Bu şirkətlər Mərkəzi Bankın tender qalibləri oldu .....                     Moskva başa düşdü ki, Bakı geri çəkilmək niyyətində deyil .....                     Erməni qubernator Ordumuzu işğalçılıqda ittiham etdi .....                     Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol .....                     ABŞ Bakı və İrəvanı tələsdirir .....                     Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? .....                     Ruslar təzminat ödəyəcəksə... .....                     Hərbiyə yararsız olduğu üçün Akademiyaya qəbul etmədilər, indi isə əsgərliyə aparırlar... .....                     Avstriya İsrailin çıxarılacağı təqdirdə “Avroviziya”ya ev sahibliyi etməyəcək .....                     Ağstafa nədən nəzarətsiz qalıb ki?.. .....                     Şəmkirdə dövlətin qanunları keçərli deyil? .....                     Salyan sakini haqsızlıqla ÜZ-ÜZƏ... .....                     Sabirabadda şəhid anasını kim incidir .....                     "Özlərinə görə büdcəyə pul yığıb, 'malades' alırlar..." .....                     “Bakcell” lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi .....                     Ailə içində ETİBARSIZLIQ MÜHİTİNİ 'rəsmiləşdirən' HÜQUQİ BOŞLUQ .....                     Azərbaycan dostluğu ədalət üzərində qurur... .....                     “Müharibə partiyası” dirilir: Paşinyanı nə gözləyir? .....                     Küçə itləri paytaxtı “ələ keçirir” .....                     Rusiyada azərbaycanlılara qarşı təzyiqlər dayandırılacaqmı? .....                     Paşinyan “Tramp marşrutu”nun önəmindən danışdı VƏ... .....                     Düşənbə hər zaman Bakıya isti münasibət sərgiləyib .....                     Paşinyanın manevr imkanları TÜKƏNİB .....                     Trampın Çinə rüsumları elan etməsi kriptovalyuta bazarını çökdürüb .....                     Düzdür, Ermənistan baş naziri “Zəngəzur dəhlizi” ifadəsini işlətmir, AMMA... .....                     ABŞ 1 noyabrdan etibarən Çin mallarına 100% rüsum tətbiq edəcək .....                     UEFA Rusiyanı bu yarışa da buraxmayacaq .....                     Anar Əsədlinin cinayət işi yenidən qaldırıldı .....                     İki kiçik dövlət müəssisəsi özəlləşdirildi .....                     Əmlak Komitəsinin sabiq rəhbərliyi dövlət əmlakını qohumlarının adına necə “bron etdirib”? .....                     Bir-birini bıçaqlayan dostların MƏHKƏMƏSİ .....                     İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir .....                     Nəzrinin ölümündə günahkar bilinən plastik cərraha hökm oxundu .....                     Putin AZAL təyyarəsinin qəzasından danışıb .....                     “Əfv jurnalistlərə və ictimai fəallara da şamil edilməlidir” .....                     Mərkəzi Bank sığorta şirkətinə yeni lisenziya verdi .....                     Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur .....                     Ağ Evin Zəngəzur dəhlizi İSRARI .....                     Almaniya şirkəti Azərbaycan bazarından gedir .....                     Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır .....                 

“Müharibə partiyası” dirilir: Paşinyanı nə gözləyir? - Bizə düşəni isə...
Tarix: Bu gün, 07:08 | Çap et

Bəlkə, qəribə səslənəcək: Azərbaycanın gələcəyə dair planlarına indi onun öz seçkilərindən çox, Ermənistandakı seçkilər təsir göstərir. Düşünəndə bunu da yanınızda götürün – 2018-ci ildə qonşu ölkədə seçkilərdən Nikol Paşinyanın partiyasının qalib çıxması bütün regionda böyük dəyişikliklərə səbəb olan hadisələrə gətirdi...

Ermənistanda keçiriləcək parlament seçkilərinə 8 ay qalmış siyasi arenada diqqətəlayiq proseslər baş verir. Təkcə Moskvaya səfərdən qayıtmış eks-prezident Robert Köçəryanın oktyabrın 7-də Yerevanda geniş mətbuat konfransı keçirərək, seçkiyə qatılacağını bildirməsi və Paşinyan hakimiyyətinə müharibə elan etməsi faktı çox şey deyir.

Köçəryan Ermənistan siyasi isteblişmentində xüsusi çəkisi hələ də qalan “Qarabağ klanı”nı təmsil edir. İşğal etdikləri torpaqları itirdikdən və elan etdikləri qondarma separatçı qurum ləğv olunduqdan sonra bu, məlum klanın ilk açıq və güclü həmləsidir. Buna qədər Paşinyan yalnız Erməni Apostol Kilsəsinin simasında ciddi müqavimətlə üzləşmiş, müəyyən təlatümlərdən sonra etiraz hərəkatını yatırda bilmişdi.

“Qarabağlılar” amili bu ölkədə, necə deyərlər, lənət daşına çevrilib. Azərbaycanda yaşadıqları bölgəni tərk edərək, Ermənistana getmiş bu kontingenin cüzi hissəsi orada vətəndaşlıq alıb; qalanlar “tarixin çarxının” geri dönəcəyi günü gözləməklə saxta “Artsax pasportu”nu təhvil verməyə tələsmir, qaçqın kimi qeydiyyatda qalmağa, bu sosial-siyasi statusun təminatlarından yararlanmağı üstünlük verir. Hər iki seçimin üstünlükləri kimi, məhdudiyyətləri də var: vətəndaşlıq almayan Qarabağ erməniləri seçki hüququ qazanmırlar, alanlar isə qaçqın statusunu itirirlər. Ancaq son vaxtlar Ermənistan pasportu almaq üçün müraciət edənlərin sayı sürətlə artmağa başlayıb. Əlbəttə, qaçqınlara verilən müavinətin ilin axırında kəsiləcəyi barədə söz-söhbətlər də öz təsirini göstərir, lakin “seçki hüququ olmayan qarabağlı bir cür, seçki hüququ olan qarabağlı isə ayrı cür problemdir” deyən erməni ekspertləri burada daha mühüm səbəb görürlər.

Köçəryan (yəqin ki, onunla həmfikir olan başqaları da tapılar) məhz həmin kontingentin maraqlarına, emosiyalarına hesablanmış seçki siyasəti aparacaq. Aydındır ki, elektoratın cəmi 4-5 faizini təşkil edən bu qüvvə nəinki qələbə, parlamentə keçmək üçün belə bəs etməyə bilər. Odur ki, Köçəryan digər siyası qüvvələrlə, xüsusilə Samvel Karapetyanın həbsxanadan yaratmaqda olduğu partiya ilə əməkdaşlığa ümid bəsləyir, bununla da kifayətlənməyib, “erməni identikliyinə qarşı müharibəyə başlamış” (ifadə Köçəryana məxsusdur) Paşinyanı bütövlükdə Ermənistan seçicilərinin, hətta dünya erməniliyinin hədəfinə çıxarmağa çalışır. Sonuncu amilin daha çox qabardılmasının bir səbəbi də odur ki, Minsk Qrupunun ləğvi ilə beynəlxalq aləm, hətta Ermənistanın özü üçün “mübahisəli Qarabağ” söhbəti bitib. Artıq o havaya oynayan tək-tükdür...

Köçəryanın anons etdiyi prosesə Moskvadan dəstək veriləcəyi gözlənilir. Doğrudur, Rusiyanın seçiminin məhz Köçəryanın üzərində dayandığına hələlik işarə yoxdur. Moskvaya yaxınlığı ilə bəlli olan və hətta bu sahədə yarışan digər qüvvələr də var. Ancaq hazırda Kremlin Ermənistanda arxalana biləcəyi ciddi resurslardan biri də “qarabağlılar” və onların revanşist liderləridir. Hər halda, Rusiyanın qarşıdakı seçki prosesinə bütün mümkün vasitələrlə müdaxiləsini gözləməyə dəyər.

Rusiyanın bu ölkədə hərbi kontingenti hələ qalır, üstəlik, ötən yay boyu həmin hərbi bazaya intensiv şəkildə silah və texnika daşındığı barədə məlumatlar yayılırdı. Hər iki tərəfdən səslənən bəyanatlara baxmayaraq, İran və Türkiyə ilə sərhədləri hələ də rusiyalı hərbçilər qoruyur. Ermənistan iqtisadiyyatında, enerji sektorunda, qiymətli metallar və zərgərlik sənayesində, oliqarxiya və biznes mühitində Rusiyanın ciddi dayaqları və kapitalı qalır. Bütün bu amilləri hərəkətə gətirib, Paşinyanın növbəti seçkilərdə uduzmasını, revanşist və rusiyapərəst qüvvələrin hakimiyyətə gəlməsini, bununla da sülh prosesinin başqa məcraya yönəldilməsini, daha dəqiq desək, əvvəlki məcraya qaytarılmasını təmin etmək planının iflasa uğradığını söyləmək hələ tezdir.

Bəs, Paşinyanın durumu necədir?

Nikol Paşinyanın rəhbərlik etdiyi fraksiya sonuncu – 2021-ci ilin yayında keçirilən parlament seçkilərində, müharibəni uduzmasına baxmayaraq, qalib gəlmişdi. O vaxtdan bəri hökumət başçısının reytinq itirdiyi şəksizdir. Bunu sosioloji tədqiqatlar aşkar göstərir. Üstəlik, Köçəryanın dediyi “erməni identikliyi” amili də cəmiyyətin münasibətində ciddi rolunu saxlayır. İdeolojiləşmiş erməni cəmiyyəti üçün pasportlara vurulan möhürdən Ararat (Ağrı) dağının təsvirinin yığışdırılması, Apostol Kilsəsinə qarşı çıxmaq, hətta onun fəaliyyətini təftiş etmək, “tarixi düşmən” Türkiyə və Azərbaycana güzəştlərlə müşayiət olunan münasibət sərgiləmək qeyri-populyar, hakimiyyət üçün riskli yeniliklərdir. Bu addımlar rasional siyasi baxışı olan bəlli kəsim üçün anlaşılandır. Lakin geniş cəmiyyət, kilsə, diaspor kimi tarixi, ideoloji, hətta mifik dəyərləri müdafiə edənlər Baş naziri “soyqırımçı” Türkiyə ilə, “işğalçı” Azərbaycanla yaxınlaşmaqda, bununla da erməni cəmiyyətini konsolidasiya edən “kökləri sarsıtmaqda”, ən bəsit şəkildə “Azərbaycan və Türkiyənin agenti” olmaqda suçlayırlar.

Cəmiyyət belə əhval-ruhiyyədə olsa da, maraqlıdır ki, Baş nazirin qarşısına institusional səviyyədə çıxacaq vahid və güclü müxalifət qüvvəsi görünmür. Hələlik Ermənistanın daxilindən “köhnə qüvvələrdən” oliqarx Qagik Sarukyan seçkidə Paşinyana rəqib olacağını elan edib. Müşahidəçilər hesab edirlər ki, “Çiçəklənən Ermənistan” partiyasının əvvəlki nüfuzunu bərpa etməkdə olan lideri Sarukyan və Yerevanda həbsxanada oturan, “Mer dzevov” (“Öz tərzimizdə”) partiyasının yaradıcısı, erməni-rus milyarderi Samvel Karapetyan qüvvələrini hansısa formada birləşdirsələr, Paşinyanın “Vətəndaş sazişi” üçün real alternativ yarada bilərlər. Ancaq belə birliyin formalaşacağı və iki ambisiyalı milyarderin başının “bir qazanda qaynayacağı” şübhəli görünür. Sarukyan heç vaxt “bütün körpüləri birdəfəlik yandırmır”, əsl biznesmen kimi, həmişə alverə yer saxlayır. Çoxları gözləyir ki, Paşinyan əsas dəstəkçiləri olan qərb ölkələrindən ciddi təminatlar alsa, seçki prosesində üstünlüyünü qorusa, Sarukyan son anda özünü qələbəyə yaxın tərəfə mümkün qədər “baha qiymətə” təklif etməyə hazır olacaq. Hərçənd, ötən illərin təcrübəsi göstərir ki, Paşinyan koalisiyalara, ittifaqlara çox maraq göstərmir, hakimiyyəti bölüşməyə meylli deyil.

İndi Paşinyanın əlində qlobal trendə oynaya biləcək güclü anti-Rusiya kartı var. O, müharibədən sonrakı illər ərzində Moskva ilə münasibətləri maksimuma qədər gərginləşdirməkdən çəkinməyib. Düzdür, belə bir fikir də var ki, bütün bu gərginliklər bircə dəfə Kremlin gülümsəməsinə bağlıdır. Məsələn, Paşinyanın Moskvaya son səfərindən bəri yerli və beynəlxalq ekspertlər onun sülh prosesindəki ənənəvi mövqedən yayınmağa başladığını deyirlər. Ancaq seçki prosesində Rusiyanın daxildəki resurslarını özünə qarşı çevirməmək istəyi Paşinyanın belə davranışına daha inandırıcı izahdır.

Beləliklə, Baş nazirin hakim mövqeyi saxlaması, seçkiləri qazanıb yenidən hökumətə rəhbərliyi davam etdirməsi ehtimalı yüksəkdir. Bu işdə ona Avropa və ABŞ-nin “gərəkli dəstək” verəcəyi gözlənilir. Hətta siyasi həbslər, səslərin hesablanmasına müdaxilə bahasına belə Paşinyanın iqtidarda qalması təmin olunarsa, buna göz yumulaçağını ehtimal edən ekspertlər az deyil. Bununla belə, Ermənistanda seçkilərin nəticələri bəlli olmayınca, rəsmən elan edilməyincə Bakının Yerevanla münasibətlərində hər hansı yeni ciddi addım atacağı indiki mərhələdə real görünmür.

Hər halda, döyüşü izləməkdənsə, sülhü gözləmək daha yaxşıdır…

Qabil Abbasoğlu - pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şirkətlər Mərkəzi Bankın tender qalibləri oldu - MƏBLƏĞLƏR
Bu gün, 09:28
Moskva başa düşdü ki, Bakı geri çəkilmək niyyətində deyil - GEC DƏ OLSA...
Bu gün, 09:25
Erməni qubernator Ordumuzu işğalçılıqda ittiham etdi - BUNLAR DÜZƏLƏNƏ OXŞAMIR...
Bu gün, 09:16
Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol – “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!
Bu gün, 09:11
ABŞ Bakı və İrəvanı tələsdirir - Üç sensasion əngəl...
Bu gün, 09:01
Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:15
Ruslar təzminat ödəyəcəksə... - GÖZLƏYƏK...
Bu gün, 08:03
Hərbiyə yararsız olduğu üçün Akademiyaya qəbul etmədilər, indi isə əsgərliyə aparırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:58
Avstriya İsrailin çıxarılacağı təqdirdə “Avroviziya”ya ev sahibliyi etməyəcək - AÇIQLAMA
Bu gün, 07:54
Ağstafa nədən nəzarətsiz qalıb ki?.. - FOTOFAKT
Bu gün, 07:53
Şəmkirdə dövlətin qanunları keçərli deyil? - AXI NİYƏ?..
Bu gün, 07:47
Salyan sakini haqsızlıqla ÜZ-ÜZƏ... - GİLEY
Bu gün, 07:44
Sabirabadda şəhid anasını kim incidir - BU NƏDİ BELƏ?
Bu gün, 07:38
"Özlərinə görə büdcəyə pul yığıb, 'malades' alırlar..." - ETİRAZ
Bu gün, 07:27
“Bakcell” lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi
Bu gün, 07:24
Ailə içində ETİBARSIZLIQ MÜHİTİNİ 'rəsmiləşdirən' HÜQUQİ BOŞLUQ - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Azərbaycan dostluğu ədalət üzərində qurur... - İlham Əliyev bu qədər net və aydın dedi...
Bu gün, 07:12
“Müharibə partiyası” dirilir: Paşinyanı nə gözləyir? - Bizə düşəni isə...
Bu gün, 07:08
Küçə itləri paytaxtı “ələ keçirir” – İlgili qurumlar hara baxır?
Bu gün, 07:05
Rusiyada azərbaycanlılara qarşı təzyiqlər dayandırılacaqmı? - Görünəni odur ki...
Bu gün, 07:03
Paşinyan “Tramp marşrutu”nun önəmindən danışdı VƏ... - İNCƏLƏMƏ
Bu gün, 07:00
Düşənbə hər zaman Bakıya isti münasibət sərgiləyib - ŞƏRH
Bu gün, 06:59
Paşinyanın manevr imkanları TÜKƏNİB - AKTUAL
Bu gün, 06:55
Trampın Çinə rüsumları elan etməsi kriptovalyuta bazarını çökdürüb - “Bloomberg”
Bu gün, 06:49
Düzdür, Ermənistan baş naziri “Zəngəzur dəhlizi” ifadəsini işlətmir, AMMA... - GƏLİŞMƏ
Bu gün, 06:47
ABŞ 1 noyabrdan etibarən Çin mallarına 100% rüsum tətbiq edəcək - “Truth”
Bu gün, 06:40
UEFA Rusiyanı bu yarışa da buraxmayacaq
Dünən, 18:04
Anar Əsədlinin cinayət işi yenidən qaldırıldı - İki il sonra
Dünən, 17:52
İki kiçik dövlət müəssisəsi özəlləşdirildi
Dünən, 17:45
Əmlak Komitəsinin sabiq rəhbərliyi dövlət əmlakını qohumlarının adına necə “bron etdirib”? - İLGİNC İDDİALAR
Dünən, 17:35
Bir-birini bıçaqlayan dostların MƏHKƏMƏSİ - 7 il 10 ay 15 gün həbs
Dünən, 17:31
İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir - AKTUAL
Dünən, 17:18
Nəzrinin ölümündə günahkar bilinən plastik cərraha hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:14
Putin AZAL təyyarəsinin qəzasından danışıb - Araşdırma obyektiv olacaq
Dünən, 17:08
“Əfv jurnalistlərə və ictimai fəallara da şamil edilməlidir” - ÇAĞIRIŞ
Dünən, 16:44
Mərkəzi Bank sığorta şirkətinə yeni lisenziya verdi
Dünən, 16:41
Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur - Cümşüd Nuriyev
Dünən, 16:40
Ağ Evin Zəngəzur dəhlizi İSRARI - GƏLİŞMƏ
Dünən, 16:38
Almaniya şirkəti Azərbaycan bazarından gedir
Dünən, 16:37
Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır
Dünən, 16:33
“Azərbaycanfilm” kinostudiyasında nə baş verir? - “Bu məbəd çoxdan dağıdılıb, ocağı sönüb, indi yalnız tüstüləyir...”
Dünən, 16:09
Lukaşenkonun SSRİ açıqlaMasındakı məqsəd nədir? -Politoloq GİZLİNLƏRİ AÇDI
Dünən, 16:06
Bakıda polisə SİLAHLI HÜCUM - TƏFƏRRÜAT
Dünən, 16:04
Bəzi dövlət qurumları hansısa prosesdə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırırdılar - deputat
Dünən, 16:01
12 yaşlı azərbaycanlı qız Nyu-Yorkda “metro sörfinqi”nin qurbanı olub - TƏFƏRRÜAT
Dünən, 15:25
Gəlir vergisi geri qayıdır? - AKTUAL
Dünən, 15:19
"Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir" - NARAZILIQ VAR...
Dünən, 15:15
Rusiyalı deputat Putin-Əliyev görüşünü şərh etdi - “Dürüstlük ən yaxşı siyasətdir”
Dünən, 15:11
Miri Yusif türk dilində mahnı oxudu - VİDEO
Dünən, 15:04
Nobel Sülh mükafatının laureatı məlum olub - “Nobelprize.org”
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru