Putinə görə Bişkekdəki Ukrayna Səfirliyi “gizlədilib”? .....                     Ucar RİH abadlıq işləri ilə bağlı tender keçirmədən ödəniş etdi .....                     Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb .....                     Putin Ermənistanın KTMT-yə münasibətindən danışıb .....                     "Mədəniyyət Nazirliyində bu qədər geniş səlahiyyəti sizə kim verib?" .....                     "“Meqa Sığorta” ASC media nümayəndəsinin başına bu oyunu açırsa..." .....                     Bakıdakı maşın bazarı söküləcək? .....                     Sabiq nazir İpoteka və Kredit Zəmanət Fondundan tender uddu .....                     İki görüş 37 illik münaqişəni həll edə bilməz .....                     “Nar” daha bir abunəçisini “Haval H6 Ultra” avtomobili ilə sevindirdi .....                     Bu gün SSRİ, sabah Ermənistan .....                     Son müharibə üçün dəqiqələri sayırıq, məhv etmədən dayanmayacağıq .....                     Erməni nazir Aİ komissarı ilə regionda sabitliyin bərqərar olması prosesini müzakirə edib .....                     Kitabxanalardan istifadə pullu olub? .....                     Ədliyyədə kadr təmizliyi başladı .....                     Azərbaycanda azyaşlıları ibadətə cəlb edən .....                     Bakıda iki övladı olan ana EVDƏN qaçdı, uşağı isə məktəbdən APARILDI .....                     "Anamızın müalicə xərclərini etdirə bilməmək bizə çox ağır gəlir" .....                     Nazirliyin qrant ayırdığı özəl uşaq bağçaları qiymətləri ARTIRDI .....                     AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib .....                     "Ukrayna təslim olarsa, növbəti hədəf NATO olacaq" .....                     "Yeni bir Amerika ixtira etməyə ehtiyac yoxdur" .....                     "Anglo Asian Mining" Britaniya şirkətinə satıla bilər .....                     Azərbaycanda toyuq əti və yumurta BAHALAŞIB .....                     İş xanımı Mahirə Əsədova Robert Eyyubovla yaşanan qalmaqaldan danışdı .....                     Quba Xəstəxanasında böyük maliyyə itkisi: 500 min hara yoxa çıxıb? .....                     Gürcüstanı təhdid etdilər .....                     İki məşhur hospitalla bağlı ağır ittiham .....                     AQTİ-də qalmaqal: Departamentin müdiri işdən çıxarılıb? .....                     “Verilişin dayandırılmasında hansısa tapşırıqdan söhbət gedə bilməz” .....                     Bankdan BOKT-nin rəhbərliyinə transfer oldu .....                     Borcumuzu təxirə sala bilərik .....                     Nazir bu idarəyə yeni rəis təyin etdi .....                     Orta pensiyanı artıran keçmiş nazirlərin pulu imiş .....                     Adolf Hitler beşinci dəfə qalib gəldi .....                     `XƏZƏR TV` belə izah edir ki... .....                     Bakıda məşhur biznesmenin evində qətl: "Qatil onu zorlamışdı?..." .....                     Ermənilərlə azərbaycanlılar arasında dialoq ritorikanı dəyişdirmək məqsədi daşıyır .....                     "Bu, Ramiz Mehdiyevin müxalifətlə işbirliyinin bariz sübutudur" .....                     Rusiya dronuna qarşı “bron” göndərən .....                 

Bakıda iki övladı olan ana EVDƏN qaçdı, uşağı isə məktəbdən APARILDI – Könül Qasımova onları niyə GİZLƏDİR?
Tarix: Dünən, 16:44 | Çap et

Azərbaycanda həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalan Abşeron sakini Kamilə Hüseynli sığınacağa yerləşdirilib. İki azyaşlı övladı olan Kamilə Hüseynli həyat yoldaşı Məhəmməd Hüseynli tərəfindən döyüldükdən sonra evdən qaçmağa məcbur qalıb.

“Toxunmayın, özüm gəlib başını kəsəcəm...”

Qadın iki gün Xırdalan parkında gecələdikdən sonra təhlükəsizliyi üçün sığınacağa qəbul edilib. Hadisəyə səbəb kimi Kamilə Hüseynlinin keçmiş sevgilisinin onun bank kartına pul göndərməsi və ərinin bunu öyrənməsi olub.

Bizim.Media-ya bununla bağlı müraciət edən Kamilə Hüseynlinin qayınanası Həyat Hüseynova bildirib ki, iki aya yaxındır, nə gəlindən, nə də nəvəsindən xəbər ala bilir:

“Oğlumla Kamilə 7 ildir evlidirlər, 6 və 3 yaşında iki qızları var. Birgə yaşayırıq. Gəlnimdən çox razıyam. Hər ailədə söz-söhbət, mübahisə olur. Onların da ailəsində ara-sıra mübahisələr olub. Amma oğlum ona əl qaldırmayıb. İlk dəfədir belə bir hadisə baş verdi.

Mən onun hərəkətinə haqq qazandırmıram, amma kişi xeylağıdır, kim olsa əsəbləşərdi. Oğlum gəlinin telefonuna baxanda görüb ki, onun bank kartına pul köçürülüb. Qızı bizdən əvvəl bir oğlan istəyirdi, amma qismət elə gətirdi ki, oğlumla ailə qurdular. Bu hadisəni görən oğlumun ürəyinə şübhə düşüb və aydınlaşdıranda məlum olub ki, kart qızın keçmiş sevgilisinin adınadır. Məhəmməd özündən ixtiyarsız gəlinə bir-iki şillə vurdu.


Mən mübahisələrinə müdaxilə edərək aranı sakitləşdirməyə çalışdım. Gəlin otağına girib qapını qıfılladı. Qorxdum ki, özünə zərər verə bilər. İsrarla qapını açmasını istədim. Qapını açanda pampersin içində gizlətdiyi sənədlərini gördüm. “Evdən gedirsən?” deyə soruşdum, amma dillənmədi.

Oğlum məsələni qızın atasına danışdı, o da “Toxunmayın, özüm gəlib başını kəsəcəm” dedi. Bunu eşidən gəlin dərhal qapıdan çıxıb qaçdı. Günlərlə axtarsaq da, onu tapa bilmədik”.

Məgər sığınacaqda ona bizdən yaxşı baxacaqlar?

Həyat Hüseynova bildirib ki, gəlinin atası polisə müraciət etdikdən sonra ondan xəbər almaq mümkün olub:

“Bacısına zəng edib deyib ki, atama çatdırın, evinə getsin, mən sığınacaqdayam və qayıtmaq fikrim yoxdur. Gəlinin atası qızı ilə bağlı Amil Xəlilinin “Gəl danış” verilişinə çıxmışdı. Biz də həmin verilişə dəvət olunmuşduq. Orada öyrəndik ki, gəlin Könül Qasımovanın rəhbərlik etdiyi “Sevgi Evi” sığınacağındadır. Çünki verilişdən sonra elə həmin sığınacağa gedib.


Biz onu verilişdə tanımadıq – fikirləri tamamilə dəyişmişdi və bizə qarşı aqressiv davranırdı. Hər insan səhv edə bilər. O da, oğlum da səhv edib. Amma biz Kamiləni bağışlamışıq və onun evə qayıtmasını istəyirik. Anlamıram, əri, atası, qalacağı evi olduğu halda niyə gedib sığınacaqda qalmalıdır? Məgər sığınacaqda ona bizdən yaxşı baxacaqlar?

Niyə aidiyyəti qurumlar barışdırıcı mövqe tutmur? Onlar ailənin dağılmasını istəyirlər? Əsəbiləşib, ilk dəfə əl qaldırıb. Deyirlər ki, guya oğlum onu dəfələrlə döyüb, hətta mənə də əl qaldırıb. Elə deyil, o, sadəcə qısqancdır, gəlini tək heç yerə buraxmayıb, lazım olanda özü aparıb-gətirib. Amma ona fiziki şiddət göstərməyib, uşaqlarına da göz bəbəyi kimi baxıb”.

“Nəvəmi xəbər etmədən məktəbdən aparıblar”

Ay yarımdır nəvəsindən xəbər ala bilməyən Həyat Hüseynova məsələ ilə bağlı narazılığını ifadə edib. O, bildirib ki, gəlin evdən qaçdıqdan sonra nəvəsini də onlara xəbər vermədən məktəbdən aparıblar:

“Nəvələrim heç vaxt fiziki və ya psixoloji təzyiq görməyib. Gəlin gedəndən sonra mən nəvəni məktəbə aparıb gətirirdim. Götürməyə gedəndə gördüm ki, uşağı çıxarmayıblar. Müəlliməsindən soruşdum, dedi ki, anası, sığınacaq rəhbəri Könül Qasımova və Abşeron Rayon İcra Hakimiyyətindən nümayəndə uşağı apardı.

Atasına məlumat verilmədən niyə uşağı aparırlar?

İki aya yaxındır nəvəmin həsrətindəyik, onu bizə göstərmirlər. Könül Qasımova ilə dəfələrlə danışmışıq, “mənim sığınacağımda yoxdular” deyir. Halbuki uşağın foto və videolarını öz səhifəsində paylaşır. Biz düşmənik məgər? Uşağı atasından, nənəsindən niyə ayırırlar? Niyə bizi görüşdürmürlər? Uşağı və gəlini məqsədli şəkildə bizdən soyudurlar”.

“Ailə qadını döyüb, başını kəsmək istəyib”

Məsələ ilə bağlı “Sevgi Uşaq Evi” sığınacağının rəhbəri Könül Qasımova bildirib ki, Kamilə Hüseynli və onun azyaşlı övladı hazırda onun sığınacağında deyil:

“O məsələ ilə Daxili İşlər Nazirliyi, Binəqədi rayon məhkəməsi və Abşeron Rayon İcra Hakimiyyəti məşğuldur. Əvvəl mənim sığınacağımda idilər, sonradan başqa sığınacağa getdilər. Əgər xanım qorunma ilə gəlibsə, başqa sığınacağa gedibsə, mən heç nəyə qarışa bilmərəm. Ailə qadını döyüb, başını kəsmək istəyib. Xanım da dövlətdən mühafizə istəyib və ona mühafizə orderi verilib. Harda olduğu barədə məlumatım yoxdur,” — deyə Könül Qasımova əlavə edib.

Qeyd edək ki, “Sevgi Uşaq Evi” sığınacağının İnstaqram səhifəsində Həyat Hüseynovanın nəvəsinin foto və videoları paylaşılır. Hansı ki, Könül Qasımova saytımıza danışarkən Kamilə Hüseynlinin və onun məktəbli övladının onun sığınacağında olmadığını, hətta hər ikisindən xəbərsiz olduğunu açıqlayıb.

“Fiziki zorakılığın izi yoxdur”

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükufə Məmmədovanın açıqlaması isə belə olub:

“Kamilə Hüseynli və onun azyaşlı övladları ilə bağlı məlumatlar üzrə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlarla birgə zəruri sosial-psixoloji tədbirlər həyata keçirilib.

Ümumillikdə Kamilə Hüseynlinin və hal-hazırda himayəsində olan övladının verdiyi izahatlar ilkin məlumat xarakteri daşıyır. Verilən məlumatların həqiqiliyinə dair yekun qiymətləndirmə yalnız istintaq və məhkəmə orqanlarının səlahiyyətindədir.

O cümlədən, fiziki zorakılıq izinin qeydə alınmaması psixoloji zorakılıq, təhdid və ailə daxilində gərginliyin mövcud olmadığını göstərmir. Məişət zorakılığı hallarında fiziki izlərin olmaması geniş yayılmış praktikadır. Kamilə Hüseynli və övladının müvəqqəti yerləşdiyi sığınacaq müvəqqəti sosial xidmət müəssisəsi olsa da, qadının və azyaşlı uşağının tam təhlükəsizliyi təmin edilib”.

Açıqlamada qeyd olunub ki, uşağın təhsildən kənarda qalmasına yol verilməyib və azyaşlının təhsil hüququ tam qorunub.

Dərslərə onlayn şəkildə qoşulması təmin edilib və davamiyyət üzrə mütəmadi monitorinq aparılır:

“Abşeron Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən Kamilə Hüseynli və sığınacaq rəhbərliyi ilə dəfələrlə əlaqə saxlanılıb, ailədaxili münasibətlərdə barışdırıcı mövqe göstərilib, lakin K.Hüseynli həyat yoldaşı ilə ünsiyyətdən tamamilə imtina edib. Hazırda uşağın atası və digər ailə üzvləri ilə görüşü yalnız psixoloqun rəyinə əsasən tənzimlənir.

Sığınacaq tərəfindən dəvət edilmiş psixoloqun həyata keçirdiyi psixoloji müayinənin rəsmi nəticələrinə əsasən uşaqda atası ilə münasibət zamanı təşviş, səslərə qarşı həssaslıq, ayrılıq narahtlığı, emosional gərginlik kimi əlamətlər mövcuddur. Bu səbəbdən psixoloji sabitliyin bərpası dövründə görüşlərin müvəqqəti məhdudlaşdırılması mütəxəssis qərarıdır. Bu addım cəza xarakteri daşımır, yalnız uşağın mənafeyinə yönəlmişdir.

Gələcəkdə azyaşlının psixoloji durumuna əsasən psixoloqun iştirakı ilə görüş mexanizmi tətbiq oluna bilər. Qeyd edilən bütün tədbirlər uşaq hüquqlarının qorunması, təhlükəizlik və sosial psinsiplər əsasında həyata keçirilir. Yekun hüquqi qərarlar isə aidiyyəti istintaq və məhkəmə orqanları tərəfindən verilir”.

Barəsində cinayət işi açılan Könül Qasımovanın sığınacağı fəaliyyətdədir?

Xatırladaq ki, Könül Qasımova azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan “Sevgi evi” sığınacağının rəhbəridir.

Belə ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən sığınacağın rəhbəri Könül Qasımova barədə cinayət işi açılıb və araşdırma aparılırdı.

İyun ayında isə qalmaqalı olayla gündəmə gələn “Sevgi evi”nin müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına təhvil verildiyi bildirilmişdi.

Qeyd edək ki, “Sevgi evi” Uşaq sığınacağında baş verənlərlə bağlı istintaq yekunlaşıb və iş materialları məhkəməyə göndərilib. Amma qapadılması barədə qərar verilən sığınacaq fəaliyyətdədir. Bu günə qədər nə aidiyyəti məhkəmənin nəticələri açıqlanıb, nə barəsində cinayət işi açılan Könül Qasımova ilə bağlı qərar verilib, nə də sözügedən sığınacağın fəaliyyəti məhdudlaşıb.

Könül Qasımova Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımovun qızıdır.

Mövzunu diqqətdə saxlayacağıq...

Bizim.Media











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putinə görə Bişkekdəki Ukrayna Səfirliyi “gizlədilib”? - FOTO
Dünən, 17:56
Ucar RİH abadlıq işləri ilə bağlı tender keçirmədən ödəniş etdi - AXI NİYƏ?
Dünən, 17:43
Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb - Rusiya Prezidenti
Dünən, 17:36
Putin Ermənistanın KTMT-yə münasibətindən danışıb - Bu, onların seçimidir, biz təmasdayıq
Dünən, 17:35
"Mədəniyyət Nazirliyində bu qədər geniş səlahiyyəti sizə kim verib?" - QALMAQAL
Dünən, 17:28
"“Meqa Sığorta” ASC media nümayəndəsinin başına bu oyunu açırsa..." - BU NƏDİ BELƏ?
Dünən, 17:24
Bakıdakı maşın bazarı söküləcək? - AÇIQLAMA
Dünən, 17:19
Sabiq nazir İpoteka və Kredit Zəmanət Fondundan tender uddu
Dünən, 17:14
İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan belə deyir
Dünən, 17:10
“Nar” daha bir abunəçisini “Haval H6 Ultra” avtomobili ilə sevindirdi - FOTO
Dünən, 17:02
Bu gün SSRİ, sabah Ermənistan – Sabiq deputatın reaksiyası müzakirə yaratdı
Dünən, 17:01
Son müharibə üçün dəqiqələri sayırıq, məhv etmədən dayanmayacağıq - SEPAH
Dünən, 16:59
Erməni nazir Aİ komissarı ilə regionda sabitliyin bərqərar olması prosesini müzakirə edib - KİV
Dünən, 16:56
Kitabxanalardan istifadə pullu olub?
Dünən, 16:54
Ədliyyədə kadr təmizliyi başladı -RƏY
Dünən, 16:49
Azərbaycanda azyaşlıları ibadətə cəlb edən AXUND CƏRİMƏLƏNDİ
Dünən, 16:45
Bakıda iki övladı olan ana EVDƏN qaçdı, uşağı isə məktəbdən APARILDI – Könül Qasımova onları niyə GİZLƏDİR?
Dünən, 16:44
"Anamızın müalicə xərclərini etdirə bilməmək bizə çox ağır gəlir" - MÜRACİƏT
Dünən, 16:42
Nazirliyin qrant ayırdığı özəl uşaq bağçaları qiymətləri ARTIRDI – YENİ MƏBLƏĞLƏR
Dünən, 16:21
AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Dünən, 16:13
"Ukrayna təslim olarsa, növbəti hədəf NATO olacaq" - Harri Kasparov
Dünən, 16:07
"Yeni bir Amerika ixtira etməyə ehtiyac yoxdur" - Deputatdan metroda yeni ödəniş üsuluna ETİRAZ
Dünən, 16:04
"Anglo Asian Mining" Britaniya şirkətinə satıla bilər
Dünən, 16:01
Azərbaycanda toyuq əti və yumurta BAHALAŞIB - YENİ QİYMƏTLƏR...
Dünən, 15:43
İş xanımı Mahirə Əsədova Robert Eyyubovla yaşanan qalmaqaldan danışdı -ŞOK FAKTLAR-VİDEO
Dünən, 15:39
Quba Xəstəxanasında böyük maliyyə itkisi: 500 min hara yoxa çıxıb? - İTTİHAM VAR...
Dünən, 15:33
Gürcüstanı təhdid etdilər - Dosye bağlanır
Dünən, 15:26
İki məşhur hospitalla bağlı ağır ittiham – Xəstənin ölümünə həkim səhlənkarlığı səbəb olub?
Dünən, 15:24
AQTİ-də qalmaqal: Departamentin müdiri işdən çıxarılıb? – FOTO
Dünən, 15:21
“Verilişin dayandırılmasında hansısa tapşırıqdan söhbət gedə bilməz” -AÇIQLAMA
Dünən, 15:18
Bankdan BOKT-nin rəhbərliyinə transfer oldu - BUNDAN SONRA...
Dünən, 15:15
Borcumuzu təxirə sala bilərik - NECƏ?
Dünən, 15:13
Nazir bu idarəyə yeni rəis təyin etdi - ƏMR
Dünən, 15:10
Orta pensiyanı artıran keçmiş nazirlərin pulu imiş - AÇIQLAMA
Dünən, 15:04
Adolf Hitler beşinci dəfə qalib gəldi
Dünən, 15:00
`XƏZƏR TV` belə izah edir ki... - AÇIQLAMA
Dünən, 14:53
Bakıda məşhur biznesmenin evində qətl: "Qatil onu zorlamışdı?..." - ŞOK DETALLAR
Dünən, 14:44
Ermənilərlə azərbaycanlılar arasında dialoq ritorikanı dəyişdirmək məqsədi daşıyır - Paşinyan
Dünən, 14:40
"Bu, Ramiz Mehdiyevin müxalifətlə işbirliyinin bariz sübutudur" - İLGİNC İDDİA
Dünən, 14:28
Rusiya dronuna qarşı “bron” göndərən – rus Vornikin şirkəti milyonlar qazanır
Dünən, 14:25
Paşinyan qarşıdakı seçkilərdə Baş nazir vəzifəsinə namizəd olacağını bildirib - “news.am”
Dünən, 14:19
Keçmiş nazirin oğlu bir gündə iki tenderin qalibi olub - “Saffari” sərgüzəştləri
Dünən, 13:27
Bakıda SSRİ bayrağı qaldıranların arxasında vəzifəli şəxslər də dayanır! - ŞOK AÇIQLAMA
Dünən, 13:21
Səidə Bəkirqızı xəstəxanaya yerləşdirildi - vəziyyəti qənaətbəxş deyil
Dünən, 13:19
“Ramada Plaza” müştərilərinə “atıb” - "...təmir bir neçə il çəkdi"
Dünən, 13:12
Bu, deputatın qızı deyilsə, bəs, kimdir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:06
Krım körpüsünü partladan 3 erməni və daha 5 nəfər ömürlük azadlıqdan məhrum edilib - TASS
Dünən, 13:01
Bakı bərpa mərhələsində iştirak edəcək, ancaq HƏMAS-ın tərksilahı missiyasında yox
Dünən, 13:00
Azər Badamovun Rusiyaya girişinə qadağa ləğv edilib? - AÇIQLAMA
Dünən, 12:58
DSMF 14 ədəd xidməti minik avtomobili alacaq
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru