Ermənilərlə azərbaycanlılar arasında dialoq ritorikanı dəyişməyə yönəlib.
Musavat.com "news.am"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, iki ekspert görüşü 37 illik münaqişənin bütün problemlərini həll edə bilməz.
O əlavə edib ki, dəyişikliklərin baş verməsi üçün proses olmalıdır.
“Dialoqun olmaması o deməkdir ki, ermənilər Azərbaycanda müəyyən dairələrin ritorikasında, azərbaycanlılar isə Ermənistandakı müəyyən dairələrin ritorikasında, öz qiymətləndirmələrində dəyişkən heç nə görmürlər”, - Paşinyan qeyd edib.









