Ökəmizdə şəhər mərkəzlərindən tutmuş ucqar dağ kəndlərinə qədər bütün yerlərdə müasir kitabxanalar fəaliyyət göstərir.
Son illər kitabxana üzvlərinin sayının azaldığı və üzvlüyün ödənişli olduğu deyilir.
Maraqlıdır, hazırda Bakıda fəaliyyət göstərən kitabxanaların sayı nə qədərdir, onları neçə faiz üzvü var və üzvlük ödənişlidirmi?
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq aşağıdakılar bildirilib:
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan və Bakı şəhərində fəaliyyət göstərən kütləvi kitabxanalar üzrə:
Bakı şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemləri - 75 kitabxana (filiallar daxil olmaqla); 450.870 nəfər oxucu Azərbaycan Milli Kitabxanası – 301.000 nəfər ənənəvi oxucu, 8.000.000 virtual oxucu, F.Köçərli adına Respublika Uşaq Kitabxanası – 3 filialı var, 19.818 nəfər oxucu, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası – 1 filialı var, 17.066 nəfər oxucu Respublika Gözdən Əlillər Kitabxanası – 1184 nəfər oxucu var.
Kitabxanalardan istifadə hazırda ödənişsizdir”.










