Moskva başa düşdü ki, Bakı geri çəkilmək niyyətində deyil .....                     Erməni qubernator Ordumuzu işğalçılıqda ittiham etdi .....                     Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol .....                     ABŞ Bakı və İrəvanı tələsdirir .....                     Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? .....                     Ruslar təzminat ödəyəcəksə... .....                     Hərbiyə yararsız olduğu üçün Akademiyaya qəbul etmədilər, indi isə əsgərliyə aparırlar... .....                     Avstriya İsrailin çıxarılacağı təqdirdə “Avroviziya”ya ev sahibliyi etməyəcək .....                     Ağstafa nədən nəzarətsiz qalıb ki?.. .....                     Şəmkirdə dövlətin qanunları keçərli deyil? .....                     Salyan sakini haqsızlıqla ÜZ-ÜZƏ... .....                     Sabirabadda şəhid anasını kim incidir .....                     "Özlərinə görə büdcəyə pul yığıb, 'malades' alırlar..." .....                     “Bakcell” lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi .....                     Ailə içində ETİBARSIZLIQ MÜHİTİNİ 'rəsmiləşdirən' HÜQUQİ BOŞLUQ .....                     Azərbaycan dostluğu ədalət üzərində qurur... .....                     “Müharibə partiyası” dirilir: Paşinyanı nə gözləyir? .....                     Küçə itləri paytaxtı “ələ keçirir” .....                     Rusiyada azərbaycanlılara qarşı təzyiqlər dayandırılacaqmı? .....                     Paşinyan “Tramp marşrutu”nun önəmindən danışdı VƏ... .....                     Düşənbə hər zaman Bakıya isti münasibət sərgiləyib .....                     Paşinyanın manevr imkanları TÜKƏNİB .....                     Trampın Çinə rüsumları elan etməsi kriptovalyuta bazarını çökdürüb .....                     Düzdür, Ermənistan baş naziri “Zəngəzur dəhlizi” ifadəsini işlətmir, AMMA... .....                     ABŞ 1 noyabrdan etibarən Çin mallarına 100% rüsum tətbiq edəcək .....                     UEFA Rusiyanı bu yarışa da buraxmayacaq .....                     Anar Əsədlinin cinayət işi yenidən qaldırıldı .....                     İki kiçik dövlət müəssisəsi özəlləşdirildi .....                     Əmlak Komitəsinin sabiq rəhbərliyi dövlət əmlakını qohumlarının adına necə “bron etdirib”? .....                     Bir-birini bıçaqlayan dostların MƏHKƏMƏSİ .....                     İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir .....                     Nəzrinin ölümündə günahkar bilinən plastik cərraha hökm oxundu .....                     Putin AZAL təyyarəsinin qəzasından danışıb .....                     “Əfv jurnalistlərə və ictimai fəallara da şamil edilməlidir” .....                     Mərkəzi Bank sığorta şirkətinə yeni lisenziya verdi .....                     Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur .....                     Ağ Evin Zəngəzur dəhlizi İSRARI .....                     Almaniya şirkəti Azərbaycan bazarından gedir .....                     Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır .....                     “Azərbaycanfilm” kinostudiyasında nə baş verir? .....                 

Rusiyada azərbaycanlılara qarşı təzyiqlər dayandırılacaqmı? - Görünəni odur ki...
Tarix: Bu gün, 07:03 | Çap et

Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş keçirilib. Bu, dekabrın 25-də baş vermiş təyyarə qəzasından sonra iki ölkə liderlərinin ilk geniş formatlı görüşü olub və münasibətlərin normallaşmasına işarə kimi qiymətləndirilir. Liderlərin söhbətinin məzmunundan bəlli olur ki, görüş Rusiya tərəfinin xahişi ilə baş tutub.

Vladimir Putin çıxışına təyyarə qəzası ilə bağlı üzrxahlıq və başsağlığı ilə başlayıb. Bildirib ki, faciə baş verən gün İlham Əliyevlə telefon danışığı zamanı dərhal üzr istəyib və həlak olanların ailələrinə başsağlığı verib.

Putin hadisənin səbəblərini aşağıdakı kimi şərh edib:

Qəza zamanı Rusiya səmasında Ukraynaya məxsus üç pilotsuz uçuş aparatı mövcud olub;

Rusiya hava hücumundan müdafiə sistemində texniki nasazlıq yaranıb;

Təyyarəni vurmaq üçün buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, lakin təxminən 10 metr məsafədə partlayıb. Bu, yəqin ki, “öz-özünü məhv etmə” rejimi olub.

Putin vurğulayıb ki, bu səbəbdən təyyarə qismən zədələnib, amma məhvedici döyüş başlıqları ilə deyil, raket parçaları ilə zədələnmə baş verib. Pilot hadisəni “quş sürüsü ilə toqquşma” kimi qiymətləndirib və rus dispetçerlərə məlumat verib.

O əlavə edib ki, Mahaçqalaya eniş təklifini qəbul etməmə və nəticədə Qazaxıstanda qəzaya düşmə faktı da hadisənin gedişinə təsir edib.

Putin qeyd edib ki, hadisə ilə bağlı saniyə-saniyə texniki analiz aparılıb, nəticələr “qara qutular”ın məlumatlarında əksini tapıb.

“Rusiya tərəfindən kompensasiya ödəniləcək və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”, - deyə Putin bildirib.

Beləliklə, Rusiya tərəfi ən yüksək səviyyədə Azərbaycanın iki tələbini tam, birini isə qismən qəbul edib. Bura kompensasiyanın ödənilməsi və günahkarların cəzalandırılması daxildir. Putin görüşdə birbaşa üzr istəməyib, “hadisənin Rusiyanın hava məkanında baş verməsinə” görə üzrxahlıq etdiyini xatırladıb.

Həmçinin Putin çıxışında qeyd edib ki, iqtisadi-ticari əlaqələr, təyyarə faciəsindən dolayı münasibətlərdəki gərginliyə baxmayaraq, inkişaf edir. Onun sözlərinə görə, 2023-cü ildə ticarət dövriyyəsi təxminən 6%, 2024-cü ildə isə 16%-dən çox artıb.

Rusiya lideri humanitar və diplomatik əməkdaşlığın da yüksək səviyyədə olduğunu vurğulayıb və müttəfiqlik müqaviləsinin bütün müddəalarının yerinə yetirilməsini təmin edəcəklərini qeyd edib.

Prezident İlham Əliyev isə əvvəlcə Putinə görüşə və doğum günü təbriklərinə görə təşəkkürünü bildirib. Burada incə şəkildə görüş təşəbbüsünün rusiyalı həmkarından gəldiyini xatırladıb.

O, həmçinin AZAL təyyarəsi qəzası ilə bağlı təfərrüatlı məlumata və şəffaf istintaqın aparılmasına görə Putinə minnətdarlığını ifadə edib: “Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, bütün məsələlər obyektiv araşdırılacaq”.

Prezident həmçinin vurğulayıb ki, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası yaxınlarda keçirilib, burada iqtisadi-ticari və bütün sahələr üzrə əməkdaşlıq uğurla inkişaf edir.

“Bu il əlaqələrimiz bütün istiqamətlərdə uğurla inkişaf edir. Heç bir sahədə geriləmə və gecikmə yoxdur. Razılaşdırılmış yol xəritələri uğurla icra olunur”, - deyə Əliyev bildirib.

Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov Pressklub.az-a şərhində görüşü həm Azərbaycan, həm də Rusiya üçün münasibətləri normallaşdırmaq niyyətinin nümayişi kimi qiymətləndirib:

“Düşünürəm ki, bu görüş münasibətlərin bərpasının başlanğıcı olacaq. Tərəflər başa düşüblər ki, böhranın dibinə çatmışıq və indi yuxarıya doğru hərəkət etməyin vaxtıdır. Bundan sonra münasibətlər yeni reallıqlar şəraitində formalaşacaq. Tərəflərin gözləntiləri əvvəlki kimi maksimalist olmayacaq”.

F.Məmmədov əlavə edib ki, görüş həm AZAL təyyarə qəzasına aydınlıq gətirilməsi, həm də humanitar və iqtisadi əməkdaşlığın davam etdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bu görüş Azərbaycan-Rusiya münasibətlərində hansı dəyişikliklərə səbəb ola bilər, gözləntilər və növbəti addımlar nədən ibarətdir?

Bu gün səhər ilk nəticə reallaşıb - “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx həbsdən azad edilib. Xatırladaq bu il iyulun 1-də və o və kanalın baş redaktor Yevgeni Belousov barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Onlar mütəşəkkil dəstə tərəfindən törədilən dələduzluq, külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və cinayət yolu ilə qazanılmış külli miqdarda əmlakı leqallaşdırma cinayətlərində ittiham olunurlar.

Bundan sonra gözləmək olar ki, Bakıda həbsdə olan 8 Rusiya vətəndaşı da azad ediləcək. Onlar iyulun 1-də DİN-in keçirdiyi əməliyyat zamanı saxlanılıb, İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluq ittihamları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Paralel olaraq, Azərbaycanın da Rusiyadan gözləntiləri var. Bura Rusiyadakı diaspor fəallarına qarşı təzyiqləri dayandırmaq, həbs edilənləri azadlığa buraxmaq, həmçinin bundan sonra Azərbaycan vətəndaşlarına qarşı hər hansı məhdudiyyət və təzyiqlərə yol verməmək daxil ola bilər.

Rusiya tərəfi, qarşılıqlı addımlar çərçivəsində humanitar məsələlərdə də elastiklik göstərə bilər, məsələn, ticarət və miqrant məsələlərində prosedurların sadələşdirilməsi mümkündür.

Yekunda qeyd edək ki, Düşənbə görüşü həm diplomatik, həm də humanitar sferada iki ölkə üçün əhəmiyyətə malikdir. Hadisələr göstərir ki, münasibətlərin normallaşması həm strateji, həm də iqtisadi maraqlar baxımından hər iki tərəfə sərfəlidir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva başa düşdü ki, Bakı geri çəkilmək niyyətində deyil - GEC DƏ OLSA...
Bu gün, 09:25
Erməni qubernator Ordumuzu işğalçılıqda ittiham etdi - BUNLAR DÜZƏLƏNƏ OXŞAMIR...
Bu gün, 09:16
Gecə klubundan ailəvi restoran sisteminə uzanan yol – “Qədirxum” restoranının vergi “qaçaqmalçılığı”!
Bu gün, 09:11
ABŞ Bakı və İrəvanı tələsdirir - Üç sensasion əngəl...
Bu gün, 09:01
Cənablar... havaya buraxdığınız zəhərdən XƏBƏRİNİZ VARMI? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:15
Ruslar təzminat ödəyəcəksə... - GÖZLƏYƏK...
Bu gün, 08:03
Hərbiyə yararsız olduğu üçün Akademiyaya qəbul etmədilər, indi isə əsgərliyə aparırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:58
Avstriya İsrailin çıxarılacağı təqdirdə “Avroviziya”ya ev sahibliyi etməyəcək - AÇIQLAMA
Bu gün, 07:54
Ağstafa nədən nəzarətsiz qalıb ki?.. - FOTOFAKT
Bu gün, 07:53
Şəmkirdə dövlətin qanunları keçərli deyil? - AXI NİYƏ?..
Bu gün, 07:47
Salyan sakini haqsızlıqla ÜZ-ÜZƏ... - GİLEY
Bu gün, 07:44
Sabirabadda şəhid anasını kim incidir - BU NƏDİ BELƏ?
Bu gün, 07:38
"Özlərinə görə büdcəyə pul yığıb, 'malades' alırlar..." - ETİRAZ
Bu gün, 07:27
“Bakcell” lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi
Bu gün, 07:24
Ailə içində ETİBARSIZLIQ MÜHİTİNİ 'rəsmiləşdirən' HÜQUQİ BOŞLUQ - NƏ ETMƏLİ?
Bu gün, 07:16
Azərbaycan dostluğu ədalət üzərində qurur... - İlham Əliyev bu qədər net və aydın dedi...
Bu gün, 07:12
“Müharibə partiyası” dirilir: Paşinyanı nə gözləyir? - Bizə düşəni isə...
Bu gün, 07:08
Küçə itləri paytaxtı “ələ keçirir” – İlgili qurumlar hara baxır?
Bu gün, 07:05
Rusiyada azərbaycanlılara qarşı təzyiqlər dayandırılacaqmı? - Görünəni odur ki...
Bu gün, 07:03
Paşinyan “Tramp marşrutu”nun önəmindən danışdı VƏ... - İNCƏLƏMƏ
Bu gün, 07:00
Düşənbə hər zaman Bakıya isti münasibət sərgiləyib - ŞƏRH
Bu gün, 06:59
Paşinyanın manevr imkanları TÜKƏNİB - AKTUAL
Bu gün, 06:55
Trampın Çinə rüsumları elan etməsi kriptovalyuta bazarını çökdürüb - “Bloomberg”
Bu gün, 06:49
Düzdür, Ermənistan baş naziri “Zəngəzur dəhlizi” ifadəsini işlətmir, AMMA... - GƏLİŞMƏ
Bu gün, 06:47
ABŞ 1 noyabrdan etibarən Çin mallarına 100% rüsum tətbiq edəcək - “Truth”
Bu gün, 06:40
UEFA Rusiyanı bu yarışa da buraxmayacaq
Dünən, 18:04
Anar Əsədlinin cinayət işi yenidən qaldırıldı - İki il sonra
Dünən, 17:52
İki kiçik dövlət müəssisəsi özəlləşdirildi
Dünən, 17:45
Əmlak Komitəsinin sabiq rəhbərliyi dövlət əmlakını qohumlarının adına necə “bron etdirib”? - İLGİNC İDDİALAR
Dünən, 17:35
Bir-birini bıçaqlayan dostların MƏHKƏMƏSİ - 7 il 10 ay 15 gün həbs
Dünən, 17:31
İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir - AKTUAL
Dünən, 17:18
Nəzrinin ölümündə günahkar bilinən plastik cərraha hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:14
Putin AZAL təyyarəsinin qəzasından danışıb - Araşdırma obyektiv olacaq
Dünən, 17:08
“Əfv jurnalistlərə və ictimai fəallara da şamil edilməlidir” - ÇAĞIRIŞ
Dünən, 16:44
Mərkəzi Bank sığorta şirkətinə yeni lisenziya verdi
Dünən, 16:41
Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur - Cümşüd Nuriyev
Dünən, 16:40
Ağ Evin Zəngəzur dəhlizi İSRARI - GƏLİŞMƏ
Dünən, 16:38
Almaniya şirkəti Azərbaycan bazarından gedir
Dünən, 16:37
Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır
Dünən, 16:33
“Azərbaycanfilm” kinostudiyasında nə baş verir? - “Bu məbəd çoxdan dağıdılıb, ocağı sönüb, indi yalnız tüstüləyir...”
Dünən, 16:09
Lukaşenkonun SSRİ açıqlaMasındakı məqsəd nədir? -Politoloq GİZLİNLƏRİ AÇDI
Dünən, 16:06
Bakıda polisə SİLAHLI HÜCUM - TƏFƏRRÜAT
Dünən, 16:04
Bəzi dövlət qurumları hansısa prosesdə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırırdılar - deputat
Dünən, 16:01
12 yaşlı azərbaycanlı qız Nyu-Yorkda “metro sörfinqi”nin qurbanı olub - TƏFƏRRÜAT
Dünən, 15:25
Gəlir vergisi geri qayıdır? - AKTUAL
Dünən, 15:19
"Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir" - NARAZILIQ VAR...
Dünən, 15:15
Rusiyalı deputat Putin-Əliyev görüşünü şərh etdi - “Dürüstlük ən yaxşı siyasətdir”
Dünən, 15:11
Miri Yusif türk dilində mahnı oxudu - VİDEO
Dünən, 15:04
Nobel Sülh mükafatının laureatı məlum olub - “Nobelprize.org”
Dünən, 13:06
Azərbaycanda son 3 ildə evlənənlərin sayı azalır - ARAŞDIRMA
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru