Əsas Səhifə > Manşet / Cəmiyyət > "Allahsızlar bu istidə fəhləyə zülm edirlər..."

"Allahsızlar bu istidə fəhləyə zülm edirlər..."


Bu gün, 11:16

Naxçıvanda 45 dərəcədən yuxarı istilər günvurmaların da sayını artırıb. Son dövrlər bununla bağlı 58 nəfər xəstəxanalara müraciət edib.

"DİA-AZ" xəbər verir ki, gün vuranların əksəriyyətinin 40 dərəcədən yuxarı temteraturda açıq havada işləməyə məcbur edilən idarə və müəssisə əməkdaşlarının olduğu bildirilir.

"DİA-AZ" bildirir ki, əslində kifayət qədər dəhşətli olan bu fakt Naxçıvan sakinlərinin də hiddətinə səbəb olub. Bu barədə verilən reaksiyalarda Muxtar Respublikanın yerli rəhbərliyi qınanır.

MR sakinlərindən biri Vahid Əliyev yazır:

"Allahsızlar bu istidə fəhləyə zülm edirlər... Özləri ötürüb sərin-kindisionerli kabinetlərdə, işçidən də xəbərləri yoxdur. Yaxşı ki hələ ürəkləri dayanmır binəvaların".



Geri qayıt