17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.
"Report" xəbər verir ki, 9-cu qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
"Park de Sport" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Qarşılaşmanı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək. 11 oktyabr 20:00. İsrail (U-17) - Azərbaycan (U-17) "Park de Sport" stadionu, Sen-Pol-le-Daks Baş hakim: Marius Hansen Qrotta (Norveç) Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa) Dördüncü hakim: Gillaume Paradis (Fransa)