“50 manata görə “Lukoil”in keçmiş filial müdiri də müraciət edib” .....                     Naxçıvanda təmirə ehtiyacı olan neçə məktəb var? .....                     Xalq artisti Əməkdar artisti polisə verdi .....                     Azərbaycanda kartof “böhranı” .....                     "AzDrama"da dava, istintaq, HÜCUM! .....                     Zeynəb Xanlarovanın adından dələduzluq .....                     Mülayim şərq küləyi əsəcək .....                     "Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." .....                     Bakı rus turistlər üçün niyə cazibəsini itirib? .....                     Elgün 5-ci mərtəbədən yıxılıb ölüb .....                     Yalan iddialara gerçək cavab: Ərdoğan Laçında kimlərin səsini kəsdi?! .....                     Paytaxtda kommunal layihənin uğurlu tətbiqi davam edir .....                     “Azərkosmos”un gəlirləri azaldı .....                     “Bank of Baku”nun İdarə Heyətinə təyinat olub .....                     Xındırıstanda abadlıq işləri təxirə salındı .....                     Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü .....                     "Xaçmaz Aqropark" ləğv olunur .....                     Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı gizlədilən məqamlar .....                     "Qanunsuz şəkildə mənim müraciətim rədd edildi" .....                     Məşhur istirahət mərkəzi bağlandı .....                     Azərbaycan Ordusu atəş açmayıb, qarşı tərəfin yaydığı məlumat növbəti dezinformasiyadır .....                     “Kreml yetkililəri sadəcə keçmiş müttəfiqlərinə təzyiq göstərmək üçün .....                     Deputatdan təklif: AXC tərəfindən İrəvanın Ermənistana verilməsini pisləyən Milli Məclisin qərarı qəbul edilsin .....                     Rövşən Qurbanov həbs edildi .....                     “Tiktok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı .....                     Toyda Xatuna qarşı TƏXRİBAT: .....                     Rauf Vəliyevin QSC-si buna görə cərimələnə bilər .....                     Goranboyda TƏBİB MÖCÜZƏSİ: Bir `sehirli` əllə diş texniki həkim oldu... .....                     Qadın sevgilisinin evinə gəldi, arvadını və qızını döydü .....                     Laçından verilən mesajların şifrələri: “Hamı öz payını götürdü” .....                     “Baker Tilly Azərbaycan”ın rəhbərliyində təyinat .....                     Azərbaycanda müəllimlər avtobusda saçyolduya çıxdılar .....                     Belqradda azərbaycanlı qadını maşın vurdu, ayağı qopdu .....                     Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı .....                     “AccessBank”dan müştəriləri narazı salan addım .....                     "Hakim Şahin Yusifov ödənilən pulun 4997 manatını oğurlayaraq, oğluma 3 il iş verdi" .....                     "Gəncə Cihazqayırma Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək .....                     Elbrus Paşayev iki yüz minlik “Lexus”u hansı məqsədlərlə alır .....                     ABŞ-dən Türkiyəyə AĞIR ZƏRBƏ .....                     Paşinyanın yerinə namizəd olan “FSB” agenti Moskvaya məsləhətləşməyə getdi... .....                 

Bakı DYP-sinin alay komandirinə qarşı iddia - Qalmaqal
Tarix: 22-07-2015, 10:45 | Çap et
Bakı DYP-sinin alay komandirinə qarşı iddia
“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Bakı şəhər Dövlət Yol Polisi İdarəsini məhkəməyə verib. Bu barədə Balansinfo.az saytının əməkdaşına baş redaktor özü məlumat verib. “Təzadlar” həmin eksklüziv müsahibəni təqdim edir:
-Asif müəllim, Bakı şəhər Dövlət Yol Polisi İdarəsini məhkəməyə verməyiniz barədə facebook səhifənizdə məlumat aldıq. Adətən jurnalistlərə qarşı hörmət-izzətli olan yol polisi əməkdaşlarının bu dəfə hansı hərəkəti buna səbəb olub?
- Oxuculara aydın olsun deyə, qısa da olsa yaranmış problem barədə məlumat vermək istəyirəm. Beləliklə, 18 fevral 2015-ci il tarixdə, saat 08-50 radələrində idarə etdiyim şəxsi avtomobilimlə yaşadığım Tağızadə (indiki Fəzail Bayramov küçəsi) küçəsindəki evimin həyətindən çıxaraq qəflətən halı pisləşmiş, yüksək temperaturu olan ailə üzvlərimdən birini həmin küçədə yerləşən və Xətai rayon Prokurorluğunun qarşısında olan “Medeks Hospital”ının “Qəbul şöbəsi”nə çatdırmaq istəyirdim... Həmçinin məqsədim rəhbəri olduğum “Təzadlar” qəzeti redaksiyasının 2014-cü ildə rayon üzrə baş vermiş ağır cinayətləri törətmiş şəxslərin yaşa görə qruplaşdırılmasına dair rəsmi sorğu məktubunu həmin küçədə, həmin hospitalla üzbəüzdə yerləşən Xətai rayon Prokurorluğuna təqdim etmək idi... Hava qarlı-çovğunlu və sərt küləkli olduğundan (sinoptiklərin həmin günə olan məlumat-proqnozu da bunu təsdiqləyir) xəstəni avtomobilimlə adı çəkilən hospitalın qarşısına gəldim. Onu da deyim ki, həmin hospital yaşadığım binanın tinindədir, yəni 6-8 metrliyindəki aralıqda Əvvəlcə qəbul şöbəsinə yaxınlaşdım. Dedilər ki, bizə lazım olan həkim qarlı hava şəraitinə görə işə gecikir. Ona görə də başqa xəstəxanalardan birinə baş çəkmək üçün həmin küçədən çıxaraq Xocalı prospektinə paralel, Azərbaycan Ali Məhkəməsi yerləşən Y.Səfərov küçəsinə doğru-sağa yoluma davam etdirdim... Təxminən yarım kilometr aralanmışdım ki, arxadan gələn 10-YP-507 dövlət nömrə nişanlı DYP avtomobili mənə Xətai RPİ-nin 37-ci polis bölməsinin qarşısında “Saxla” işarəsi verdi. Avtomobilimi saxladım və özünü təqdim etməyən, sadəcə, “Polis baş serjantı” deyən, sonradan adı və soyadını öyrəndiyim Davud Cavan oğlu Şərəfxanov sənədlərimi tələb etdi. Nə baş verdiyini soruşdum. Bildirdi ki, “Hərəkət qadağandır” nişanı qoyulmuş küçədən keçmişəm. Mən redaksiyanın rəsmi sorğu məktubunu həmin yol nişanının təsir dairəsində yerləşən Xətai rayon Prokurorluğuna, qızdırma içərisində olan ailə üzvlərimdən birini isə prokurorluğun inzibati binası ilə üzbəüzdə yerləşən hospitala gətirdiyimi bildirdim. Üstəlik, həmin küçədə yaşadığımı onun diqqətinə çatdırdım, hətta şəxsiyyət vəsiqəmi belə ona təqdim etdim ki, yaşadığım ünvanı doğru göstərdiyimə inansın... DYP əməkdaşına, həmçinin hospitalın girişinin və “Qəbul şöbəsi”nin məhz həmin yol nişanının təsir dairəsində yerləşdiyi halda, xəstələrin buraya necə daxil olmasının mümkünlüyü barədə sual verəndə o, bərk əsəbləşdi. Mənə qarşı kobud davranan, hətta sonradan bu söz-sual mübahisəsinə görə əraziyə polis qüvvələri çağıracağını deyərək qışqırıb məni hədələyən inspektor protokol yazmaqda israrlı olduğunu bildirdi. Yəqinki həmin görüntülər video-kamerasının yaddaşında saxlanılır... Halbuki həmin an mən ona qeyd olunan yol nişanının təsir dairəsində yerləşən hospitalın qarşısında onlarla avtomobilin dayandığını da xatırlatdım. Bildirdim ki, onlar “Hərəkət qadağandır” yol nişanının təsir dairəsinə necə daxil olublarsa, eləcə də oradan çıxmalıdırlar. “Elə isə həmin hospitala xəstəni necə gətirmək olar?”, deyə verdiyim sualımdan əsəbləşən inspektor protokol yazmaq istədi. Təkrarən ona həmin nişanın qanunsuz yerləşdiyini, bu ərazidə statusunun olmadığını bildirdim. Bu zaman o, mənimlə olduqca aqressiv davrandı və üstümə qışqıra-qışqıra “Mən Prezidetin mühafizəsində olan adamam, mənə göstəriş vermə, yoxsa sənə əlavə polis çağırıb barəndə ciddi tədbir gördürərəm” və s. deyərək, əslində, özünün qanunsuz və əsassız, qərəzli hərəkətinə bəraət qazandırmağa çalışdı. Elə həmin anda qeyd olunan küçədən 95 saylı avtobusun, bir neçə avtomobilin keçdiyini də gördük və polis serjantı D.Şərəfxanov bundan pərt olubmuş kimi daha da qəzəbləndi. Qısası, protokol yazdı. Nəticədə mən qanunsuz və əsassız yazılmış həmin protokola etirazımı qeyd etdim...
-Ümumiyyətlə, “Hərəkət qadağandır!” yol nişanının qeyd olunan əraziyə qoyulması nə dərəcədə əsaslıdır, bunu inspektordan soruşdunuzmu?
-Əlbəttə, soruşdum və xahiş etdim ki, həmin yol nişanının oraya nə məqsədlə qoyulmasını, bu nişanın həmin ərazidəki rolunun nədən ibarət olduğunu izah etsin... Çünki bu mümkün olan məsələ deyil ki, xəstəxana və prokurorluğun binası yerləşən əraziyə belə bir nişan qoyulsun. Tutalım bir cinayətkar sizi təqib edir və siz özünüzü onun əlindən qurtarmaq üçün Xətai rayon Prokurorluğunun qarşısına qaçıb gəlirsiniz. Belə çıxır ki, sizə həyatınızı xilas etməyinizə görə hələ bir cərimə də gözləyir? Yaxud, ağır vəziyyətdə, qan içində olan bir xəstəni oradakı xəstəxanaya çatdırmısınız, humanizim prinsipi göstərmisiniz, bununla da bir nəfərin həyatını xilas etmisiniz. Buna görə sizə cərimə yazılmalıdır? Mən fürsətdən istifadə edərək daxili işlər naziri cənab Ramil Usubova, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalova, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Nuşirəvan Səfərova müraciət edirəm: cənab nazir, hörmətli rəis! “Hərəkət qadağandır” yol nişanının Xətai rayon Prokurorluğunun, “Medeks Hospital”ın qarşısına qoyulmasında məqsəd nədir? Bu nişanın həmin əraziyə qoyulması hansı zərurətdən irəli gəlmişdir? Əgər bu Xətai rayon Prokurorluğuna görədirsə, onda ən yaxşısı budur ki, prokurorluğun qarşısına şlaqbaum qoyulsun ki, vətəndaşlar ağır xəstələrini hospitala cərimələnərək gətirməsinlər. Ümumiyyətlə, bu nişanın həmin əraziyə qoyulması absurd məsələdir, başqa niyyət daşıyır... Necə olur ki, Baş Prokurorluğun, Prezident Administrasiyasının... qarşısına “Hərəkət qadağandır” yol nişanı qoyulmur, amma Xətai rayon Prokurorluğunun qarşısında belə bir nişanı qoyaraq hər gün yüzlərlə sürücünü cərimələyib onsuz da zəif olan sosial durumunu bir az da ağırlaşdırırlar? Mənim yol polisi əməkdaşlarına böyük hörmətim var və bunu həmişə özümə qarşı da görmüşəm. Amma adını qeyd etdiyim D.Şərəfxanov, hesab edirəm ki, həmin gün düzgün iş görmədi... Qarşılıqlı xətir-hörmətə kölgə saldı. Bundan artıq nə deyirəm. İnanıram ki, istər cənab nazir Ramil Usubov, istərsə də cənab rəis Ramiz Zeynalov bu məsələdə ədalətli qərar verəcəklər. Əgər sübut olunsa ki, cənab Şərəfxanov doğru yol tutub, mən məhkəmədəki ərizəmdən imtina edəcəyəm və üzərinə artıq xeyli miqdarda faiz gəlmiş cəriməni ödəyəcəyəm...
-Bəs məhkəməyə üz tutmağınıza səbəb nə oldu? Bəlkə elə əvvəlcə aidiyyəti rəhbərliyə müraciət edəydiniz, şikayətiniz araşdırılaydı...
-Mən səbrlə davrandım və əvvəlcə, hətta mətbuatda bu məsələyə dair heç bir məlumat dərc etdirmədən DYP inspektorunun barəsində 19 fevral 2015-ci il tarixdə həmin anda çəkilmiş fotoşəkillərlə bərabər şikayət ərizəmi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki cənab N.Səfərovun adına göndərdim. Ərizəmdə əsassız, qərəzli şəkildə mənə protokol yazmış inspektorun barəsində tədbir görülməsini xahiş etsəm də, indiyədək rəsmi cavab almamışam. Doğrudur, ərizəmlə bağlı soyadını unutduğum İsmayıl adlı təhqiqatçı məni idarəyə dəvət etdi. Təqdim etdiyim foto şəkillərlə birlikdə baxış keçirildi və s. Doğrudur, bu məsələyə dair rəyi öyrənilən idarənin digər bir əməkdaşının sözü bu oldu ki, inspektor D.Şərəfxanov nişana görə cərimə yazıb, onun ora qoyulması qanunsuz olsa da belə... Dedim ki, axı bu necə ola bilər? Onda hospitalı və ya prokurorluğu oradan köçürsünlər... Elə təhqiqatçının yanından çıxan kimi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Alay komandiri Rəşadət Babayevin qəbulunda oldum. Haqqına desəm, rəis məni çox səmimi qəbul etdi və ona şikayətimin məzmununu qısaca danışdım... Təəssüflənərək dərhal Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Qərərgah rəisi Talib Qasımovu yanına çağırdı və tapşırdı ki, inspektoru tapın, gedib cəriməni özü ödəsin... Yəni, cəzası bundan ibarət olsun və mən şikayətimdən geri çəkilim. Açığı, yuxarıda dedim, qalmaqaldan və süni şikayətnamələrdən uzaq olum deyə, razılaşdım... Hətta redaksiyaya çatanda təhqiqatçı İsmayıl müəllim mənə zəng vurdu ki, rəis dedi ki, birdən cəriməni ödəyər, ödəməsin, inspektor özü ödəyəcək. Təşəkkür etdim. Nəhayət, Avropa oyunları gedən günlərdə DYP əməkdaşları məni tədbirə gedərkən saxladılar ki, avtomobilinizə həbs qoyulub. Məlum oldu ki, həmin cərimə vaxtında ödənilməyib... Təkrarən cənab Rəşadət Babayevin qəbulunda oldum... Yenə dərin təəssüf hissi keçirərək bir mayoru otağına çağırdı və məndə olan bütün sənədləri, həmçinin protokolun əslini ona verdim... Oxşar qaydada tapşırıq. Yenə də inanaraq çıxıb getdim... Bu yaxınlarda isə təkrarən DYP əməkdaşları avtomobili saxlayıb bildirdilər ki, avtomobil cərimə meydançasına qoyulmalıdır... Bu dəfə artıq onlara söz verdim ki, narahat olmayın, sabahdan bu məsələ məhkəmədə araşdırılacaq... Elə də etdim və məhkəməyə şikayət ərizəsi təqdim etdim.
-Şikayətin predmeti nədir, yəni tələbiniz nədən ibarətdir?..
-Məhkəmədən xahiş etmişəm ki, Dövlət Yol Polisi inspektorunun inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsinə dair qərar, həmçinin inspektor D.Şərəfxanovun barəsində xüsusi qərardad çıxarılsın... Bundan başqa, mən məhkəməyə həm də iddia ərizəsi təqdim etmişəm ki, inspektor D.Şərəfxanovun indiyədək mənə vurduğu mənəvi ziyana görə ondan 10 min manat tutularaq redaksiyanın bank hesabına ödənilsin. Çünki onun bu əsassız və qərəzli protokoluna görə indiyədək iki dövlət tədbirinə gecikmişəm... Bir daha bildirirəm ki, məni məhkəməyə müraciətə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Alay komandiri Rəşadət Babayevin, ifadəyə görə üzr istəyirəm, yalan vədləri məcbur etdi... O, yaxşı xatırlayır ki, bir müddət əvvəl tanınmış bir məmurun Natiq adlı sürücüsünü təhqir edib söymüşdü... Sonuncu redaksiyamıza şikayət etmişdi və böyük bir skandal yarandı... Sonda tərəfləri şəxsən mən barışdırdım, vəzifəyə getmə ərəfəsində olan Rəşadət Babayevi bir qalmaqaldan və xətadan mən xilas etdim... Amma bu o demək deyil ki, mənə güzəşt olunmalıdır. Yuxarıda dedim, əgər mənə sübut etsələr ki, həmin yol nişanı qeyd olunan əraziyə qanuni yerləşdirilib, Xətai rayon Məhkəməsindəki şikayətimdən həmin gün imtina edəcəyəm. Əks halda, lazım gələrsə, Avropa Məhkəməsinə kimi gedəcəyəm və polis serjantına hüquq müstəvisində sübut edəcəyəm ki, mən iki institut bitirmiş jurnalist heç vaxt qayda pozmaqda maraqlı olmamışam...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“50 manata görə “Lukoil”in keçmiş filial müdiri də müraciət edib” - REALLIQ
Bu gün, 15:17
Naxçıvanda təmirə ehtiyacı olan neçə məktəb var? - AÇIQLAMA
Bu gün, 15:15
Xalq artisti Əməkdar artisti polisə verdi - BUNA GÖRƏ...
Bu gün, 15:12
Azərbaycanda kartof “böhranı” – Səbəb nədir?
Bu gün, 13:06
"AzDrama"da dava, istintaq, HÜCUM! – Xalq artisti Əli Nur hər şeyi etiraf etdi
Bu gün, 13:03
Zeynəb Xanlarovanın adından dələduzluq - FOTO
Bu gün, 12:53
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
Bu gün, 12:44
Bakı rus turistlər üçün niyə cazibəsini itirib? - SƏBƏBLƏRİ
Bu gün, 12:37
Elgün 5-ci mərtəbədən yıxılıb ölüb - Prokurorluqdan RƏSMİ AÇIQLAMA
Bu gün, 12:34
Yalan iddialara gerçək cavab: Ərdoğan Laçında kimlərin səsini kəsdi?! - AKTUAL
Bu gün, 12:31
Paytaxtda kommunal layihənin uğurlu tətbiqi davam edir - FOTO
Bu gün, 12:29
“Azərkosmos”un gəlirləri azaldı
Bu gün, 12:14
“Bank of Baku”nun İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:11
Xındırıstanda abadlıq işləri təxirə salındı - 298 MİNLİK TENDERƏ “STOP”
Bu gün, 12:07
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Bu gün, 12:01
"Xaçmaz Aqropark" ləğv olunur
Bu gün, 11:51
Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı gizlədilən məqamlar - DOSYE və ŞOK DETALLAR
Bu gün, 11:47
"Qanunsuz şəkildə mənim müraciətim rədd edildi" - NARAZILIQ VAR...
Bu gün, 11:45
Məşhur istirahət mərkəzi bağlandı - Fantastik qiymətə satışa çıxarıldı
Bu gün, 11:40
Azərbaycan Ordusu atəş açmayıb, qarşı tərəfin yaydığı məlumat növbəti dezinformasiyadır - Müdafiə Nazirliyi
Bu gün, 11:38
“Kreml yetkililəri sadəcə keçmiş müttəfiqlərinə təzyiq göstərmək üçün SSRİ haqda öz yuxularını danışırlar...”
Bu gün, 11:29
Deputatdan təklif: AXC tərəfindən İrəvanın Ermənistana verilməsini pisləyən Milli Məclisin qərarı qəbul edilsin - SƏNƏDLƏR
Bu gün, 11:26
Rövşən Qurbanov həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 11:24
“Tiktok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 11:22
Toyda Xatuna qarşı TƏXRİBAT: - Bunun arxasında hansı müğənni DAYANIB?
Bu gün, 11:20
Rauf Vəliyevin QSC-si buna görə cərimələnə bilər – DETALLAR
Bu gün, 11:17
Goranboyda TƏBİB MÖCÜZƏSİ: Bir `sehirli` əllə diş texniki həkim oldu... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:10
Qadın sevgilisinin evinə gəldi, arvadını və qızını döydü - TƏFƏRRÜAT
Bu gün, 11:05
Laçından verilən mesajların şifrələri: “Hamı öz payını götürdü” - AKTUAL
Bu gün, 11:04
“Baker Tilly Azərbaycan”ın rəhbərliyində təyinat - BUNDAN SONRA...
Bu gün, 11:00
Azərbaycanda müəllimlər avtobusda saçyolduya çıxdılar - TƏFƏRRÜAT
Bu gün, 10:54
Belqradda azərbaycanlı qadını maşın vurdu, ayağı qopdu - FOTO
Bu gün, 10:52
Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı - 11 ilə kimi həbs!
Bu gün, 10:47
“AccessBank”dan müştəriləri narazı salan addım - Depozit faizlərini endirdi
Bu gün, 10:31
"Hakim Şahin Yusifov ödənilən pulun 4997 manatını oğurlayaraq, oğluma 3 il iş verdi" - İTTİHAM VAR...
Bu gün, 10:29
"Gəncə Cihazqayırma Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:14
Elbrus Paşayev iki yüz minlik “Lexus”u hansı məqsədlərlə alır - İLGİNC FAKTLAR...
Bu gün, 10:13
ABŞ-dən Türkiyəyə AĞIR ZƏRBƏ - Gərginlik artdı, yaxın günlərdə...
Bu gün, 10:00
Paşinyanın yerinə namizəd olan “FSB” agenti Moskvaya məsləhətləşməyə getdi... —Mayın 31-də qayıdacaq...
Bu gün, 09:49
Rüşvət alan sabiq müstəntiq və zabitlə bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 09:47
Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparılır
Bu gün, 09:42
Lisey və gimnaziyalarla bağlı qərar ləğv olundu: - bu siniflərə qəbula İCAZƏ VERİLDİ
Bu gün, 09:36
Şagirdlərin ağzını "skoç"layan müəllimlə bağlı araşdırılma aparılır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:30
"Sabunçu Tikinti-Quraşdırma" səhmdarlarını yığıncağa dəvət edir
Bu gün, 09:26
Komandir cinayət işini bağlatmaq istədi: 150 minlik tələyə düşdü - İLGİNC FAKTLAR...
Bu gün, 09:05
Antalyada bıçaqlanan Araz Musayevlə bağlı İLGİNC FAKTLAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Yasamalda səkilər BAZARA ÇEVRİLİB - Yetim piyada quş olub uçmalıdır...
Bu gün, 08:46
KAPİTAL BANK müştərini rəsmən soyur - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:40
Burda müştərinin başına OYUN AÇIRLAR... - BU DA FAKT!
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru