2003-cü ildə İraqda ABŞ tərəfindən ələ keçirilən Rusiyanın MiQ-25 qırıcı təyyarəsi Amerika Hərbi Hava Qüvvələrinin Milli Muzeyində nümayiş etdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə “The National Interest” (TNI) məlumat yayıb.
Nəşr bildirilib ki, MiQ-25RB 2003-cü ildə Amerikanın başçılıq etdiyi “İraqın Azadlığı” əməliyyatının ilk aylarında İraqdakı Əl-Təqaddum aviabazasının yaxınlığında aşkar edilib.
TNI-nin yazdığına görə, bombardmançı ABŞ, Böyük Britaniya və digər ölkələrin koalisiya qüvvələri tərəfindən məhv edilməməsi üçün qumun altında basdırılıb.
Təyyarə oktyabrın 7-dən altı 6 ərzində nümayiş etdiriləcək Amerika muzeyinə təhvil veriləcək ilk MiQ-25 olacaq.