Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rüfət Əvəzovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 1 il müddətə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, hadisə 25 iyul 2024-cü il tarixdə, saat 21 radələrində Bərdə rayonu, Cəyirli kəndində baş verib.
İstintaqla müəyyən edilib ki, 2006-cı il təvəllüdlü təqsirləndirilən Rüfət Əvəzov həmin gün yaşadığı kənddə qonşusu, zərərçəkmiş Zaur Yusifovun (soyadı şərtidir) fərdi yaşayış evinin həyətinə gəlib. Həmin vaxt zərərçəkmiş şəxs onun atasının ilə əvvəlki şəxsi münasibətlər zəminində mübahisə etdiyini görüb. Zaur baş verənlərə irad bildirib, atasının ünvanına nalayiq ifadə işlədib. Bu zaman təqsirləndirilən şəxsin əsəbiləşib, özü ilə gətirdiyi bıçaqla onun qarın nahiyəsinin sol hissəsinə qəsdən bir zərbə endirərək xəsarət yetirib.
Məhkəmə iclasında Rüfət Əvəzov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.