Azərbaycan-Ermənistan sülh danışıqları üçün hansı platforma daha səmərəlidir?
Tarix: 7-11-2024, 14:02 | Çap et
 Azərbaycan-Ermənistan arasında sülh danışıqları ilə bağlı irəliləyişlər Cənubi Qafqazda gedən proseslərə laqeyd qalmayan və maraq göstərən ölkələrin diqqət mərkəzindədir. Məhz buna görə də bir çox ölkələr sülh danışıqları üçün platforma təqdim etməyə hazır olduqlarını bəyan edirlər. Ənənəvi olaraq Rusiya, ABŞ və Avropa İttifaqı (Aİ) danışıqların əsas platforması kimi çıxış etsə də, Qazaxıstan da bu prosesdə iştirak etmək niyyətini ifadə edib. Noyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin səfirlərin etimadnaməsini qəbul edərkən deyib ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün hər şeyi etməyə davam edəcək. "Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün hər şeyi etmişik və edirik. Biz sülh müqaviləsi üzrə işlərə, dövlət sərhədinin delimitasiyasına, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına kömək etməyə davam edəcəyik", - Rusiya dövlət başçısı bildirib.
Bəs sülh danışıqları üçün hansı platforma daha səmərəlidir? Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Arzu Nağıyev bildirib ki, həm Rusiya, həm də Qərb cidd-cəhdlə çalışır ki, bu danışıqlarda vasitəçi rolunu icra etsinlər: "Burada həmin tərəflərin öz regional maraqları kontekstindən çıxış etməsi kimsəyə sirr deyil. O da məlumdur ki, Rusiya, ABŞ və Aİ bu prosesdə vasitəçi olmaqla təkcə sülhə nail olmaq məqsədi güdmürlər. Bütün bu tərəflər bir-birini regiondan sıxışdırıb çıxarmaq niyyətindədirlər. Buna görə də, hazırkı şəraitdə Azərbaycan üçün vasitəçi olmadan danışıqların aparılması önəmlidir. Rusiyanın regiondakı nüfuzu və təsir gücü danılmazdır və bu, hazırda öz işini görür. Ümumilikdə, regionda cərəyan edən proseslərə Rusiyanın təsir imkanları daha genişdir. Biz Qərbin Gürcüstanda, eləcə də Ukraynada hansı vəziyyətlə üzləşdiyini gördük. Hazırkı şəraitdə Azərbaycan-Ermənistan birbaşa danışıqları daha səmərəli hesab olunur. Tərəflərin son dövrlər əldə etdiyi razılaşmalar da bunu deməyə əsas verir".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Ermənistanla bütün platformalarda danışıqlara hazırdır. "Azərbaycan tərəfi bildirir ki, iki ölkə arasındakı danışıqlar problemin həllinə yönəlik olmalıdır. Azərbaycan Ermənistanla bir-biri ilə çəkişən siyasi qütblərin maraqlarına görə danışıqlar aparmağı məqsədəuyğun hesab etmir. Hazırda əməkdaşlıq formatı kimi təqdim edilmiş "3+3" regional problemlərin həlli və iqtisadi, siyasi əlaqələrin təmin edilməsi üçün yetərincə məqbuldur. Ermənistan da bu formatın iştirakçısıdır. Amma sülh danışıqları ilə hazırkı geosiyasi şəraitdə hansısa siyasi qütbün platforma kimi seçilməsi ümumi prosesə xələl gətirə bilər. Məsələ burasındadır ki, Azərbaycanın Rusiya ilə münasibətləri yüksələn xətlə inkişaf edir, Qərblə münasibətlərimizlə bağlı isə eyni şeyi deyə bilmərik. Ermənistanda isə bunun əksidir. Yəni, bu gün Ermənistanın da Rusiya və Qərblə münasibətləri bir-birinə ziddir. Bu baxımdan hazırkı şəraitdə birbaşa danışıqlar tərəflər üçün daha məqbul variantdır", - millət vəkili fikirlərini yekunlaşdırıb.
Politoloq Samir Hümbətov isə deyir ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi ilə bağlı məsələlərin böyük əksəriyyəti həllini tapdığı üçün hazırda hansısa platforma axtarışına çıxmağın mənası yoxdur: "Qalan məsələlərlə bağlı danışıqları XİN rəhbərləri səviyyəsində istənilən platformada aparmaq mümkündür. Hazırkı şəraitdə danışıqlar üçün tərəflərə xüsusi köməyə ehtiyac yoxdur. Burada əsas ehtiyac duyulan məsələ Ermənistanın sülhə məcbur edilməsidir. Düzdür, Rusiya kömək etmək istədiyini bildirir, ancaq Ermənistanı tələsdirəcək addımlar atılmır".
Politoloq bildirib ki, Rusiya özünün cənub sərhədlərində NATO qüvvələrinin yerləşməsini və güclənməsini istəmirsə, bu prosesin sürətlənməsinə dəstəyini artırmalıdır. "Biz görürük ki, bölgədə Aİ-nin mülki missiyası mövcuddur və növbəti dövrlərdə bu hərbi mövcudluğa çevrilə bilər. Bu da bölgədə böyük bir problem yarada bilər", - politoloq bildirib.
Ekspert hesab edir ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın sülhə məcbur edilməsi lazımdır: "Hazırkı şəraitdə tərəflərin yerdə qalan məsələləri ikilikdə razılaşdırması daha məqsəduyğun olardı. Əsas iş Azərbaycan və Ermənistanın üzərinə düşür. Sülh danışıqları aparan tərəflər konkret addımlar atmalıdırlar".
SPUTNİK.az


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ermənistan Prezidenti sabah Gürcüstana səfər edəcək
Dünən, 20:10 |
|
|
|
| • Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 19:12 |
|
|
|
| • Niderland Azərbaycana yeni səfir müavini təyin edib
Dünən, 17:24 |
|
|
|
| • Bakı metrosunda dəhşətli anlar: sərnişin qatar relsinə belə düşdü - VİDEO
Dünən, 17:07 |
|
|
|
| • İnsult keçirən Əhməd Orucun EVİ QARƏT OLUNDU - hamı xəstəxanada imiş
Dünən, 17:04 |
|
|
|
| • "Qanın içində maşına apardıq, yolda can verdi" - Yasamaldakı dəhşətli qətlin şok təfərrüatı
Dünən, 17:02 |
|
|
|
| • Azərbaycanda buğda istehsalı niyə azalır - ƏKSİ OLMALI İDİ...
Dünən, 16:57 |
|
|
|
| • Bu tədbirlərlə bağlı xərc normaları artırıldı
Dünən, 16:49 |
|
|
|
| • ABŞ Azərbaycanla münasibətləri strateji xətt kimi qəbul edir - AKTUAL
Dünən, 16:46 |
|
|
|
| • “Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
Dünən, 16:41 |
|
|
|
| • Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? - İLGİNC
Dünən, 16:35 |
|
|
|
| • Ermənistan Arutyunyanın ekstradisiyasını tələb edəcək - KİV
Dünən, 16:19 |
|
|
|
| • Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda bəzi saytlara giriş məhdudlaşıb - Cloudflare-də qlobal nasazlıq
Dünən, 16:18 |
|
|
|
| • ETSN-in strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib - QƏRAR
Dünən, 16:16 |
|
|
|
| • Əli Həsənov ailəsi haqda bu faktı niyə açmadı? – İslamı qəbul edən erməni qayınana…
Dünən, 16:14 |
|
|
|
| • "Onlar ya sənədlərini düzəldə bilmirlər, ya müxtəlif dövlət qurumlarından sənədlərini keçirə bilmirlər" - deputat
Dünən, 16:08 |
|
|
|
| • Qriqoryan AB-nin xüsusi nümayəndəsi ilə görüşdü
Dünən, 16:00 |
|
|
|
| • Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını 468 min manata satacaq
Dünən, 15:58 |
|
|
|
| • Lizinq şirkətinə 1,2 milyon manatlıq avtomobil satdı - TENDER NƏTİCƏSİ
Dünən, 15:55 |
|
|
|
| • “Hüquqşünasların bir çoxu ixtisası üzrə işləmirlər” -ƏKRƏM HƏSƏNOV
Dünən, 15:52 |
|
|
|
| • Badamdardakı restoranda insident – Dava salan şirkət əməkdaşı həbs edildi
Dünən, 15:46 |
|
|
|
| • Sabah icra başçısının şikayətinə baxılacaq – ŞABRANDA BORC QALMAQALI
Dünən, 15:45 |
|
|
|
| • Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi – keyfiyyət və etibarlılıqda yeni mərhələ
Dünən, 15:33 |
|
|
|
| • 2008-ci ildə Qarabağdakı qoşunlar bura girib? – Virabyan
Dünən, 15:27 |
|
|
|
| • Rusiyada 6 yaşlı oğlunu öldürüb, başını kəsib gölə atan 31 yaşlı qadın həbs edilib
Dünən, 15:25 |
|
|
|
| • Ermənilərlə görüşən Azərbaycan deputatları KİMLƏRDİ...
Dünən, 14:53 |
|
|
|
| • "Azərbaycanın aparıcı dövlətlərin sırasına daxil olmasının vaxtı çatıb" - ÇÜNKİ...
Dünən, 14:49 |
|
|
|
| • Masallıda icra başçısı DAĞA DIRMAŞDI: Hamı HEYRAN QALDI... - İŞİNİ DƏ BELƏ GÖRSƏYDİ...
Dünən, 14:46 |
|
|
|
| • İrandan iki ölkəyə müharibə mesajı - Danışıqlar üçün zəmin yoxdur
Dünən, 14:40 |
|
|
|
| • Sosial Xidmətlər Agentliyi aylığı 22 minə ofis icarəyə götürür
Dünən, 14:33 |
|
|
|
| • Mqer Qriqoryan Maqdalena Qrono ilə kommunikasiyaların açılmasını müzakirə edib
Dünən, 14:30 |
|
|
|
| • "Quli" tərəfdarlarının ABŞ-də cinayət əməlləri - Həm restoranda işləyir, həm də...
Dünən, 14:19 |
|
|
|
| • Hacı Qalib Ramiz Mehdiyevi “topa” tutdu – hakim, “peşka”, general və milyarder haqda sərt danışdı
Dünən, 14:16 |
|
|
|
| • Bakıda məktəblinin 15 yaşlı Hikməti öldürməsinin - TƏFƏRRÜATI
Dünən, 14:14 |
|
|
|
| • Ermənistan sabiq baş prokurorun ekstradisiyası üçün Rusiyaya müraciət edəcək - KİV
Dünən, 14:13 |
|
|
|
| • Çətin dövrlərə baxmayaraq, Fransa ilə Azərbaycan hər zaman yüksək səviyyəli dialoqu saxlayıb - Səfir
Dünən, 14:12 |
|
|
|
| • Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub
Dünən, 14:10 |
|
|
|
| • TƏBİB-də illərlə yüksək vəzifə tutan departament rəhbərinin tibbi təhsili yox imiş - İLGİNC
Dünən, 13:12 |
|
|
|
| • “Həmkarlar”da növbədənkənar qurultay: Sahib Məmmədov narahatdır - NƏ BAŞ VERİR?
Dünən, 13:08 |
|
|
|
| • Hətta ərzaq üçün də kifayət qədər pulyoxdur - İran iqtisadi böhran içində boğulur
Dünən, 13:05 |
|
|
|
| • Məktəbli oğluna maşın verən ata - Həbs edildi
Dünən, 13:02 |
|
|
|
| • Narkotik yüklü Azərbaycan vətəndaşı ƏLƏ KEÇDİ - Gürcüstanda...
Dünən, 13:00 |
|
|
|
| • Cəmilə Zauru SUSDURDU - "Nolsun, yaşım 66-dır, mator 35, benzin 98-dir"
Dünən, 12:52 |
|
|
|
| • Rusiya Ukraynada niyə Azərbaycan və Türkiyəni hədəfə aldı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:49 |
|
|
|
| • İcra Hakimiyyətlərinin “sevimli şəriki”: “DREAM CONSTRUCTİON COMPANY”... - YENƏ İŞ BAŞINDA...
Dünən, 12:47 |
|
|
|
| • Səhvən əsgər aparılanlar təzminat ala bilərlər - VƏKİL
Dünən, 12:46 |
|
|
|
| • LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?
Dünən, 12:42 |
|
|
|
| • TƏBİB-lə keçmiş nazirin oğlu 13 milyona anlaşdı: Daha bir tender olayı - ARAŞDIRMA
Dünən, 12:40 |
|
|
|
| • Ata Andreyin səhvi və ya problem təkcə Putin deyil - Rusiyanın özüdür
Dünən, 12:29 |
|
|
|
| • Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu - DETALLAR
Dünən, 12:27 |
|
|
|
|