Bir şərəfsiz sürü üz-üzəyik... .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib .....                     `BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... .....                     “Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər .....                     Rektor özünə köməkçi və müşavirlər təyin etdi .....                     Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmış .....                     `Azercell` bizi heyrətləndirir... .....                     Rusiya Türk dünyasından asılı vəziyyətə düşür .....                     10 manatlıq şirkətlər milyonluq tenderləri əldə edirlər... .....                     Pekində ortadan bölünən DÜNYA... .....                     Bağlı qapılar arxasında Zəngəzur danışıqları .....                     Müəllimlər “gözləmə zalı"nda: Maaş niyə artmır? .....                     Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək .....                     İrəvan Rusiya almazlarını sanksiyalardan yayındırır .....                     Rusiya sərt ritorikadan, qanunsuz həbslərdən əl çəkmir .....                     Alen Simonyan Qırğızıstan Baş naziri ilə görüşdü .....                     Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edə bilmir? .....                     Zaxarova Azərbaycana SƏSLƏNDİ: "Həbsdə olan rus vətəndaşları..." .....                     Adəm Məmmədov həbsdən çıxdı .....                     Azərbaycanda gəlinini döyən qayınana .....                     Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin olunub .....                     Lavrovun Özbəkistandakı çıxışı Moskvanın “dil rasizmi”ni bir daha üzə çıxardı .....                     VURULAN TƏYYARƏMİZƏ GÖRƏ SIĞORTA, YOXSA KOMPENSASİYA? .....                     Ofisində köməkçisinin sevgilisini döyən vəzifəli şəxsin cəzası azaldıldı .....                     Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib .....                     “Rusiya Cənubi Qafqazda ilişib qalıb, çıxış yolu Azərbaycanla dialoqdadır” .....                     Naxçıvanda təcili tibbi yardım maşınları DƏRMANSIZ QALIB... .....                     ABŞ şirkətləri Ermənistana axışır .....                     Çin Zəngəzurla bağlı hərəkətə keçdi: İlham Əliyevə tam dəstək .....                     Müşavir-müşavir oyunbazlığı... .....                     “Cənubi Qafqazda sülh Çinin iqtisadi maraqlarına cavab verir” .....                     Azərbaycanın cəmi 8 rayonunda 35 baş qatır qalıb .....                     Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib .....                     Sabiq prokuror vəfat etdi .....                     İrəvan Bakı əleyhinə müttəfiqləri ilə pıçıldaşır .....                     Bakı "Səmaaltı İmperiya"nın mühüm strateji tərəfdaşı oldu .....                     Nizami rayonunda NƏ NİZAM VAR... NƏ DƏ İNTİZAM... .....                     Ronaldo İrəvana gəldi: Yeniyetmə qız polis səddini aşaraq onun qaldığı otelə girdi və... .....                     Məmur arvadını və ustanı öldürən ömürlük məhkum qərardan narazıdır .....                     Rusiyadakı azərbaycanlıların nəzərinə! .....                 

Haci İbrahim Nehrəmli və qardaşı sahibkarları "Xəzər Adaları"nda necə "boğur"... - İflasa uğrayan layihənin çabaları...
Tarix: 15-04-2015, 12:33 | Çap et
Haci İbrahim Nehrəmli və qardaşı sahibkarları "Xəzər Adaları"nda necə "boğur"...
Bakıdan təxminən 25- 30 km. cənubda yerləşən, 41 (bəzi məlumatlara görə 78) adadan ibarət 3000 hektar sahəni əhatə edəcək "Xəzər adaları" adlı süni bir arxipelaq şəhərinin tikintisi artıq 5 ildir ki, davam etdirilir. "Avesta" konserninin rəhbəri Hacı İbrahim Nehrəmlinin təşəbbüsü nəticəsində ortaya çıxmış layihənin dəyəri deyilənə görə 100 milyard dollar təşkil edir. Adalarda 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır.

Layihəyə görə, başa gələcək şəhərdəki tikililər 9 ballıq zəlzələyə davam gətirəcək. Burada 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət və mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və 1050 metr hündürlüyü olan Azərbaycan qülləsi tikiləcək. "Xəzər adaları"nda həmçinin dünyanın ən böyük məscidinin, 150 körpünün və 1 hava limanının tikilməsi də nəzərdə tutulub. Hacı İbrahim Nehrəmlinin iddialarına görə, layihənin 2020-2025-ci illərdə gerçəkləşəcəyi deyilir. İlk baxışdan maraqlı görünən cəsarətli layihənin həyata keçiriləcəyinə inam nədənsə azalır. Buna səbəb isə "Avesta"nın prezidenti İbrahim İbrahimovun bir-birini təkzib edən açıqlamalarıdır. Bu açıqlamaların sayı artdıqca, konsern prezidenti də proporsional şəkildə rəqəmləri dəyişir. Bu nədir, sadəcə çaşqınlıq, yoxsa bilərəkdən edilən "at" gedişi?

Hacının yalanları faş olur

Hacı İbrahimin təqdim etdiyi rəqəmlərdə layihəyə indiyə kimi sərf olunan vəsaitin ümumi məbləğində uyğunsuzluqlar çoxdur. Layihənin həyata keçirilməsinə 1 milyard 157 milyon dollar vəsait xərcləndiyini bildirən iş adamı bu vəsaitin cəmi 57 milyon dollarının Azərbaycan Beynəlxalq Bankının verdiyi kredit olduğunu, qalan məbləğin isə özünün şəxsi vəsaiti olduğunu bəyan edib. Lakin layihənin icrasına başlayanda Hacı İbrahim əlində vur-tut 50 milyon dolların olduğunu deyirdi. Belə qənaətə gəlmək olar ki, "Xəzər adaları"na indiyəcən xərclənmiş 1 milyard 100 milyon dollar "göydən" düşüb. Dahilərdən kimsə deyib ki, ən yazıq adam odur ki, nağdı nisyəyə dəyişə. Hacı İbrahim yerli iş adamlarını çəkinmədən "Xəzər adalarına sərmayə yatırmağa çağırır: "Bizim bəzi iş adamları əllərində olan pulu aparıb Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə və başqa dövlətlərə yatırırlar. Arzu edərdik ki, onlar da öz vəsaitlərinin bir hissəsini bu layihəyə yatırsınlar. Biz burada 50 faiz qazanc olacağına zəmanət veririk. Biz Bakı şəhərində də bina tikirik, amma bu qədər qazanmırıq." Bu çağırışdan çox-çox öncə "Avesta"nın prezidenti xarici investorlara oxşar müraciətlər edirdi. Hətta ard-arda bəyanatlar verirdi ki, xarici şirkətlər onun layihəsinə məftunluğunu gizlədə bilmir. Artıq 2012-ci ilin iyul ayında türk iş adamı Əli Ağaoğlunun layihəyə 125 mln. dollar yatıracağı deyildi. Ardınca Qətər dövlətinin 1 milyard investisiya qoyacağı bildirildi. Heç bir il keçmədi ki, Hacı İbrahim layihəsinə Amerika,Ərəb və Çin sərmayədarlarının layihə ilə maraqlandığını söylədi. Daha sonra Kanadanın "Export Development Canada" agentliyi tərəfindən yatırılacaq 4 milyard vəsaitdən söhbət açan Hacı həmçinin 3 iri şirkətlə də yarım milyardlıq müqavilə imzalandığını söyləyib. Bu siyahı Hacının digər açıqlamaları kimi çox uzundur. Lakin sözügedən şirkətlərdən heç birinin konkret bir iş görmədiyi üzə çıxıb. Bu "blefin" arxasında hansı maraqların dayandığını demək çətindir. Lakin mətbu orqanlar "Avesta" prezidentinin yalanlarına yavaş-yavaş öyrəşməyə başladılar. Artıq heç bir kütləvi informasiya vasitəsində bu cür yalanlara yer verilmir. Digər tərəfdən, "Xəzər adaları"nın tikintisində son zamanlar gərəkli irəliləyişlərdən sohbət getmir. Əldə etdiyimiz son məlumata görə, tikintidə çalışan fəhlələr vaxtlı-vaxtında əməkhaqqı ala bilmr. Bəzi mütəxəssislər isə "kabab iyinə" gəldiklərinə də peşman olublar. Düzdür, dənizə tərəf təxminən 1-2 kilometr ərazidə müəyyən işlər görülüb. Lakin bu işlər bir o qədər yetərli deyil. Bu baxımdan, tikilib istifadəyə veriləcək yeni binaların tez bir zamanda satılacağına və layihənin bu yolla genişləndiriləcəyinə ümidlər azdır. Özünüz fikirləşin, Bakıdakı rahat və nisbətən ucuz mənzilləri qoyub, çölün düzündə, daha doğrusu, dənizin içində kim yaşayar. Üstəlik, bu ərazinin çox ciddi ekoloji problemləri də var. Ətrafda yerləşən neft-qaz müəssisələrinin köçürülməsi üçün də gərəkli çoxmilyonluq sərmayələr qoyulmalıdır. Bunu "Avesta" konserninin rəhbərliyi də yəqin ki, yaxşı anlayır. Lakin xarici və yerli investorlara davamlı çağırışlardan da qalmır. Bizə isə bu çağırışların hansı prinsiplərə əsaslandığını yəqin etmək qalır.

Halallıq kompleksi

Hacı İbrahim Nehrəmlinin xülyalarla dolu bu layihəsində diqqəti cəlb edən daha bir əsas məqam piar kampaniyalarına sərf edilən vəsaitlərlə bağlıdır. Düzdür, bir müddət Hacı öz qardaşlarının nəzarətində olan mətbuat və media vasitəsilə rahat kampaniya apara bilirdi. Lakin son zamanlar layihəyə inamsızlığın artdığından Hacının sözlərini eşitməzliyə vuranların sayı da artır. Bunu çox böyük həssaslıqla izləyən mətbuatın sualları isə artır. Suallar, təbii ki, Hacı İbrahimin özünə ünvanlanıb. Məsələn, soruşulur ki, Hacı adam nə qədər yalan danışa bilər? Bu yalanlarda bəlkə də gözəgörünməz "blef" yatır. Bu yolla hərədən beşdən-ondan qapazlayıb, layihənin bir yerə çıxara bildik-deyə düşünənlər də var axı. Bundan əlavə, Hacı İbrahim Nehrəmlinin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışan qardaşı Nazim İbrahimovun köməyindən kfayət qədər yararlandığı barədə xəbərlər yayılmaqdadır. Məlumata görə, Nazim İbrahimov rəhbərlik edtiyi dövlət qurumunun verdiyi üstünlüklərdən şəxsi məqsədləri üçün istifadə etmək yolunu tutub. Bu məqsədlə şəbəkəli fəaliyyət göstərdiyi deyilən sədrin artıq "Avesta" üçün "müştərilər" tapdığı deyilir. Ölkəmizin xaricdə yaşayan həmvətənlərlə sıx təmasda erməni saxtakarlıqlarına və təbliğatına qarşı mübarizə apardığı bir vaxtda hansısa tanınmış iş adamını "Avesta" konserninin xülya dolu layihələrinə cəlb etməklə tora salmaq kimin ağlına gələ bilər? Bu mənada Hacı İbrahimin gördüyü milyardlıq işlərin ərsəyə gəlməsində hansı amilin rol oynadığını üzə çıxarmaq çətin deyil. Doğrudan da, işlətdiyi fəhlələrin maaşını vaxtında verməkdə çətinlik çəkən şirkət bu minvalla uzağa gedə bilərmi? Burdan da belə bir qənaət gəlmək olar ki, "Xəzər adaları" layihəsi artıq fiaskoya uğrayıb. "Avesta" prezidenti ya bunu görmək istəmir, ya da əvvəlcədən planlaşdırılmış "blef" əməliyyatlarını davam etdirməyə qərar verib. Oxucuların diqqətinə daha bir xəbəri çatdırmaq istəyirik. Məlumata görə, Hacı İbrahim Nehrəmlinin ayrı-ayrı iş adamlarına ortalama 3-5 milyon olmaqla külli miqdarda borcu olduğu üzə çıxıb. Borcların "Xəzər adaları" layihəsinin gerçəkləşməsində iştirakın təsdiqi kimi ilkin ödəniş şəklində alındığı bildirilir. Lakin "Avesta" konserninin prezidenti həmin borcların məsuliyyətini öz üzərinə götürməkdən qəti imtina edir. Məsələnin yaxın zamanlarda ciddi surətdə məhkəmə çəkişmələrinə gətirib çıxaracağına şübhə yoxdur. Müşahidəçilərin fikrincə, Hacı İbrahimin yeni investorlara mətbuat vasitəsilə etdiyi son çağırışları da vəziyyətin düzələcəyinə təminat vermir. Çünki, ortada halallıqdan əsər-əlamət yoxdur. Beləliklə, Hacı İbrahim Nehrəmlinin "Xəzər adaları" əsəri artıq öz "razvyazka”sına çatır. Yaxın gələcəkdə hər şeyin üzə çıxacağı gözlənilir. Əlbəttə, biz də istərdik ki, bu layihə həqiqətən reallaşdırıla bilsin. Lakin bunun üçün yeni "bleflərə" əl atılmasın. Hər şey öz axarıyla başa çatsın. Sərmayələrin qoyuluşunda mövcud disproporsiyanı tam şəffaflıq əvəz etsin. Hər halda, belə bahalı layihələr yalnız külli miqdarda pullar hesabına başa gələ bilər. Öz varidatını isə dalğalı Xəzərin sularına bağışlamağa hələ ki, heç kəs tələsmir...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir şərəfsiz sürü üz-üzəyik... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:16
“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verilib
Bu gün, 13:00
`BOLMART` MÖCÜZƏSİ: Geriyə... gələcəyə... - BU NƏDİ BELƏ?
Bu gün, 12:45
“Naxtel” abunəçiləri öz nömrələrini saxlamaqla “Bakcell”ə keçid edəcəklər - DETALLAR
Bu gün, 12:35
Rektor özünə köməkçi və müşavirlər təyin etdi - ADLARI
Bu gün, 12:33
Tanınmış idmançının direktor bacısı işdən çıxarılıbmış - FOTO
Bu gün, 12:32
`Azercell` bizi heyrətləndirir... - GİLEY
Bu gün, 12:27
Rusiya Türk dünyasından asılı vəziyyətə düşür - GƏLİŞMƏ
Bu gün, 12:20
10 manatlıq şirkətlər milyonluq tenderləri əldə edirlər... - Nizamnamə kapitalını artırmamaqda məqsəd nədir?
Bu gün, 12:16
Pekində ortadan bölünən DÜNYA... - NƏ BAŞ VERİR?
Bu gün, 12:13
Bağlı qapılar arxasında Zəngəzur danışıqları - "Fars News"
Bu gün, 12:08
Müəllimlər “gözləmə zalı"nda: Maaş niyə artmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:07
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək
Bu gün, 12:04
İrəvan Rusiya almazlarını sanksiyalardan yayındırır - KİV
Bu gün, 11:54
Rusiya sərt ritorikadan, qanunsuz həbslərdən əl çəkmir - ŞƏRH
Bu gün, 11:50
Alen Simonyan Qırğızıstan Baş naziri ilə görüşdü
Bu gün, 11:48
Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edə bilmir? - SİYAHI
Bu gün, 11:44
Zaxarova Azərbaycana SƏSLƏNDİ: "Həbsdə olan rus vətəndaşları..." - Bakı BU TƏLƏBİ QƏBUL ETMƏDİ...
Bu gün, 11:42
Adəm Məmmədov həbsdən çıxdı
Bu gün, 11:40
Azərbaycanda gəlinini döyən qayınana CƏRİMƏLƏNDİ
Bu gün, 11:32
Azərbaycan Tibb Universitetinə yeni prorektor təyin olunub - ƏMR
Bu gün, 11:26
Lavrovun Özbəkistandakı çıxışı Moskvanın “dil rasizmi”ni bir daha üzə çıxardı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:24
VURULAN TƏYYARƏMİZƏ GÖRƏ SIĞORTA, YOXSA KOMPENSASİYA? – Kremldən növbəti çirkin təbliğat “tryuku”
Bu gün, 11:18
Ofisində köməkçisinin sevgilisini döyən vəzifəli şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 11:08
Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
Bu gün, 11:00
“Rusiya Cənubi Qafqazda ilişib qalıb, çıxış yolu Azərbaycanla dialoqdadır” - ŞƏRH
Bu gün, 10:57
Naxçıvanda təcili tibbi yardım maşınları DƏRMANSIZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 10:42
ABŞ şirkətləri Ermənistana axışır - Görünəni odur ki...
Bu gün, 10:35
Çin Zəngəzurla bağlı hərəkətə keçdi: İlham Əliyevə tam dəstək – Rusiya və İran…
Bu gün, 10:34
Müşavir-müşavir oyunbazlığı... - YENİ DƏB, YOXSA...
Bu gün, 10:32
“Cənubi Qafqazda sülh Çinin iqtisadi maraqlarına cavab verir” - GƏLİŞMƏ
Bu gün, 10:29
Azərbaycanın cəmi 8 rayonunda 35 baş qatır qalıb - SİYAHI
Bu gün, 10:26
Daşkənddə Azərbaycan-Özbəkistan ikitərəfli hərbi əməkdaşlıq planı müzakirə edilib
Bu gün, 10:22
Sabiq prokuror vəfat etdi - Foto
Bu gün, 10:13
İrəvan Bakı əleyhinə müttəfiqləri ilə pıçıldaşır - NƏ BAŞ VERİR?
Bu gün, 10:11
Bakı "Səmaaltı İmperiya"nın mühüm strateji tərəfdaşı oldu - İNCƏLƏMƏ
Bu gün, 09:58
Nizami rayonunda NƏ NİZAM VAR... NƏ DƏ İNTİZAM... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:56
Ronaldo İrəvana gəldi: Yeniyetmə qız polis səddini aşaraq onun qaldığı otelə girdi və... - VİDEO
Bu gün, 09:46
Məmur arvadını və ustanı öldürən ömürlük məhkum qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 09:43
Rusiyadakı azərbaycanlıların nəzərinə! - 5 gün qalıb, deportasiya oluna bilərsiniz
Bu gün, 09:40
Çin dünyaya meydan oxuyur - Hərbi ekspert
Bu gün, 09:38
“Sərdar Cəlaloğlu bizdən intiqam almaq istəyirdi” – Mütəllim Rəhimli
Bu gün, 09:33
"Belə bir hal qətiyyən ola bilməz"
Bu gün, 09:27
Rusiyadan Qarabağ ermənilərinə təklif: Bunun müqabilində Ukraynaya qarşı döyüşürlər - “Hraparak”
Bu gün, 09:23
12 partiya “boş hesabat”a görə kənarda qalıb - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Lahıc”da vətəndaşa məxsus yaşayış evi söküləcək
Bu gün, 09:15
“Makronun ordusu” Azərbaycan sərhədində qalır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:07
Bankların keşbek faizləri niyə azalır? - AKTUAL
Bu gün, 09:05
Emin Əmrullayevin nazirliyi artıq məhkəmələri də saymır... - MALƏSƏF...
Bu gün, 09:02
Hippokrat andına və insanlığa tüpürüb 2-ci qrup əlili ÖLÜMƏ TƏRK ETDİLƏR... - AXI NİYƏ?
Bu gün, 08:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru