Əsas Səhifə > Güney Press > “Premium Clinic”də qadın əməliyyatdan SAĞ ÇIXMADI

“Premium Clinic”də qadın əməliyyatdan SAĞ ÇIXMADI


Bu gün, 09:35

Bakıda özəl klinikada ölüm hadisəsi baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında “Premium Clinic”də qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Bəşirova Çimnaz Sahib qızı oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının qəfil halı pisləşib və orada dünyasını dəyişib.

Qadının ailəli olduğu bildirilir.


Geri qayıt