR
Bu gün, 09:42
Trampla Putin ANLAŞMA YOLUNDA... - TƏFƏRRÜAT
Bu gün, 09:33
Yeni nazir təyinatı gözləntisi: kim daha şanslıdır? - AKTUAL
Bu gün, 09:20
"Bunların gördüyü iş bundan artıq olmayacaq ki..." - NARAZILIQ VAR...
Bu gün, 09:10
“Çınqıl Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 09:04
ABŞ Trampın rəhbərliyi ilə Türk blokunu gücləndirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 08:58
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini həbs elətdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:55
Qida Təhlükəsizliyi Agentliyi REAL TV-yə 48 min ödəyəcək
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru