Bakıda özəl klinikada ölüm hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında “Premium Clinic”də qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Bəşirova Çimnaz Sahib qızı oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının qəfil halı pisləşib və orada dünyasını dəyişib.
Qadının ailəli olduğu bildirilir.