Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş .....                     İslam Mahaçev UFC çempionu oldu .....                     Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? .....                     Ramiz Mehdiyev işində son gəlişmə .....                     NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? .....                     Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək .....                     “İbrahim sazişləri” Azərbaycana nə verəcək? .....                     Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq .....                     LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... .....                     Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... .....                     Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ .....                     “Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb .....                     Naftalanın yeni başçısı KİM OLACAQ?.. .....                     8 saatlıq iş rejimində... .....                     2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... .....                     "Hələ də inana bilmirəm..." .....                     AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... .....                     ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər .....                     Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu .....                     Azərbaycanın keçmiş Baş naziri 29 il sonra .....                     Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi .....                     Durmadan bahalaşır: .....                     Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək .....                     İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər .....                     Qətllərdən sonra 30 il gizlənə bilmişdi .....                     Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb .....                     Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir .....                     ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" .....                     Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb .....                     İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar .....                     Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE .....                     Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi .....                     "Hansı bəyin səsi varsa, o da oxuya bilər" .....                     “ABŞ Qəzzanı zonalara bölür” .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" .....                     Qərb nəşrindən ilginc iddia .....                     Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir .....                     Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb .....                 

Səfər Mehdiyev Gömrük Komitəsində "NEHRƏM KLANI" FORMALAŞDIRIB - DGK sədri ən mühüm və gəlirli postları həmyerlilərinə həvalə edib
Tarix: 25-04-2019, 11:59 | Çap et
Səfər Mehdiyev Gömrük Komitəsində "NEHRƏM KLANI" FORMALAŞDIRIB
Bugünlərdə, daha dəqiq desək, aprelin 23-də Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsinə təyin olunmasının bir ili tamam olur. Artıq çoxlarına bəllidir ki, Səfər Mehdiyev DGK sədri postuna əyləşdikdən bir qədər sonra Dövlət Gömrük Komitəsində ciddi islahatların həyata keçiriləcəyini, bu sahədə mövcud olan neqativ halların aradan qaldırılacağını bəyan edib. Məsələn, ötən ilin dekabr ayının 27-də ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı o, Azərbaycanda inhisarçılığın olmadığını bildirmişdi. Lakin əldə etdiyimiz məlumatlar, eləcə də mətbuatda gedən informasiyalar bunun əksini deməyə əsas verir.

Belə ki, Səfər Mehdiyevin vədlərinə rəğmən, hələ də xaricdən Azərbaycana avtomobil gətirən şəxslər süni maneələrə, bürokratik əngəllərə, əlavə ödənişlərə məruz qalır. Bu barədə verilən məlumatlarda deyilir ki, vətəndaşlar idxal etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirərkən gömrük orqanının əməkdaşları tutarlı səbəb göstərmədən, hər hansı qanuna istinad etmədən kalkulyatorda göstərildiyindən artıq pul tələb edirlər. Məhz buna görə də vətəndaşlar ölkəyə idxal etdiyi nəqliyyat vasitəsini Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq öz adına rəsmiləşdirməyə çalışarkən, o cümlədən xarici ölkədə hərrac vasitəsiylə aldığı nəqliyyat vasitəsini qiymətləndirilmə ilə əldə etdiyi sənədlə bəyannaməni doldurarkən ciddi problemlərlə üzləşirlər. Qeyd edək ki, ekspertlərin fikrincə, gömrük sistemində insan faktoru, gömrük əməkdaşının iradəsinin ortada olması rüşvət və korrupsiyaya yol açır. Mütəxəssislər hesab edirlər ki, bütün bu problemlərin ortaya çıxmasının başlıca səbəbi gömrük sistemində şəffaflığın və islahatların həyata keçirilməməsidir. Əgər belə olmasaydı, o zaman yerli istehsalı olmayan, yalnız avtomobil yığımı ilə məşğul olan Azərbaycana nəqliyyat vasitəsi idxal etmək xaricdəki satış qiymətindən bir neçə dəfə baha başa gəlməzdi.

"Gömrük və vergi sahəsində şəffaflıq olmazsa, Azərbaycanda iqtisadi inkişaf da olmayacaq"

Onu da nəzərinizə çatdıraq ki, sözügedən mövzu ilə bağlı yenisabah.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin qənaətincə, avtomobil gömrük rüsumları ilə bağlı Azərbaycanda ciddi bir məntiqsizlik var. Onun sözlərinə görə, gömrük rüsumlarının, aksiz vergilərinin yüksək olduğu yerlər adətən çox böyük avtomobil istehsalçısı olan ölkələr olur: "Yəni öz daxili bazarlarını qorumaq, daxili istehsalçılarına dəstək olmaq üçün həmin ölkələr bəlli çərçivədə özlərinə xaricdən avtomobillərin gətirilməsini qarşısını almaq məqsədilə böyük gömrük rüsumları, vergi, aksiz dərəcələri müəyyən edirlər. Azərbaycanda isə belə bir ehtiyac yoxdur. Ölkəmizdə yerli avtomobil istehsalı da mövcud deyil. Neftçaladakı olan zavod isə istehsal deyil, yığımdır. Orda çox az miqdarda – təqribən il ərzində 800-1000 arası avtomobil yığılır. Bu da dövlət ehtiyacları üçündür, demək olar ki, bazara çıxmır. Həmin avtomomobillər dövlət idarələri tərəfindən alınır və bu layihənin rentabelliyi sual altındadır. Ona görə də ümumilikdə Azərbaycana gətirilən avtomobillərlə bağlı yüksək gömrük rüsumlarının, aksiz dərəcələrinin tətbiqi məntiqsizdir". Ekspert hesab edir ki, əgər hökumət bunu ekoloji məsələlərlə bağlamaq istəyirsə, məhz buna görə belə addımlar atdığını söyləyirsə, yenə də anlaşılmazdır: "Məsələn, dünya ölkələrində belə taktika var ki, hibrid, elektrik avtomobillərə sıfır rüsum, sıfır vergi, sıfır aksiz dərəcəsi tətbiq olunur. Bizdə isə burda da ayrım yoxdur. Hibridlə bağlı ümumiyyətlə heç bir dəyişiklik mövcud deyil. Elektriklə işləyən avtomobillərdə isə, 15 faizlik vergi tətbiq olunur. Azərbaycan hökuməti ekoloji məsələni önə çəkib bu addımı atırsa, heç olmasa ölkədə avtomobil bazarında , parkında yenilənməyə nail olmalıdır. Hibridlə, elektriklə işləyən avtomobillərə üstünlük verilməlidir, onlara təşviq siyasəti həyata keçirilməlidir ki, ekoloji problemlər aradan qalxsın, insanların bu cür avtomobillərə marağı yaransın. Bu zaman ümumiyyətlə gömrüklə əlaqəli problem olmayacaq – sıfır vergi dərəcəsi, gömrük rüsumu tətbiq ediləcəksə. İnsanlar sadəcə həmin növ avtomobilləri xaricdən alıb Azərbaycana gətirib rəsmiləşdirməyə pul ödəyəcəklər. Yəni nömrənin alınması, texniki sənədlərin rəsmiləşdirilməsi – bu da çox cüzi bir məbləğdir". Natiq Cəfərli qeyd edib ki, məsələni kökündən həll etmək üçün bu yanaşmaya ehtiyac var: "Əgər gömrük keçid məntəqələrində avtomobillərlə bağlı yenidən rüşvət faktorları da baş verirsə – çünki bir ara bu məsələlər doğrudan da yığışdırılmışdı – bu, problemin daha da dərin olduğunu göstərir. Mütləq bu məsələlər ciddi araşdırılmalı və problemlər aradan qaldırılmalıdır. Çünki gömrük və vergi sahəsində şəffaflıq olmazsa, Azərbaycanda iqtisadi inkişaf da olmayacaq".

Hazırda gömrük sistemində yaşanan arzuolunmaz mənzərə Səfər Mehdiyevin bir illik fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir

Təbii ki, bütün bunlar Dövlət Gömrük Komitəsinin sədri kimi Səfər Mehdiyevin bir illik fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir. Ümumiyyətlə, bu barədə əldə etdiyimiz məlumatlar da hazırda gömrük sistemində arzuolunan mənzərənin yaşanmadığını ortaya qoyur. Belə ki, mövzu ilə əlaqədar redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Səfər Mehdiyev Dövlət Gömrük Komitəsindəki ən mühüm və gəlirli postları məhz həmyerlilərinə həvalə edib. Məsələn, hazırda Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsində çalışan Əsgər Həsən oğlu Abdullayev, Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Eynalı oğlu Rəsulov, eyni zamanda digər bir sıra vəzifə sahibləri əslən Babək rayonunun Nehrəm kəndindəndirlər. Səfər Mehdiyevin hələ DGK sədrinin müavini olduğu vaxtlardan Dövlət Gömrük Komitəsində əslən Nehrəm kəndindən olan şəxsləri yerləşdirdiyini vurğulayan mənbə iddia edir ki, həmin vaxt onun verdiyi qeyri-rəsmi qərara görə, komitənin mühafizə xidmətinə işə qəbul zamanı kardların fiziki hazırlığı ilə yanaşı, Nehrəm kəndindən olmaları da əsas şərt kimi irəli sürülürdü: "Beləcə, Səfər Mehdiyev hələ komitə sədrinin müavini olarkən həmyerlilərini ən önəmli postlara yerləşdirilib. Deyilənlərə görə, Səfər Mehdiyev elə bu səbəbdən də, yəni formalaşdırdığı "Nehrəm klanı"nın gücünə güvəndiyi üçün keçmiş sədr Aydın Əliyevlə hesablaşmırdı, onun göstərişlərinə məhəl qoymurdu. Bu gün isə Səfər Mehdiyev artıq Dövlət Gömrük Komitəsinin sədridir və bir il öncəkindən daha çox imkana, səlahiyyətə sahibdir. Deyilənlərə görə, onun sədr postuna gəlməsində "Nehrəm klanı"nın əvəzsiz xidmətləri olub".

DGK sədri yuxarıların gözündə yaxşı görünmək məqsədiylə nüfuzlu şəxslərin qohumlarını vəzifədə irəli çəkir

Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin sədrinin yuxarıların gözündə yaxşı görünmək, mövqeyini daha da möhkəmləndirmək məqsədiylə nüfuzlu şəxslərin qohumlarını vəzifədə irəli çəkdiyini deyən mənbə buna misal olaraq Həsən Eyyubovun yeni yaradılan quruma rəsi təyin olunmasını göstərib. Belə ki, ötən ilin avqust ayında Səfər Mehdiyevin qərarına əsasən Aksiz Baş Gömrük İdarəsi ilə Avtonəqliyyat Baş Gömrük İdarəsinin birləşdirildiyini bildirən məlumatlı şəxs yeni yaradılan quruma - Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə rəis postuna Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Həsən Eyyubovun təyin olunduğunu bildirib: "Buna qədər isə Həsən Eyyubov Bakı Baş Gömrük İdarəsinin rəis müavini olub. Deyilənlərə görə, Səfər Mehdiyev məhz bu addımı ilə Dövlət Gömrük Komitəsində mövqeyini daha da möhkəmləndirməyi, toxunulmazlıq əldə etməyi planlaşdırıb. Elə buna görədir ki, Dövlət Gömrük Komitəsində mövcud olan neqativ hallara, ciddi islahatların həyata keçirilməməsinə, xaricdən avtomobil gətirən şəxslərin üzləşdikləri süni maneələrə, əlavə ödənişlərə və vətəndaşları narahat edən digər problemlərə görə Səfər Mehdiyevə "gözün üstə qaşın var" deyən yoxdur".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

"Hürriyyət"in Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın oğlu o xəbəri eşitdi, ermənilərə “yox” dedi: İrəvanda yeni savaş - GƏLİŞMƏ
Bu gün, 10:01
İslam Mahaçev UFC çempionu oldu
Bu gün, 09:59
Gizli məqamlar: Ölkədə pensiya yaşı niyə artırılır? - ARAŞDIRMA
Bu gün, 09:57
Ramiz Mehdiyev işində son gəlişmə – İki nəfər cəzalandırılıb
Bu gün, 09:55
NATO Rusiya ilə açıq müharibəyə hazırdırmı? - ŞƏRH
Bu gün, 09:53
Böyük Britaniya sabah sığınacaq qaydasındakı dəyişikliyi elan edəcək
Bu gün, 09:51
“İbrahim sazişləri” Azərbaycana nə verəcək? - AKTUAL
Bu gün, 04:37
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq - "Frankfurter Allgemeine Zeitung" qəzeti
Bu gün, 04:24
LAL DEPUTATIN SƏSİ... görün, haralardan çıxır... - BU DA FAKT...
Bu gün, 04:21
Tofiq Heydərovun Ziba Mustafayevaya məktubunda NƏLƏR YAZILIB... - NƏ BAŞ VERİR?
Bu gün, 04:13
Məşhur bloger narkotik ittihamı ilə HƏBS EDİLDİ - NBC
Bu gün, 04:07
“Pilgrim Education“ rəhbəri “yoxa” çıxıb - Vətəndaşları aldadıblar?
Bu gün, 03:55
Naftalanın yeni başçısı KİM OLACAQ?.. - İDDİA
Bu gün, 03:50
8 saatlıq iş rejimində... - Ekspertdən TƏKLİF
Bu gün, 03:41
2026-cı ildə BU ƏRZAQLARIN QİYMƏTİ ARTACAQ... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:38
"Hələ də inana bilmirəm..." - FOTO
Bu gün, 03:31
AntiAzərbaycan şəbəkə YENİDƏN İŞ BAŞINDA... - BU DƏFƏ İSƏ...
Bu gün, 03:27
ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55
Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52
Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49
Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46
Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39
Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36
İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22
Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21
Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53
""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49
Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Dünən, 11:40
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Dünən, 11:35
Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Dünən, 11:17
Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Dünən, 11:08
"Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Dünən, 10:58
“ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Dünən, 10:48
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Dünən, 10:41
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Dünən, 10:39
"Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Dünən, 10:25
Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Dünən, 10:21
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:19
Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Dünən, 10:16
İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Dünən, 10:13
DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Dünən, 09:54
Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Dünən, 09:53
"Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Dünən, 09:36
Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Dünən, 09:23
TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Dünən, 09:17
Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Dünən, 09:11
Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Dünən, 09:02
İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Dünən, 08:54
İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru