"Rus dilini bilmək bizim həm də türk dünyası ilə əlaqələrimizi gücləndirir" .....                     Zaporojye AES: Rusiya güclənir, MAQATE kömək edir .....                     “İki aydır yumağa xalça vermişdik, çirkli formada geri qaytardılar” .....                     Hacı Qalib Qod Nisanovun adamı tərəfindən təhdid edildiyini deyir .....                     Belarus ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb .....                     Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib .....                     “Bu qolla nə işləyə, nə əlillik ala bilirəm...” .....                     "Vyetnam öz balaca ərazisində hardasa bizim qədər əhali saxlayır..." .....                     Putinin AYIQ BAŞA dediyi KEFLİ cümlələr... .....                     Ermənistanda silahlı insident olub, .....                     Gürcüstan vətəndaşı Azərbaycanda 100 min manat sərmayə ilə yeni şirkət yaradıb .....                     İctimai nəqliyyatda TRAGİKOMİK MƏNZƏRƏ .....                     Moskva Azərbaycanın tələblərini yerinə yetirir .....                     Bakıda 170 min manat nizamnamə kapitalına malik yeni şirkət yaradılıb .....                     Bu gün Beynəlxalq Qızlar Günüdür .....                     Naxçıvanda 279,2 milyon manatlıq enerji şirkəti yaradılıb .....                     Azərbaycanda fəaliyyətsiz tikiş şirkəti .....                     "Səni axtarıram" da Dilbərin axtardığı uşağın atası məmurun oğlu imiş .....                     MDB-nin gələcəyi sual altındadır .....                     General-mayor Rasim Əliyev vəfat edib .....                     MTN generalı azadlığa çıxdı .....                     “Fəxri adlar yığışdırılmalıdır, sənətə görə verilmir, efirdə məni davaya salırlar” .....                     Bakıdan Rioyadək: Azərbaycan Qlobal Cənubun geosiyasi xəritəsini necə dəyişir .....                     Azərbaycanın U-17 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək .....                     "Keçən ilin may ayından evimdə qaz yoxdur..." .....                     Putin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edib .....                     “ZAMAN NOVRUZOV BİZİ İŞSİZ QOYUB” .....                     Azərbaycanda saatlıq əməkhaqqı sistemi işə düşür? .....                     “Premium Clinic”də qadın əməliyyatdan SAĞ ÇIXMADI .....                     Azərbaycanda niyə dəniz turizmi aktuallaşmır? .....                     Bu şirkətlər Mərkəzi Bankın tender qalibləri oldu .....                     Moskva başa düşdü ki, Bakı geri çəkilmək niyyətində deyil .....                     Erməni qubernator Ordumuzu işğalçılıqda ittiham etdi .....                     Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol .....                     ABŞ Bakı və İrəvanı tələsdirir .....                     Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? .....                     Ruslar təzminat ödəyəcəksə... .....                     Hərbiyə yararsız olduğu üçün Akademiyaya qəbul etmədilər, indi isə əsgərliyə aparırlar... .....                     Avstriya İsrailin çıxarılacağı təqdirdə “Avroviziya”ya ev sahibliyi etməyəcək .....                     Ağstafa nədən nəzarətsiz qalıb ki?.. .....                 

MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
Tarix: Bu gün, 10:16 | Çap et

Azərbaycanın yaxın tarixində “MTN işi” adı ilə tanınan cinayət dosyesi illərdir gündəmdədir. Bir vaxtlar dövlətin ən güclü, ən qorxulu strukturu olan Milli Təhlükəsizlik Nazirliyi indi keçmişdə qalmış bir xatirədir. Amma məhkəmə qərarları ilə rütbələri alınmış keçmiş generalları hələ də ölkə gündəmini silkələməkdə davam edir. Bu dəfə xəbərin baş qəhrəmanı Nizami Şirinovdur. O, artıq azadlıqdadır.

Musavat.com xəbər verir ki, o, saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar azad edilib. 2021-ci ilin aprelində iki MTN generalının qandallanması ölkədə böyük rezonans doğurmuşdu.

Mövlam Şıxəliyev və Nizami Şirinov Eldar Mahmudovun yetişdirdiyi, eyni vəzifə məktəbinin keçdiyi şəxslər idi. Biri MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik edir, digəri isə İstintaq Baş İdarəsini idarə edirdi. 2015-ci ilin oktyabrında birdən Eldar Mahmudovun qurduğu ibdar sistemin sütunları çökdü. Dövlət təhlükəsizliyi adı altında illərlə insanlara qorxu aşılayan bir qurumun içindən korrupsiya, rüşvət, hədə-qorxu, qanunsuzluq dosyeləri bir-bir üzə çıxmağa başladı. Hər iki generalın işi sonradan Bakı Hərbi Məhkəməsinə göndərildi. Nizami Şirinovun cinayət işi hakim Camal Ramazanovun sədrliyi ilə araşdırıldı. İstintaq və məhkəmə sənədləri göstərdi ki, Nizami Şirinov və onunla birlikdə ittiham olunan zabitlər illərlə “himayədarlıq” mexanizmi qurublar.

Onlar MTN Akademiyasına qəbuldan tutmuş, orduda vəzifəyə təyinata qədər hər addımı pulla həll ediblər. Məhkəmədə sübuta yetirildi ki, Nizami Şirinov zərərçəkmiş şəxslərdən – Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan polkovnik Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və 50 min dollar, Rahib Ağayevdən isə 150 min dollar alıb. Bu, bir nəfərin şəxsi korrupsiyası deyildi. Bu, MTN sisteminin daxilində qurulmuş bir “qara kassa” idi. Məhkəmə onun general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərdi, 180 min manatlıq əmlakının müsadirəsinə qərar verdi.

Nizami Şirinov 8 il azadlıqdan məhrum edildi. Amma o, məhkəmə dövründə Mövlam Şıxəliyevdən fərqli bir taktika seçdi. Zərərçəkənlərə dəymiş ziyanı ödədi, üzr istədi, “peşmanam” dedi. Sonra qərarlar bir-bir yumşaldıldı.

Apellyasiya Məhkəməsi cəzanı 6 ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirdi. Və indi 2025-ci ilin payızında o artıq azad adamdır. “MTN işi”nin generallarından biri azadlığa çıxıb.

Amma eyni gündə qandallanmış digər general Mövlam Şıxəliyev hələ də 9 saylı Cəzaçəkmə müəssisəsində azadlıqdan uzaqdır. Qarşıda 8 il cəza müddəti var.

Onun işi Azərbaycan məhkəmə tarixinin ən ağır korrupsiya işlərindən biri kimi yadda qaldı.

İstintaq müəyyən etdi ki, Mövlam Şıxəliyev və mütəşəkkil dəstəsi 14 milyon 292 min manat məbləğində rüşvət, 5 milyon 77 min manat isə hədə-qorxu ilə əldə edib.

Üstəlik, o, sübutları saxtalaşdırıb, səlahiyyətlərini aşıb, zərərçəkmişlərə bir qəpik də qaytarmayıb. Bakı Hərbi Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Mövlam Şıxəliyevə 12 il azadlıqdan məhrumetmə cəzası kəsdi.

Rütbəsi, ordenləri, medalları əlindən alındı. Prezident İlham Əliyev onun general-mayor ali hərbi rütbəsindən və “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” orden və medallarından məhrum edilməsi barədə sərəncam imzaladı.

Ali Məhkəmə onun kassasiya şikayətini təmin etmədi.Və bu gün Mövlam Şıxəliyev hələ də dəmir barmaqlıqlar arxasındadır. 2015-ci ildə MTN ləğv olundu, onun yerində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradıldı. Bu, dövlətin köhnə sistemlə vidalaşma qərarı idi.

Amma MTN-dən qalan kölgələr, korrupsiya və qorxu mirası hələ də yaddaşlardan silinməyib. Nizami Şirinov və Mövlam Şıxəliyev dosyeləri həmin kölgələrin ən real xatırlatmasıdır.

Biri azadlıqda nəfəs alır, digəri hələ də dəmir qapılar arxasında saniyələri, dəqiqələri, saatları və günləri sayır.

Bu iki ad indi tarixin eyni səhifəsindədir. Biri tövbənin, digəri təkəbbürün simvolu kimi yaddaşlara həkk olunub.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rus dilini bilmək bizim həm də türk dünyası ilə əlaqələrimizi gücləndirir" - Atatürk Mərkəzinin direktoru
Bu gün, 13:14
Zaporojye AES: Rusiya güclənir, MAQATE kömək edir - GƏLİŞMƏ
Bu gün, 13:10
“İki aydır yumağa xalça vermişdik, çirkli formada geri qaytardılar” - FOTO
Bu gün, 13:03
Hacı Qalib Qod Nisanovun adamı tərəfindən təhdid edildiyini deyir - TƏFƏRRÜAT
Bu gün, 12:58
Belarus ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb
Bu gün, 12:55
Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 12:06
“Bu qolla nə işləyə, nə əlillik ala bilirəm...” - Foto
Bu gün, 11:58
"Vyetnam öz balaca ərazisində hardasa bizim qədər əhali saxlayır..." - Biz nədən qorxaq ki?..
Bu gün, 11:52
Putinin AYIQ BAŞA dediyi KEFLİ cümlələr... - Molla Nəsrəddin sağ olsaydı...
Bu gün, 11:45
Ermənistanda silahlı insident olub, yaralananlar var
Bu gün, 11:36
Gürcüstan vətəndaşı Azərbaycanda 100 min manat sərmayə ilə yeni şirkət yaradıb
Bu gün, 11:24
İctimai nəqliyyatda TRAGİKOMİK MƏNZƏRƏ – “Sərnişinlər qiymət fərqinə görə köhnə avtobuslara üz tutur”
Bu gün, 11:23
Moskva Azərbaycanın tələblərini yerinə yetirir - Rusiyalı politoloq
Bu gün, 11:16
Bakıda 170 min manat nizamnamə kapitalına malik yeni şirkət yaradılıb
Bu gün, 11:06
Bu gün Beynəlxalq Qızlar Günüdür
Bu gün, 11:02
Naxçıvanda 279,2 milyon manatlıq enerji şirkəti yaradılıb
Bu gün, 11:00
Azərbaycanda fəaliyyətsiz tikiş şirkəti - SƏHMDARLARINI YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 10:41
"Səni axtarıram" da Dilbərin axtardığı uşağın atası məmurun oğlu imiş - VİDEO
Bu gün, 10:32
MDB-nin gələcəyi sual altındadır - ÇÜNKİ...
Bu gün, 10:29
General-mayor Rasim Əliyev vəfat edib
Bu gün, 10:22
MTN generalı azadlığa çıxdı – Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı
Bu gün, 10:16
“Fəxri adlar yığışdırılmalıdır, sənətə görə verilmir, efirdə məni davaya salırlar” - ETİRAZ VAR...
Bu gün, 10:09
Bakıdan Rioyadək: Azərbaycan Qlobal Cənubun geosiyasi xəritəsini necə dəyişir - GƏLİŞMƏ
Bu gün, 10:03
Azərbaycanın U-17 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirəcək
Bu gün, 10:01
"Keçən ilin may ayından evimdə qaz yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 09:53
Putin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edib - İtaliya mediası
Bu gün, 09:50
“ZAMAN NOVRUZOV BİZİ İŞSİZ QOYUB” – İşçilər “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavinindən şikayət edir
Bu gün, 09:46
Azərbaycanda saatlıq əməkhaqqı sistemi işə düşür? – Az işləyib, çox qazanmaq…
Bu gün, 09:40
“Premium Clinic”də qadın əməliyyatdan SAĞ ÇIXMADI - TƏFƏRRÜAT
Bu gün, 09:35
Azərbaycanda niyə dəniz turizmi aktuallaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:31
Bu şirkətlər Mərkəzi Bankın tender qalibləri oldu - MƏBLƏĞLƏR
Bu gün, 09:28
Moskva başa düşdü ki, Bakı geri çəkilmək niyyətində deyil - GEC DƏ OLSA...
Bu gün, 09:25
Erməni qubernator Ordumuzu işğalçılıqda ittiham etdi - BUNLAR DÜZƏLƏNƏ OXŞAMIR...
Bu gün, 09:16
Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol – “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!
Bu gün, 09:11
ABŞ Bakı və İrəvanı tələsdirir - Üç sensasion əngəl...
Bu gün, 09:01
Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:15
Ruslar təzminat ödəyəcəksə... - GÖZLƏYƏK...
Bu gün, 08:03
Hərbiyə yararsız olduğu üçün Akademiyaya qəbul etmədilər, indi isə əsgərliyə aparırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:58
Avstriya İsrailin çıxarılacağı təqdirdə “Avroviziya”ya ev sahibliyi etməyəcək - AÇIQLAMA
Bu gün, 07:54
Ağstafa nədən nəzarətsiz qalıb ki?.. - FOTOFAKT
Bu gün, 07:53
Şəmkirdə dövlətin qanunları keçərli deyil? - AXI NİYƏ?..
Bu gün, 07:47
Salyan sakini haqsızlıqla ÜZ-ÜZƏ... - GİLEY
Bu gün, 07:44
Sabirabadda şəhid anasını kim incidir - BU NƏDİ BELƏ?
Bu gün, 07:38
"Özlərinə görə büdcəyə pul yığıb, 'malades' alırlar..." - ETİRAZ
Bu gün, 07:27
“Bakcell” lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi
Bu gün, 07:24
Ailə içində ETİBARSIZLIQ MÜHİTİNİ 'rəsmiləşdirən' HÜQUQİ BOŞLUQ - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Azərbaycan dostluğu ədalət üzərində qurur... - İlham Əliyev bu qədər net və aydın dedi...
Bu gün, 07:12
“Müharibə partiyası” dirilir: Paşinyanı nə gözləyir? - Bizə düşəni isə...
Bu gün, 07:08
Küçə itləri paytaxtı “ələ keçirir” – İlgili qurumlar hara baxır?
Bu gün, 07:05
Rusiyada azərbaycanlılara qarşı təzyiqlər dayandırılacaqmı? - Görünəni odur ki...
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru