“50 manata görə “Lukoil”in keçmiş filial müdiri də müraciət edib” .....                     Naxçıvanda təmirə ehtiyacı olan neçə məktəb var? .....                     Xalq artisti Əməkdar artisti polisə verdi .....                     Azərbaycanda kartof “böhranı” .....                     "AzDrama"da dava, istintaq, HÜCUM! .....                     Zeynəb Xanlarovanın adından dələduzluq .....                     Mülayim şərq küləyi əsəcək .....                     "Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." .....                     Bakı rus turistlər üçün niyə cazibəsini itirib? .....                     Elgün 5-ci mərtəbədən yıxılıb ölüb .....                     Yalan iddialara gerçək cavab: Ərdoğan Laçında kimlərin səsini kəsdi?! .....                     Paytaxtda kommunal layihənin uğurlu tətbiqi davam edir .....                     “Azərkosmos”un gəlirləri azaldı .....                     “Bank of Baku”nun İdarə Heyətinə təyinat olub .....                     Xındırıstanda abadlıq işləri təxirə salındı .....                     Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü .....                     "Xaçmaz Aqropark" ləğv olunur .....                     Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı gizlədilən məqamlar .....                     "Qanunsuz şəkildə mənim müraciətim rədd edildi" .....                     Məşhur istirahət mərkəzi bağlandı .....                     Azərbaycan Ordusu atəş açmayıb, qarşı tərəfin yaydığı məlumat növbəti dezinformasiyadır .....                     “Kreml yetkililəri sadəcə keçmiş müttəfiqlərinə təzyiq göstərmək üçün .....                     Deputatdan təklif: AXC tərəfindən İrəvanın Ermənistana verilməsini pisləyən Milli Məclisin qərarı qəbul edilsin .....                     Rövşən Qurbanov həbs edildi .....                     “Tiktok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı .....                     Toyda Xatuna qarşı TƏXRİBAT: .....                     Rauf Vəliyevin QSC-si buna görə cərimələnə bilər .....                     Goranboyda TƏBİB MÖCÜZƏSİ: Bir `sehirli` əllə diş texniki həkim oldu... .....                     Qadın sevgilisinin evinə gəldi, arvadını və qızını döydü .....                     Laçından verilən mesajların şifrələri: “Hamı öz payını götürdü” .....                     “Baker Tilly Azərbaycan”ın rəhbərliyində təyinat .....                     Azərbaycanda müəllimlər avtobusda saçyolduya çıxdılar .....                     Belqradda azərbaycanlı qadını maşın vurdu, ayağı qopdu .....                     Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı .....                     “AccessBank”dan müştəriləri narazı salan addım .....                     "Hakim Şahin Yusifov ödənilən pulun 4997 manatını oğurlayaraq, oğluma 3 il iş verdi" .....                     "Gəncə Cihazqayırma Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək .....                     Elbrus Paşayev iki yüz minlik “Lexus”u hansı məqsədlərlə alır .....                     ABŞ-dən Türkiyəyə AĞIR ZƏRBƏ .....                     Paşinyanın yerinə namizəd olan “FSB” agenti Moskvaya məsləhətləşməyə getdi... .....                 

Ermənistanın SÜLH adı altında MEYMUNLUĞU... - FAKT BUDUR!
Tarix: Dünən, 08:58 | Çap et

Rusiya Prezidenti Putin Ukrayna ilə sərhəddə “bufer zona” yaradılması barədə ilk dəfə deyil danışır. Buna beynəlxalq münasibətlərdə daha çox “sanitar , silahsızlaşdırılmış zonalar” da deyirlər. Putinin dediyinin “tərcüməsi” budur ki, Belqorod, Bryansk və Kursk vilayətlərini qorumaq üçün Ukraynanın Xarkov, Sumı və Çerniqov vilayətinin içərlərinə doğru irəliləmək lazım gələcək. Kreml kuluarlarında Rusiyanın Ukraynanın dərinliyinə daha 300 kilometr(!)irəliləyərək “sanitar zona” yaratmaq iştahasından danışırlar.

Son aylar Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində Azərbaycan Ordusunun mövqelərini müxtəlif silahlardan atəşə tutması halları artıb. Doğrudur, Azərbaycanın qətiyyətli cavabından sonra son iki ildə Ermənistanın diversiya qruplarının sərdəddən ərazlərimizə soxulmaq cəhdləri yoxdur. Amma Ermənistan ordusu Azərbaycanla şərti sərhəd boyunca yeni hərbi istehkamlar qurmağa da davam edir. Erməni hərbçilərin müxtəlif növ silah və sursatları əraziyə topladığı, mövqeləri möhkəmləndirdiyi fiksə edilir. İrəvan sülh müqaviləsi üçün son iki şərti yerinə yetirməyi ləngidir. Ermənistan baş nazirinin “İrəvan Dialoqu” zamanı ərazi iddialarını aradan qaldırmaq üçün ölkə konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, sülhə sadiqliyi ilə bağlı suallar doğurub. Yeri gəlmişkən, Ermənistanda 2026-da parlament seçkilərində Paşinyanın məğlub olarsa, revanşist qüvvələrin hansı dövlətlərin təxribatçı planlarda yer alacağını proqnozlaşdırmaq çətin deyil. Unutmayaq ki, Ermənistan sülh sazişini gecikdirməsinə paralel olaraq, sürətlə silahlanmağa davam edir. Pisi odur ki, uzaqmənzilli, hətta istifadəsi qadağan olunan silahlar əldə edir, alınan silahlar isə sərhədə yaxın yerlərdə yerləşdirilir. Ermənistan hər zaman deyir ki, müdafiə üçün silahlar alırıq, lakin son dövrlər aldıqları silahlar müdafiə deyil, əksinə, hücum silahlarıdır. Azərbaycanda bəzi ekspertlər hesab edir ki, Ermənistanın bu təxribatlarnın qarşısını almaq üçün “atəş açılan yer ordumuz tərəfindən azad edilməli, Azərbaycan bayrağı dalğalanmalıdır”. Qulağa yaxşı gəlir, amma bu, artıq yeni gərginlik, yeni savaşın fitilini yandırmaq deməkdir. Bəs Azərbaycan nə etməlidir?

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan və Ermənistan arasında sərhəddə baş verən hadisələr, əsasən də Ermənistanın uzaq vuran silahları yerləşdirməsi, istehkamlar qurması, hərbi təxribatların artırılması bu sülhün bərqərar olmasına ən ciddi zərbə vuran məsələlərdən biridir: “Nə üçün sərhəddə bu addımlar atılır? Əsas məsələ odur ki, vaxtilə Rusiya tərəfi də Ukrayna ilə sərhəd boyu "sanitar zona", bufer zona deyilən bir ideya ilə çıxış edirdi və düşünürəm ki, Ermənistan da bundan istifadə edib, guya təhlükəsiz, ya da başqa ad altında müəyyən bir zona yaratmağa çalışır. Ermənistan bundan zaman-zaman istifadə edib, əvvəllər Qarabağda bufer zona yaradaraq guya ki, Qarabağı “qoruyurdu”. Məlum məsələdir ki, absurd ideyalardır, Azərbaycan bunu dərk edir və çox ciddi izləyir, bu da əsas səbəb deyil. Əsas səbəb odur ki, Ermənistan sülh prosesini əngəlləyir. Bu, sülh müqaviləsini imzalamamaq üçün bu addımları atır. Yəni əsas problemlərdən geridə durmaq, konstitusiyada dəyişiklik etməmək, ərazi iddialarından əl çəkməmək, bunlar hamısı vaxtı uzatmaq, status-kvonu saxlamaq üçün atılan addımlardır. Yəni bu gün hücum xarakterli silahların alınması, sərhəddə yerləşdirilməsi də mesajdır. Bu hallarda belə Azərbaycan təbii ki, öz sülh prosesinə sədaqətli olmağını, sadiq olduğunu davam etdirir və diplomatik masada bu sahədə güclü olduğunu göstərməkdədir". Milli Məclisin komitə sədri Ermənistanın eskalasiya hazırlığından və rəsmi Bakının müvafiq addımlarından da bəhs etdi: “Təbii ki, paralel olaraq, Ermənistan sərhəddə hərbi istehkamlar qurursa, silah yığırsa, Azərbaycan da nəzarəti gücləndirir. Yəni Azərbaycan tərəfə əgər erməni atəş açarsa, bu atəşin susdurulması üçün lokal cavablar verilməlidir. Bu məsələdə beynəlxalq tərəfdaşlarla koordinasiyalı işlər aparılır və ya aparılmalıdır. Mütəmadi olaraq, beynəlxalq ictimaiyyət bununla bağlı məlumatlandırılır. Təbii ki, xüsusi xidmət orqanları Ermənistanın əldə etdiyi bu silahların mənşəyi nədir, texniki xarakteristikası nədir, nə məqsəd alınır, sərhədin yaxın hansı ərazini vura bilər. Bunların hamısı detallı şəkildə öyrənilir və düşünürəm ki, tam şəkildə xarakteristikası artıq müvafiq orqanlarımızda var. Bəzi ekspertlərin qeyd etdiyi kimi, həmin ərazilər vurulmalıdır! Məlum məsələdir ki, bu işlərdə çox ehtiyatla davranmaq, strateji baxımından ehtiyatlı olmaq lazımdır. Hər hansı bir təxribat olarsa, daha doğrusu, atəş açılarsa, o ərazilər, silahların yerləşdiyi yerlər birmənalı şəkildə məhv ediləcək. Yəni biz bu gün həqiqət çərçivəsində hər addımımızı atırıq və belə də edəcəyik. Ermənistan vaxt udmağa çalışır. İnformasiya savaşını unutmamalıyıq. Ermənistan təxribatı müdafiə adı altında pərdələməyə çalışır və biz bunu dünyaya çatdırıq ki, bu pərdələmə heç də müdafiə xarakterli deyil. Yəni bunun qarşısını almaq üçün həm daxildə, həm də beynəlxalq informasiya məkanında biz öz işimizi görürük və görəcəyik də. Yəni burada bizim üçün hər hansı kompromis yoxdur”.

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Ermənistan hakimiyyəti “İrəvan dialoqu” təşkil etməklə, özünün sülh siyasətini manipulyasiya edir. M.Əsədullazadə bildirdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə Ermənistana səfərində məhz bu ölkəyə təhlükəsizlik təminatı verəcəklərini qeyd etdi: “Bu, Ermənistanı eskalasiyaya sövq etməkdir. Rusiya Ukraynada bufer zona yaratmaq istəyir ki, ərazilərin təhlükəsizliyini təmin etsin. Amma regionda Ermənistanı Azərbaycana qarşı silahlandırmaq niyyətindədir. Göründüyü kimi, İrəvanın konstitusiyanı dəyişməməsı beynəlxalq şərtlərin dəyişməsinə hədəflənib. Nikol Paşinyan hesab edir ki, Rusiya Ukraynada həlledici üstünlük əldə edərsə, Moskvaya yaxınlaşa və yeni dəstək almaqla Azərbaycana qarşı hərbi təxribatlara gedə bilər. Bununla da Moskvanın siyasi dəstəyini almış olar”. Ekspert qeyd etdi ki, Ermənistan sürətli şəkildə silahlanarsa, hərbi təxribatlara gedərsə, Azərbaycan Zəngəzurda bufer zona yarada bilər: “Biz imkan verə bilmərik ki, Ermənistan yenidən Azərbaycana qarşı yenidən işğalçı müharibəyə başlasın. Ermənistan hakimiyyətinin bu siyasəti ölkəsini faciəyə aparır. Çıxış yolu isə praqmatik olaraq sülh müqaviləsindən keçir. Sülh müqaviləsi Ermənistanın gələcək inkişafı və Nikol Paşinyanın hakimiyyətdə qalması deməkdir. Bilirik ki, Ermənistan müstəqil siyasətə malik deyil. Davamlı olaraq siyasətini dəyişir. Ona görə də Azərbaycan sülh müqaviləsində daha ciddidir və Ermənistan konstitusiyasının referendum yolu ilə dəyişdirilməsinin ardınca sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Düşünürəm ki, Ermənistan hakimiyyəti bu ildə sülh müqaviləsini bağlamayacaq. Həmçinin sülhə əngəl olan şərtləri aradan qaldırmayacaq. Azərbaycan əlindən gələni edir ki, tezliklə sülh müqaviləsi bağlansın. Amma biz də silahlanırıq. Çünki Ermənistanın praktiki olaraq silahlanmasını görürük”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“50 manata görə “Lukoil”in keçmiş filial müdiri də müraciət edib” - REALLIQ
Bu gün, 15:17
Naxçıvanda təmirə ehtiyacı olan neçə məktəb var? - AÇIQLAMA
Bu gün, 15:15
Xalq artisti Əməkdar artisti polisə verdi - BUNA GÖRƏ...
Bu gün, 15:12
Azərbaycanda kartof “böhranı” – Səbəb nədir?
Bu gün, 13:06
"AzDrama"da dava, istintaq, HÜCUM! – Xalq artisti Əli Nur hər şeyi etiraf etdi
Bu gün, 13:03
Zeynəb Xanlarovanın adından dələduzluq - FOTO
Bu gün, 12:53
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
Bu gün, 12:44
Bakı rus turistlər üçün niyə cazibəsini itirib? - SƏBƏBLƏRİ
Bu gün, 12:37
Elgün 5-ci mərtəbədən yıxılıb ölüb - Prokurorluqdan RƏSMİ AÇIQLAMA
Bu gün, 12:34
Yalan iddialara gerçək cavab: Ərdoğan Laçında kimlərin səsini kəsdi?! - AKTUAL
Bu gün, 12:31
Paytaxtda kommunal layihənin uğurlu tətbiqi davam edir - FOTO
Bu gün, 12:29
“Azərkosmos”un gəlirləri azaldı
Bu gün, 12:14
“Bank of Baku”nun İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:11
Xındırıstanda abadlıq işləri təxirə salındı - 298 MİNLİK TENDERƏ “STOP”
Bu gün, 12:07
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Bu gün, 12:01
"Xaçmaz Aqropark" ləğv olunur
Bu gün, 11:51
Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı gizlədilən məqamlar - DOSYE və ŞOK DETALLAR
Bu gün, 11:47
"Qanunsuz şəkildə mənim müraciətim rədd edildi" - NARAZILIQ VAR...
Bu gün, 11:45
Məşhur istirahət mərkəzi bağlandı - Fantastik qiymətə satışa çıxarıldı
Bu gün, 11:40
Azərbaycan Ordusu atəş açmayıb, qarşı tərəfin yaydığı məlumat növbəti dezinformasiyadır - Müdafiə Nazirliyi
Bu gün, 11:38
“Kreml yetkililəri sadəcə keçmiş müttəfiqlərinə təzyiq göstərmək üçün SSRİ haqda öz yuxularını danışırlar...”
Bu gün, 11:29
Deputatdan təklif: AXC tərəfindən İrəvanın Ermənistana verilməsini pisləyən Milli Məclisin qərarı qəbul edilsin - SƏNƏDLƏR
Bu gün, 11:26
Rövşən Qurbanov həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 11:24
“Tiktok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 11:22
Toyda Xatuna qarşı TƏXRİBAT: - Bunun arxasında hansı müğənni DAYANIB?
Bu gün, 11:20
Rauf Vəliyevin QSC-si buna görə cərimələnə bilər – DETALLAR
Bu gün, 11:17
Goranboyda TƏBİB MÖCÜZƏSİ: Bir `sehirli` əllə diş texniki həkim oldu... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:10
Qadın sevgilisinin evinə gəldi, arvadını və qızını döydü - TƏFƏRRÜAT
Bu gün, 11:05
Laçından verilən mesajların şifrələri: “Hamı öz payını götürdü” - AKTUAL
Bu gün, 11:04
“Baker Tilly Azərbaycan”ın rəhbərliyində təyinat - BUNDAN SONRA...
Bu gün, 11:00
Azərbaycanda müəllimlər avtobusda saçyolduya çıxdılar - TƏFƏRRÜAT
Bu gün, 10:54
Belqradda azərbaycanlı qadını maşın vurdu, ayağı qopdu - FOTO
Bu gün, 10:52
Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı - 11 ilə kimi həbs!
Bu gün, 10:47
“AccessBank”dan müştəriləri narazı salan addım - Depozit faizlərini endirdi
Bu gün, 10:31
"Hakim Şahin Yusifov ödənilən pulun 4997 manatını oğurlayaraq, oğluma 3 il iş verdi" - İTTİHAM VAR...
Bu gün, 10:29
"Gəncə Cihazqayırma Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:14
Elbrus Paşayev iki yüz minlik “Lexus”u hansı məqsədlərlə alır - İLGİNC FAKTLAR...
Bu gün, 10:13
ABŞ-dən Türkiyəyə AĞIR ZƏRBƏ - Gərginlik artdı, yaxın günlərdə...
Bu gün, 10:00
Paşinyanın yerinə namizəd olan “FSB” agenti Moskvaya məsləhətləşməyə getdi... —Mayın 31-də qayıdacaq...
Bu gün, 09:49
Rüşvət alan sabiq müstəntiq və zabitlə bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 09:47
Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparılır
Bu gün, 09:42
Lisey və gimnaziyalarla bağlı qərar ləğv olundu: - bu siniflərə qəbula İCAZƏ VERİLDİ
Bu gün, 09:36
Şagirdlərin ağzını "skoç"layan müəllimlə bağlı araşdırılma aparılır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:30
"Sabunçu Tikinti-Quraşdırma" səhmdarlarını yığıncağa dəvət edir
Bu gün, 09:26
Komandir cinayət işini bağlatmaq istədi: 150 minlik tələyə düşdü - İLGİNC FAKTLAR...
Bu gün, 09:05
Antalyada bıçaqlanan Araz Musayevlə bağlı İLGİNC FAKTLAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Yasamalda səkilər BAZARA ÇEVRİLİB - Yetim piyada quş olub uçmalıdır...
Bu gün, 08:46
KAPİTAL BANK müştərini rəsmən soyur - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:40
Burda müştərinin başına OYUN AÇIRLAR... - BU DA FAKT!
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru