“Sünilik baş alıb gedir, səhnədə sanki kuklalar danışır” - Tanınmış aktyordan SƏRT İRAD
Tarix: 8-10-2024, 17:14 |
Çap et
“Teatrlarımızda əksinə, nağılçılıq, sünilik , kompozisiyalıq baş alıb gedir”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Babək” filmində canlandırdığı Buğday obrazı ilə tanınan aktyor Məhəmməd Verdizadə deyib.
O, hələ də psixoloji teatr yarada bilməməyimizdən gileylənib və teatr səhnələrində süni aktyor oyunları ilə bağlı tənqidi fikirlər səsləndirib:
“Biz psixoloji teatr yarada bilmədik, niyə? Çünki çox mürəkkəb bir şeydir bu zəhrimar. Teatr sintetik bir sənətdir. Əsl sənətkar isə bu sintetikanı bir az təbiiləşdirməlidir. Bizim teatrlarda əksinə, nağılçılıq, sünilik, kompozisiyalıq baş alıb gedir. Səhnədə sanki canlı aktyor yox, kuklalar danışır, kuklalar hərəkət edir. Bir sözlə, Buratino”.