Əsas Səhifə > Güney Press > Erməni nazir Aİ komissarı ilə regionda sabitliyin bərqərar olması prosesini müzakirə edib

Erməni nazir Aİ komissarı ilə regionda sabitliyin bərqərar olması prosesini müzakirə edib


Dünən, 16:56

Ermənistanın nəqliyyat və kommunikasiya naziri David Xudatyan Daşkənddə Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə Cənubi Qafqaz regionunda sülh və sabitliyin qurulması prosesini müzakirə edib.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, görüş Özbəkistanın paytaxtında keçirilən Transxəzər nəqliyyat dəhlizi və kommunikasiyaları üzrə İnvestorlar Konfransı çərçivəsində baş tutub.

M.Kos regionda sülh və sabitliyin bərqərar olması üçün atılan addımları alqışlayıb.

Tərəflər, həmçinin Ermənistanın infrastruktur layihələrində Aİ-nin daha fəal iştirakı məsələlərini müzakirə ediblər.


Geri qayıt