“Kitablarımı qaytarmırlar” .....                     Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? .....                     "Belə arvadı ər çırpmasın, nə etsin?" .....                     Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur .....                     Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? .....                     “FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... .....                     Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu .....                     "Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?" .....                     Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb .....                     Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq .....                     Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... .....                     Zakir Qaralov uzun müddət sonra göründü .....                     Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... .....                     “Məğlub edilməmiş Rusiya” İMİCİ .....                     Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu .....                     Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı .....                     Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub .....                     Paşinyan xalqdan legitimlik dəstəyi istəyir .....                     Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir .....                     Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı .....                     Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı .....                     Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb .....                     “Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” .....                     Bu qürurun başlanğıcı tarixi Zəfərdir .....                     20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür .....                     Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi .....                     Putinin masasındakı “gizli qovluq”da nələr var? .....                     Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb .....                     Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı .....                     Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... .....                     Sülhün qarşısında OHANYAN SƏDDİ .....                     Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb .....                     Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Cəlilabadda ağacyeyənlər peyda olub .....                     Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... .....                     Sülh müqaviləsi tezləşir .....                     Qardaş olub İngilistan... Azərbaycan... .....                     Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb .....                 

Ah, bu cərimələr! Kimi, niyə cərimələr?! - Bahəddin Həzi yazır...
Tarix: 4-11-2024, 18:58 | Çap et
Ah, bu cərimələr! Kimi, niyə cərimələr?!
Son illər, bəli, cərimələr artır. Sözün açığı, bu cərimələrdən narazıların da sayı çoxalır. Neçəsinə özüm rastlamışam.
Deyir: "Bu boyda da cərimə olar? Avtobusun yoluna girdin, yüz manat.. Hələ təzə bir cərimə də qoyublar: küçəyə zibil atdın, filan qədər. Maaş az, pensiya az, uşaqpulu yox. Camaat bu cəriməni necə versin?!

Maraqlı və haqlı sualdır: camaat bu cərimələri necə versin?!

Mən bu sualın cavabını deyim?! Camaat bu cərimələri heç verməsin. Necə?! Çox sadə: qaydaları pozma, cərimə də vermə.

Bəli, avtobusun yoluna keçməyin yüz manat cəriməsi var. Çoxdurmu?! Çoxdur. Amma, atam-qardaşım, avtobusun yoluna keçmə, cərimə olunma, o yüz manat da cibində qalsın. Svetoforun qırmızı işığında keçmə, bir ətək pulun çıxmasın. Piyada zolağında adamlara yol ver, hərəkətə əks istiqamətdə getmə, qazandığın öz büdcəndə dursun. Sürücüsən, ya sərnişin, fərqi yoxdur, avtomobilə oturdun, kəməri bağla.

Gəlin, əyri oturaq, düz danışaq: biz total qaydasızlıq ortamında yaşamaq istəyimizdən tərk etmirik, amma deyirik, dövlət cərimələri ləğv etsin. Bir yandan hüquqi dövlət istəyirik, öz hüquqlarımızı istəyirik, o biri yandan da, hüquqi nihilizmdən əl çəkmək istəmirik. Bizim hüquqlarımız varsa, vəzifələrimiz də var. Bu necə olsun?!

Bilmirəm, bəlkə kimsə hələ də: "Babam mənə "kor" deyib, gəlib-gedəni "vur" deyib" düşüncəsindədir. Elədirsə, bilsin: nə "baba"sı ona düz deyib, nə də o düz hərəkət edir. Dövlət dədə-baba qaydaları ilə idarə oluna bilməz ki. Qanunlar, qaydalar ictimai münasibətlərdəki dəyişmələrin məhsuludur; yeni, yeniləşən reallıqları gözə alaraq, cəmiyyəti tənzimləyir. Eləcə də, təbiəti.

Elə qaydalar var, reallığa uyğun olaraq əvvəl-əvvəl bir müddət dövlət onları qəsdən "unudur", amma əvvəl-axır bir gün "xatırlayır". Baxırsan, əvvəl tətbiq etmədiyi cəriməni, axır ki, tətbiq etməyə başlayır.

Yadınızdadır, vaxt var idi, avtomobildə kəmər taxmamağa görə yol polisi heç kimi saxlayıb cərimələmirdi. Qayda yox idi?! Var idi. Amma pozulmasına görə inzibati cəza vermirdilər. Daxili İşlər Nazirliyi maarifçiliklə işi sahmana salmağa çalışırdı; elanlar verirdi, çağırışlar edirdi, videoçarxlar çəkib göstərirdi... Dövlət istəyirdi, özümüz başa düşək, qəbul edək, qaydaya tabe olaq.

Amma yox! Olmadı. Əmələ gəlmədi.

Ona görə bir gün dövlət qərara aldı ki, qüvvədə olan qərar icra olunsun. Polis əmr aldı, reydlər başladı. Kəmər taxmadan maşın sürənləri saxlayıb cərimələməyə start verildi. O zaman biz başladıq deyinməyə: "Belə də iş olar?! Cibimizdə pul qalmadı..."

Bəli, belə iş olar. Çünki belə bir cərimə onsuz da var idi. Sadəcə, tətbiq olunmurdu. "Hər bir yeni çoxdan unudulmuş köhnədir" deyiblər. Üstəlik, qəsdən unudulmuş bir köhnə! Dövlətin və hüququn nəzəriyyəsi var, fəlsəfəsi var. Qanunilik və effektivlik imperativləri var. Qanunilik imperativi hansısa bir məqamda, ya bir mərhələdə yerini bilərəkdən effektivlik imperativinə verir. Dövlət kəmər məsələsini effektivlik imperativinə buraxmışdı. Gördü, effekt vermir, keçdi qanunilik imperativinə. Yəni dövlət təkcə zorun təcəssümü deyil, həm də vaxtında və yerində xoş məramın da ifadəsidir.

Bu, təhlükəsizlik kəmərində aydın göründü: kəmərsizlik dövlətin gözlədiyindən də çox təhlükəli olmağa başlayanda polisə göstəriş gəldi.

İndi, get, aç, polisin statistikasına bax, görəcəksən ki, kəmər cərimələri qəzalarda nə qədər ölümün qarşısını alıb! Bir kəmərin cəriməsi neçə həyatları qurtarıb!

Cərimələnmək istəmirsənsə (ki, istəməzsən), onda avtomobilinə oturan kimi kəməri bağla, sonra hərəkətə başla. Nə çətin işdir?! Bir neçə saniyə çəkir. Bir neçə saniyə gec tərpənmək istəmirsənsə, qırx manatın "məhəbbət"ini ürəyindən sil. Avtobusun yoluna daxil olursansa, yüz manatından əl çək. Nə bilim, qırmızı işıqda keçirsənsə, beş yüz manatından üz çevir. Və sair və ilaxır.

Belədir bu işlər, qardaş. Bütün dünyada belədir, təkcə bizdə yox. Aç, başqa ölkələrdə eyni əməllərin cərimələrinə bax. Gör, Almaniyada, Amerikada, Yaponiyada nə cərimələr var, nə cərimələr! Sinqapurda, məsələn, çeynədiyin saqqızı küçəyə ata bilərsən? Yox! Atarsansa, cəriməsini ödəməlisən.

İtaliyada şəhər meydanlarında qumrulara çörək qırıntıları səpməyə icazən var? Təbii ki, xeyr! Xeyirxahlıq edərkən, maddi ziyan çəkəcəksən. Həm də iri məbləğdə. Amerikada, ya Kanadada avtomobili, ya mopedi istədiyin yerdə buraxıb gedərsən? Hə, gedərsən. Qayıdıb görərsən ki, əməlli-başlı cərimə gəlib. Bizdə hələ də maşını küçənin ortasında qoyub, saatlarla hardasa itib-batanlar var. Bir də görürsən, park etdiyin avtomobilinin arxasında bir "ağıllı" öz "xlam"ını atıb yoxa çıxıb. Sən də dövlət tədbirinə, yaxud iş görüşünə tələsirsən... Bu cür dənsizləri dövlət "dənləməsinmi"?! Bu "kor xəlifəliyin" bir bədəli olmasınmı?!

O adam bu hərəkəti Brüsseldə, yaxud Berlində, lap elə Varşavada edib, sonra da əlini-qolunu sallayıb gedə bilər?! Heç vaxt. Mütləq maddi zərərini görəcək, qarşılığını ödəyəcək.

Hətta Fransa kimi "sevgi dolu" bir cəmiyyətdə, Avstriya kimi tolerant məmləkətdə belə göz qabağında öpüşməyin bədəli var. Amma Bakıda polis aşiqləri "iş başında" yaxalayır, "evin kişisi" üzrxahlıq etmək əvəzinə, hələ üstəlik qanun keşikçisinin üstünə qabarır, azad məhəbbətin "məcəllə"sini "xırdalayır".

Yaxud fərz elə ki, Tailandda yaşayırsan, ürəyindən küçədə fili yemləmək keçir, elə bilirsən, bu, sənə ucuz oturacaq?! Əsla!

Qısacası, qayda hər yerdə qaydadır, cəriməsi də hər yerdə cərimədir. Bir ölkədə az, bir ölkədə çox. Ayağını cızıqdan qırağa qoymusansa, sənə "xatırladacaqlar". O məşhur Azərbaycan filmində deyildiyi kimi: "A bəy, araq içmisən, pulunu ver də!"

Pulun yoxdur, ya azdır? Qaydalara əməl elə. Sonra qayıdıb: "Deyəsən, cərimələrlə büdcəni doldururlar" deməyəsən.

Bu, ümumiyyətlə, ən azı mübahisəli fikirdir. Həmin məntiqlə yanaşsaq, belə çıxır ki, Cinayət Məcəlləsi türməni doldurmaq üçündür?! Absurddur axı! Dövlət niyə öz vətəndaşlarını nahaqdan tutub həbsxanaya yığsın, yeməyinə-içməyinə, mühafizəsinə, hətta "içəri"də müalicəsinə xərc çəksin?! Cəza varsa, deməli, bunun bir mənası da var axı.

Xüsusi amansızlıqla qətl törədilibsə, dövlət deyə bilməz axı, adamdır da, öldürüb, neynək, 20 il yox, 2 il verək, əlüstü bir balaca "yatıb" çıxsın. Cəza adama görə yox, əmələ görədir. Yaxşı, inzibati xətalara görə adamlar "büdcəni doldurmaq üçün" cərimələnirsə, qatillərin, oğruların, quldurların, qaçaqmalçıların, təcavüzçülərin... həbsi nə üçündür?! Büdcəni boşaltmaq üçün?! Həmin düşüncəyə görə, büdcəni talayanları, sadəcə, ona görə tuturlar ki, büdcə hesabına "içəri"də bəsləsinlər! Nonsens!

Bir də, lap elə tutaq ki (bəzilərinin dediyi kimi), dövlət cərimələrlə büdcəni doldurmaq istəyir, o bəziləri özü buna niyə imkan verir?! İmkan verməsin. Yəni əsas verməsin. Bu qədər sadə!

Cərimə varsa, cəza varsa, bu cəmiyyəti nizamı, salamatlığı üçündür. Hətta səni belə sənin özündən qorumağa ehtiyac olur. Heç bir qanun boş yerdən yaranmayıb. Cinayət qanunu, məsələn, bütün dünyada... qanla yazılıb. Bir adekvat cəza tapılana kimi nə qədər qan tökülüb!

Vətəndaş qanunları pozmasa, qaydaları heçə saymasa, dövlət durduğu yerdə onu cəzalandırmaz ki.

Ayrı vaxt Vətənə sevgidən dəm vuran adamlar (hamı yox) Vətənin küçələrini zibilləyir, üstəlik də istəyir ki, bunun cəzası olmasın. Belə sevgi olar?! Bu sevgidirsə, olmaz olsun. Sən sevdiyin kişinin, ya qadının üzünə çirkab atacaqsan, sonra da hər ikiniz heç nə olmamış kimi, "sevdiyiniz yer"dən davam edəcəksiniz, eləmi?! Yox elə bir dünya!

Bahəddin Həzi, Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kitablarımı qaytarmırlar” - Nigar Köçərli
Bu gün, 13:19
Maliyyə Nazirliyinin işçiləri gecələr niyə yatmırlar? - TƏFƏRRÜAT
Bu gün, 13:06
"Belə arvadı ər çırpmasın, nə etsin?" - Fatimənin əri haqqında iddia
Bu gün, 13:03
Belarusun Polşaya uçan dronlarla heç bir əlaqəsi yoxdur - Lukaşenko
Bu gün, 13:01
Əli Həsənov Moskvadan gələn milyonları necə XƏRCLƏYİB? - Azərbaycandakı Kreml KÖLGƏSİ
Bu gün, 12:44
“FSB” generalı bütün Ermənistanda qələbə qazanacaqlarını söylədi... - FOTO
Bu gün, 12:41
Kadırovun oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu
Bu gün, 12:31
"Mən öz kostyumumla gedib filmə çəkiləcəyəmsə, nə edirəm o filmi?"
Bu gün, 12:25
Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR
Bu gün, 12:07
Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON” MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq - İLGİNC İDDİALAR
Bu gün, 11:58
Tanınmış idmançı vəkilinin pulunu vermədi: Məhkəmədə uduzdu... - TƏFƏRRÜAT
Bu gün, 11:52
Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR
Bu gün, 11:50
Naxçıvandan gələn `LƏZZƏTLİ TƏHLÜKƏ`... - GİLEY
Bu gün, 11:39
“Məğlub edilməmiş Rusiya” İMİCİ - “Zapad” təlimlərinin strateji MAHİYYƏTİ
Bu gün, 11:22
Erməni diasporu ilə Ermənistanın qonşu ölkələrlə münasibətləri müzakirə olundu
Bu gün, 11:20
Ermənilər Xankəndidə terror planlaşdıran Karen haqda görün nələr yazdı – DETALLAR
Bu gün, 11:07
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub - ƏMR
Bu gün, 11:06
Paşinyan xalqdan legitimlik dəstəyi istəyir - ŞƏRH
Bu gün, 11:03
Azərbaycanda tanınmış siqaret istehsalçıları birləşir - DETALLAR
Bu gün, 11:00
Türkiyənin İnterpola verdiyi qatil Azərbaycanda saxlanıldı
Bu gün, 10:52
Naxçıvan Məclisinin deputatı xadiməyə qarşı İDDİA QALDIRIB
Bu gün, 10:36
Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:28
Baş Prokurorluq Əvəz Zeynallının telefonlarını və diktafonunu qaytarıb
Bu gün, 10:26
“Xankəndində terrora cəhd edən erməniyə təşəkkür düşür. Çünki...” - Siyasətçidən gözlənilməz açıqlama...
Bu gün, 10:22
Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15
Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01
Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57
Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55
Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54
Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41
Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29
Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24
Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22
Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20
Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17
Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11
Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06
Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05
Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01
Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59
Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22
Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14
“Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06
'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50
Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42
Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru