Rusiyadan danışıqlar imitasiyası: .....                     "Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb" .....                     Nazir müavini vəzifəsindən azad edildi .....                     Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb .....                     Qurban bayramı ilə bağlı Elşad Miri və Hacı Surxay nələr danışıb? .....                     Yayda restoranlar müştəriləri belə soyur: .....                     Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib .....                     “Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm, .....                     “Eyni sifətlərə nə qədər baxmaq olar?!” .....                     “Həkimin vəzifəsi bir saniyə də olsa ömrü uzatmaqdır, bizdə isə..” .....                     Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri .....                     Müharibə daha təhlükəli fazaya keçib .....                     Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq? .....                     BP və SOCAR “Şəfəq-Asiman”dakı paylarının bir hissəsini Türkiyə şirkətinə verdilər .....                     "Mənə rus “şpion”u dedilər, o adamlara “tupoy” demək istəyirsən ki, başa düşsün" .....                     AZCON Holdinqdə təyinat olub .....                     "İrəvan hökuməti sözdən əmələ keçmir" .....                     FHN “Mi-17”nin təmirinə 659 min manat xərcləyəcək .....                     Oxumayan şagirdləri 9-cu sinifə necə gətirirlər? .....                     Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? .....                     İTS ləğv olunan tenderi yenidən keçirir .....                     “Nə dişimi müalicə edir, nə də pulumu qaytarır” .....                     Nə hesab bilir... nə də kitab: ƏT 2 DƏFƏ BAHALAŞDI... .....                     8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib .....                     Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib .....                     Fransanın konsulluğu hansı fəaliyyəti göstərəcək? .....                     Narazılığa səbəb olan kəskin bahalaşma .....                     Bu tikintiyə Riad Qasımov icazə verib? .....                     Sabiq deputatın oğluna məhbusun 55 min manat ödəməsi gizli razılaşmanı ortaya çıxardı .....                     Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktokerin .....                     Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır .....                     “Bu təhsil deyil, travmadır” .....                     Daşkəsəndə şirkət əməkdaşı iş yerində öldü .....                     Bərdədə məktəbdə FACİƏ: .....                     İranın Bakıdakı yeni azərbaycanlı səfiri: .....                     İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı .....                     “Nəsimi”ni kolbasa reklamına çəkdirən DÜNYA .....                     Alim Qasımov məclislərdəki bu adətdən narazıdır .....                     Qərb Paşinyanı tək buraxdı .....                 

Deputatlığa namizəd rəqibi Azər Kərimliyə müraciət etdi: - “Namizədliyinizi geri götürün!”
Tarix: 30-01-2020, 09:51 | Çap et
Deputatlığa namizəd rəqibi Azər Kərimliyə müraciət etdi:
112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, “Müsavat” partiyasının üzvü Limunət Əmrahlı rəqibi, 20 ildir Qaxın deputatı olan Azər Kərimliyə müraciət edib. Müraciətdə deyilir:

“Seçkiyə qoşularkən ilk növbədə Azərbaycanın müstəqilliyi dövründə Qax rayonundan deputat olmuş millət vəkillərini xatırladım. Onlardan nümunə götürüləcək məqamları araşdırmağa çalışdım. Bu dövr gözümün qarşısından kino lenti kimi gəlib keçdi.

2000-ci ilə qədər Qaxımızı təmsil edən deputatlar yaxşı yadımdadır. Rayonumuz üçün nümunəvi deputat ola bilməsələr də onlardan nümunə götürüləcək mühüm və müsbət cəhətlər var. Hamımız üçün anlaşıqlı olması üçün həmin cəhəti bu deyimlə ifadə edərdim: “Nə vurub yıxdırmadılar, nə də tutub durquzmadılar”. Ən mühümü, ölkədə tüğyan edən korrupsiya çirkabına bulaşmadılar. Özlərini əsil qaxlılar kimi, ağayana, nəfsitox, intellektual apardılar. Bu, əlbəttə ki, onlardan götürüləcək ən gözəl nümunədir.

Son 4 çağırıç millət vəkilimiz olmuş Sizə gəldikdə, vəziyyət başqadır.

Şəxsən tanış deyilik. Heç bir münasibətimiz, ünsiyyətimiz olmayıb. Milli Məclisi televiziyada göstərəndə hərdən maraqlanırdım ki, “Bizim deputatımız harada oturub, hansı vacib məsələ ilə bağlı çıxış edib və s.” Təəssüf ki, bu suallara cavab olacaq bir hərəkətlilik görməmişəm. Səsinizi də eşitməmişəm.

Səsiniz hazırkı seçki kompaniyası dövründə çıxdı. Yəqin yenə də çıxmazdı. Ölkədə seçki ənənələrində fərqli situasiya yaranmasaydı.
Yenə də susqunluqla gələcəkdiz. Ətrafınızda toplaşmış bir neç məmurla gərüşəcəkdiz. Əl sıxacaqdız. Bilmirəm, öz aranızda bu mötəbər kürsünün dəyəri üzərində hansı sövdələşmə gedəcəkdi. Beləcə Qax rayonunun sakinlərinə, 18 yaşdan yuxarı hər kəsin səsinə, seçiminə, istəyinə, tələbinə, hüququna aid olan millət vəkilliyi kürsüsü daha 5 ilə əziyyəsiz, maneəsiz Sizə “ərməğan” ediləcəkdi.

İndi situasiya dəyişib. Rəqabət, maneələr çoxdur.
Yanvar ayının 17-dən dünənə qədər seçki qərargahımızın üzvləri ilə Qax rayonunda yerləşən 42 məntəqədə olduq. Yüzlərlə seçicilərlə ünsiyyət qurduq. Onların seçki haqqındakı rəylərini dinlədik. Çağırışlar etdik. Seçkiyə gəlməyin vacibliyini söylədik.
Əvəzində gördüyüm, izlədiyim reaksiyalar məni çox sarsıtdı. Öz həmyerlilərimi heç zaman belə çarəsiz, ümidsiz, cəsarətsiz görməmişdim. Onları nədən bu vəziyyətə saldınız, niyə hüquqlarını bunca tapdalayıb dəyərsiz etdiniz?!!!

Əslində, inkişaf etmiş ölkələrdə idarəetmə sistemləri elə qurulub ki, əhali və dövlət qurumları arasında bir elçi, koordinator, əlaqələndirici funsksiyasını yerinə yetirən qurum və onun təmsilçiləri də vardır. Azərbaycanın idarəetmə sistemində onlar – millət vəkilləridir. Yəni – millətin vəkili, elçisi.
Qax rayonunun elçisi adlanan siz – Azər Kərimli isə, demə bu 19 ildə mənim həmvətənlərimin nəinki elçisi, başının bəlası olubmuş.

Qaxda 19 il ərzində nələr etdiyinizi hamı deyir, hamı yazır, hamı bilir. Mən də bildim, bilmədiklərimi də araşdırıram. Şəxsi həyatınız istisna olmaqla.

İndi isə mətləbə gələrək Sizə müraciət edirəm.

Azər Kərimli!

Artıq 19 ildə Qax rayonu üçün yaxşı-pis edəcəyinizi etmisiniz. Yəqin ki, pislikləri xatırlamaq istəmirsiniz. Yaxşılarını isə həvəslə videokameralara çəkdirib təbliğat prosesi üçün istifadəyə buraxırsınız. Yaxşılıq etdiyimiz insanlar durmadan sizi təbliğ edir, tərifləyir, ən layiqli millət vəkili olduğunuzu deyirlər.
Bu arada, mənim şəhid olmuş qayınımın məzarı ilə birlikdə Cəlayır kəndində 7 şəhid qəbrinin üstünü də təmir etdirmisiniz. Bunu da təbliğat materiallarınıza daxil etməyi unutmayın. Köməkçiniz Osmanov Vüqarı yollayıb ağbirçək ananı məzarlığa aparıb müsahibə də götürtmüsünüz. Nədən həmin çəkilişi hələ qaxlılara göstərməmisiz?
Səsinizlə kadrları müşayiət etməyi də unutmayın. Deyin ki, Cəlayır kənd icra nümayəndəliyinin, rayon rəhbərliyinin pulu olmadı, olsa da qıymadılar. Ancaq gərək təkcə mənim qayınanamdan deyil, orada uyuyan daha 6 nəfərin ailə üzvlərindən də müsahibə götürtdürəydiniz. Daha gürültulu, daha təsirli alınardı.

Belə-belə işlər görmüsünüz. Qurduğunuz bizneslə sizi seçdirənlərə dəstək olmusunuz. Başadüşüləndir. Ancaq, yuxarıda qeyd etdiyim kimi, millət vəkili olaraq sizdən nəyi nümunə götürəcəyimi hələ də müəyyən edə bilmirəm. Məgər bu işlərlə millət vəkilimi məşğul olmalıdır. Sizin yaxşılıq etdiyiniz 100-200 Qax sakini varsa, bəs yerdə qalanlar? 19 ildə bircə dəfə ayaq basmadığınız, yolu bərbat, qazı, suyu, məktəbi, heç bir sosial obyekti olmayan kəndlər? Qax rayonunun yerdə qalan 58 min sakini? Onlar üçün nə iş gördünüz ki, hər kəsə aid olsun?….

Nələr etmək olardı, etmədiniz bu artıq sonrakı mövzudur. Bu mövzuların necə ifadə edilməsi artıq sizin qərarınızdan asılı olacaq.
İndi isə Sizdən xahiş edirəm! Namizədliyinizi geri götürün! Ürəyiniz kimi istəyirsə, sizə rəğbəti olanları ona səs verməyə çağırın. Özünüz isə, Qax rayonundan gedin! Əgər bunu etsəniz, Siz nəinki Qax rayonunun əhalisi, Azərbaycan üçün ən sivil, ən nümunəvi bir ənənə yaratmış olacaqsınız. Sizə qarşı söylənilən ittihamlar, iradlar, bəlkə də bilmirsiniz, bəslənilən nifrət azalcaq, yox olacaq. Hər kəsin xatirəsində mədəni və anlayışlı şəxs kimi qalacaqsınız.

Əksinə bütün maliyyə və insan resurslarınızı hərəkətə gətirib bir daha, bilmirəm, qisas almaq, nəyi isə düzəltmək, acıq çıxmaq, qalib olduğunuzu sübut etmək üçün davam etsəniz, hətta, özünüzü seçdirsəniz belə (qaxlılar Sizi seçməyəcək, bunu qətiyyətlə və əminliklə deyirəm, ətrafınızdakılar Sizi aldadırlar) bu uzun sürməyəcək. Nələrin baş verəcəyini artıq təxmin edirəm. Qaxlılar, onların heysiyyatı ilə oynamağınızı, çoxsaylı yanlışlıqlarınızı sizə bağışlamayacaqlar! Mən – heç bağışlamayacağam. Namizədliyinizi geri götürün!

Limunət Əmrahlı”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadan danışıqlar imitasiyası: - Moskva Kiyev qarşısında elə tələblər qoydu ki...
Bu gün, 00:14
"Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb"
Bu gün, 00:04
Nazir müavini vəzifəsindən azad edildi
Dünən, 18:49
Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb – Qardaşının payı azalıb
Dünən, 17:17
Qurban bayramı ilə bağlı Elşad Miri və Hacı Surxay nələr danışıb? - DETALLAR
Dünən, 17:12
Yayda restoranlar müştəriləri belə soyur: - “50 manat...”
Dünən, 17:09
Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib
Dünən, 17:04
“Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm, - FOTO
Dünən, 16:54
“Eyni sifətlərə nə qədər baxmaq olar?!” – Prodüser KİMDƏN ŞİKAYƏTLƏNDİ?
Dünən, 16:52
“Həkimin vəzifəsi bir saniyə də olsa ömrü uzatmaqdır, bizdə isə..” - Rəşid Mahmudov
Dünən, 16:49
Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib
Dünən, 16:45
Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Dünən, 16:43
Müharibə daha təhlükəli fazaya keçib - “Wall Street Journal”
Dünən, 16:39
Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq? - İNCƏLƏMƏ
Dünən, 16:35
BP və SOCAR “Şəfəq-Asiman”dakı paylarının bir hissəsini Türkiyə şirkətinə verdilər
Dünən, 16:32
"Mənə rus “şpion”u dedilər, o adamlara “tupoy” demək istəyirsən ki, başa düşsün" - Nizami Cəfərov
Dünən, 16:30
AZCON Holdinqdə təyinat olub - FOTO
Dünən, 16:25
"İrəvan hökuməti sözdən əmələ keçmir" - deputat
Dünən, 16:22
FHN “Mi-17”nin təmirinə 659 min manat xərcləyəcək – Son 25 ildə “Mi-17” qəzaları
Dünən, 16:19
Oxumayan şagirdləri 9-cu sinifə necə gətirirlər? -Ekspertdən maraqlı AÇIQLAMA
Dünən, 16:18
Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
Dünən, 16:16
İTS ləğv olunan tenderi yenidən keçirir – Məbləğ 2 dəfədən çox artırılıb
Dünən, 16:15
“Nə dişimi müalicə edir, nə də pulumu qaytarır” - NARAZILIQ VAR...
Dünən, 16:05
Nə hesab bilir... nə də kitab: ƏT 2 DƏFƏ BAHALAŞDI... - Heyvan yemi əvəzinə pambıq əkəndə BELƏ OLUR...
Dünən, 16:03
8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib - Azərbaycanda DƏHŞƏT
Dünən, 16:00
Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Dünən, 15:58
Fransanın konsulluğu hansı fəaliyyəti göstərəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:33
Narazılığa səbəb olan kəskin bahalaşma - Əhali necə dolansın?
Dünən, 15:29
Bu tikintiyə Riad Qasımov icazə verib? - VİDEO
Dünən, 15:26
Sabiq deputatın oğluna məhbusun 55 min manat ödəməsi gizli razılaşmanı ortaya çıxardı - TƏFƏRRÜAT
Dünən, 15:20
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktokerin məhkəməsi başlayıb
Dünən, 15:17
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır - MƏQALƏ
Dünən, 15:14
“Bu təhsil deyil, travmadır” – Valiyenlərdən summativlərə qarşı ETİRAZ
Dünən, 13:06
Daşkəsəndə şirkət əməkdaşı iş yerində öldü
Dünən, 13:04
Bərdədə məktəbdə FACİƏ: - şagird 3-cü mərtəbədən yıxıldı
Dünən, 13:00
İranın Bakıdakı yeni azərbaycanlı səfiri: - Münasibətlər yeni mərhələdə?
Dünən, 12:54
İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı - ƏMR
Dünən, 12:52
“Nəsimi”ni kolbasa reklamına çəkdirən DÜNYA – Cəvahir Nehru YAZIR
Dünən, 12:49
Alim Qasımov məclislərdəki bu adətdən narazıdır
Dünən, 12:43
Qərb Paşinyanı tək buraxdı - Baş nazirin siyasi taleyi Köçəryan kölgəsindədir
Dünən, 12:39
Xaricdə yaşayan 7 bloger barəsində qiyabi həbs qərarı çıxarıldı - SİYAHI
Dünən, 12:33
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq - belə deyirlər...
Dünən, 12:31
“Sovetski”dəki evlər sökülür: Sakinlər verilən puldan narazıdır - VİDEO
Dünən, 12:28
Mərkəzi Bankın valyuta ehtiyatları 619 milyon dollar azalıb
Dünən, 12:26
“AzSığorta”nın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:24
“Orxan, mahnıların zibillikdir” - Qalmaqal böyüdü
Dünən, 12:18
İrandan Ərdoğana Zəngəzur cavabı - Tehran da onu deyirsə...
Dünən, 12:13
Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 12:08
Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı - AÇIQLAMA
Dünən, 12:04
Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
Dünən, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru