Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko sosial media hesabında 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib.
“Report” xəbər verir ki, paylaşımda deyilir:
“Müstəqillik günün mübarək, Azərbaycan! 2025-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq möhkəmlənməkdə davam edir.
Yeni hərtərəfli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişimiz üzrə davam edən danışıqlar enerji təhlükəsizliyi, nəqliyyat və rəqəmsal sahədə genişləndirilmiş əməkdaşlıq əlaqələrimizin dərinləşməsinə töhfə verir.
Biz həmçinin Azərbaycanın yaşıl keçid və bərpa olunan enerji sahəsində təşəbbüslərini dəstəkləyirik. Ortaq dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlığımız böyük əhəmiyyət kəsb edir. Azərbaycana və onun xalqına sülh, firavanlıq və davamlı inkişaf arzulayırıq!”.