Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq .....                     Problemli kreditlərin həcmini necə azaltmaq olar? .....                     "Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı .....                     Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? .....                     İrəvandan daha bir sülh açıqlaması .....                     DİQQƏT: Burda satışda zay ərzaq var... .....                     "Qarşıdan parlament seçkiləri gəlir..." .....                     Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı .....                     Nazir təzə mövzu açıb... .....                     Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR .....                     Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR .....                     20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? .....                     Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin .....                     Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... .....                     Sülh prosesini pozmaq cəhdləri... .....                     Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür .....                     "Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir" .....                     Rusiya Türkiyədən "S-400"ləri geri alır .....                     GDU-dan tədris dövründə təmirə hazırlaşır... .....                     Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? .....                     “AFFA milli komandaya Fatih Terimi düşünür” .....                     Cəbrayılov gedir... YERİNƏ İSƏ... .....                     “Pulu vermək üçün “Lexus”u 50 minə satdım” .....                     Hakan Fidan sabah Dohaya gedəcək .....                     Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq .....                     “Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” .....                     Xalq artisti Hacı Murad Yagizarov vəfat edib .....                     "Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur .....                     Gəlinsiz, musiqisiz və içkisiz toy .....                     15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər .....                     “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir .....                     Simonyanın Bakı nefti arzusu .....                     Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib .....                     Xalq artistinin evində ŞADYANALIQ: .....                     Mərkəzi Nəbatat Bağında təlim keçirildi .....                     Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ .....                     Delimitasiya bu sərhəddən başlaya bilər .....                     "Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır .....                     İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı... .....                     “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” .....                 

Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Tarix: 16-01-2025, 13:09 | Çap et
Moskva gözləntiləri doğruldur
Ötən ilin son ayının 25-də Qroznı üzərində vurulan sərnişin təyyarəmizlə bağlı Rusiyadan gözlədiyimiz reaksiyaya dair təxminlər doğrulur.

İlk gündən cinayəti, qəsdi danmaq yolu tutan Rusiya tərəfi ortada olan bu qədər dəlil-sübutdan, şahid ifadələrindən sonra yenə də “saman çöpü”nə əl ataraq, baş vermiş hadisəyə görə üzərinə düşən məsuliyyəti qəbul etməkdən imtina edir, müxtəlif bəhanələrlə, gülünc arqumentlərlə yaxasını kənara çəkməyə çalışır.

Zatən, vurulmuş təyyarənin “qara qutuları” açılmadan da, təyyarəmizin göy rəngli gövdəsindəki ağ dəlik-deşik yerləri hava maşınının başına nə gəldiyini ilk gündən göstərirdi. “Quş dəstəsi ilə toqquşma”, “içəridə qaz balonunun partlaması” kimi iddialar xəbər kirliliyi yaratmaq üçün idi və heç bir tənqidə tab gətirəcək halda deyildi. Belə şey ola bilərdimi ki, qaz balonu içəridə partlasın, sonra qəlpələr necəsə illüminatordan çıxsın, təyyarəni bayırdan deşsin. Heç fantastik filmlərdə də belə şey olmur.

RF prezidenti Putinin təyyarənin “qara qutuları”nın Qazaxıstanın əlində olması bilinəndən sonra bu ölkənin prezidenti Kasım-Jomart Tokayevlə 4 saat telefonla danışması, bundan sonra o “sirr dağarcığı”nın Braziliyaya göndərilməsi ondan xəbər verirdi ki, Braziliyadan ruslara sərf edən cavab gələcək. İndi həmin cavab Rusiyaya tam sərf edən məzmunda olmasa da, ruslar “qara qutular”dakı qeydləri özlərinə sərf edən variantda yozmaq, şərh etmək imkanı qazanıblar. Bu zaman onlar əsas məsələnin (təyyarənin Rusiya HHM-mi tərəfindən vurulması) üstündən ötür, təqsiri pilotların üstünə yıxmağa çalışırlar. Həyasızlıq normal sözlərlə ifadə ediləcək həddə deyil.

Hətta Rusiya hökumətinin inhisarında olan media qurumlarında təyyarəmizin vurulmasına görə məsuliyyəti ABŞ və Ukrayna kəşfiyyat xidmətlərinin belinə şələləyənlər də var.

Rusiyanın “Svarşiki” (“Qaynaqçılar”) adlanan Teleqram kanalı AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğramasında ABŞ və Ukraynanın xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı “təsdiqlənmiş məlumat” aldığını bildirib. Kanalın müəllifləri əmin edirlər ki, guya bu əməliyyatı hazırlamaq üçün Vaşinqton və Kiyevə 6 ay lazım olub.

TG kanalı yazır: “Xəzər dənizi yaxınlığında fəlakət baş verən gün xüsusi spotter - NATO-nun kəşfiyyat təyyarəsi əməliyyat zonasında olub. Bütün hərəkətlər əvvəlcədən hesablanıb ki, Ukrayna PUA-ları hücum edərkən Ukrayna Silahlı Qüvvələrinin “Axmat” xüsusi təyinatlı obyektinə əvvəlki hücumundan sonra Visaitovski rayonunda quraşdırılmış “Pantsir” sistemi tərəfindən təyyarənin vurulmasına səbəb olsun”.

“Svarşiki” bu hadisəyə bundan əvvəl baş vermiş hadisəni “qaynaq” edir: “Eyni ssenari 2018-ci ilin sentyabrında Rusiyanın İl-20 təyyarəsi Suriyanın S-200-dən atəşə tutulduğu zaman İsrail hərbi hava qüvvələri tərəfindən də istifadə edilib. Suriya qüvvələri İsrailin F-16 qırıcılarının Latakiyadakı hədəflərə basqını dəf edən zaman İl-20 enişdə atəşə tutulub”.

Kanal daha sonra yazır: “Aydındır ki, Qroznı yaxınlığındakı fəlakətlə bağlı vəziyyətdə dost atəşinin təşkili üçün oxşar üsullardan istifadə edilib”.

“Qaynaqçılar” hesab edirlər ki, bütün insident, çox güman ki, Rusiyaya beynəlxalq təzyiq üçün şərait yaratmaq, onun dünya miqyasında, o cümlədən ABŞ-Ukrayna danışıqları kontekstində mövqeyini zəiflətmək məqsədi daşıyıb.

Sözügedən yazıda göstərilir ki, AZAL-ın heyəti bütün qərarları təkbaşına qəbul edib, Qroznıya enməmək, Mahaçqalaya üz tutmamaq, sonra isə Bakıya qayıdıb, sonda Aktauya getmək qərarına gəlib.

Kanal yazır: “Səsyazmalardan o da məlum olub ki, pilotlar mümkün quş zərbəsi və göyərtədə qaz balonunun partlaması ilə bağlı nəzəriyyələri müzakirə ediblər. Bundan əlavə, danışıqlarda təyyarəyə xarici təsirlərdən bəhs edilir, lakin pilotlar təyyarədə fövqəladə vəziyyət elan etməyiblər”.

Göründüyü kimi, Rusiya tərəfi AZAL-ın təyyarəsinin vurulmasına və qəzaya uğramasına görə məsuliyyəti heç vəchlə üzərinə götürmür: “Təyyarəni ABŞ və Ukrayna vurdurub”, “Pilotlar “Embrarer”i Aktauya öz qərarları ilə uçublar”. Dünəndən bəri Rusiya mediası eyni arqumentləri dönə-dönə təkrarlayırlar.

Dünya birliyi və Azərbaycan rəhbərliyi isə hadisənin necə baş verdiyinə, kimin məsuliyyətinin nə qədər olduğuna dair həqiqətləri tam təfərrüatı ilə bilir.

Rusiyanın bu cür hərəkətləri o boyda dövlətin özünü, sözünü nüfuzdan salmasından başqa bir şey deyil. Dünya miqyasında etibarını itirmiş bu dövlət təsirinin güclü olduğu regionda da özünü xəcil günə qoymaqdadır.

Xalid KAZIMLI
/Musavat.Com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saziş imzalanması Azərbaycanla sülhün institusionallaşdırılması yolunda ciddi addım olacaq - Ermənistan XİN
Bu gün, 11:27
Problemli kreditlərin həcmini necə azaltmaq olar? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:15
"Nar" Bakı Ali Neft Məktəbinin 4 tələbəsini mükafatlandırdı - FOTO
Bu gün, 11:02
Neft bazarında çalxalanma: Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:56
İrəvandan daha bir sülh açıqlaması - “İmzalanma tarixi…”
Bu gün, 10:55
DİQQƏT: Burda satışda zay ərzaq var... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
"Qarşıdan parlament seçkiləri gəlir..." - partiya sədri
Bu gün, 10:43
Dolanışıq ucbatından balıq ovlayan kənd sakinləri cəzalandırıldı - "Ailədə başqa gəlir gətirən yoxdur"
Bu gün, 10:36
Nazir təzə mövzu açıb... - AKTUAL
Bu gün, 10:30
Saxta həkimliyi bir yana: HƏLƏ ONA-BUNA SERTİFİKAT DA VERİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:27
Rusiya azərbaycanlının evini bombaladı: İTKİMİZ VAR - FOTO
Bu gün, 10:11
20 manatdan başlayacaq, yoxsa 50 manatdan başlayacaq? - Bu, hələ konkret qərar deyil...
Bu gün, 10:05
Ceyhun Əsgərovun xoşagəlməz görüntülərinin yayılmasına ETİRAZ
Bu gün, 10:01
Ermənistan Azərbaycanla bərabər Azərbaycanın dostları ilə də barışır... - GƏLİŞMƏ
Bu gün, 09:59
Sülh prosesini pozmaq cəhdləri... - “Moskva ona görə əsəbidir ki...”
Bu gün, 09:57
Ermənistan Zəngəzur dəhlizi açılmadan belə 55 milyon xeyir götürür - KİV
Bu gün, 09:53
"Kişi ailəni saxlaya bilmir, qadın da həyat yoldaşı ilə yaşamaq istəmir"
Bu gün, 09:50
Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Bu gün, 09:48
GDU-dan tədris dövründə təmirə hazırlaşır... - Universitet bütün yayı niyə “yatıb?”
Dünən, 23:45
Rusiya niyə Polşadan sonra bu gün Rumıniyaya hücum etdi? - AKTUAL
Dünən, 23:44
“AFFA milli komandaya Fatih Terimi düşünür”
Dünən, 15:46
Cəbrayılov gedir... YERİNƏ İSƏ... - İŞ BİTİB!
Dünən, 15:43
“Pulu vermək üçün “Lexus”u 50 minə satdım” - Çıxarış almaq istəyən iş adamı aldadılıb
Dünən, 15:34
Hakan Fidan sabah Dohaya gedəcək
Dünən, 15:28
Sentyabrın 15-də 2,2 milyon şəxs tədris ilinə başlayacaq
Dünən, 15:24
“Müsabiqədə iştirak üçün ödəniş etmək ən böyük haqsızlıqdır” - NARAZILIQ VAR...
Dünən, 13:04
Xalq artisti Hacı Murad Yagizarov vəfat edib
Dünən, 13:00
"Vüsal 300" kimi tanınan iş adamı qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 12:28
Gəlinsiz, musiqisiz və içkisiz toy - Musiqini haram buyuran zehniyyəti din adlandırmaq olarmı?
Dünən, 12:26
15 yaşlı qızı 35 yaşlı kişiyə ərə verirdilər - Polis qarşısını aldı
Dünən, 12:24
“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir
Dünən, 12:19
Simonyanın Bakı nefti arzusu - reaksiyalar
Dünən, 12:18
Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib - TƏFƏRRÜAT
Dünən, 12:13
Xalq artistinin evində ŞADYANALIQ: - “Çox həyəcanlıyam”
Dünən, 12:11
Mərkəzi Nəbatat Bağında təlim keçirildi - FOTO
Dünən, 12:06
Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir?
Dünən, 12:01
Delimitasiya bu sərhəddən başlaya bilər - GƏLİŞMƏ
Dünən, 11:59
"Avroviziya 2026" ləğv edilmək təhlükəsi altındadır
Dünən, 11:58
İrəvanda ABŞ nümayəndələri ilə Zəngəzur yolunun açılmasıyla bağlı daha bir müzakirə aparıldı...
Dünən, 11:57
“50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib” - Erməni ekspertdən uydurma
Dünən, 11:51
İran Fələstini niyə dəstəkləmədi - kimdir indi MOSSAD agenti?
Dünən, 11:47
DOST-umuz dövlət büdcəsinə qonub... - BU NƏDİ BELƏ?
Dünən, 11:35
“Dini durumla bağlı yaxın vaxtlarda daha ciddi işlər görüləcək” - deputat
Dünən, 11:32
Quşçuluq şirkətinə yeni direktor seçilir - TOPLANTI
Dünən, 11:30
Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir? - AKTUAL
Dünən, 11:29
Zəngəzur dəhlizi... HƏM DƏ BUNA GÖRƏ VACİBDİR!
Dünən, 10:59
Rus sərhədçiləri Zəngəzurdan çıxarılır: Dəhlizdə işlər bu qayda ilə olacaq - MÜSAHİBƏ
Dünən, 10:51
Nəqliyyat şirkətinə yeni sədr seçiləcək - TOPLANTI
Dünən, 10:39
“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu - İNCƏLƏMƏ
Dünən, 10:28
"Ermənistan artıq Rusiyanın qardaşı deyil..." - ONA GÖRƏ DƏ...
Dünən, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru