Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-də yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Faiq Hüseynov “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.
Faiq Hüseynov yeni vəzifəyə kimi Aqrar Sığorta Fondunun Daxili audit və nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
O, 1993-cü ildə anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya iqtisadiyyatı üzrə bakalavriat, ADA Universitetində Biznesin təşkili və idarə edilməsi üzrə magistratura təhsili alıb.