Bu gün 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək .....                     Rusiyanın Ermənistandan “Qafan tələbi”nin səbəbləri .....                     Sevginin Laçın Zirvəsi. Başqa sözlə... .....                     Tanınmış jurnalistdən GDU-ya rüşvət ittihamları .....                     Çağrı mərkəzlərinə zənglər niyə pulludur? .....                     Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı .....                     "Məşğulluq Agentliyinin cavabı qane etmir" .....                     Bəylər Əyyubovun adından istifadə etdi VƏ... .....                     Nəsimi rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər davam edir .....                     Rusiya müdafiə nazirinin qəfil açıqlaması nəyə xidmət edir? .....                     “Üç dövlət, bir mesaj: Biz buradayıq!” .....                     "Azərbaycan və Çin yeni bir münasibətlər sistemi qurmağa başlayıb" .....                     Azərbaycan çoxvektorlu müstəqil xarici siyasəti Kremli qıcıqlandırır .....                     “Ruslar Trampdan istifadə edib stansiyanın fəaliyyətini “qanuniləşdirə” bilərlər” .....                     ABŞ-nin region siyasətində dönüş: Azərbaycanla əməkdaşlıq genişlənir .....                     Azərbaycanda 29 illik monopoliya .....                     Gəncədə tanınmış müğənni vəfat etdi .....                     "Bu gün pul qazanırsınız, elə bilirsiniz kimə gəldi quyu qaza bilərsiniz?" .....                     Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya ediləcək, vəziyyəti ağırdır .....                     ABŞ Ali Məhkəməsi Trampın planına dəstək verdi .....                     Nazirliyin qurumu 611 minə istilik layihəsində "Euroservise" ilə razılaşdı .....                     Bir şərtin yerinə yetirilməsi Rusiyanı razı salacaqmı? .....                     Makron: Avropa və ABŞ-nin Ukraynadakı münaqişəni həll edə bilməməsi onlara olan etimadı sarsıdacaq .....                     "Kimin pulu var, onu işlə təmin edirlər" .....                     “Postsovet ölkələrində “5-ci kalon” və rus dilində təhsil ləğv olunmalıdır...” .....                     Nazir generalın yerinə bu xanımı gətirdi .....                     Siyasi partiyalar kadr bankı kimi funksiyasını tamamilə itirib .....                     TOP PUTİNDƏDİR... .....                     Ermənistan tarixinə yenidən baxmağa cəhdlər edilir .....                     AYB-nin şair İlham Qəhrəmana qarşı mülki iddiası üzrə ekspertiza küçiriləcək .....                     Qaxın da öz TENDERYEYƏNİ VAR... .....                     Ekologiya.az saytının 2 yaşı oldu .....                     Xalq artisti Fizuli Hüseynovu polisə şikayət etdi .....                     Pakistan və Türkiyə liderlərinin Laçındakı çıxışı dünyaya mesajdır .....                     Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi .....                     "Vopşe", "tak çto", "znaçit" deyək, yoxsa? .....                     Amerikalı senator Ermənistanda səfərdədir .....                     Şərqi Zəngəzurun iqtisadi transformasiyasına açılan strateji qapı .....                     Paşinyanı hakimiyyətdə saxlayacaq SEÇİM .....                     “Bakı Metropoliteni”nin Aparat rəhbəri vəzifəsindən gedib .....                 

“Tiktok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Tarix: 29-05-2025, 11:22 | Çap et

Ali Məhkəmə “Tiktok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Xüsusi ittiham qaydasında şikayət

Bildirilib ki, işin hallarına görə, şəxs xüsusi ittiham qaydasında şikayətlə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək barələrində şikayət verilən şəxslərin Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (Təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş edib. Şəxs şikayətində qarşı tərəfin “Tiktok” sosial şəbəkəsində yayımlanan sosial platformada onun barəsində təhqir və böhtan məzmunlu məlumatlar yaymaqla onun şərəf və ləyaqətini alçaltdıqlarını qeyd edib.

Barələrində şikayət verilən şəxslər

Barələrində şikayət verilən şəxslər Ağcabədi Rayon Məhkəməsinin bütün hakimlərinə etiraz verdiklərinə görə, etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən etirazın təmin edilməsi və materialın baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilib.

Lakin Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə material aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmə xüsusilə ona əsaslanıb ki, xüsusi ittiham qaydasında şikayətə görə şəxsin böhtan və təhqir kimi səciyyələndirdiyi məlumatları barələrində şikayət verilən şəxslərin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonunda yerləşən internet informasiya ehtiyatı olan MMC-də edilən çıxışlarda yayıb. Tərəfin biri MMC-nin direktoru, digəri isə həmin MMC-də müxbirdir. Laçın Rayon Məhkəməsinin qənaətinə görə nə qədər ki, şikayətdə böhtan və təhqir kimi səciyyələndirilən məlumatlar “internet informasiya ehtiyatı olan MMC-də edilən çıxışlarda” yayılıb və bu MMC-nin Azərbaycan Respublikasındakı hüquqi ünvanı bəlli olmaqla Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşir, xüsusi ittiham qaydasında şikayətə yurisdiksiyası bu inzibati ərazi vahidinə şamil edilən Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdır.

Təhqir və böhtan kimi səciyyələndirilən məlumatlar

Yasamal Rayon Məhkəməsi MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu olsa da, xüsusi ittiham qaydasında şikayətdə göstərilənlərə əsasən təhqir və böhtan kimi səciyyələndirilən məlumatların barəsində şikayət verilən şəxslər tərəfindən “Tiktok” sosial şəbəkəsində yayımlandığını, həmin şəxslərin yaşayış yerlərinin Ağcabədi rayonu olduğunu nəzərə alıb materialın ərazi üzrə Ağcabədi Rayon Məhkəməsinə aid olması, lakin həmin məhkəmədə fəaliyyət göstərən bütün hakimlərə etirazın təmin edilməsi səbəbindən Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Laçın Rayon Məhkəməsinə göndərildiyinə görə məhz Laçın Rayon Məhkəməsində baxılmalı olması haqqında nəticəyə gəlib. Məhkəmənin hazırlıq iclasının qərarı ilə məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün materialı Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edilib.

Məhkəmənin mövqeyi:

Ali Məhkəmənin qərarına əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialın hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb.

Ali Məhkəmənin əsaslandırması:

1.Laçın Rayon Məhkəməsi qanunvericiliyin müddəalarına əsaslanmadan, “Tiktok” sosial şəbəkəsində açılmış hesabı “***” MMC-nin (hüquqi şəxsin) sahib olduğu internet informasiya ehtiyatı kimi qiymətləndirib.

2. Laçın Rayon Məhkəməsi CM-in 147.1 və 148-ci maddələrinin dispozisiyalarında göstərilən “internet informasiya ehtiyatı” anlayışının düzgün hüquqi xarakteristikasının verilməsi üçün vacib olan normativ aktların müddəalarını nəzərdən keçirməyib, nəticədə MMC-yə aid, yəni məhz hüquqi şəxs olaraq MMC-nin sahib olduğu domen adının “Reyestr”də qeydə alınıb-alınmadığını müəyyən etmədən, adı “tiktok.com/@*******.az” işarələrindən təşkil olunaraq “Tiktok” sosial şəbəkəsində açılmış hesabı (MMC-nin adı ilə istifadəçi hesabının adı arasındakı zahiri oxşarlıqdan çıxış etməklə) hüquqi şəxsin (“***” MMC-nin) internet informasiya ehtiyatı kimi səciyyələndirib.

3. Eynilə Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarında “***” MMC-nin və ya onun sahib olduğu hər hansı bir resursun - media subyekti və yaxud işçisinin - jurnalist olaraq qəbul edilməsinə əsas verən hallara da istinad olunmayıb.

4.Laçın Rayon Məhkəməsinin hazırlıq iclasının qərarında “***” MMC adlı hüquqi şəxsin və ya onun sahib olduğu hər hansı internet informasiya ehtiyatının media subyekti olaraq, MMC-nin işçisinin isə jurnalist qismində “Media Reyestri”ndə qeyd olunduğunu təsdiq edən məlumatlar göstərilməyib.

5. Məhkəmənin xüsusi ittiham qaydasında şikayətin ərazi aidiyyəti məsələsi üzrə nəticəyə gələrkən MMC-nin (hüquqi şəxsin) qeydiyyata alındığı hüquqi ünvanı əsas götürməsi və materialı yurisdiksiyası həmin ünvana şamil edilən Yasamal Rayon Məhkəməsinə göndərməsi əsassız olub.

6. Xüsusi ittiham qaydasında şikayətin ərazi üzrə aidiyyət məsələsi həll edilərkən məhkəmələrin hazırlıq iclasında malik olduqları məlumatlar əsas götürülməli və həmin mənbələrə əsasən bu məlumatların “Tiktok” sosial şəbəkəsində yayılması, bu internet informasiya ehtiyatının qeydiyyat yerinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması, barələrində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin yaşayış yerinin isə Ağcabədi rayonu olması nəzərə alınmalı, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli qərarının 12-ci bəndinin “Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır” müddəası rəhbər tutulmalı, müvafiq olaraq da xüsusi ittiham qaydasında şikayətin aid olduğu birinci instansiya məhkəməsi kimi Ağcabədi Rayon Məhkəməsi qəbul edilməlidir.

7. Lakin barələrində şikayət verilən şəxslərin CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair xüsusi ittiham qaydasında şikayətin ərazi üzrə Ağcabədi Rayon Məhkəməsinə aid olmasına baxmayaraq, Şirvan Apellyasiya Məhkəməsi hakiminin qərarı ilə Ağcabədi Rayon Məhkəməsində fəaliyyət göstərən hakimlərə edilmiş etirazlar təmin edilərək materiala baxmalı olan birinci instansiya məhkəməsi qismində Laçın Rayon Məhkəməsi müəyyən edildiyindən, müvafiq material hazırlıq iclasında baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək - UEFA Çempionlar Liqası
Bu gün, 07:54
Rusiyanın Ermənistandan “Qafan tələbi”nin səbəbləri - “Vestnik Kavkaza”
Bu gün, 07:02
Sevginin Laçın Zirvəsi. Başqa sözlə... - Bahəddin Həzi yazır...
Bu gün, 06:43
Tanınmış jurnalistdən GDU-ya rüşvət ittihamları - VİDEO
Bu gün, 06:25
Çağrı mərkəzlərinə zənglər niyə pulludur? - "XƏRCLƏR XALQIN CİBİNDƏN QARŞILANIR"
Bu gün, 06:22
Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı - FOTO
Bu gün, 06:18
"Məşğulluq Agentliyinin cavabı qane etmir" - GİLEY
Bu gün, 06:13
Bəylər Əyyubovun adından istifadə etdi VƏ... - İTTİHAM VAR...
Bu gün, 06:07
Nəsimi rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər davam edir - FOTO
Bu gün, 05:53
Rusiya müdafiə nazirinin qəfil açıqlaması nəyə xidmət edir? - Bölgədə “nəzarətsiz atəşlər” təkrarlana bilər
Bu gün, 05:48
“Üç dövlət, bir mesaj: Biz buradayıq!” - İNCƏLƏMƏ
Bu gün, 05:44
"Azərbaycan və Çin yeni bir münasibətlər sistemi qurmağa başlayıb" - AKTUAL
Bu gün, 05:41
Azərbaycan çoxvektorlu müstəqil xarici siyasəti Kremli qıcıqlandırır - Rusiyanın qəzəblə izlədiyi 5 ay
Bu gün, 05:38
“Ruslar Trampdan istifadə edib stansiyanın fəaliyyətini “qanuniləşdirə” bilərlər” - Görünəni odur ki...
Bu gün, 05:33
ABŞ-nin region siyasətində dönüş: Azərbaycanla əməkdaşlıq genişlənir - GƏLİŞMƏ
Bu gün, 05:29
Azərbaycanda 29 illik monopoliya - Yeni operatorlara qadağa, istifadəçilərə yüksək tariflər
Bu gün, 05:25
Gəncədə tanınmış müğənni vəfat etdi - FOTO
Bu gün, 00:04
"Bu gün pul qazanırsınız, elə bilirsiniz kimə gəldi quyu qaza bilərsiniz?"
Bu gün, 00:03
Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya ediləcək, vəziyyəti ağırdır
Dünən, 22:00
ABŞ Ali Məhkəməsi Trampın planına dəstək verdi - Boston məhkəməsi isə ona qarşı çıxdı
Dünən, 19:08
Nazirliyin qurumu 611 minə istilik layihəsində "Euroservise" ilə razılaşdı
Dünən, 19:05
Bir şərtin yerinə yetirilməsi Rusiyanı razı salacaqmı?
Dünən, 18:03
Makron: Avropa və ABŞ-nin Ukraynadakı münaqişəni həll edə bilməməsi onlara olan etimadı sarsıdacaq - TASS
Dünən, 18:02
"Kimin pulu var, onu işlə təmin edirlər" - GİLEY
Dünən, 17:58
“Postsovet ölkələrində “5-ci kalon” və rus dilində təhsil ləğv olunmalıdır...” - ÇAĞIRIŞ
Dünən, 17:55
Nazir generalın yerinə bu xanımı gətirdi - ƏMR
Dünən, 17:52
Siyasi partiyalar kadr bankı kimi funksiyasını tamamilə itirib - Biznes sektoru önə keçib
Dünən, 17:38
TOP PUTİNDƏDİR... - GƏLİŞMƏ
Dünən, 17:37
Ermənistan tarixinə yenidən baxmağa cəhdlər edilir - Kopırkin
Dünən, 17:35
AYB-nin şair İlham Qəhrəmana qarşı mülki iddiası üzrə ekspertiza küçiriləcək
Dünən, 17:33
Qaxın da öz TENDERYEYƏNİ VAR... - DETALLAR
Dünən, 17:31
Ekologiya.az saytının 2 yaşı oldu
Dünən, 17:24
Xalq artisti Fizuli Hüseynovu polisə şikayət etdi
Dünən, 17:23
Pakistan və Türkiyə liderlərinin Laçındakı çıxışı dünyaya mesajdır - Professor
Dünən, 17:21
Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi - Başçının da adını çəkib...
Dünən, 17:15
"Vopşe", "tak çto", "znaçit" deyək, yoxsa? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:13
Amerikalı senator Ermənistanda səfərdədir - TƏFƏRRÜAT
Dünən, 17:11
Şərqi Zəngəzurun iqtisadi transformasiyasına açılan strateji qapı -RƏY
Dünən, 17:10
Paşinyanı hakimiyyətdə saxlayacaq SEÇİM - AKTUAL
Dünən, 17:09
“Bakı Metropoliteni”nin Aparat rəhbəri vəzifəsindən gedib - BUNDAN SONRA...
Dünən, 17:07
Bakı-Pekin münasibətləri... - ŞƏRH
Dünən, 17:05
Yemiş sahələrinin sərfəli şərtlərlə sığortası başlandı – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Dünən, 17:03
Avropa ilə İsrail arasında əsəblər gərilir: - “Soyqırımı dövləti” və “qatillər ordusu”
Dünən, 17:01
Bir ailənin Zəngilana köçürülməsi xərci 908 manat təşkil edir - TƏKCƏ...
Dünən, 16:59
Məşhur "qanuni oğru" HƏBS EDİLDİ – ciddi ittihamlar
Dünən, 16:55
Dostluq və qardaşlığa xidmət göstərən Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü - İsrafil Kərimovun yazısı
Dünən, 16:46
Qardaşlıq və strateji tərəfdaşlığın real nümunəsi - Laçın Zirvəsi - MƏQALƏ
Dünən, 16:43
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub - DİQQƏT!
Dünən, 16:40
Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü – Bu dəfə Lənkəranda
Dünən, 15:17
Tiktoker "Vaqa" həbsdən buraxıldı
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru