Şəxsin öz telefon nömrəsi barədə anten məlumatları niyə verilmir? .....                     ABŞ Dövlət katibi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən danışıb .....                     Rusiya və İranı “bypass” edən LAYİHƏ: .....                     Elman Nəsirov Vaşinqton görüşündən danışdı: .....                     907-ci düzəliş birmənalı qaydada .....                     Tramp axtardığı sülhü Qafqazda tapdı: .....                     İşğal dövründə azərbaycanlılar Ermənistana necə gedib? .....                     Tramp İrəvanla Bakını barışdırıb Nobel almaq istəyir .....                     “ABB-nin bankomatları kart udmaqla məşğuldur, ehtiyatlı olun” .....                     Ermənistanın buna razılaşacağı doğru deyil .....                     Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı .....                     “Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinə yeni üzv təyin edilib .....                     Dövlət qurumu 269 minlik təmizlik xidmətini .....                     Adil Vəliyev onları İŞDƏN AZAD ETDİ .....                     Ukraynanın iştirakı olmadan “atəşkəs oyunu” .....                     Tramp və Putin avqustun 11-də Romada görüşə bilərlər .....                     Rusiya və Çin liderlərinin telefon danışığı olub .....                     AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib .....                     Dövlət qurumu 269 minlik təmizlik xidmətini .....                     Bəs Ankara BUNA NƏ DEYİR? .....                     "Xatun başa düşdü ki, mənə qarşı düz etməyib" .....                     Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir .....                     "Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” .....                     Əliyev və Paşinyan ABŞ-da nələr edir? .....                     Naxçıvana yol dəhliz statusunda olacaq .....                     Müəllimdən sensassion müsahibə: .....                     Vaşinqtonda sülh üçün tarixi görüş: .....                     Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: .....                     Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək .....                     Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu .....                     Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... .....                     İran Bakıya görə taktikanı dəyişdi: .....                     “ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib .....                     Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı .....                     Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi .....                     Baş prokurordan YENİ TƏYİNAT .....                     Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi .....                     "Mən hər zaman iş başında olmaq istəyirəm" .....                     Tibb Universiteti “Arash Medical”a 377 min verəcək .....                     II Qaregin ABŞ-yə gedib .....                 

100 Mbit internet üçün əlavə 100 manat da xərcləməlisiz - Söndürüb-yandırmaqla düzəlmir...
Tarix: 8-09-2024, 09:38 | Çap et
100 Mbit internet üçün əlavə 100 manat da xərcləməlisiz
"Biz əvvəl internetə görə ayda 19 manat pul ödəyirdik. Bu aydan isə 26 manat ödəyirik. Amma internetin sürətində bir fərq yoxdur. Provayderə zəng etmişik, deyirlər mobil telefonlarda internetin sürətli olması üçün yeni cihaz almalısınız".
Bu barədə Bakı sakini Aqil Məmmədov Sputnik Azərbaycan-a bildirib.
"Belə çıxır ki, 100 Mbit/saniyə interneti evdəki modem qəbul edə bilmir. Bu lap, at alıb sonra axur düzəltməyə oxşadı. Camaatı məcbur ediblər ki, hamı 26-27 manat ödəyib 100 Mbit/saniyə internet almalıdır. Sonra yadlarına düşüb ki, evə quraşdırdıqları modem zəifdir, bu sürətdə interneti qəbul edib paylaya bilmir. Bunun üçün də əlavə bir cihaz alınmalıdır, onu da qoyurlar abunəçinin boynuna" - Məmmədov deyib.
O qeyd edib ki, internetin qiyməti bahalaşandan modemi söndürüb-yandırmaq da sürətin artmasına kömək etmir:
"Yenə əvvəl sürət azalanda, zəng edirdik, deyirdilər "interneti söndürüb-yandırın düzələcək. İndi modemi söndürüb-yandırmaq da köməyimizə çatmır, gərək yeni cihaz alaq".
Qiymət qalxıb, keyfiyyət isə yox!
Qeyd edək ki, bu aydan etibarən əhali internetin qiymətini yeni, artan tariflə ödəsə də, internetin minimal sürəti 100 Mbit/saniyəyə çatmayıb. Abunəçilər sosial şəbəkələrdə internetin qiyməti bahalaşandan sonra sürətinin nəinki artdığı, hətta aşağı düşdüyünə dair şikayət dolu statuslar paylaşırlar. Onlar iddia edirlər ki, internetin sürəti və qiyməti artmamış keyfiyyəti daha yaxşı idi. İnternetin sürəti ilə bağlı şikayətlərə isə provayderdən fərqli cavablar verilir. Əsasən səbəb cihazların 100 Mbit/s interneti dəstəkləmədiyi göstərilir.
Abunəçilər yeni cihaz almalıdır
Deyilən şikayətləri araşdırmaq üçün haqqında ən çox şikayət edilən provayderlərdən biri- "Azeurotel" MMC ilə əlaqə saxladıq. "Azeurotel" MMC-dən bildirdilər ki, bir neçə il öncə mənzillərə qoyulmuş modemlər 2,4 GHz dəstəkləyir. 100 Mbit/saniyə interneti isə hazırda mənzillərdəki modemlərlə Wi-Fi-ə qoşulmuş cihazlara ötürmək mümkün deyil.
"100 Mbit/saniyə interneti ancaq modemin 1-ci Portuna Lan kabel (kommutasiya şnuru) qoşaraq kompyuter vasitəsilə əldə etmək olar. Evdə Wi-Fi-ə qoşulmuş cihazların 100 Mbit/saniyə internetlə təmin olunması üçün mənzil sahibləri öz hesablarına ya 5 GHz dəstəkləyən modem almalı, yaxud da router adlı cihaz əldə etməlidir. Router cihazının qiyməti isə 100 manatdan başlayır və üzü yuxarı dəyişir"- "Aztelekom"MMC-dən bildiriblər.
"Bu istehlakçı hüququnun pozulmasıdır"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, internetin sürətini hamı üçün minimal etdikdən sonra abunəçini bu sürəti əldə etmək üçün yeni cihaz almağa məcbur etmək istehlakçı hüququnu kobud şəkildə pozmaqdır.

"Əvvala, hər bir vətəndaşın o sürətdə internetə ehtiyacı yox idi. İstehlakçıya seçim hüququ verilməli idi. İnternetin sürətini artıraraq qiyməti diktə etmək istehlakçı hüququnu kobud şəkildə pozmaqdır. Çünki, istehlakçıların beynəlxalq və yerli hüquqlarından biri onun seçim hüququdur. Amma Baktelekom minimal sürəti 100 Mbit/s etməklə hamıya bu qiyməti diktə etdi. Bu azmış kimi, bundan sonra həmin sürətdə interneti əldə etmək üçün vətəndaşın boynuna yeni cihaz almağı qoyur. Çox güman ki, burada aidiyyatı qurumlar karter sövdələşməsinə gediblər" - ekspert deyib.
Onun sözlərinə görə, provayderlər Baktelekoma əvvəldən bildirməli idilər ki, onların mənzillərə qoyduqları modem bu sürətdə interneti Wi-Fi-ə qoşulmuş cihazlara ötürə bilməyəcək:
"Xidməti göstərən qurumun borcudur ki, vətəndaşı əvvəlcə ölçü cihazı ilə təmin etsin. Baktelekom da provayderlərə göstəriş verməli idi ki, bütün abunəçilərini 100 Mbit/saniyə interneti dəstəkləyən modemlə təmin etsinlər. Bundan sonra əhalidən yeni sürətdə internetin ödənişini tələb edə bilərdilər. Amma hazırda əks vəziyyət müşahidə olunur. Sürət əvvəlki kimi qalıb, vətəndaşdan istifadə edə bilmədiyi internetin pulu alınır".

"Aztelekom" dan şikayətlərə cavab
İnternetin sürətinin zəif olması barədə şikayətlərə gəlincə, "Aztelekom" bu iddialara belə cavab verib:
"Qeyd edək ki, internet xidmətinin təminatı istiqamətində tərəfimizdən hazırda kütləvi nasazlıq müşahidə olunmur. Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır.
İnternetin sürətinin zəifliyi ilə bağlı müraciətlərin qeydiyyatı zamanı problemlərin əsas 3 səbəbdən qaynaqlandığı müşahidə olunur. Həmin səbəblər aşağıdakılardır:
Cihazların uyğunluğu. İnternet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya Ethernet portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur.
Modem və marşrutlaşdırıcının konfiqurasiyası. Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda internet sürəti məhdudlaşa bilər. Məsələn, modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz. Həmçinin Wi-Fi marşrutlaşdırıcılarının bəzi parametrləri (kanal seçimi, bant genişliyi) düzgün qurulmadıqda Wi-Fi üzərindən internet sürətinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.
Dalğaların konfiqurasiya olunmaması. Wi-Fi dalğalarının yayılması ətraf mühitdən və istifadə olunan dalğa bantlarından asılıdır. Məsələn, 2.4 GHz bantı daha geniş əhatə dairəsini təmin etsə də, daha aşağı sürətlər təqdim edir və müdaxilələrə daha həssasdır. 5 GHz bantı isə daha yüksək sürətlər təmin etsə də, əhatə dairəsi məhduddur. Əgər bu dalğalar düzgün konfiqurasiya olunmayıbsa, internet sürəti azalacaq.
Yarana biləcək hər hansı texniki nasazlıqlarla qarşılaşdıqları halda "Aztelekom" abunəçilərindən "170", "Baktelecom" abunəçilərindən isə "155" Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur".
Onu da xatırladaq ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlayıb.
Hazırda 100 Mbit/saniyə optik internetin qiyməti 27 manatdır. Minimum sürət ölkə üzrə bütün abunəçilərə təqdim olunur. Amma abunəçilər 32 manat ödəməklə 150 Mbit/s -ə qədər, 38 manat ödəməklə isə 250 Mbit/s -ə qədər internet ala bilərlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəxsin öz telefon nömrəsi barədə anten məlumatları niyə verilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:56
ABŞ Dövlət katibi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən danışıb
Bu gün, 16:54
Rusiya və İranı “bypass” edən LAYİHƏ: - İrəvanı masaya oturdan səbəblər NƏ OLDU?
Bu gün, 16:15
Elman Nəsirov Vaşinqton görüşündən danışdı: - “İlham Əliyevin sözünün dəyəri...”
Bu gün, 16:10
907-ci düzəliş birmənalı qaydada LƏĞV EDİLMƏLİDİR
Bu gün, 16:06
Tramp axtardığı sülhü Qafqazda tapdı: Azərbaycan - Ermənistan razılaşması nə deməkdir?
Bu gün, 16:04
İşğal dövründə azərbaycanlılar Ermənistana necə gedib? – “İki xalqı yalnız bu barışdıra bilər”
Bu gün, 16:01
Tramp İrəvanla Bakını barışdırıb Nobel almaq istəyir - “CBS News”
Bu gün, 15:59
“ABB-nin bankomatları kart udmaqla məşğuldur, ehtiyatlı olun” - NARAZILIQ VAR...
Bu gün, 15:54
Ermənistanın buna razılaşacağı doğru deyil - Baqdasaryan
Bu gün, 15:51
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı - foto
Bu gün, 15:48
“Aqrar Tədarük və Təchizat”ın İdarə Heyətinə yeni üzv təyin edilib - BUNDAN SONRA...
Bu gün, 15:44
Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 15:42
Adil Vəliyev onları İŞDƏN AZAD ETDİ - SİYAHI
Bu gün, 15:39
Ukraynanın iştirakı olmadan “atəşkəs oyunu” – Bu, sülh deyil, ultimatumdur
Bu gün, 15:35
Tramp və Putin avqustun 11-də Romada görüşə bilərlər - "Fox News"
Bu gün, 15:33
Rusiya və Çin liderlərinin telefon danışığı olub
Bu gün, 15:31
AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət edib
Bu gün, 15:27
Dövlət qurumu 269 minlik təmizlik xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 14:08
Bəs Ankara BUNA NƏ DEYİR? - AKTUAL
Bu gün, 14:04
"Xatun başa düşdü ki, mənə qarşı düz etməyib"
Bu gün, 13:50
Azərbaycan Cənubi Qafqazın super gücünə çevrilir – Trampın qərarı həlledici oldu
Bu gün, 13:40
"Bu halda Rusiya maksimum 20-30 min azərbaycanlı miqrantı qova bilər...” - TƏDARÜKLÜ OLMALIYIQ...
Bu gün, 13:05
Əliyev və Paşinyan ABŞ-da nələr edir? – Qazaryan elə FOTO yaydı ki…
Bu gün, 13:01
Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan
Bu gün, 13:00
Müəllimdən sensassion müsahibə: - “Kurslara, özəl müəssisələrə sual ötürürlər”
Bu gün, 12:56
Vaşinqtonda sülh üçün tarixi görüş: - Cənubi Qafqazda yeni dönəmin başlanğıcı
Bu gün, 12:52
Zəngəzur dəhlizi “Tramp Yolu” oldu: - Azərbaycan üçün nə dəyişir?!
Bu gün, 12:48
Sabah havanın temperaturu 5 dərəcəyədək düşəcək - belə deyirlər...
Bu gün, 12:39
Etibar Əliyevin növbəti hədəfi YAZIÇILAR oldu – “Vəzifə dalınca qaçırlar…”
Bu gün, 12:36
Neftçalada ŞÜBHƏLİ TENDER oyunları... - İLGİNC FAKTLAR...
Bu gün, 12:18
İran Bakıya görə taktikanı dəyişdi: - Pezeşkianı narahat edən təhlükə
Bu gün, 12:11
“ADY Ekspress”in direktor müavini vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 12:03
Dövlət Agentliyi işçiləri üçün 1,6 milyonluq sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 12:00
Tehranın “türk yolu” hesab etdiyi Zəngəzur dəhlizi - ŞƏRH
Bu gün, 11:58
Baş prokurordan YENİ TƏYİNAT - FOTO
Bu gün, 11:56
Aqşin Yenisey ermənilərə və Anna Akopyana mesaj göndərdi - "Problem ermənilərin rasional yaddaşlarında deyil"
Bu gün, 11:46
"Mən hər zaman iş başında olmaq istəyirəm"
Bu gün, 11:33
Tibb Universiteti “Arash Medical”a 377 min verəcək
Bu gün, 11:31
II Qaregin ABŞ-yə gedib
Bu gün, 11:26
Azərbaycan Mərkəzi Bankının sədri özünə daha bir müşavir təyin edib - DOSYE
Bu gün, 11:22
Vaşinqtonda baş verənlərə Tehran və Moskva seyrçi qalacaqmı? - AKTUAL
Bu gün, 11:20
"Allahsızlar bu istidə fəhləyə zülm edirlər..." - ETİRAZ
Bu gün, 11:16
Rusiyadan Gürcüstana mesaj: - Hazırıq
Bu gün, 11:09
Vaşinqton danışıqları: Bunu etməmək axmaqlıq olardı - Arkov
Bu gün, 11:08
Rusiya 17 il əvvəlki hücumu təkrarladı – Bakıya Vaşinqton görüşü öncəsi mesaj
Bu gün, 11:07
Ermənistanın Ali Məhkəmə Şurasının keçmiş sədri azadlıqdan məhrum edilib - KİV
Bu gün, 11:04
Təhsildə qərar xaosu və yerli idarəetmənin “yuxu planları” - İLGİNC İDDİALAR
Bu gün, 11:02
Vaşinqtonla Bakının yeni razılaşması adi sövdləşmə deyil - Surenyants
Bu gün, 10:56
İkinci dəfə deputat seçilməyimə mane oldular - Lalə Abbasova
Bu gün, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru