Ermənistanın nəqliyyat və kommunikasiya naziri David Xudatyan Daşkənddə Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə Cənubi Qafqaz regionunda sülh və sabitliyin qurulması prosesini müzakirə edib.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, görüş Özbəkistanın paytaxtında keçirilən Transxəzər nəqliyyat dəhlizi və kommunikasiyaları üzrə İnvestorlar Konfransı çərçivəsində baş tutub.
M.Kos regionda sülh və sabitliyin bərqərar olması üçün atılan addımları alqışlayıb.
Tərəflər, həmçinin Ermənistanın infrastruktur layihələrində Aİ-nin daha fəal iştirakı məsələlərini müzakirə ediblər.










