“Şahdağ”a aparan yolda haqqı yeyilən kəndlilər... - PROBLEM
Tarix: 28-11-2014, 17:23 | Çap et
 “Torpaqlarımız yola düşüb - Qusardan “Şahdağ”a çəkilən yola... Torpaqları götürüblər, yol tikilib, çoxdan istifadəyə də verilib. Bəs o yola düşən torpaqların kompensasiyasını kim ödəyəcək?..”
Qusarın Əniğ kəndinin sakini Ruslan İbrahimov iki il əvvəl qanuni aldığı 16 sot torpaqda ev tikməyə yenicə başlayır ki, bir də görür, əraziyə texnikalar gətirildi. Fəhlələr töküldü və başladılar ərazini eskavatorla qazmağa. Maraqlanır ki, nə işdir, nə məsələdir? Deyirlər, ərazidən yol keçəcək – turistləri Qusardan “Şahdağ” Qış- Yay Olimpiya Kompleksinə aparan magistral yol...
HƏLƏ DƏ ŞİRKƏTİ AXTARIR
“Dedim, bu torpaq sənədlə mənim şəxsi istifadəmdədir, mülkiyyətimdir. Mən burda ev tikirəm, bunun kompensasiyasını kim ödəyəcək? Dedilər, get bir akt tərtib elə, bələdiyyə, icra hakimiyyəti təsdiqləsin, aparaq verək Bakıya, kompensasiyanı ödəsinlər. Dedikləri kimi də etdim”.
Ruslan İbrahimov tələb olunan sənədləri toplayıb iş icrasına verdiyini deyir:
 Ruslan İbrahimov “Bir müddət keçdi, getdim yanına ki, məsələ nə yerdə qaldı? Dedi, sənədlər itib. Get təzədən yığ gətir”.
Deyir, sənədlər ikinci, üçüncü dəfə də toplanıb təqdim olunur, ancaq hər dəfə də “itir”. Torpağı əlindən çıxmış kəndli qərara gəlir ki, özü şirkətin yerini araşdırıb tapsın və dərdini desin:
“Hərəsi bir ünvan dedi, neçə dəfə Bakıya gedib-gəldim. Hər dəfə də verdikləri ünvan səhv çıxırdı. Başa düşdüm ki, məqsədləri məni bezdirməkdir - yorulub oturub bir tərəfdə, daha gerisinə getməyim”.
ŞİRKƏTDƏN: “BİZ YOL ÇƏKMİRİK, TEXNİKA SATIRIQ”
Ay yarım əvvəl Ruslan İbrahimov Qusar məhkəməsinə üz tutub. Məhkəmədə ona iddia ərizəsində tikinti aparan şirkətin hüquqi ünvanını qeyd etməyi tapşırıblar:
“Yolu “Aztexnika” MMC çəkirdi. Mən isə bu şirkətin ünvanını tapa bilmirəm”.
Əniğdə torpaq sahəsi yol layihəsinə düşən təkcə Ruslan İbrahimov deyil. Daha bir neçə kəndli də əldən çıxmış torpaqlara görə kimə, hansı ünvana üz tutacaqlarını bilmir.
Qonşu kənddə - Zindanmuruğda isə torpaqları yol layihəsinə düşən mülkiyyətçilər daha çoxdur. Zindanmuruğlu Rəhman Süleymanov:
“Yol çəkilib, istifadəyə verilib. Mənimsə səkkiz sot torpağımın kompensasiyası hələ də ödənilməyib. İcra hakimiyyəti deyir bizlik deyil, bələdiyyə də eyni sözü deyir. Yolu çəkənlər də deyirlər get hökumətdən tələb elə. Məgər yolu çəkən hökumət deyil ki? İş orasındadır ki, heç bunu da bilmirik”.
“Aztexnika MMC” rəsmi saytında qeyd olunur ki, şirkət əsasən nəqliyyat, inşaat, yol tikintisi sektorları üzrə dünyada aparıcı şirkətlərin Azərbaycandakı eksklüziv təmsilçisi kimi fəaliyyət göstərir. Şirkətin əməkdaşı Xəqani Bayramov isə deyir ki, onlar yol çəkmirlər, texnika satışı ilə məşğul olurlar:
“Bizim şirkət yalnız texnika satışı ilə məşğuldur. Yol çəkilişi işinə baxmırıq axı... Dediyiniz hansı rayondur?
- Qusarın Əniğ və Zindanmuruğ kəndləri...
- O tərəflərdən ümumiyyətlə sifarişimiz olmayıb...”
KOMPENSASİYANI KİM ÖDƏMƏLİDİR?
Qusar rayon icra hakimiyyətindən bildiriblər ki, kompensasiya Nazirlər Kabineti tərəfindən müəyyənləşməlidir. Sakinlər də həmin quruma müraciət etməlidilər.
Hüquqşünas Namizəd Səfərov isə bu məsələnin yalnız hüquq müstəvisində həllini görür. O, sakinlərə əlaqədar dövlət qurumlarına sorğular göndərməyi, aldıqları cavablar əsasında inzibati məhkəməyə müraciət etməyi məsləhət görür.
В«ŞahdağВ» Qış-Yay Turizm Kompleksi bu sahənin ən iri layihələrdən sayılır. Kompleks iki min qırxbeş hektardan çox sahəni əhatə edir. Plana görə, tikinti dörd mərhələdə aparılmalı və 8-10 ilə başa çatdırılmalıdır. İnşaat işlərini yerli və xarici şirkətlər gerçəkləşdirir. Bütövlükdə iki milyard avroluq kompleksin bir bölümü artıq istifadəyə verilib. Bu məbləğin dörd yüz milyonunu Azərbaycan dövlətinin, qalan vəsaiti özəl investorların yatırmalıdır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məsud Əfəndiyev müşavir təyin olundu - FOTO
Bu gün, 16:30 |
|
|
|
• “50 manata görə “Lukoil”in keçmiş filial müdiri də müraciət edib” - REALLIQ
Bu gün, 15:17 |
|
|
|
• Naxçıvanda təmirə ehtiyacı olan neçə məktəb var? - AÇIQLAMA
Bu gün, 15:15 |
|
|
|
• Xalq artisti Əməkdar artisti polisə verdi - BUNA GÖRƏ...
Bu gün, 15:12 |
|
|
|
• Azərbaycanda kartof “böhranı” – Səbəb nədir?
Bu gün, 13:06 |
|
|
|
• "AzDrama"da dava, istintaq, HÜCUM! – Xalq artisti Əli Nur hər şeyi etiraf etdi
Bu gün, 13:03 |
|
|
|
• Zeynəb Xanlarovanın adından dələduzluq - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:48 |
|
|
|
• "Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
Bu gün, 12:44 |
|
|
|
• Bakı rus turistlər üçün niyə cazibəsini itirib? - SƏBƏBLƏRİ
Bu gün, 12:37 |
|
|
|
• Elgün 5-ci mərtəbədən yıxılıb ölüb - Prokurorluqdan RƏSMİ AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Yalan iddialara gerçək cavab: Ərdoğan Laçında kimlərin səsini kəsdi?! - AKTUAL
Bu gün, 12:31 |
|
|
|
• Paytaxtda kommunal layihənin uğurlu tətbiqi davam edir - FOTO
Bu gün, 12:29 |
|
|
|
• “Azərkosmos”un gəlirləri azaldı
Bu gün, 12:14 |
|
|
|
• “Bank of Baku”nun İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:11 |
|
|
|
• Xındırıstanda abadlıq işləri təxirə salındı - 298 MİNLİK TENDERƏ “STOP”
Bu gün, 12:07 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Bu gün, 12:01 |
|
|
|
• "Xaçmaz Aqropark" ləğv olunur
Bu gün, 11:51 |
|
|
|
• Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı gizlədilən məqamlar - DOSYE və ŞOK DETALLAR
Bu gün, 11:47 |
|
|
|
• "Qanunsuz şəkildə mənim müraciətim rədd edildi" - NARAZILIQ VAR...
Bu gün, 11:45 |
|
|
|
• Məşhur istirahət mərkəzi bağlandı - Fantastik qiymətə satışa çıxarıldı
Bu gün, 11:40 |
|
|
|
• Azərbaycan Ordusu atəş açmayıb, qarşı tərəfin yaydığı məlumat növbəti dezinformasiyadır - Müdafiə Nazirliyi
Bu gün, 11:38 |
|
|
|
• “Kreml yetkililəri sadəcə keçmiş müttəfiqlərinə təzyiq göstərmək üçün SSRİ haqda öz yuxularını danışırlar...”
Bu gün, 11:29 |
|
|
|
• Deputatdan təklif: AXC tərəfindən İrəvanın Ermənistana verilməsini pisləyən Milli Məclisin qərarı qəbul edilsin - SƏNƏDLƏR
Bu gün, 11:26 |
|
|
|
• Rövşən Qurbanov həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 11:24 |
|
|
|
• “Tiktok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 11:22 |
|
|
|
• Toyda Xatuna qarşı TƏXRİBAT: - Bunun arxasında hansı müğənni DAYANIB?
Bu gün, 11:20 |
|
|
|
• Rauf Vəliyevin QSC-si buna görə cərimələnə bilər – DETALLAR
Bu gün, 11:17 |
|
|
|
• Goranboyda TƏBİB MÖCÜZƏSİ: Bir `sehirli` əllə diş texniki həkim oldu... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:10 |
|
|
|
• Qadın sevgilisinin evinə gəldi, arvadını və qızını döydü - TƏFƏRRÜAT
Bu gün, 11:05 |
|
|
|
• Laçından verilən mesajların şifrələri: “Hamı öz payını götürdü” - AKTUAL
Bu gün, 11:04 |
|
|
|
• “Baker Tilly Azərbaycan”ın rəhbərliyində təyinat - BUNDAN SONRA...
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycanda müəllimlər avtobusda saçyolduya çıxdılar - TƏFƏRRÜAT
Bu gün, 10:54 |
|
|
|
• Belqradda azərbaycanlı qadını maşın vurdu, ayağı qopdu - FOTO
Bu gün, 10:52 |
|
|
|
• Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı - 11 ilə kimi həbs!
Bu gün, 10:47 |
|
|
|
• “AccessBank”dan müştəriləri narazı salan addım - Depozit faizlərini endirdi
Bu gün, 10:31 |
|
|
|
• "Hakim Şahin Yusifov ödənilən pulun 4997 manatını oğurlayaraq, oğluma 3 il iş verdi" - İTTİHAM VAR...
Bu gün, 10:29 |
|
|
|
• "Gəncə Cihazqayırma Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:14 |
|
|
|
• Elbrus Paşayev iki yüz minlik “Lexus”u hansı məqsədlərlə alır - İLGİNC FAKTLAR...
Bu gün, 10:13 |
|
|
|
• ABŞ-dən Türkiyəyə AĞIR ZƏRBƏ - Gərginlik artdı, yaxın günlərdə...
Bu gün, 10:00 |
|
|
|
• Paşinyanın yerinə namizəd olan “FSB” agenti Moskvaya məsləhətləşməyə getdi... —Mayın 31-də qayıdacaq...
Bu gün, 09:49 |
|
|
|
• Rüşvət alan sabiq müstəntiq və zabitlə bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 09:47 |
|
|
|
• Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparılır
Bu gün, 09:42 |
|
|
|
• Lisey və gimnaziyalarla bağlı qərar ləğv olundu: - bu siniflərə qəbula İCAZƏ VERİLDİ
Bu gün, 09:36 |
|
|
|
• Şagirdlərin ağzını "skoç"layan müəllimlə bağlı araşdırılma aparılır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:30 |
|
|
|
• "Sabunçu Tikinti-Quraşdırma" səhmdarlarını yığıncağa dəvət edir
Bu gün, 09:26 |
|
|
|
• Komandir cinayət işini bağlatmaq istədi: 150 minlik tələyə düşdü - İLGİNC FAKTLAR...
Bu gün, 09:05 |
|
|
|
• Antalyada bıçaqlanan Araz Musayevlə bağlı İLGİNC FAKTLAR - TƏFƏRRÜAT
Bu gün, 09:02 |
|
|
|
• Yasamalda səkilər BAZARA ÇEVRİLİB - Yetim piyada quş olub uçmalıdır...
Bu gün, 08:46 |
|
|
|
• KAPİTAL BANK müştərini rəsmən soyur - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:40 |
|
|
|
|