Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək? .....                     "REGİONAL HOSPİTAL" MMC-nin vergi borcu artıb .....                     Ukraynanın "Azovstal" müdafiəçilərini Rusiya əsirliyindən qurtarmaq uğrunda mübarizəsi .....                     Həbsdə olan jurnalistin ailəsi PREZİDENTƏ müraciət etdi .....                     Azərbaycanın Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı .....                     Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR: .....                     Mərkəzi Klinikada HƏKİM TAMAHKARLIĞI .....                     Rusiyadan sığınacaq istəyən Azərbaycan vətəndaşından daha bir SƏRSƏMLİK .....                     Vallah-billah, mən Elçin Şıxlının tənqidə məruz qalan həmin yazısında bir qüsur görmədim .....                     "Bu missiyanı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla başa çatdırdıq" .....                     İstanbul Ukrayna ilə danışıqlar platformamız olaraq qalacaq .....                     AAYDA-nın bu məmuru ÖZBAŞINA QALIB .....                     Şirvanda məmurun ŞÜBHƏLİ BİZNESİ .....                     5 ildir ki... HAQQINI ARAYIR... .....                     Dəhşətli rüsvayçılıq: 3 test sualı səhv çıxdı, DİM “əsas” axtardı .....                     "FERMA ART" kafesinin vergi borcu üzə çıxıb .....                     70 yaşlı icra başçısı 14 ildir ki VƏZİFƏ BAŞINDADIR .....                     Cənubi Koreyanın yeni prezidenti Li Jae-Myonq vəzifəsinin icrasına başlayıb .....                     Araz Musayevin vəziyyəti ağırlaşdı .....                     Kibermüharibə: Növbəti hədəf Azərbaycan .....                     Ədliyyə Nazirliyinin Komandiri bahalı MAŞINI İLƏ... .....                     Nazir və digər rəsmilər Laçında belə rəqs etdi .....                     ABŞ və Azərbaycan necə dil tapacaq? .....                     Həmkarlar İttifaqında qərar verən əsas güc: NİGAR VAHABZADƏ KİMDİR? .....                     Fransa Zəngəzurda Rusiyanı qabaqladı .....                     Rusiyadan danışıqlar imitasiyası: .....                     "Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb" .....                     Nazir müavini vəzifəsindən azad edildi .....                     Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb .....                     Qurban bayramı ilə bağlı Elşad Miri və Hacı Surxay nələr danışıb? .....                     Yayda restoranlar müştəriləri belə soyur: .....                     Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib .....                     “Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm, .....                     “Eyni sifətlərə nə qədər baxmaq olar?!” .....                     “Həkimin vəzifəsi bir saniyə də olsa ömrü uzatmaqdır, bizdə isə..” .....                     Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri .....                     Müharibə daha təhlükəli fazaya keçib .....                     Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq? .....                     BP və SOCAR “Şəfəq-Asiman”dakı paylarının bir hissəsini Türkiyə şirkətinə verdilər .....                 

Polisin axtardığı oliqarx oğlundan susdurma müqaviləsi tək barışıq sazişi – İLGİNC TƏFƏRRÜAT
Tarix: 2-06-2025, 15:32 | Çap et

SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə uzun məhkəmə çəkişmələrindən sonra Fidan Abbasova ilə barışmaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, Orxan İsmayılzadə apelyasiya instansiyasında şikayəti təmin edilməyəndən sonra vəkili vasitəsi ilə Fidan Abbasovaya “Barışıq sazişi” adlı sənəd göndərib.

65 min verim, sus!

Sənəddə yer alan bəndləri oxuduqca, əli hər yerdən üzülən oliqarx oğlunun özünü xilas etmə cəhdi göz önünə gəlir.

Aliment ödəməkdən yayınan, məhkəmə qərarlarını saymayan, atalıq testindən dəfələrlə imtina edən Orxan İsmayılzadə Fidan Abbasovaya 65 min manat ödəməklə bütün hüquqi iddiaları sonlandırmağı, qız övladı Nilin doğum şəhadətnaməsində ata adı və soyadının dəyişdirilməsini tələb edir. Sadə dildə desək, qızının hüquqi atasından imtinası qarşılığında bir məbləğ ödənilir və müqabilində hər iki tərəf bir-birinə qarşı susur.

İddiaları geri götür, qəzetlər yazmasın, efirlərdən danışmasınlar

Sənədin məğzinə baxanda aydın olur ki, tərəflər arasında olan bütün dövlət araşdırmalarına və məhkəmə işlərinə “xitam verilir”.

Yəni hüquq-mühafizə orqanları, məhkəmələr, KİV üzərindən gerçəkləşən ictimai diqqət bu sənədlə “rədd” edilir. Sənəd dövlətin hüquq sistemini bir kənara qoyulub şəxsi razılaşmalarla əvəzlənməsi anlamına daha yaxın görünür. Fidan Abbasovanın verdiyi açıqlamalar, məhkəməyə təqdim etdiyi sübutlar, atalıq testindən yayınan bir şəxsə cavab verməsini istisna edir, sükut qarşılığında pulla razılığa gəlməsi istənilir.

Azyaşlıya sadəcə “atam deyil” dedirtməklə xilas olmaq istəyi var

Sənədin ən diqqətçəkən hissəsi Orxan İsmayılzadənin qızı Nilin doğum şəhadətnaməsindəki ata adı və soyadının dəyişdirilməsi tələbi ilə bağlıdır. Orxan İsmayılzadə qızı Nilin sənədlərində atasının adının silinməsi tələbini irəli sürür. Sənədin bu bəndi onun övladına olan məsuliyyətdən imtinasının hüquqi möhürü olaraq görülür. Azyaşlıya sadəcə “atam deyil” dedirtmək və bunun qarşılığında problemdən xilas olmaq istəyi var.

Atası deyil, amma uşağa ölkədən getmək icazəsi verəcəyini vəd edir!

Bütün bunların əvəzində Orxan İsmayılzadə Fidan Abbasovaya bir “yaxşılıq” edəcəyini də bildirir.
Sazişdə qeyd olunur ki, Fidan Abbasova qızı Nillə birgə xaricə səfərə gedərsə, bu halda ona problem yaratmayacaq. Yəni Fidan Abbasova bir gün qızı Nillə ölkədən getmək istəsə, bu halda qızın atası olaraq Orxan İsmayılzadə “heç bir məhdudiyyət yaratmayacaq”.
Əgər Fidan Abbasova bu sazişə imza atarsa, Orxan İsmayılzadə avtomatik olaraq onun atası hesab edilməyəcək və müvafiq olaraq atası olmayan birindən icazə istəyinə də gərək qalmayacaq. Başqa sözlə desək, uşağın hüquqi statusu ailə daxili razılaşmalara təhvil verilməlidir.

Milyonçu oğlundan təklif - əmlakımıza vərəsəlik açma, səndən əmlak istəmirəm

Sazişin əmlak tələbi barədə bəndi isə bütün digər bəndlərini kölgədə qoyur, acı gülüş doğurur.
Həmin bəndə görə Orxan İsmayılzadə bəyan edir ki, Fidan Abbasovaya, onun valideynlərinə, ailə üzvlərinə və yaxın qohumlarına qarşı hər hansı əmlak və ya pul tələbi yoxdur və gələcəkdə də olmayacaq. Eyni şəkildə, Fidan Abbasova da bəyan edir ki, Orxan İsmayılzadə Mikayıl oğluna, onun valideynlərinə, ailə üzvlərinə və yaxın qohumlarına qarşı hər hansı əmlak və ya pul tələbi yoxdur və gələcəkdə də bu tələb irəli sürülməyəcək. Sazişin bu bəndi tənqid edilməyəcək qədər absurddur. Yəni Orxan İsmayılzadə Fidan Abbasovadan, onun yaxınlarından hansı əmlakı tələb edə bilər?

Əksinin baş verməsi isə təbiidir və hüquqi baxımdan da əsaslıdır.

Barışıq sazişi yoxsa susdurma müqaviləsi?
Bir sözlə, oliqarx oğlunun təqdim etdiyi saziş daha çox susdurma müqaviləsini xatırladır. Dövlətin və məhkəmənin rolu isə sıfıra endirilir. Orxan İsmayılzadənin təqdim etdiyi “barışıq sazişi” əslində hüquq sisteminin pulla formalaşdırıla biləcəyini göstərən acı bir nümunədir. Bu sənəd ədalətin deyil, sərvətin hökm etmə həvəsinin sərhədsizliyidir.

Fidan Abbasova barışıq sazişini rədd edir!

Fidan Abbasova Musavat.com-a deyib ki, susdurma müqaviləsini imzalamaqdan imtina edir, övladının haqqının bərpasında israrından bir addım da geri çəkilməyəcək. Azərbaycan dövlətinin onun müdafiəsində duracağına inanır.

Sabunçu polisi Orxan İsmayılzadəni axtarır

Orxan İsmayılzadəyə gəlincə, o, hazırda axtarışdadır. Axtarış işi Sabunçu Rayon Polis İdarəsinə həvalə olunub.
Qərara görə, polis Orxan İsmayılzadəni saxlamalı və icra orqanına təhvil verməlidir. 1 aydan artıqdır ki, çıxarılan axtarış qərarı üzrə Orxan İsmayılzadənin saxlanılması hələ ki, baş tutmayıb. Oliqarx oğlunun axtarışa verilmə səbəbi isə məhkəmə qərarını icra etməkdən yayınmasıdır. Ötən il Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikası adından Orxan İsmayılzadənin qızı Nil Abbasovanın saxlanılması üçün hər ay 500 manat aliment ödəməsi barədə qərar çıxarıb. Orxan İsmayılzadə bu qərarı mübahisələndirib. Lakin apellyasiya instansiyası Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Orxan İsmayılzadə test verməkdən niyə qaçır?

Gözlənilirdi ki, bu qərardan sonra Orxan İsmayılzadə dövlət adından çıxarılmış qərarı icra edəcək, övladının saxlanılması üçün alimenti ödəyəcək. Lakin oliqarx Mikayıl İsmayılovun oğlu bu günə qədər həm alimentdən yayınıb, həm də atalıq testindən dəfələrlə imtina edib. Bu testdən keçməklə Orxan İsmayılzadə Fidan Abbasovanın iddiasını təkzib edə və ya təsdiqləyə bilərdi. Aydınlaşardı ki, Fidan Abbasovanın onun qızı kimi təqdim etdiyi Nil Abbasovanın atasıdır və ya deyil.
Orxan İsmayılzadə isə 3 ayrı-ayrı məhkəmənin təyin etdiyi atalıq testindən keçməkdən qərəzli şəkildə yayınıb. Əvəzində Fidan Abbasovaya “barışıq sazişi” adlı sənəd göndərməklə məsuliyyətdən boyun qaçırmağa çalışır.

Qanun deyir ki…

Belə olan halda qanun deyir ki, ekspertizadan – atalıq testindən imtina edən şəxs nəticə ilə razılaşmış sayılır. Bu isə o deməkdir ki, Orxan İsmayılzadə özü bilə-bilə övladını tanımaqdan imtina edir və bu faktdan qaçır. Fidan Abbasovanın məhkəmələrə təqdim etdiyi sübutlar Nilin atasının məhz Orxan İsmayılzadə olmasını isbatlayır. Müvafiq olaraq Orxan İsmayılzadənin övladını saxlamaq üçün aliment ödəməsini şərtləndirir. Fidan Abbasova ilə faktiki nikahda olan Orxan İsmayılzadənin övladı Nilin atasının kim olduğu artıq məhkəmə qərarları ilə tanınıb. Lakin oliqarx İsmayılovun oğlu, milyonlarla sərvətin içində yaşayan biri, qızına ayda cəmi 500 manat aliment ödəməkdən imtina edir. Sabunçu Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatı əsasında onun əmlakına da həbs qoyulub. Əgər düşünürsünüzsə ki, Orxan İsmayılzadənin aliment ödəməyə maddi imkanı yoxdur, yanılırsınız.
Orxan İsmayılzadə böyük bir varidatı olan Mikayıl İsmayılovun varisidir.

Mikayıl İsmayılovun mətbuatda yayılan natamam sərvət siyahısına nəzər salaq:

Ağsuda 3 villa və meyvə bağı – 4 hektar ərazidə. Bakıda 2 bina – 16 mərtəbəli yaşayış binaları.
“Panorama” və “Axırıncı Aşırım” restoranları – hər biri milyonlarla manat dəyərində.

Ağsunun Çiyni kəndində Aqropark və 5 hektarlıq anbar.

Ağsu parkında aptek və restoran – yeznəsinin adına. Şamaxıda “Şərədli” restoranı, “Ümid” adlı tədris mərkəzi, “Çinarlı Plaza”, üzüm və nar bağları, böyük anbarlar, makaron zavodu, AFFA-ya icarəyə verilmiş stadion, və daha nələr, nələr...

Bu obyektlər Mikayıl İsmayılovun yaxınlarının, qohumlarının, sürücüsünün və yeznələrinin adınadır. Amma hər kəs bilir ki, bu sərvət bir ailəyə məxsusdur.

Bu ailənin nümayəndəsi Orxan İsmayılzadə qızına aliment ödəməmək üçün gizlənir, aliment qaçağına çevrilib. İndi də “barışıq sazişi” ilə durumu öz xeyrinə çevirməyə, üzərinə düşən məsuliyyətdən can qurtarmağa çalışır.

P.S. Məsələ ilə bağlı Orxan İsmayılzadəni də dinləməyə hazırıq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək? - GƏLİŞMƏ
Bu gün, 07:06
"REGİONAL HOSPİTAL" MMC-nin vergi borcu artıb - FOTO
Bu gün, 07:04
Ukraynanın "Azovstal" müdafiəçilərini Rusiya əsirliyindən qurtarmaq uğrunda mübarizəsi - TƏFƏRRÜAT
Bu gün, 06:59
Həbsdə olan jurnalistin ailəsi PREZİDENTƏ müraciət etdi - "Atam həbsdə insult keçirib..."
Bu gün, 06:52
Azərbaycanın Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı - FOTO, VİDEO
Bu gün, 06:18
Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR: - Yenilik olacaq
Bu gün, 06:13
Mərkəzi Klinikada HƏKİM TAMAHKARLIĞI - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rusiyadan sığınacaq istəyən Azərbaycan vətəndaşından daha bir SƏRSƏMLİK - İNDİ DƏ...
Bu gün, 05:40
Vallah-billah, mən Elçin Şıxlının tənqidə məruz qalan həmin yazısında bir qüsur görmədim - Bahəddin Həzi
Bu gün, 05:28
"Bu missiyanı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla başa çatdırdıq" - deputat
Bu gün, 05:19
İstanbul Ukrayna ilə danışıqlar platformamız olaraq qalacaq - Rusiya XİN
Bu gün, 05:07
AAYDA-nın bu məmuru ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Bu gün, 05:03
Şirvanda məmurun ŞÜBHƏLİ BİZNESİ - İLGİNC
Bu gün, 04:55
5 ildir ki... HAQQINI ARAYIR... - MÜRACİƏT
Bu gün, 04:50
Dəhşətli rüsvayçılıq: 3 test sualı səhv çıxdı, DİM “əsas” axtardı - VİDEO
Bu gün, 04:43
"FERMA ART" kafesinin vergi borcu üzə çıxıb - VİDEO
Bu gün, 04:39
70 yaşlı icra başçısı 14 ildir ki VƏZİFƏ BAŞINDADIR - TƏFƏRRÜAT
Bu gün, 04:35
Cənubi Koreyanın yeni prezidenti Li Jae-Myonq vəzifəsinin icrasına başlayıb - “Yonhap”
Bu gün, 04:28
Araz Musayevin vəziyyəti ağırlaşdı - FOTO
Bu gün, 04:25
Kibermüharibə: Növbəti hədəf Azərbaycan - VİDEO
Bu gün, 04:10
Ədliyyə Nazirliyinin Komandiri bahalı MAŞINI İLƏ... QANUN-MANUN HƏRLƏMİR
Bu gün, 04:05
Nazir və digər rəsmilər Laçında belə rəqs etdi - VİDEO
Bu gün, 04:00
ABŞ və Azərbaycan necə dil tapacaq? - AKTUAL
Bu gün, 00:29
Həmkarlar İttifaqında qərar verən əsas güc: NİGAR VAHABZADƏ KİMDİR? - İLGİNC
Bu gün, 00:21
Fransa Zəngəzurda Rusiyanı qabaqladı - Azərbaycana qarşı yeni oyun, yoxsa, özünümüdafiə cəhdi?
Bu gün, 00:17
Rusiyadan danışıqlar imitasiyası: - Moskva Kiyev qarşısında elə tələblər qoydu ki...
Bu gün, 00:14
"Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb"
Bu gün, 00:04
Nazir müavini vəzifəsindən azad edildi
Dünən, 18:49
Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb – Qardaşının payı azalıb
Dünən, 17:17
Qurban bayramı ilə bağlı Elşad Miri və Hacı Surxay nələr danışıb? - DETALLAR
Dünən, 17:12
Yayda restoranlar müştəriləri belə soyur: - “50 manat...”
Dünən, 17:09
Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib
Dünən, 17:04
“Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm, - FOTO
Dünən, 16:54
“Eyni sifətlərə nə qədər baxmaq olar?!” – Prodüser KİMDƏN ŞİKAYƏTLƏNDİ?
Dünən, 16:52
“Həkimin vəzifəsi bir saniyə də olsa ömrü uzatmaqdır, bizdə isə..” - Rəşid Mahmudov
Dünən, 16:49
Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib
Dünən, 16:45
Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Dünən, 16:43
Müharibə daha təhlükəli fazaya keçib - “Wall Street Journal”
Dünən, 16:39
Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq? - İNCƏLƏMƏ
Dünən, 16:35
BP və SOCAR “Şəfəq-Asiman”dakı paylarının bir hissəsini Türkiyə şirkətinə verdilər
Dünən, 16:32
"Mənə rus “şpion”u dedilər, o adamlara “tupoy” demək istəyirsən ki, başa düşsün" - Nizami Cəfərov
Dünən, 16:30
AZCON Holdinqdə təyinat olub - FOTO
Dünən, 16:25
"İrəvan hökuməti sözdən əmələ keçmir" - deputat
Dünən, 16:22
FHN “Mi-17”nin təmirinə 659 min manat xərcləyəcək – Son 25 ildə “Mi-17” qəzaları
Dünən, 16:19
Oxumayan şagirdləri 9-cu sinifə necə gətirirlər? -Ekspertdən maraqlı AÇIQLAMA
Dünən, 16:18
Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
Dünən, 16:16
İTS ləğv olunan tenderi yenidən keçirir – Məbləğ 2 dəfədən çox artırılıb
Dünən, 16:15
“Nə dişimi müalicə edir, nə də pulumu qaytarır” - NARAZILIQ VAR...
Dünən, 16:05
Nə hesab bilir... nə də kitab: ƏT 2 DƏFƏ BAHALAŞDI... - Heyvan yemi əvəzinə pambıq əkəndə BELƏ OLUR...
Dünən, 16:03
8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib - Azərbaycanda DƏHŞƏT
Dünən, 16:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru