Naxçıvanda 45 dərəcədən yuxarı istilər günvurmaların da sayını artırıb. Son dövrlər bununla bağlı 58 nəfər xəstəxanalara müraciət edib.
"DİA-AZ" xəbər verir ki, gün vuranların əksəriyyətinin 40 dərəcədən yuxarı temteraturda açıq havada işləməyə məcbur edilən idarə və müəssisə əməkdaşlarının olduğu bildirilir.
"DİA-AZ" bildirir ki, əslində kifayət qədər dəhşətli olan bu fakt Naxçıvan sakinlərinin də hiddətinə səbəb olub. Bu barədə verilən reaksiyalarda Muxtar Respublikanın yerli rəhbərliyi qınanır.
MR sakinlərindən biri Vahid Əliyev yazır:
"Allahsızlar bu istidə fəhləyə zülm edirlər... Özləri ötürüb sərin-kindisionerli kabinetlərdə, işçidən də xəbərləri yoxdur. Yaxşı ki hələ ürəkləri dayanmır binəvaların".