Nazir və digər rəsmilər Laçında belə rəqs etdi .....                     ABŞ və Azərbaycan necə dil tapacaq? .....                     Həmkarlar İttifaqında qərar verən əsas güc: NİGAR VAHABZADƏ KİMDİR? .....                     Fransa Zəngəzurda Rusiyanı qabaqladı .....                     Rusiyadan danışıqlar imitasiyası: .....                     "Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb" .....                     Nazir müavini vəzifəsindən azad edildi .....                     Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb .....                     Qurban bayramı ilə bağlı Elşad Miri və Hacı Surxay nələr danışıb? .....                     Yayda restoranlar müştəriləri belə soyur: .....                     Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib .....                     “Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm, .....                     “Eyni sifətlərə nə qədər baxmaq olar?!” .....                     “Həkimin vəzifəsi bir saniyə də olsa ömrü uzatmaqdır, bizdə isə..” .....                     Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri .....                     Müharibə daha təhlükəli fazaya keçib .....                     Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq? .....                     BP və SOCAR “Şəfəq-Asiman”dakı paylarının bir hissəsini Türkiyə şirkətinə verdilər .....                     "Mənə rus “şpion”u dedilər, o adamlara “tupoy” demək istəyirsən ki, başa düşsün" .....                     AZCON Holdinqdə təyinat olub .....                     "İrəvan hökuməti sözdən əmələ keçmir" .....                     FHN “Mi-17”nin təmirinə 659 min manat xərcləyəcək .....                     Oxumayan şagirdləri 9-cu sinifə necə gətirirlər? .....                     Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? .....                     İTS ləğv olunan tenderi yenidən keçirir .....                     “Nə dişimi müalicə edir, nə də pulumu qaytarır” .....                     Nə hesab bilir... nə də kitab: ƏT 2 DƏFƏ BAHALAŞDI... .....                     8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib .....                     Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib .....                     Fransanın konsulluğu hansı fəaliyyəti göstərəcək? .....                     Narazılığa səbəb olan kəskin bahalaşma .....                     Bu tikintiyə Riad Qasımov icazə verib? .....                     Sabiq deputatın oğluna məhbusun 55 min manat ödəməsi gizli razılaşmanı ortaya çıxardı .....                     Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktokerin .....                     Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır .....                     “Bu təhsil deyil, travmadır” .....                     Daşkəsəndə şirkət əməkdaşı iş yerində öldü .....                     Bərdədə məktəbdə FACİƏ: .....                     İranın Bakıdakı yeni azərbaycanlı səfiri: .....                 

Ermənistanda sənədlər dəyişməsə: Sülh olmayacaq - NƏ ETMƏLİ?
Tarix: 2-03-2024, 08:36 | Çap et
Ermənistanda sənədlər dəyişməsə: Sülh olmayacaq
“Azərbaycanın Ermənistan Konstitusiyasının guya sülh müqaviləsinin imzalanmasına mane olması ilə bağlı iddiaları iki ölkə liderlərinin ən azı ilkin səviyyədə razılaşdığı prinsipləri təkzib edir”.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Antalyada keçirilən diplomatik forumun sessiyasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə cavab verərkən belə deyib.

Qeyd edək ki, Hikmət Hacıyev öz çıxışında Azərbaycan tərəfinin Ermənistan Konstitusiyasının məzmununa aydınlıq gətirilməsini gözlədiyini bildirib.

“Ermənistanın Konstitusiyası və hüquqi bazası bizim daxili işimizdir. Bunun sülhə nail olmaq üçün gedən proseslərlə heç bir əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və bu, hətta Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin birgə bəyanatlarında dəfələrlə qeyd edilib.

Danışıqlar gedən sülh sazişi layihəsində ikitərəfli səviyyədə razılaşdırılmış ən azı ilkin iki məqam var. Birincisi, ağ-qara yazılıb ki, ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyır, bir-birinə qarşı ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. İkincisi, ölkələr bu sazişə əməl etməməkdə öz daxili qanunvericiliklərinə istinad etməyəcəklər. Ərazi məsələlərində bir-birimizdən heç nə tələb etmədiyimizə və etməyəcəyimizə inandırmağın ən yaxşı yolu sülh müqaviləsi imzalamaqdır”,-Rubinyan belə deyib.

Qeyd edək ki, Rubinyanın açıqlaması Azərbaycan-Ermənistan sülh danışıqlarının siyasi və hüquqi mahiyyətinə ziddir. Çünki Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının olmadığına dair Paşinyan hakimiyyətinin verdiyi bəyanatlar şifahi xarakter daşıyır. Ermənistanın ali hakimiyyət orqanlarının Azərbaycana qarşı ərazi iddialarını qadağan edən hər hansı rəsmi qərarı yoxdur.

Üstəlik, iki ölkə arasında sülh müqaviləsi imzalanmadığına görə Ermənistan Azərbaycan qarşısında ərazi iddialarının qarşısını alan siyasi və hüquqi öhdəliyə də malik deyil. Bu baxımdan, Rubinyanın söylədiyi fikirlər sadəcə, şifahi məzmun daşıyır və hüquqi qeyri-müəyyənlik yaradır.

Reallıqda isə Ermənistanın konstitusiyası və digər hüquqi-normativ aktları həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutur. Ermənistan Ali Sovetinin və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurasının Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə 1989-cu il 1 dekabr tarixli qanunsuz qərarı Ermənistanın Müstəqllik Bəyannaməsinin 11-ci bəndində yer alıb. Hazırda Ermənistan konstitusiyasının preambula hissəsində həmin bəyannaməyə istinad edilir. Yəni Ermənistanın ali qanunu Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutur. Ona görə də Ermənistan konstitusiyası artıq bu ölkənin daxili məsələsi olmaqdan kənara çıxaraq regional sülhə və sabitliyə təhlükə yaradan problemə çevrilib.

Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün ilk növbədə, Müstəqillik Bəyannaməsinə istinad hissəsini konstitusiyanın mətnindən çıxartmalıdır. Ermənistanın konstitusiya islahatından yayınması Azərbaycanla sülh sazişinin imzalanmasını qeyri-mümkün edir. Bu isə Ermənistanın özünü təcrid vəziyyətində saxlaması deməkdir. Lakin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yalnız Müstəqillik Bəyannaməsi və Konstitusiyanın preambula hissəsi ilə yekunlaşmır.

Konstitusiyanın 47.8-ci maddəsində qeyd edilir ki, Ermənistan Respublikasından kənarda yaşayan ermənilər Ermənistan Respublikasının müdafiəsindədir. Bu maddə 1995-ci ildə Ermənistanın Azərbaycana qarşı işğalına hüquqi əsas yaratmaq üçün konstitusiya mətninə daxil edilib. Halbuki, Azərbaycanda yaşayan bütün milli azlıqların, o cümlədən erməni vətəndaşların müdafiəsi və təhlükəsizliyi məhz Azərbaycan Konstitusiyası ilə təmin edilir. Ona görə də Ermənistan həmin maddəyə düzəliş etməlidir.

Bundan başqa, Ermənistanın Hərbi Doktrinası və Milli Təhlükəsizlik Strategiyasının xeyli hissəsi Azərbaycana qarşı ərazi iddialarından ibarətdir. Hərbi Doktrinada qeyd edilir ki, Ermənistan Respublikası “Dağlıq Qarabağ Respublikası xalqı”nın təhlükəsizliyinin təminatçısıdır və onun seçdiyi inkişaf yolunu təmin edir. Yəni Ermənistanın işğalçılıq siyasəti qanunvericilik səviyyəsində rəsmiləşdirilib və bu, mürtəce arqumentlərlə əsaslandırılıb. Məsələn, Hərbi Doktrinada Ermənistanın Qarabağı və digər əraziləri işğal etməsini əsaslandıran belə ifadələr yer alıb:

- müasir Azərbaycan ərazisində “soyqırım” yaşamış erməni xalqının yeni “etnik təmizləmə”lərinin təzahürünün reallıqları (1980-90-cı illərdə Sumqayıtda, Bakıda və başqa yerlərdə);

- 1988-1994-cü illərdə Dağlıq Qarabağ “xalqı”nın qanuni və sülh yolu ilə öz müqəddəratını təyin etmək istəklərinə qarşı Azərbaycan Respublikasının hərbi gücdən istifadə etmək və onları məcburi müharibəyə cəlb etmək siyasəti;

- daimi “fiziki məhv” təhlükəsi ilə üzləşən Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi zərurəti. Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə həll etmək istəyi;

- Ermənistan Respublikasının və “Dağlıq Qarabağ Respublikası”nın və onların əhalisinin tarixi-ərazi, mənəvi-dini, etnik və mədəni kimliyi;

- Dağlıq Qarabağ “xalqı”nın öz tarixi vətənində öz müqəddəratını təyinetmə faktının mübahisəsiz siyasi və hüquqi əsasları;

- “Dağlıq Qarabağ Respublikası”nın demokratik, sosial, hüquqi dövlət kimi formalaşması reallığının dönməzliyi;

- Ermənistan Respublikası və “Dağlıq Qarabağ Respublikası”nın təhlükəsizliyini təmin etmək vəzifələrinin qarşılıqlı əlaqəsi və ümumi qəbul edilməsi.

Göründüyü kimi, Ermənistanın Hərbi Doktrinası Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutmaqla yanaşı, ölkəmizdə separatçılığı dəstəkləməyə yönəlmiş və birbaşa müharibəyə səbəb ola biləcək sənəddir. Bu halda, hər hansı sülhdən danışmaq mümkün deyil.
Yaxud Ermənistanın Milli Təhlükəsilik Strategiyasında Azərbaycanın Ermənistana və “Dağlıq Qarabağ Respublikası”na qarşı silahlı qüvvədən istifadə ilə bağlı açıq tədhdidlərin səsləndirildiyi qeyd edilir.

Ermənistanın Milli Təhlükəsilik Strategiyasının “Dağlıq Qarabağ Respublikası” adlı 3-cü hissəsi xüsusilə diqqəti cəlb edir. Orada qeyd edilir:

“Hər hansı yekun razılaşmanın və ya yekun sənədin Qarabağ tərəfinin də razılığını alması prinsipindən daima çıxış edərək Ermənistan yalnız “Dağlıq Qarabağ Respublikası”nın faktiki mövcudluğunun dönməz reallığını möhkəmləndirməyə yönələcək həll variantlarını məqbul hesab edir. “Dağlıq Qarabağ”ın Ermənistanla ərazi əlaqələri olmalıdır. Təhlükəsizliyə zəmanət verilməlidir”.

Ermənistanın Milli Təhlükəsilik Strategiyası da Azərbaycanda separatçılığın dəstəklənməsi və ərazi iddialarını özündə əks etdirir.
Həmiçinin, Ermənistan Ali Sovetinin 1992-ci il iyul ayının 8-də qəbul etdiyi qərarda qeyd edilir:

““Dağlıq Qarabağ Respublikası”nı Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanıyan istənilən beynəlxalq və daxili sənəd Ermənistan Respublikası üçün qəbuledilməzdir”.

Bu qərar hələ qüvvədə qalır və Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradır.

Ona görə də Ruben Rubinyanın dedikləri reallığa ziddir. Ermənistan konstitusiyasını və digər qanunvericilik bazasını yeniləməyənə qədər ərazi iddialarının ortadan qalxmasından danışmaq mümkün deyil. Vyana Konvensiyasının 27-ci maddəsinə görə, Ermənistan beynəlxalq müqavilənin yerinə yetirməməsi üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz. Bunu Nikol Paşinyan da deyir. Amma Ermənistanın konstitusiyasında və qanunvericiliyində həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarının qalması perspektiv üçün təhlükədir.

Çünki Ermənistanda perspektivdə hakimiyyətə gələcək başqa bir siyasi qüvvə həmin hüquqi bazaya istinad edərək, sülh sazişinin imzalanmasından və ya müqavilə üzrə öhdəliklərin icrasından yayınaraq Azərbaycana ərazi iddiası irəli sürə bilər. Bu səbəbdən Ermənistan konstitusiyasının preambula hissəsi ilə yanaşı, 47.8-ci maddəsinə, Türkiyəyə ərazi iddiası təsvir edilmiş dövlət gerbi haqqında 21-ci maddəsinə, Ermənistanın Dövlət Gerbi haqqında qanunu və digər hüquqi-normativ sənədlərə yenidən baxmalıdır.

Müşfiq Abdulla
“Cebhe.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir və digər rəsmilər Laçında belə rəqs etdi - VİDEO
Bu gün, 04:00
ABŞ və Azərbaycan necə dil tapacaq? - AKTUAL
Bu gün, 00:29
Həmkarlar İttifaqında qərar verən əsas güc: NİGAR VAHABZADƏ KİMDİR? - İLGİNC
Bu gün, 00:21
Fransa Zəngəzurda Rusiyanı qabaqladı - Azərbaycana qarşı yeni oyun, yoxsa, özünümüdafiə cəhdi?
Bu gün, 00:17
Rusiyadan danışıqlar imitasiyası: - Moskva Kiyev qarşısında elə tələblər qoydu ki...
Bu gün, 00:14
"Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb"
Bu gün, 00:04
Nazir müavini vəzifəsindən azad edildi
Dünən, 18:49
Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb – Qardaşının payı azalıb
Dünən, 17:17
Qurban bayramı ilə bağlı Elşad Miri və Hacı Surxay nələr danışıb? - DETALLAR
Dünən, 17:12
Yayda restoranlar müştəriləri belə soyur: - “50 manat...”
Dünən, 17:09
Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib
Dünən, 17:04
“Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm, - FOTO
Dünən, 16:54
“Eyni sifətlərə nə qədər baxmaq olar?!” – Prodüser KİMDƏN ŞİKAYƏTLƏNDİ?
Dünən, 16:52
“Həkimin vəzifəsi bir saniyə də olsa ömrü uzatmaqdır, bizdə isə..” - Rəşid Mahmudov
Dünən, 16:49
Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib
Dünən, 16:45
Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Dünən, 16:43
Müharibə daha təhlükəli fazaya keçib - “Wall Street Journal”
Dünən, 16:39
Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq? - İNCƏLƏMƏ
Dünən, 16:35
BP və SOCAR “Şəfəq-Asiman”dakı paylarının bir hissəsini Türkiyə şirkətinə verdilər
Dünən, 16:32
"Mənə rus “şpion”u dedilər, o adamlara “tupoy” demək istəyirsən ki, başa düşsün" - Nizami Cəfərov
Dünən, 16:30
AZCON Holdinqdə təyinat olub - FOTO
Dünən, 16:25
"İrəvan hökuməti sözdən əmələ keçmir" - deputat
Dünən, 16:22
FHN “Mi-17”nin təmirinə 659 min manat xərcləyəcək – Son 25 ildə “Mi-17” qəzaları
Dünən, 16:19
Oxumayan şagirdləri 9-cu sinifə necə gətirirlər? -Ekspertdən maraqlı AÇIQLAMA
Dünən, 16:18
Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
Dünən, 16:16
İTS ləğv olunan tenderi yenidən keçirir – Məbləğ 2 dəfədən çox artırılıb
Dünən, 16:15
“Nə dişimi müalicə edir, nə də pulumu qaytarır” - NARAZILIQ VAR...
Dünən, 16:05
Nə hesab bilir... nə də kitab: ƏT 2 DƏFƏ BAHALAŞDI... - Heyvan yemi əvəzinə pambıq əkəndə BELƏ OLUR...
Dünən, 16:03
8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib - Azərbaycanda DƏHŞƏT
Dünən, 16:00
Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Dünən, 15:58
Fransanın konsulluğu hansı fəaliyyəti göstərəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:33
Narazılığa səbəb olan kəskin bahalaşma - Əhali necə dolansın?
Dünən, 15:29
Bu tikintiyə Riad Qasımov icazə verib? - VİDEO
Dünən, 15:26
Sabiq deputatın oğluna məhbusun 55 min manat ödəməsi gizli razılaşmanı ortaya çıxardı - TƏFƏRRÜAT
Dünən, 15:20
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktokerin məhkəməsi başlayıb
Dünən, 15:17
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır - MƏQALƏ
Dünən, 15:14
“Bu təhsil deyil, travmadır” – Valiyenlərdən summativlərə qarşı ETİRAZ
Dünən, 13:06
Daşkəsəndə şirkət əməkdaşı iş yerində öldü
Dünən, 13:04
Bərdədə məktəbdə FACİƏ: - şagird 3-cü mərtəbədən yıxıldı
Dünən, 13:00
İranın Bakıdakı yeni azərbaycanlı səfiri: - Münasibətlər yeni mərhələdə?
Dünən, 12:54
İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı - ƏMR
Dünən, 12:52
“Nəsimi”ni kolbasa reklamına çəkdirən DÜNYA – Cəvahir Nehru YAZIR
Dünən, 12:49
Alim Qasımov məclislərdəki bu adətdən narazıdır
Dünən, 12:43
Qərb Paşinyanı tək buraxdı - Baş nazirin siyasi taleyi Köçəryan kölgəsindədir
Dünən, 12:39
Xaricdə yaşayan 7 bloger barəsində qiyabi həbs qərarı çıxarıldı - SİYAHI
Dünən, 12:33
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq - belə deyirlər...
Dünən, 12:31
“Sovetski”dəki evlər sökülür: Sakinlər verilən puldan narazıdır - VİDEO
Dünən, 12:28
Mərkəzi Bankın valyuta ehtiyatları 619 milyon dollar azalıb
Dünən, 12:26
“AzSığorta”nın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:24
“Orxan, mahnıların zibillikdir” - Qalmaqal böyüdü
Dünən, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru